Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə102/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   98   99   100   101   102   103   104   105   ...   314

  

207 


də  bu  oldu  ki,  guya  bunlar  xəlifə  Osmanın  qatilləridirlər!

283


 

Mədinədən  çıxıb 

gedərkən  belə  dedi:  “Allaha  şükr  edirəm  ki,  məni  bu  çirkin  şəhərdən  qırağa 

aparır. Bu şəhər bütün şəhərlərdən çirkindir. Buranın əhalisi Əmirəl-mömininə 

(yəni Əbdülməlikə) qarşı münasibətdə çox hiyləgər, həyasız və tənbəldir. Əgər 

Əmirəl-mömininin sifarişi olmasaydı, bu şəhəri alt-üst edərdim.

284

 

Bunun əksinə 



olaraq Hz.Pey

ğəmbər (s) Mədinənin fəziləti haqqında aşağıdakı hədislərdə belə 

buyur

muşdur; 


“Hər  kəs  Mədinənin  sıxıntısına  və  istisinə  səbr  etsə,  ona  qiyamət  günü 

şəfaətçi və şahid olaram”.

285

 

Başqa  bir  hədisdə  Allahın  Rəsulu  belə  buyurur:  “Həqiqətən  İbrahim  (ə) 



Məkkəni özünə hərəm etmişdi və oranın əhalisinə dua etmişdir. Mən də Mədi-

nəni hərəm etdim, necə ki, İbrahim (ə) Məkkəni hərəm etmişdi. Mən də Mədi-

nənin sakinlərinə İbrahimin (ə) Məkkənin sakinlərinə etdiyi duanı etdim”.

286


 

Həccac Kufədə söylədiyi xütbəsində isə Mədinədə Hz.Peyğəmbərin (s) mü-

qəddəs qəbrinin ətrafında fırlanaraq onu ziyarət edənləri təhqir edərək belə demiş-

di: “Vay olsun onlara! Elə fırlanırlar ki, lap qoca mal-qaranın yerişlərinə bənzəyir. 

Niyə gedib əmirəl-möminin Əbdülməlikin qəsrinin ətrafında təvaf etmirlər! Məgər 

onlar 


bilmirlər ki, adamın xəlifəsi onun peyğəmbərindən üstündür?!”

287


 

Həccacın məğlub etdiyi Abdullah ibn Zübeyr hicrətdən on ay sonra Mədinədə 

doğulan ilk müsəlman oğlan uşağıdır. O, Hz.Peyğəmbər (s) və Əhli-beytinin qatı 

düşmənlərindən  olmuşdur.  Abdullah  ibn  Zübeyr  xütbələrin  əvvəlində  Hz.Pey-

ğəmbərə (s) salam göndərməyi qadağan etmişdir. Səbəb olaraq da bunu gətirirdi: 

“Peyğəmbərin bəzi pis qohumları onun adı gələndə başlarını yuxarı tuturlar.”

288

 

Abdullah  ibn  Zübeyri  məğlub  edən  Həccac  Kəbəni  yenidən  təmir etdi. 



Onun  gördüyü  işləri  bəyənən  Əbdülməlik  Həccacı  Kufə  valisi  təyin  etdi.  O 

İraqda  olduğu  müddətdə  vəhşilik  siyasəti  həyata  keçirirdi.  Günahsız  yerə  bir 

ne

çə təqvalı insanları və Kufə böyüklərini qətlə yetirdi. Həccac camaatın ürə-



yinə elə bir qorxu salmışdı ki, nəinki İraqda, hətta Xuzistan və bütövlikdə şərq 

böl


gəsində  sakitlik  yaranmışdı.  Kufədə  günahsız  insanları  edam  etdiyi  üçün 

Abdullah ibn Carudun başçılığı altında Həccaca qarşı 695-696-cı illərdə üsyan 

baş versədə üsyan yatırılmış və Abdullah ibn Carud edam edilmişdir. Eyni ildə 

Həccac ibn Yusif əs-Səqəfi Saleh ibn Mərvan ilə Şəbib Şeybaninin başçılığı al-

tında olan xəvaric ordusunu da məğlub etmişdir.

289


 

 

Şimali Afrika hadisələri 

283


Tarixi-

Yəqubi, III cild, səh-18. 

284

Tarixi ibn Əsir, IV cild, səh-359. 



285

Səhihi-Müslim, kitabul-həcc, hədis:1377. 

286

ər-Rihabut-Tahirə, səh-49. 



287

İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, IV cild, səh-242. 

288

Tarixi-


Yəqubi, III cild, səh-8. 

289


Tarixi-

Təbəri, III cild, səh-550-551. 

  

                                                           




 

208 


Xəlifə Yezidin zamanında Quseylə ibn Kəmrəmin başçılığı altında üsyan 

edən bərbərilərin üzərinə xəlifə Əbdülməlik ibn Mərvan Züheyr ibn Qeysi Af-

ri

ka valisi təyin edərək onu böyük bir ordu ilə Afrikaya göndərdi. 688-689-cu 



il

lərdə  Züheyr  ibn  Qeys  Quseylə  üzərinə  hərəkət  edərək  onu  məğlub  etdi  və 

Qu

seylə öldürüldü. Bərbəri və Bizanslıları təqib edən müsəlmanlar ələ keçir-



dik

lərini  qətlə  yetirdilər.  Quseyləni  məğlub  edən  Züheyr  əvəllcə  Qayravana 

ora

dan da Bərqaya gəldi. Züheyrin Qayravanda Quseylə ilə vuruşduğunu öyrə-



nən Bizans  İstanbuldan  göndərilən donanma ilə  Bərqaya hücum edərək  xeyli 

əsir  ələ  keçirmişdi.  Buna  qarşılıq  olaraq  Züheyr  Bizans  üzərinə  hərəkət  etdi. 

689-

cu ildə (hicri 69) baş verən döyüşdə Züheyr öldürüldü.



290

 

Bununlada Şi-



ma

li Afrika əməvilərin  əlindən çıxmışdır. Misir valisi Əbdüləziz ibn Mərvan 

baş  verənləri  xəlifə  Əbdülməlikə  bildirsə  də,  həmin  vaxt  əsas  fikri  Abdullah 

ibn Zübeyrə yönəldən xəlifə Şimali Afrikanı öz başına buraxmışdı.  

Abdullah ibn Zübeyrin məğlubiyyətindən sonra Əbdülməlik Həssan ibn Nu-

manı Şimali Afrika valisi təyin edərək 693-694-cü illərdə onu böyük bir ordu ilə 

Şimali Afrikaya göndərdi. Bu qoşun ilk olaraq Qayravana gedib orada vəziyyəti 

sabitləşdirdikdən  sonra  Qərtacana  qədər  irəliləyərək  buranı  da  ələ  keçirdi. 

Bizanslıların  bir  qismi  Siciliyaya  bir  qismi  isə  İspaniyaya  qaçdı.  Həssanın  ye-

nidən  Qayravana  dönməsindən  istifadə  edən  bərbərilər  Kəhinənin  başçılığı  ilə 

üsyan etdilər. Kəhinəyə qarşı baş verən döyüşdə Həssanın məğlub olduğunu eşi-

dən Əbdülməlik yardımçı qoşun göndərdi. Yardımçı qoşun gələnə qədər Kəhinə 

bütün 

Afrikaya sahib olmuşdu. Yardımçı qoşunun köməyi ilə 698-ci ildə Bizans 



ordusunu məğlub edən  Həssan Qərtacanıda  ələ  keçirdikdən sonra Kəhinəni də 

məğlub etdi. Şimali Afrikada sakitliyi bərpa etdikdən sonra Həssan Misir valisi 

Əbdüləziz  ibn  Mərvan  tərəfindən  vəzifəsindən  kənarlaşdırılmış  və  699-cu  ildə 

(hicri 80) 80 yaşında ölmüşdür.

291

 

Bu qələbədən sonra Şimali Afrika bütünlüklə 



İslam idarəsinə daxil olmuş və islamiyyət burada sürətlə yayılmağa başlamışdır. 

 

Bizansla müharibələr 

Əbdülməlik taxta çıxdığı zaman islam dünyasındakı qarışıqlıqdan istifadə 

edən Bizans bir çox müsəlman şəhərlərinə basqın edərək xeyli qənimət ələ ke-

çir


di. İslam dünyasındakı qarışıqlığı nəzərə alan Əbdülməlik Bizansla sülh bağ-

la

maq  məcburiyyətində  qalmışdır.  Sülhə  görə  Kipri  Bizansa  verməklə  yanaşı 



xəracda ödənməli idi. Əbdülməlik Bizansa olan xəracı özünün kəsdirdiyi qızıl 

pul


larla ödəmək istədikdə Bizans bunu qəbul etməmiş və iki tərəf arasında ye-

nidən döyüş başlamışdır. 692-ci ildə (hicri 72) Çukurova adlı məntəqədə baş 

verən döyüşdə Məhəmməd ibn Mərvanın başçılığı altında olan əməvi ordusu 

Bi

zanslıları məğlub etmiş və əməvilərdə vergi verməkdən azad olmuşlar.  



290

Tarixi ibn Əsir, IV cild, səh-107-110. 

291

Tarixi ibn Əsir, IV cild, səh-369-372. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə