Şahlar şahbaz oğlu şƏRİfov


II Yezid ibn Əbdülməlik hicri 101-105 (miladi 720-724)



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə109/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   105   106   107   108   109   110   111   112   ...   314

  

221 


II Yezid ibn Əbdülməlik hicri 101-105 (miladi 720-724) 

720-


ci ildə Ömər ibn Əbdüləzizin ölümündən sonra Süleyman ibn Əbdül-

məlikin vəsiyyətinə əsasən II Yezid ibn Əbdülməlik əməvi xəlifəsi təyin edildi. 

O, çox əyyaş, kefcil, laqeyd bir adam olub əxlaqi və dini qaydalara əsla riayət 

et

mirdi. Buna görə də, onun hakimiyyət dövrü Bəni Umeyyənin hakimiyyətdə 



ol

duğu ən pis və azğınlıq dövrü hesab olunur. Onun hakimiyyəti dövründə İs-

lam tarixində heç bir fəth baş verməmişdir. O, musiqiyə o qədər həvəs göstərir-

di ki, Şama hətta uzaq şəhərlərdən xanəndələr dəvət edirdi. O, öz vaxtını eyş-

işrət, musiqi məclislərində keçirməyi ilə tarixdə məşhurdur. 

Xəlifə Ömər ibn Əbdüləzizin vəfatını eşidən xəvariclər Şəvzəbin başçılığı 

al

tında  üsyan  edərərək  Əməvi  ordularını  bir-birinin  ardınca  məğlub  etdilər. 



Bun

dan xəbər tutan xəlifə II Yezid qardaşı Məsləmə ibn Əbdülməliki Kufə va-

lisi təyin etməklə bu üsyanı yatırmışdır. 

 

Muhəlləbilər 

Xəlifə Süleyman ibn Əbdülməlikin dövründə Kufə, Maverənnəhr və Xorasa-

nın ixtiyarı tamamilə Yezid ibn Muhəlləbə verilmişdi. Süleymandan sonra xəlifə 

olan Ömər ibn Əbdüləziz ondan bu bölgələrin vergisini istədikdə Yezid ibn Mu-

həlləb xəlifənin əmrini rədd etdiyi üçün xəlifə tərəfindən həbs edilmişdir. Ömərin 

xəstə  olduğu  ərəfədə  həbsxanadan  qaçan  Yezid  ibn  Muhəlləb  Bəsrəyə  qaçaraq 

ora

ya sığındı. 720-ci ildə üsyan edən Yezid ibn Muhəlləb Bəsrəni bütünlüklə ələ 



ke

çirdi. Bəsrə valisi Ədi ibn Ərtar bir şey edə bilmədiyi üçün Əzd və Rəbiə qəbilə-

ləri də Yezid ibn Muhəlləbə qoşuldu. Bundan cürətlənən Yezid ibn Muhəlləb İran, 

Kir


man, Əhvaz və Sinddi də ələ keçirdi. Bundan narahat olan xəlifə II Yezid qar-

daşı Məsləmə ibn Əbdülməliki Yezid ibn Muhəlləbin üzərinə göndərdi. 720-ci ildə 

Kufə yaxınlığında baş verən döyüşdə Yezid ibn Muhəlləb və qardaşı öldürüldü. 

Muhəlləbiləri təqib edən Məsləmə ibn Əbdülməlik bu sülalənin axırına çıxdı.

330

 

 



Maverənnəhrdəki vəziyyət 

Yezid ibn Muhəlləb üzərindəki qələbədən sonra nüfuzu artan Məsləmə ibn 

Əbdülməlik xəlifə II Yezid tərəfindən İraq və şərq hissəsinin valisi təyin edildi. 

Məsləmə də kürəkəni Səid ibn Əbdüləzizi Xorasana vali təyin etsə də, o, Ma-

ve

rənnəhrdən  gələn  türk  qoşunlarının  qarsını  ala  bilmədi.  722-ci  ildə  Kufə 



valisi olan Əmr ibn Hubeyrə Səid ibn Əbdüləzizin yerinə Səid ibn Hərəşini Xo-

rasan valisi təyin etdi. 

Səid ibn Hərəşi dərhal Mavərənnəhrə hücum edərək Hocənd, Nəsəf və Kəş 

şəhərlərini  ələ  keçirdi.  Lakin  qələbə  xəbərini  validən  qabaq  xəlifə  II  Yezidə 

çat

dırdığı üçün o, Əmr ibn Hubeyrə tərəfindən 723-cü ildə vəzifəsindən kənar-



laşdırılmışdır.  Ondan  sonra  Müslim  ibn  Səid  əl-Kilabi  Xorasan  valisi  təyin 

edil


mişdir. 

330


Tarixi-

Təbəri, IV cild, səh-75-91; Tarixi-Yəqubi, II cild, səh-314. 

  

                                                           




 

222 


İslam  ordusunun  Mərcul-Hicarə  adlı  məntəqədə  xəzər  türkləri  tərəfindən 

məğlub edildiyini öyrənən xəlifə II Yezid Cərrah ibn Abdullahı Van valisi tə-

yin etdi. 722-

ci ildə Kür çayı sahilində türkləri məğlub edən Cərrah ibn Abdul-

lah Bələncər və Əlivənzər şəhərlərini ələ keçirdi.

331


 

Əvvəldə  qeyd  etdiyimiz  kimi  xəlifə  II  Yezid  içki  və  qadın  düşkünü  idi. 

Onun Xubabə və Səllamə adlı iki kənizi var idi ki, həqiqətdə ölkənin siyasi iş-

ləri bu iki qadının əlində idi. II Yezidin ən çox bağlandığı Xubabə adlı kəniz 

öl

dükdə həddən artıq narahat olan xəlifə, bir neçə gün onun cənazəsinin yanın-



da əyləşib onu dəfn etməyə icazə verməmişdi. Kənizin cəsədi iy verən zaman 

xəlifənin  qardaşı  onun  yanına  gəlib  icazə  aldıqdan  sonra  Xubabənin  cəsədi 

dəfn  olunmuşdur.  Həddən  artıq  sevdiyi  kənizinin  ayrılığına  dözə  bilməyən 

xəlifə II Yezid iki həftədən sonra özü də vəfat etmişdir.

332

 

Vəfatından qabaq 



qar

daşı Hişam ibn Əbdülməliki, ondan sonra isə öz oğlu Vəlidi vəliəhd təyin 

etmişdir. 

 

Hişam ibn Əbdülməlik hicri 105-125 (miladi 724-743) 

724-


cü ildə xəlifə II Yezid ibn Əbdülməlikin ölümündən sonra onun vəsiy-

yətinə əsasən qardaşı Hişam ibn Əbdülməlik əməvi xəlifəsi təyin edildi. Bəni-

Umey

yənin içində ən siyasi xadimlərdən biri olan Hişam əxlaqca paxıl, həris, 



tünd

xasiyyət, daşürəkli, rəhimsiz və kobud adam olmuşdur. Rəhimsiz və zalım 

ol

duğundan onun dövründə camaatın vəziyyəti ağırlaşdı, insani hisslər demək 



olar ki, ar

adan getdi. O, öz hakimiyyətini yalnız daxildəki çəkişmələri və xarici 

yüş  alovlarını  söndürdükdən  sonra  möhkəmlədə  bilmişdi.  Hişam  hakimiy-



yətə gəldiyi vaxt Şimal istiqamətindən türkmən tayfaları və Xəzərlər mərkəzi 

kumətə  hücum  edirdilərsə,  Şərqdə  də  Abbasilər  Əməviləri  hakimiyyətdən 



salmaq üçün gizli təbliğat aparırdılar. Abbasilərin təbliğatı bundan əvvəl xəlifə 

Ömər ibn Əbdüləzizin dövründən 718-719-cu illərdə Məhəmməd ibn Əli ibn 

Abdullah ibn Abbasın vasitəsilə başlamışdır. Ölkə daxilində isə xarici üsyanla-

rının ardı-arası kəsilmirdi. Hakimiyyəti əldə edən Hişam dərhal İraqda baş qal-

dıran Abbasi təbliğatlarının qarşısını almaq üçün Ömər ibn Hubeyrənin yerinə 

Xalid ibn Abdullah əl-Qəsrini İraq valisi təyin etdi.

333

 

 



Türkistan hadisələri 

X

əlifə II Yezidin dövründə Müslim ibn Səid əl-Kilabinin Türkistan türkləri 



ilə  başladığı  düşmənçilik  Hişamın  dövrünü  tamamilə  əhatə  etmişdi.  İraq  va-

liliyinə gətirilən Xalid ibn Abdullah əl-Qəsri qardaşı Əsədi Xorasana vali gön-

dərdi. Bu vaxt Müslim ibn Səid Fərqanə tərəflərində türklərlə döyüşü davam 

331


 Tarixi-Təbəri, IV cild, səh-94-108. 

332


 Tarixi-Təbəri, IV cild, səh-109-111; Tarixi ibn Əsir, V cild, səh-67-123; Siyuti, Tarixul-

xüləfa, səh-246-247. 

333

Tarixi-


Təbəri, III cild, səh-112. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə