Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə106/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   102   103   104   105   106   107   108   109   ...   314

  

215 


Məşhur İslam tarixçisi Məsudi yazır: “İmam Səccad (ə) İmaməti gizli və 

təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdür.”

310

 

İmam Sadiq (ə) bu haqda buyurur: “Camaatın üç nəfəri istisna olmaqla ha-



mısı Hz.Hüseynin (ə) şəhadətindən sonra döndü; Əbu Xalid Kabili, Yəhya ibn 

Ummut-


Təvil və Cübeyr ibn Mutim.”

311


 

Cəmiyyət arasında hökm sürən qorxu və zalım Əməvi hökumətinin camaat 

üzərindəki güclü nüfuzu hər hansı bir hərəkat və silahlı mübarizəni məğlubiyyətə 

məhkum edirdi. Kiçik hərəkatlar belə Əməvi casuslarının gözündən yayınmırdı. 

Bir gün 

xəlifə Əbdülməlik ibn Mərvanın (685-705) Mədinədəki casusu ona xəbər 

ver

di ki, İmam Səccad (ə) kənizlərindən biri ilə evlənmişdir. Xəlifə Əbdülməlik 



İmama (ə) yazdığı məktubda bu işi İmam üçün nöqsan saymış və etiraz etmişdi 

ki, niyə özünə tay olan bir qüreyşli qadınla evlənməmişdir? İmam (ə) onun cava-

bında belə yazdı: “Peyğəmbərdən böyük və üstün şəxs yox idi. O, öz kənizi ilə 

ev

lənmişdir. Allah hər bir kiçikliyi İslamın sayəsində ucaldır və hər bir nöqsanı 



İslam vasitəsilə aradan götürür. Hər bir alçaq şəxs İslam sayəsində əzizlənir. Mü-

səlman olan heç bir şəxs alçaq deyil. Alçaqlıq ancaq cahiliyyət alçaqlığıdır.”

312

 

Xəlifə  Əbdülməlik  bununla  bildirmək  istəyirdi  ki,  İmamın  (ə)  hər  bir  işi  onun 



nəzarəti altındadır. Belə bir şəraitdə necə qiyam etmək mümkün ola bilər? 

İmam Səccadın (ə) dövrü diktatura mühitinə təsadüf etdiyi üçün o Həzrət 

öz fikir və məqsədlərinin çoxunu dua və münacat şəklində camaata çatdırırdı. 

İmamın (ə) dualar toplusu Səhifeyi-Səccadiyə adlanır. Bu kitab Quran və Nəh-

cül-

bəlağədən sonra ən böyük və ən mühüm ilahi maarif xəzinəsi sayılır. Nəh-



cül-

bəlağa “Əxul-Quran” yəni Quranın qardaşı, Səhifeyi-Səccadiyə isə “Uxtul-

Qu

ran” yəni Quranın bacısı adlanır.



313

 

Səhifeyi-Səccadiyəyə “İncilu-Əhli-beyt” 



və  “Zəburu-Ali-Məhəmməd”  ləqəblərini  də  vermişlər.

314


 

Səhifeyi-Səccadiyə 

təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab 

ey

ni zamanda İslami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi, mədəni, 



ic

timai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində 

bəyan olunmuşdur. Səhifeyi-Səccadiyə əlli dörd duadan ibarətdir. 

Kərbəla faciəsindən sonra İmam Səccad (ə) iyirmi il, başqa bir rəvayətə görə 

isə qırx il ağlamışdır. Həmişə yemək yeyəndə gözünün yaşı yeməyə tökülər, su 

içmək istəyəndə isə o qədər ağlayardı ki, gözünün yaşından su müzaf olardı. Rə-

va

yətə görə, hər gecə-gündüzdə min rükət namaz qılan İmam Səccad (ə) bir neçə 



dəfə Məkkəyə həcc ziyarətinə piyada getmişdir. 

İmam Səccad (ə) hicrətin 94-cü ili (və ya 95) məhərrəm ayının 12-si, mi-

ladi 712-

ci ildə Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlikin (705-715) əmri ilə Mə-

310

 İsbatul-vəsyyə, səh-167. 



311

 Qamusur-Rical, IX cild, səh-399. 

312

 Firui-kafi, V cild, səh-344. 



313

 “Əz-Zəriətu ila təsanifiş-şiə” XV cild, səh-18. 

314

 “Riyazus-salihin”, səh-4-5. 



  

                                                           




 

216 


di

nədə  şəhid  edilmiş  və Bəqi  qəbiristanlığında  əmisi  Hz.Həsənin  (ə)  yanında 

dəfn edilmişdir. Künyəsi Əbu Muhəmməddir. 

 

İmam Səccadın (ə) ləqəbləri 

1) Zeynul-Abidin – 

abidlərin zinəti 

 

2) 


Səccad – daim səcdədə olan 

3) Varisu elmin-

nəbiyyin – peyğəmbər elminin varisi 

4) 


Züssəfanat – səcdə etməkdən alnı pinə bağlayan 

5) 


İbnul-xeyrəteyn – iki yaxşının oğlu 

 

İmam Səccadın (ə) zövcələri 

İmam  Səccadın  (ə)  bir  nigahlı  zövcəsi  olub  o  da  İmam  Həsənin  (ə)  qızı 

Üm

mi  Abdullah  künyəsi  ilə  tanınan  Fatimədir.  Bu  xanım  İmam  Baqirin  (ə) 



ana

sıdır. Digər övladları isə xüsusi kənizlərindən doğulmuşdur. 

Səhih hesab edilən məlumatlara görə İmamın (ə) on bir oğlu, dörd qızı ol-

muşdur: 


1) 

İmam Baqir (ə); 2) Zeyd-bu şəxs Əməvi xəlifəsi Hişam ibn Əbdülməl-

kin (724-

743) xilafəti dövründə 739-740-cı illərdə Kufədə əməvi zülmünə qarşı 

qiyam  etsə də şəhid edilmişdir. 3) Əmr; 4)  Abdullah; 5) Həsən; 6) Hüseyni-

Əkbər; 7) Hüseyni-Əsğər; 8) Əbdürrəhman; 9) Süleyman; 10) Məhəmmədül-

Əsğər; 11) Əli-Əsğər; 12) Xədicə; 13) Fatimə; 14) Əliyyə; 15) Ümmi-Gülsüm. 

İmam  Səccadın  (ə)  üzüyündə  bu  yazı  yazılmışdı:  “Həsbiyəllahu  likulli 

həmmin” – Allah hər bir müsibətdə mənə kifayətdir. 

 

İmam Səccadın (ə) müasiri olmuş xəlifələr: 

1) 

Müaviyə ibn Əbu Süfyan (661-680) 



2) 

Yezid ibn Müaviyə (680-683) 

3) 

II Müaviyə ibn Yezid (683-684) 



4) 

I Mərvan ibn Həkəm (684-685) 

5) 

Əbdülməlik ibn Mərvan (685-705) 



6) 

I Vəlid ibn Əbdülməlik (705-715) 

7) Abdullah ibn Zübeyr (680-695). 

 

Süleyman ibn Əbdülməlik hicri 96-99 (miladi 715-717) 

705-


ci  ildə  qardaşı  Vəlid  öldüyü  zaman  Rəmlədə  olan  Süleyman  Şama 

gəlib ümumi beyətdən sonra Əməvi xəlifəsi təyin edildi. O, əyyaşlıqla məşğul 

olan, dövlət işlərini idarə etməyə etinasız yanaşan bir şəxs olmuşdur. Süleyman 

ibn Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir insan olmuş-

dur. Onun üçün açılan süfrələr həmişə təmtəraqlı olmuşdur. O, ləl-cəvahiratla 

bəzədilmiş, qıraqları zərli saplarla bəzədilmiş paltarlar geyər və bu işdə o qədər 

if

rata yol verərdi ki, hətta onun aşpazxana işçilərinin onun yanına adi paltarda 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə