Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə107/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   103   104   105   106   107   108   109   110   ...   314

  

217 


gedib-

gəlməsinə icazə verməzdi. Qeyd edilənlərə əsasən, onun söz-söhbətinin 

əsas hissəsini qadın və yeyib-içmək təşkil edərdi.  

Hak


imiyyətə gəldiyi ilk vaxtlarda əhali ilə mülayim davranmış, Həccac tərə-

fin


dən  həbs  edilmiş  minlərlə  insanı  azad  buraxmışdır.  Vaxtilə  xəlifə  I  Vəlidin 

döv


ründə Quteybə ibn Müslimin Həccacın əmrilə həbs etdiyi Yezid ibn Muhəl-

ləb həbsdən qaçaraq xəlifə Süleymana sığındı. Xəlifə Süleyman ibn Əbdülməlik 

onunla  birlikdə  Əməvi  dövlətində  çoxdan  unudulmuş  qəbilələr  arası  düşmən-

çiliyi yenidən canlandırıb Əməvi dövlətinin yıxılmasını daha da tezləşdirdi. Sü-

ley

manın Kufə valisi təyin etdiyi Yezid ibn Muhəlləb Həccac ibn Yusif əs-Sə-



qəfi ilə düşmən idi. Buna görə də o Həccacın qohumlarından intiqam almaq üçün 

hərəkətə keçdi. İlk olaraq 715-ci ildə Sind fatehi Məhəmməd ibn Qasimi Həcca-

cın  qohumu  olduğu  üçün  heç  bir  günahı  olmadan  həbs  etdirdi.  716-cı  ildə  isə 

Tür


kistan fatehi Quteybə ibn Müslimi və qardaşlarını edam etdirib, kəsik başla-

rını Şama xəlifə Süleymana göndərdi.

315

 

Bunların ardınca xəlifə Süleyman I Və-



lidin dövründə Şama çağırılan iki Əndəlüs fatehi Musa ibn Nusayr və Tariq ibn 

Ziyadı da heç bir günahları olmadan edam etdirdi. Musa ibn Nusayrın ardınca 

Mərakeş və Əndəlüsdə vali olan oğlu Əbdüləzizdə edam olunmuşdur.

316


 

 

İstanbulun mühasirəsi hicri 97-99 (miladi 715-718) 

Süleymanın  xilafəti  dövründə  baş  verən  əhəmiyyətli  hadisələrdən  biri  də 

İstanbulun mühasirəsidir. 715-ci ildə Süleyman ibn Əbdülməlik qardaşı Məslə-

mə ibn Əbdülməlikin başçılığı altında olan böyük bir ordu və donanmanı İstan-

bula  göndərdi.  Çanaqqala  boğazını  keçən  müsəlmanlar  716-cı  ildə  İstanbula 

ya

xınlaşdı. Həmin vaxt III Teodorsun ölümündən sonra Bizans taxtını ələ keçi-



rən Leon (717-741) şəhəri yaxşı müdafiə etdiyi üçün şəhərin mühasirəsi uzanır 

və İstanbul 718-ci ilə qədər müsəlmanlar tərəfindən mühasirədə qalır. Bu müd-

dət ərzində xəlifədən heç bir yardım almayan İslam ordusu aclıq və vəba xəstə-

li

yi nəticəsində xeyli itki verdi. Eyni vaxtda Bulqarların hücumuna məruz qa-



lan İslam ordusu daha çox itki verdi. Bundan xəbər tutan xəlifə Süleyman mü-

səlman ordusuna yardım etmək üçün 717-ci ildə yola düşür. Lakin həmin ildə 

Mərci-Dabıq adlı məntəqədə çox yemək yeməkdən ölür və onun yerinə Ömər 

ibn Əbdüləziz Əməvi xəlifəsi təyin edilir.

317

 

Xəlifə  Süleyman  ibn  Əbdülməlikin  dövründə  Kufə  valisi  olan  Yezid  ibn 



Mu

həlləb  Curcan  və  Təbəristanı  fəth  etmişdir.

318

 

Süleyman  ibn  Əbdülməlik 



oğlanları öldüyü üçün ölümündən əvvəl yerinə əmisi oğlu Ömər ibn Əbdüləzizi 

315


 Tarixi-Yəqubi, II cild, səh-294-296. 

316


İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, IX cild, səh-171-174. 

317


Tarixi-

Təbəri, IV cild, səh-48; Tarixi-Yəqubi, II cild, səh-294-299. 

318

 Tarixi-Təbəri, IV cild, səh-49-56; Tarixi ibn Əsir, V cild, səh-29-36. 



  

                                                           




 

218 


vəliəhd təyin etmiş, ondan sonra da qardaşları Yezid ibn Əbdülməlik və Hişam 

ibn Əbdülməliki bir-birinin ardınca vəliəhd təyin etmişdir.

319

 

 



Ömər ibn Əbdüləziz hicri 99-101 (miladi 717-720) 

Ömər ibn Əbdüləziz hicrətin 99-cu ili səfər ayının 19-da miladi 717-ci ilin 

no

yabrında  Süleymanın  vəfatından  sonra  Əməvi  xəlifəsi  təyin  edilmişdir. 



Ömər qısa müddət ərzində xeyli işlər görmüşdür. O, xalqa zülm edən valiləri 

dəyişmiş,  özünün  təyin  etdiyi  valiləri  də  daim  nəzarətdə  saxlayırdı  ki,  xalqa 

zülm etməsinlər. Zalım vali və məmurları vəzifəsindən azad edərək  yerlərinə 

ədalətli məmurlar təyin edirdi. Məşhur fəqihlərdən Şabini Kufəyə, Həsən Bəs-

rini də Bəsrəyə qazi təyin etmişdi.  

Xəlifə Süleymanın dövründə Kufə, Xorasan və Maveraunnəhr valisi olmuş 

Ye

zid  ibn  Muhəlləbi  vəzifəsindən  çıxararaq  həbs  etmişdir.  Çünki  Yezid  ibn 



Muhəlləb, İraq valisi olarkən fəth etdiyi ərazilərin qənimətlərindən beytul-mala 

pay ayırmamış, hökumətə hesabat verməmişdir. 

Müaviyə ibn Əbu Süfyan tərəfindən birləşdirilən Bəsrə və Kufə valiliyini 

ye

nidən iki vilayətə ayırmışdır. Eyni zamanda xəlifə Süleymanın xilafəti döv-



rün

dən İstanbulu mühasirədə saxlayan Məsləmə ibn Əbdülməlikin başçılığı al-

tında olan İslam ordusunu 718-ci ildə geri çağırmışdır.  

Xəlifə Ömərə görə İslam dövlətinin əldə etdiyi torpaqlar kifayətdir, yeni 

tor

paqlar qazanmaqdansa, bu torpaqlarda adil bir idarə təşkil etmək lazımdır. 



Ömər ibn Əbdüləziz I Yezidin xilafəti dövründə Mədinədə anadan olmuşdur. 

704-


cü  il  atası  Əbdüləziz  ibn  Mərvanın  ölümündən  sonra  Şama  gəlib  əmisi 

Əbdülməlik ibn Mərvanın qızı Fatimə ilə evlənmişdir. Sonralar xəlifə I Vəlid 

tərəfindən Mədinəyə vali təyin edilsə də, qısa müddət sonra 712-ci ildə Həc-

cac ibn Yu

sifin  israrı  ilə  vəzifəsindən  kənarlaşdırılmışdır.  Çünki  Həccacın 

zül


mündən cana doymuş insanlar qaçaraq əmin-amanlıq yeri olan Mədinəyə 

sığınırdılar. 



 

Ömər ibn Əbdüləzizin həyata keçirdiyi islahatlar 

1. 

Hədislərin  yazılıb  və  camaat  arasında  söylənməsi  üzərində  qoyul-

muş  qadağanın  qaldırılması:  Hz.Peyğəmbərin  (s)  hədis  və  buyuruqlarının 

Qu

randan sonra ikinci yerdə olduğuna, asimani kitabdan sonra İslam mədəniy-



yətinin ən böyük mənbəyi sayılmasına və bu iki şeyin bir-birindən ayrılmasının 

qeyri-m


ümkün  olmasına  baxmayaraq,  Əbu  Bəkr  və  Ömər  hədis  toplamağın 

əleyhinə çıxıb əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlman-

lara hədis yazıb söyləməyi qadağan etdilər. Xəlifə Əbu Bəkr belə dedi: “Alla-

hın  Rəsulundan  heç  bir  şey  söyləməyin!  Əgər  sizlərdən  bir  nəfər  bir  məsələ 

barədə sual etsə, ona deyin ki, Allahın kitabı olan Qurani-Kərim bizim və sizin 

319


 Tarixi-Təbəri, IV cild, səh-59-61. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə