Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə104/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   100   101   102   103   104   105   106   107   ...   314

  

211 


də yerləşdirdi və burada islamiyyət yayılmağa başladı. Elə həmin il Buxarada 

ilk məscid inşa edildi.

299

 

Quteyb



ə ibn Müslim 712-ci ildə Xarəzm, Səmərqənd, Nəsəf və Kişi, 714-

cü ildə isə Fərqanə və Kaşğarı itaət altına almışdır. Lakin xəlifə Vəlid ibn Əb-

dül

məlik və Həccacın ölümü ilə əlaqədar olaraq bu fəthlər dayandırılmışdır. 



Hindistan fəthinə göndərilən Məhəmməd ibn Qasim İrandan keçərək Sind 

əyalətinə  daxil  oldu.  708-ci  ildə  Zahər  adlı  Sind  hökmdarını  məğlub  edərək 

Məkranı ələ keçirdi. Bundan sonra Hindistana daxil olan Məhəmməd ibn Qa-

sim 712-


ci ildə Dehli şəhərini fəth etdi. Bütünlüklə Sind əyalətini itaət altına 

al

maq istəyən Məhəmməd Deybulu ələ keçirərək burada məscid inşa etdirdik-



dən  sonra  713-cü  ildə  Multanı  da  ələ  keçirmişdir.  Əldə  etdiyi  uğurlara  görə 

Məhəmməd ibn Qasimə “Hindistan fatehi” ləqəbi verilmişdir.

300

 

Lakin Həcca-



cın ölümü ilə əlaqədar olaraq bu səfərlərə də son qoyulmuşdur. 

 

2. 

Anadolu səfərləri 

707-708-


ci illərdə (hicri 88-89) Cəzirə valiliyinə təyin edilən Məsləmə ibn 

Əbdülməlik Bizansa dəfələrlə səfər edərək Ankara və Bursa sərhədlərinə gələ-

rək Bizanslıları qorxu içində saxlayırdı. Bizansın zəifləməsindən istifadə edən 

Əməvi orduları 709-cu ildə Bizansın əsas qalalarından olan Tyananı ələ keçir-

dilər. Bundan bir il əvvəl isə Məsləmə ibn Əbdülməlik Amorionu ələ keçirmiş-

dir. 710-711-

ci illərdə Qilikya da heç bir müqavimətsiz əməvilərə təslim oldu. 

711-712-


ci illərdə Əməvi orduları Trabzon və Amasya daxil olmaqla Üsküdara 

qədər bütün Anadolunu talan etdilər. Bu səfərdə Məsləmənin qəza yoldaşı Bat-

tal Qazi adı ilə məşhur olan Əbul-Hüseyn Abdullahi-Antaki böyük qəhrəman-

lıqlar göstərmiş və adına əfsanələr qoşulmuşdur.  

Anadolu  səfərlərində  Məsləmə  ilə  birlikdə  xəlifə  Vəlidin  oğlu  Abbas  da 

iştirak edirdi. Məhz onun başçılığı altında olan Əməvi ordusu 712-713-cü il-

lərdə Antalyanı ələ keçirmişdir. Altı il (707-713) davam edən Bizans səfərlə-

rin


dən sonra I Vəlid ibn Əbdülməlik Bizansla müqavilə bağlamışdır.

301


 

 

Şimali Afrika və İspaniyanın fəthi 

699-


cu ildə Həssan ibn Nömanın Şimali Afrika valiliyindən alınmasından 

son


ra Misir valisi Əbdüləziz ibn Mərvan Musa ibn Nusayrı Şimali Afrikaya 

va

li təyin etdi. Vəzifə dəyişikliyindən istifadə edən Bərbərilər, yenidən üsyan 



etdi

lər. Musa ibn Nuseyr isə bu üsyanları yatıraraq Bizansı tamamilə Afrika 

torpaq

larından  geri  çəkilməyə  məcbur  etdi.  Bundan  sonra  o  bərbərilər  ara-



sında İslamı yaymaq üçün imamlar və müəllimlər göndərdi. 709-710-cu illədə 

Şimali Afrikanı itaət altına alan Musa ibn Nuseyr oraya vali olaraq Tariq ibn 

299

 Tarixi ibn Əsir, IV cild, səh-544-547; İbn Kəsir, əl-Bidayə vən-Nihayə, IX cild, səh-72-84. 



300

 Bayur, Hindistan tarixi, Ankara, 1946, I cild, səh-93-95; Tarixi ibn Əsir, IV cild, səh-536-537. 

301

 Tarixi ibn Əsir, IV cild, səh-531-535. 



  

                                                           




 

212 


Ziyadı təyin etdi. Səbtə yarımadasından başqa Şimali Afrikanın Ağdəniz sa-

hil


lərindən  Atlantik  okeanına  qədər  bütün  yerləri  müsəlmanların  əlinə  keç-

mişdir.


302

  

 



İspaniyanın fəthi 

Əndəlus,  Preney  dağlarına  qədər  uzanan  yarımadaya  Ərəblərin  verdiyi 

addır. Bu yarımadaya əski Yunanlar “İberia”, Romalılar “Hispania” deyərdilər. 

German tayfası olan Vandallar tərəfindən buraya Vandalisia və ya Vandalosya 

deyilməsinə qarşılıq olaraq Ərəblər “Əl-Əndəlus” adını vermişlər.

303


 

Vandallardan  sonra  İspaniyanı  istila  edən  Qotlar  burada  öz  krallıqlarını 

qur

muşdular.  Lakin  VIII  əsrdən  etibarən  bu  krallıq  zəifləməyə  başlamışdır. 



Əhali  sıxıntı  içərisində  boğularkən  məmurlar  zövq  və  əyləncədən  ayrılmırdı. 

Yerli xalqla yanaşı yəhudilər də əziyyət çəkirdi. Musa ibn Nusayr Şimali Af-

rika valisi olduğu müddətdə Teodorikin oğlu Rodrik üsyan edərək taxtı ələ ke-

çir


mişdir. Bununla razılaşmayan Səbtə valisi Kont Juluyan müsəlmanları İspa-

ni

yanı fəth etməyə təşviq etdi. 



Bu  məqamı  gözləyən  Musa  ibn  Nusayr  xəlifənin  icazəsindən  sonra  bu 

bölgəyə  Tarif  ibn  Malikin  başçılığı  ilə  kəşfiyyat  dəstəsi  göndərdi.  Kəşfiyyat 

nəticəsində  İspaniyanın  həddən  artıq  zəiflədiyini  öyrənən  Musa  ibn  Nusayr 

Tariq ibn Ziyadı yeddi min nəfərlik dəstə ilə İspaniyaya göndərdi. Tariq Səbtə 

boğazını keçərək İspaniyaya daxil oldu.  

Kont Juluyanın vasitəsilə qarşı tərəfə keçən Tariq bu gün onun adı ilə anı-

lan Cəbəllü-Tariq boğazını ələ keçirdi. Bundan xəbər tutan kral Rodrik Teode-

mi

rin başçılığı altında olan ispan ordusunu Tariq ibn Ziyadın üzərinə göndərdi. 



İki ordu 711-ci ildə Vadi-Ləkkə adlı məntəqədə qarşılaşdı. Baş verən döyüşdə 

İspanların məğlub olması ilə müsəlmanlar İspaniyanın yarısını ələ keçirmiş ol-

dular.

304


 

Tariq ibn Ziyad İspaniyaya daxil olaraq qələbə xəbərini Musa ibn Nusayra 

çat

dırdı. Lakin Tariqin daha çox şöhrət qazanmasını istəməyən Musa ona gös-



təriş verdiki irəli getmədən onu olduğu yerdə gözləsin. Sonra oğlu Abdullahı 

Qay


ravanda öz yerinə buraxaraq böyük bir ordu ilə İspaniyaya doğru hərəkət 

etdi. Lakin Tariq öz əsgərləri ilə məşvərət etdikdən sonra digər şəhərlərin fəthi-

nə başladı. 

Musa ibn Nusayr ərəb və bərbərilərdən təşkil olunmuş böyük bir ordu ilə 

İspaniyaya daxil olub bir neçə şəhəri fəth etdikdən sonra özünü Tariqa çatdırdı. 

Onu tənbih edib qamçı vurduqdan sonra həbsə atdı. Bundan xəbər tutan xəlifə 

Vəlid Musaya məktub göndərib onu azad edərək əvvəlki vəzifəsinə təyin etmə-

sini əmr etdi. Bundan sonra Musa Tariqi zindandan azad etdi və hər iki sərkər-

302

 Tarixi ibn Əsir, IV cild, səh-539-540. 



303

 Ziya Paşa, Tarixi-Əndəlus, səh-11-13. 

304

 Tarixi-Yəqubi, II cild, səh-285. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə