Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə105/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   101   102   103   104   105   106   107   108   ...   314

  

213 


də birlikdə İspaniyanın şimalına hücum etdi. Əbdüləziz ibn Musa şərq və cə-

nub, Tariq isə Tajo istiqamətində hərəkətə keçdi. Musa ibn Nusayr isə Saraqo-

sa şəhərini fəth etdi.

305


 

İspaniyanın fəthindən sonra Əndəlus və Mərakeşə vali təyin olunan Əbdül-

əziz ibn Musa mərkəz olaraq Sevilya şəhərini seçdi. Eyni zaman aralarında ix-

ti

laf olan iki məşhur sərkərdə Musa ibn Nusayr və Tariq ibn Ziyad xəlifə Vəli-



din əmrinə əsasən Şama çağırıldı.

306


 

 

Həccacın ölümü 

Həccac ibn Yusif əs-Səqəfi 714-cü ildə xəlifə Əbdülməlikin dövründə tik-

dir

diyi Vasit şəhərində 54 yaşında ölmüşdür. 694-714-cü illərdə Kufə və Bəsrə 



şəhərlərinin valisi olmuşdur. Bu valiliyi zamanında 120 min nəfəri öldürmüş, 

öldüyü za

man isə həbsxanalarda 50 min kişi və 30 min qadının olduğu rəvayət 

olunur.


307

 

Əməvi taxtının möhkəmlənməsi üçün çalışan Həccac heç bir günah-



dan çəkinməmişdir. Onun həyatı bütünlüklə pislik və cinayətlərlə doludur.  

Lakin buna baxmayaraq Həccacın tökdüyü qanlar Əməvi dövlətini xüsusilə 

xəlifə Əbdülməlikin hökumət və taxtını möhkəmləndirmişdir. Onun ən son öl-

dür


düyü şəxslərdən biri tabiun alimlərindən olan Səid ibn Cübeyr olmuşdur.

308


 

Əməvi xəlifəsi I Vəlid ibn Əbdülməlik isə hicrətin 96-cı ili (miladi 715) 45 

ya

şında  Şamda  ölmüşdür.  O,  Hz.Peyğəmbər  (s)  və  Əhli-beytinin  qatı  düşmən-



lərindən olmuşdur. Hicrətin 94-cü ili məhərrəm ayının 12-si, miladi tarixi ilə 712-

ci ildə məhz xəlifə I Vəlidin əmri ilə dördüncü imam Hz.Zeynul-Abidin (ə) Mə-

dinədə şəhid edilmişdir. Müqəddəs məzarı Mədinədə Bəqi qəbiristanlığındadır. 

 

Hz.



İmam Zeynul-Abidin (ə) 

İmamın (ə) adı Əli ucalıq mənasında olan “əla” sözündən götürülmüşdür. 

Atası seyidüş-şühəda Hz.İmam Hüseyn (ə), anası isə İran kəsrası III Yəzdəgird 

ibn Şəhriyarın qızı Şəhrəbanudur. Əsl adı isə Cahanşah və Şahizənandır. 

İmam  Zeynul-Abidin  (ə)  hicrətin  38-ci  ili  şəban  ayının  beşində  (bəzi  rə-

vayətlərə  görə  cəmadiəl-əvvəl  ayının  15-də)  miladi  tarixi  ilə  658-ci  ildə  Mə-

dinədə anadan olmuşdur.

309


 

Uşaqlıq illərini peyğəmbər şəhəri olan Mədinədə ke-

çirmişdir.  İmam  (ə)  təxminən  iki  il  babası  Əmirəlmöminin  Hz.Əlinin  (ə)  ha-

kimiyyət illərini görmüşdür. Babasının şəhadətindən sonra on il əmisi Hz.İmam 

Həsənin (ə) imamət dövrünü görmüş, onun şəhadətindən sonra isə Müaviyə ibn 

Əbu Süfyanın hakimiyyətinə qarşı mübarizə aparan atası Hz.Hüseynlə (ə) on il 

birlikdə olmuşdur. Hicrətin 61-ci ili məhərrəm ayının onunda baş verən Kərbəla 

305


 Ziya Paşa, Tarixi-Əndəlüs, səh-17-22. 

306


 Ziya Paşa, Tarixi-Əndəlus, səh-22-24. 

307


 Tarixi-Məsudi, III cild, səh-175-176, Tarixi-Təbəri, IV cild, səh-26-27. 

308


 Tarixi-Təbəri, IV cild, səh-23-25. 

309


 Əl-İrşad, səh-253. 

  

                                                           




 

214 


faciəsində  iştirak  etmişdir.  Kərbəla  faciəsindən  sonra  Əhli-beyt  əsirləri  ilə 

birlikdə  əvvəlcə  Kufəyə  məlun  Ubeydullah  ibn  Ziyadın  hüzuruna, oradan da 

Şama məlun Yezid ibn Müaviyənin hüzuruna aparılmışdır. Şamda öz bəlağətli 

xütbələri ilə Yezidin hakimiyyətini rüsvay etdikdən sonra Mədinəyə qayıtmışdır. 

Tarixdən də məlumdur ki, Kərbəla faciəsində bir çox Bəni Haşim gəncləri 

şəhid edilsə də İmam Səccad (ə) ilahi xəstəlik nəticəsində sağ qalmışdır. Buna 

bax

mayaraq savadsız müsəlmanların əksəriyyəti İmam Səccadı (ə) xəstə kimi 



yad  edir  və  o  Həzrəti  çox  zəif  və  əldən  düşmüş  bir  şəxs  kimi  canlandırırlar. 

Am

ma bu fikir həqiqətdən çox uzaqdır. Çünki İmam Səccad (ə) Kərbəlada çox 



qısa bir müddət xəstə olmuşdur. Faciədən sonra sağalmış və təxminən otuz beş 

il  digər  imamlar  kimi  sağlam  şəkildə  imamlıq  etmişdir.  İmamın  Kərbəladakı 

xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Allah onu bu yolla cihaddan azad et-

mişdir ki, İmamət xətti davam etsin və ümmət ilahi höccətsiz qalmasın. Əgər 

İmam Səccad (ə) da cihadda iştirak etsəydi o da atasının başqa oğul və dostları 

ki

mi şəhid olar və beləliklə də, İmamət nuru birdəfəlik sönmüş olardı. 



Məhəmməd ibn Səd “ət-Təbəqatul-kubra” əsərinin V cildinin 221-ci səhi-

fəsində yazır: “Əli ibn Hüseynin Kərbəla faciəsi baş verən gün iyirmi üç,  ya 

iyir

mi  dörd  yaşı  var  idi.  Onun  o  vaxt  azyaşlı  uşaq  olduğunu  söyləyənlər  ta-



mam

ilə əsassızdırlar. O, həmin gün xəstə olmuş, buna görə də döyüşdə iştirak 

edə bilməmişdir.” 

İmamət silsiləsi Hz.Peyğəmbərin (s) vəfatından sonra dörd dövrə bölünür: 

1) 

İmamın səbr etməsi və ya dövrün hakimləri ilə yola getməsi mərhələsi. 



Bu mərhələ Hz.Əlinin (ə) Peyğəmbərin (s) vəfatından Hz.Əlinin (ə) zahiri xila-

fətinə qədərki (hicri 35-ci il) dövrünü əhatə edir. 

2) Hz.

Əlinin (ə) xilafət başına gəlməsi mərhələsi. Bu mərhələ Hz.Əlinin (ə) 



dörd il doqquz ay, ondan sonra isə İmam Həsənin (ə) bir neçə aylıq xəlifəliyini 

əhatə edir. Bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur. 

3) 

Həqiqi İslam hökuməti qurmaq üçün aparılan az müddətli səylər mərhə-



ləsi. Bu mərhələ Hz.Həsənin (ə) sülhündən (hicri 41) İmam Hüseynin (ə) şəha-

dətinə qədər (hicri 61) olan iyirmi ili əhatə edir. 

4) 

Bu  mərhələ  həmin  məqsədin  və  proqramların  uzun  müddət  davam 



etməsi  mərhələsi  adlanır.  Bu  mərhələnin  iki  əsrə  yaxın  davam  edən  müxtəlif 

sahələrində  bir  sıra  müvəffəqiyyətlər  və  uğursuzluqlar  əldə  olmuş,  ideoloji 

işlərdə,  yüzlərlə  münasib  taktikalarda  minlərlə  ixlas  və  şücaətlə  dolu  işlərdə 

qəti uğurlar əldə edilmişdir. 

İmam Səccadın (ə) həyatı dördüncü dövrə təsadüf edir. Yəni, silahlı müba-

ri

zə yolu ilə qələbədən naümid olmaq; Peyğəmbər ailəsi vasitəsilə uzun müd-



dətli İslam hökuməti yaratmaq uğrunda səy göstərmək; bu məqsədə çatmaqdan 

öt

rü  zəminə  yaratmaq  üçün  mədəni  tədbirlər  vasitəsilə  münasib  insani  qüv-



vələri tərbiyə etmək; əsl  İslami fikirləri bəyan etmək, mövhumat və bidətləri 

üzə çıxarmaq. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə