Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə100/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   96   97   98   99   100   101   102   103   ...   314

  

203 


– 

Onun taleyindən xəbər tutmaq bizim üçün çətindir. Hz.Peyğəmbərin (s) 

Əhli-Beytini  öldürməsinə,  Mədinəyə  hörmətsizlik  etməsinə  və  Kəbəni  viran 

qoy


masına görə onun başına nələr gələcəyini biz bilmirik. İndi isə mən sizin 

de

diyinizlə razı deyiləm, özünüzə istədiyiniz şəxsi xəlifə seçə bilərsiniz.



270

  

Hakimiyyəti 90 gündən artıq davam etməyən II Müaviyə istefa verdikdən 



qısa müddət sonra iyirmi yaşında olarkən vəfat etdi (və ya öldürüldü) və Şamda 

dəfn olundu. 

II Müaviyənin ölümündən sonra əməvilər arasında xilafət məsələsi canlan-

dı. Əməvilərdən bəziləri onun qardaşı Xalidin xəlifə olmasını istəyərkən, bəzi-

ləri də Abdullah ibn Zübeyri xəlifə kimi görmək istəyirdilər ki, bunların da ba-

şında Zəhhaq ibn Qeys dayanırdı. Bütün bu qalmaqallara son qoymaq istəyən 

Əməvi ağsaqqalları Cabiyə adlı məntəqədə toplanıb Mərvan ibn Həkəmə beyət 

edərək onu rəsmi surətdə Əməvi xəlifəsi təyin etdilər. Bu arada Şamda Him-

yərilər Mərvanın xilafətini dəstəkləyərkən Müzarilər də Abdullah ibn Zübeyri 

dəstəklədi. Nəticədə 684-cü ildə Zəhhaq ibn Qeysin başçılığı altında olan Ab-

dull

ah  ibn  Zübeyrin  tərəfdarları  ilə  Ubeydullah  ibn  Ziyadın  başçılığı  altında 



olan Mərvanın tərəfdarları “Mərci-Raxit” adlı məntəqədə qarşılaşdı. Bu döyüş-

də qalib gələn Mərvan Şama daxil olub ümumi beyətdən sonra Əməvi xəlifəsi 

elan edildi.

271


 

 

I Mərvan ibn Həkəm hicri 64-65 (miladi 684-685). 

Mərvan  ibn  Həkəm  xəlifə  olduqdan  sonra  qərara  alındı  ki,  ondan  sonra 

Xalid ibn Yezid Əməvi xəlifəsi olacaq. Mərvanın hakimiyyətə gəlməsilə əməvi 

xi

lafətində Süfyaniyyə qolu sona çatmış və Mərvanilərin hakimiyyəti başlamış-



dır. Qısa müddət ərzində bütün Suriyaya hakim olan Mərvan Şam və Fələstini 

özünə tabe edib, hazırladığı ordu ilə 684-cü ildə Misir və Şimali Afrikanı da ələ 

keçirərək oğlu Əbdüləzizi Misirə vali təyin etdi. 

 

Təvvabin üsyanı 

“Təvvabin” tövbə edənlər deməkdir. Təvvabinlər əvvəlcə İmam Hüseynə (ə) 

məktub yazıb onu Kufəyə dəvət etmiş, onun başçılığı altında məlun Yezidə qarşı 

vuruşacaqlarına söz verdikləri halda, İmam Hüseyni (ə) Kərbəla düzündə tənha 

qoymuş  və  İmam  (ə)  Yezidin  ordusu  tərəfindən  vəhşicəsinə  şəhid  edilmişdir. 

Kərbəla faciəsindən sonra etdikləri əməllərindən peşman olan Təvvabinlər İmam 

Hüseynin 

(ə) müqəddəs məzarı üstünə gedərək and içdilər ki, İmamın (ə) intiqa-

mını almayınca qılıncı qınına qoymayacaqlar. Təvvabin dəstəsinə Süleyman ibn 

Su

rad,  Abdullah  ibn  Val  Təmimi,  Rifaə  ibn  Şəddad  Bəcəli,  Abdullah  ibn  Səd 



Əzdi və Abdullah ibn Nəcbə Fəzari başçılıq edirdi.  

270


Tarixi-

Məsudi, III cild, səh-82; Tarixi-Yəqubi, II cild, səh-254; İbn Kəsir, əl-Bidayətu vən-

Nihayə, VIII cild, səh-237-238. 

271


Tarixi-

Məsudi, III cild, səh-93-96; Tarixi-Yəqubi, II cild, səh-255-256. 

  

                                                           




 

204 


Kufədə “Ya ləsaratil-Hüseyn” şüarı altında qiyam edən Təvvabinlər Kərbə-

la hadisəsinə qoşulanlardan ələ keçirdiklərini öldürdükdən sonra Şama  doğru 

hərəkət etdilər. Bundan xəbər tutan xəlifə Mərvan ibn Həkəm üsyançıların üzə-

ri

nə Ubeydullah ibn Ziyadın başçılığı ilə otuz min nəfərlik ordu göndərdi. İki 



ordu 685-

ci ildə (hicri 65) “Aynul-vərd” adlı məntəqədə qarşılaşdı. Baş verən 

yüşdə Təvvabin ordusu məğlub edildi və başçıları Süleyman ibn Surad öldü-



rül

dü. Sağ qalanlar isə Əbdülməlikin dövründə baş vermiş Muxtar əs-Səqəfinin 

qi

yamına qoşuldu.



272

 

Əvvəldə qeyd etdiyimiz kimi Mərvan ibn Həkəm hakimiyyətə gələrkən on-



dan 

sonra Xalid ibn Yezid vəliəhd təyin edilmişdi. Lakin hakimiyyəti tam ələ 

alan Mərvan Xalid ibn Yezidi vəliəhdlikdən kənarlaşdırıb onun yerinə özündən 

son


ra oğlu Əbdülməliki, ondan sonra isə digər oğlu Əbdüləzizi vəliəhd təyin 

etdi. Mərvanın bu işindən əsəbləşən Xalidin anası 685-ci ildə (hicri 65) kəniz-

ləri ilə birləşərək Mərvanı boğaraq öldürdü.

273


 

 

Əbdülməlik ibn Mərvan hicri 65-86 (miladi 685-705) 

685-


ci ildə Mərvan ibn Həkəmin ölümündən sonra onun vəsiyyətinə əsasən 

oğlu Əbdülməlik əməvi xəlifəsi təyin edildi. O hakimiyyətə gəlməzdən qabaq 

Mədinə şəhərinin fəqihlərindən hesab olunurdu.

274


 

O, zahidlik, ibadət və din-

dar

lıqla məşhur olmuşdu. Vaxtının çoxunu məsciddə keçirdiyi üçün ona “məs-



ci

din göyərçini” ləqəbi verilmişdi.

275

 

Tarixi rəvayətlərə görə Əbdülməlik atası 



Mərvan öldükdən sonra hakimiyyətə gələrkən Quran oxuyurdu. Bu xəbəri eşit-

cək  Quranı  bağlayıb  dedi:  “Daha  mənimlə  sənin  aranda  ayrılıq  düşdü.  Artıq 

mənim  səninlə  işim  yoxdur.”

276


 

İslam  tarixində  Əbdülməlik  əhdini  danan  və 

xəyanət edən, camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr 

be-


mərufun qarşısını alan ilk şəxs olmuşdur.

277


 

Əbdülməlik  ibn  Mərvan  əməvi  taxtına  çıxdığı  zaman  İslam  dünyasını  üç 

xəlifə idarə edirdi: İraqı Muxtar əs-Səqəfi, Hicazı Abdullah ibn Zübeyr, Misir 

və Suriyanı isə Əbdülməlik ibn Mərvan. 



 

Muxtar əs-Səqəfinin qiyamı 685-687 (hicri 65-67) 

Muxtar ikinci xəlifə Ömər ibn Xəttabın xilafəti dövründə 634-cü ildə baş 

ve

rən Körpü döyüşündə öldürülən Əbu Ubeyd əs-Səqəfinin oğludur. Kərbəla 



fa

ciəsindən  qabaq  o,  Ubeydullah  ibn  Ziyad  tərəfindən  zindana  salınmışdı. 

İmam  Hüseyn  (ə)  şəhid  olduqdan  sonra  Muxtar  zindandan  xilas  olmaq  üçün 

ba

cısı  Səfiyyənin  əri  Abdullah  ibn  Ömərin  yanına  adam  göndərdi.  Abdullah 



272

Tarixi-


Təbəri, III cild, səh-390; Tarixi ibn Əsir, IV cild, səh-136-154. 

273


Tarixi-

Məsudi, III cild, səh-97-98; Tarixi-Yəqubi, II cild, səh-257. 

274

İbn Təqtəqa, əl-Fəxri, səh-122. 



275

Təcaribus-sələf, səh-76. 

276

Siyuti, Tarixul-



Xüləfa, IV cild, səh-100. 

277


Siyuti, Tarixul-

Xüləfa, səh-218; Tarixi ibn Əsir, IV cild, səh-252. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə