Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə10/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   6   7   8   9   10   11   12   13   ...   314

  

21 


haqqda böyük islam alimi Əllamə Məclisi deyir: “Əbu Talib Peyğəmbərin (s) 

yanına  gəlib  dedi:  “Ey  Muhəmməd  (s)  səni  evləndirmək  istəyirəm,  amma 

bunun üç

ün mənim heç bir malım yoxdur. Xədicə bizim yaxınlarımızdandır. O, 

hər il Qureyşə öz malından verib onlarla ticarət edir. Onlar ondan yük dəvələri 

götürüb  səfərə  çıxırlar.  Sən  də  ticarət  etmək  istəyirsənmi?  Həzrət  buyurdu: 

Bəli. Əbu Talib  Xədicənin  yanına  gəlib əhvalatı ona danışdı. Xədicə bundan 

sevinib xidmətçisi Meysərəyə dedi: Sən və bu malların hamısı Muhəmmədin 

(s) ixtiyarındasınız.... Muhəmməd (s) həmin səfərə çıxdı və çoxlu gəlirlə geri 

döndü.  Meysərə  Peyğəmbərə  (s)  dedi:  Ey  Muhəmməd  əgər  icazə  versən 

miniyimi səndən tez Məkkəyə yetişdirər və Xədicəyə çoxlu gəlirimiz haqqında 

xoş xəbər verərəm. Muhəmməd (s) onu qabağa saldı. Onlar Məkkəyə yetişəndə 

Xədicə  öz  otağında  qadınlarla  oturmuşdu.  O,  Muhəmmədi  (s)  minikdə,  başı 

üstündə  bir  parça  bulud,  sağ  tərəfində  bir,  sol  tərəfində  də  digər  bir  mələk 

gördü və heyrətlə dedi:  bu minik əhli böyük  əzəmət sahibidir.... Sonradan o, 

Peyğəmbərə  (s)  evlənmək  təklifini  verdi.  Əbu  Talib  bu  təklifi  qəbul  etdi  və 

nigah  əqdini  oxudu.  Muhəmməd  (s)  əmisi  ilə  evə  dönmək  istədikdə  Xədicə 

dedi:  Evinizə  gedirsinizmi?  Mənim  evim  sənin  evindir  və  mən  sənin 

xidmətçinəm”.

15

 



Mənbələrin verdikləri məlumatlara görə Xədicə Muhəmmədlə (s) evlənən 

zaman artıq iki dəfə ərdən boşanmış və 40 yaşlı dul bir qadın idi. Bu müqəddəs 

evlilikdən  onların  altı  övladı  olmuşdu.  Onlardan  dördü  qız  (Zeynəb,  Ümmü 

Gülsüm, Ruqiyyə və Fatimə), ikisi isə oğlan (Qasim və Təyyib ya Tahir ləqəbli 

Abdullah) olmuşdur.

16

 



Peyğəmbərin  (s)  Fatimədən  (s.ə)  başqa  bütün  uşaqları  onun  sağlığında 

vəfat  etmişdilər.  Sonralar  onun  Mariya  Qibtidən  İbrahim  adli  bir  oğlu  da 

olmuşdur ki, o da peyğəmbərin sağlığında on səkkiz aylığında vəfat etmişdi.

17

 



Hz. Peyğəmbər (s) ömrünün 40 yaşınadək olan hissəsini Hira mağarasında 

Allaha ibadətlə keçirmiş və miladi 610-cu ildə Allah tərəfindən ona vəhy nazil 

olmuşdur. Əhli-beytdən gələn xəbərlərə görə o, qırx yaşında ikən rəcəb ayının 

27-


ci günündə peyğəmbərliyə vəzifələndirilmişdir. 

Mənbələrin verdikləri məlumatlara  görə ona nazil olan ilk ayələr  “Ələq” 

surəsinin aşağıdakı ayələridir: 

“Yoxdan 

yaradan Rəbbinin adı ilə oxu! O insanı laxtalanmış qandan 

yaratdı.  Oxu!    Sənin  Rəbbin  ən  böyük  kərəm  sahibidir!  O  Rəbbin  ki, 

qələmlə öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi”.

18

 

Bu ayələr Hira mağarasında ona nazil olarkən Həzrət qorxu içərisində evə 

-

Xədicənin yanına gəlmiş və yatağına girərək üstünün örtülməsini istəmişdi.



19

 

15



 Biharul-ənvar, XV cild, səh-274-275 

16

 Əyanuş-şiə, I cild, səh-223 



17

 Həmin mənbə 

18

 1-5-ci ayələr 



  

                                                           




 

22 


Beləliklə Allah tərəfindən peyğəmbər seçilən Muhəmmədə (s) ilk iman gətirən 

Xədicə  oldu.  Hz.  Muhəmmədin  (s)  peyğəmbər  seçilməsi  ilə  Allah 

peyğəmbərliyə  son  qoymuş,  əvvəlki  peyğəmbərlərin  gətirdikləri  şəriətlərin 

hökmünü  aradan  qaldırmış  (nəsx  etmiş)  və  bununla  da  irqindən,  millətindən, 

sosial  vəziyyətindən  asılı  olmayaraq  bütün  insanları  vahid  bir  dinə  -İslama 

girmələrini  vacib  buyurmuşdur.  Həmçinin  Allah  onun  vasitəsi  ilə  bütün yer 

üzündə  olan  xurafatın,  əqidəsizliyin,  pozğunluğun  kökünü  kəsmişdir.  O 

zamankı  dünyanın  bütün  bölgələrinə  car  çəkib  xəbərlər  göndərən  Peyğəmbər 

(s)  insanları  imana,  sonuncu  kamil  din  olan  islama  dəvət  etdi.  O,  tez  bir 

zamanda  ətrafında  olan  insanların  böyük  əksəriyyətini  təkallahlıq  formulası 

olan “Allahdan başqa  Allah  yoxdur və Muhəmməd Onun rəsuludur” kəlməsi 

altında birləşdirərək Qiyamətədək əbədiyaşar İslam dinini qurmuşdu. O, bütün 

möminlərin qardaş olduğunu, onların bir-birlərindən yalnız təqvaya görə üstün 

olduğunu bəyan edərək qanuni, ədalətli və azad bir cəmiyyət yaratdı. On iki ilə 

yaxın  bir  müddət  ərzində  islam  dinini  Məkkədə  yayan  Peyğəmbər  (s)  sonda 

Yəsribə  (Mədinəyə)  hicrət  etdi.  622-ci  ilin  ortalarında  Yəsribə  gələn 

peyğəmbər orada tarixdə heç vaxt misli görünməmiş federativ bir dövlət qurdu. 

Tarixdə  peyğəmbərlik  missiyasından  başqa  böyük  bir  dövlət  xadimi  kimi  də 

yad edilən Muhəmmədin (s) etdiyi bütün əməlləri, atdığı bütün addımları ilahi 

vəhyə dayanmışdı. 

Məşhur islam alimlərindən olan Muhəmməd Həmdullah Peyğəmbərin (s) 

qurduğu dövlətin 47 maddədən ibarət konstitutsiyasının olduğunu deyir.

20

 

Mədinə şəhərində on il islamı təbliğ edən Muhəmməd (s) çox qüvvətli bir 



dövlət yaratmış, pərakəndə olan ərəb qəbilələrini bir araya gətirmiş, bir sözlə 

Ərəbistan  yarımadasında  güclü  vahid  cəmiyyət  yaratmışdı.  Bundan  əlavə  o, 

qonşu dövlət başçılarına məktublar göndərmiş və onları islama dəvət etmişdir. 

Həmçinin Peyğəmbər (s) müxtəlif döyüşlərdə iştirak etmiş və əsgəri bir həyat 

yaşayaraq bacarıqlı bir sərkərdə kimi Allah yolunda cihad etmişdir. 

Mənbələrin verdikləri məlumatlara görə peyğəmbərin şəxsən iştirak etdiyi 

döyüşlərin  sayı  27  və  28  olmuşdur.  Daha  doğru  məlumat  isə  28-dir.

21

  Lakin 



onun  şəxsən  göstərişi  ilə  yaradılan,  amma  müəyyən  səbəblər  üzündən  orada 

iştirak etmədiyi döyüşlərin (səriyyə) sayı 45 (47) olmuşdur.

22

 

Həqiqətən  islam  Peyğəmbərinin  (s)  bütün  qəzvə  və  səriyyələrinə, 



ümumiyyətlə bütün həyatına nəzər salınsa, məlum olacaqdır ki, həzrətin islama 

dəvəti  heç  də  müharibələr  və  qətl  üzərində  qurulmayıbdır.  Onun  islama  olan 

dəvəti  ilahi  hikmətə  və  gözəl  moizəyə  əsasən  yayılmışdı.  Bəlkə  də  elə  bu 

səbəbdəndir ki, o həzrətin səsini (dəvətini) eşidən toplumun böyük əksəriyyəti 

19

 Əyanuş-Şiə, I cild 



20

 İslam peyğəmbəri, I cild 

21

 Əyanuş-şiə, I cild, səh-245 



22

 Həmin mənbə 

                                                                                                                                                         



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə