Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə110/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   106   107   108   109   110   111   112   113   ...   314

  

223 


etdi

rirdi.  Lakin  Xorasanda  Əsədin  xalqa  zülm  etdiyini  öyrənən  xəlifə  Hişam 

onu 727-

ci ildə Əşrəs ibn Abdullah əs-Süləmi ilə əvəz etdi.

334

 

Əldə etdiyi vəzifədə özünü doğrultmağa çalışan Əşrəs ibn Abdullah Səmər-



qənd və Maverənnəhr əhalisinə elçilər göndərib onları İslama dəvət etdi və İsla-

mı  qəbul  edərlərsə  onlardan  cizyə  alınmayacağını  bildirdi.  Bu  xəbərdarlıqdan 

son

ra qısa müddət ərzində Səmərqənd əhalisi İslamı qəbul etdi. Səmərqənd əh-



linin İslamı qəbul etməsindən sonra Əşrəs ibn Abdullah xəracı ikiqat artırdı. Hət-

ta İslamı qəbul edən türklərdən belə cizyə alınmağa başlandı. Bu da həmin mən-

təqədə yenidən üsyana səbəb oldu və üsyan Maverənnəhri də bürüdü. Cizyə ver-

mək istəməyən müsəlman türklər Səmərqənd ətrafında toplanaraq cizyə toplama-

ğa gələnlərlə döyüşə başladılar. Üsyanın genişləndiyini görən türk hökmdarı Qu-

rək də üsyançılara dəstək oldu. Bunun sayəsində türklər Səmərqənd və Buxaraya 

qədər  irəlilədi.  Bundan  xəbər  tutan  xəlifə  Hişam  dərhal  Əşrəs  ibn  Abdullahın 

yerinə 729-cu ildə Cuneyd ibn Əbdürrəhmanı Xorasan valisi təyin etdi.

335

 

Ceyhunu keçən Cuneyd Türk xaqanlarını məğlub edərək 729-cu ildə (hicri 



111) Səmərqəndi, 731-ci ildə (hicri 113) isə Buxaranı türklərdən geri aldı. 734-

cü 


ildə Cuneyd ibn Əbdürrəhmanın ölümündən sonra Asim ibn Abdullah Xora-

san valisi təyin edildi.

336

 

Bəlx yaxınlığında Haris ibn Sureycin ordusuna məğlub olan Asim Mərvə 



gəldi. Mərvdə baş verən döyüşdə isə Asim Harisi məğlub etdi. Asimdən sonra 

ikin


ci dəfə Xorasan valiliyinə 735-ci ildə Xalid ibn Abdullah əl-Qəsrinin qar-

daşı Əsəd ibn Abdullah gətirildi. Əsəd ibn Abdullah 738-ci ilə qədər Xorasan-

da vali olsa da burada sakitliyi bərpa edə bilmədi. Yalnız 738-ci ildə Əsəd ibn 

Abdullahın ölümündən sonra Xorasan valiliyinə gətirilən Nəsr ibn Səyyar bu 

böl

gədə sakitliyi təmin etmişdir.



337

 

Eyni zamanda Nəsr ibn Səyyar Xorasanda 



son Əməvi valisi olmuşdur. 

 

Xəzər türkləri ilə mübarizə 

Cəzirə valisi olan Cərrah ibn Abdullahı xəlifə Hişam ibn Əbdülməlik Xə-

zərlərə qarşı göndərsədə baş verən döyüşdə Cərrah məğlub oldu. Bundan xəbər 

tu

tan Hişam Cərrahın yerinə qardaşı Məsləmə ibn Əbdülməliki Cəzirə valisi tə-



yin etdi. 725-726-

cı illərdə Səid ibn Əmrlə birlikdə hərəkət edən Məsləmə ibn 

Əbdülməlik əl-Babı ələ keçirdi. 

Bir il sonra Azərbaycana basqın edən Xəzərlər məğlub olaraq geri çəkildi-

lər. 729-cu ildə yenidən Cəzirə valisi təyin edilən Cərrah ibn Abdullah Tiflis 

üzərindən Bələncərə gələrək Xəzərlərin mərkəzi şəhəri olan əl-Beydaya qədər 

gəlsə də qışın gəlməsilə geri dönmüşdür. 730-cu ildə yenidən Ərdəbilə qədər 

334


 Tarixi-Təbəri, III cild, səh-127. 

335


Tarixi-

Təbəri, III cild, səh-129-138; Tarixi ibn Əsir, V cild, səh-147-165. 

336

İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, IX cild, səh-312; Xudari, Devletul-Uməviyyə, səh-193. 



337

 Tarixi ibn Əsir, V cild, səh-226-228; Tarixi-Təbəri, IV cild, səh-153-158. 

  

                                                           




 

224 


gələn  xəzər  türkləri  Cərrah  ibn  Abdullahı  məğlub  etdilər.  Son  olaraq  Cəzirə 

böl


gəsinə  vali  təyin  edilən  Mərvan  ibn  Məhəmməd  Xəzərləri  məğlub  edərək 

onlarla sülh bağlamışdır.

338

 

 



İspaniyanın vəziyyəti 

X

əlifə Süleymanın dövründə Əndəlus fatehi Musa ibn Nusayrın qətlindən 



sonra  İspaniyanı  bir  müddət  onun  qohumu  Əyyub  ibn  Həbibi  idarə  etmişdir. 

715-


ci ildə isə İspaniyaya əl-Hürr ibn Əbdürrəhman vali təyin edildi. Şimal is-

ti

qamətində səfərlər edən əl-Hürr xəlifə Ömər ibn Əbdüləzizin dövrünə qədər 



burada vali olaraq qalmışdır.  

719-


cu ildə xəlifə Ömər tərəfindən Yəmanilərdən olan Səmih ibn Malik İs-

pa

niyaya  vali  olaraq  göndərildi.  Qısa  müddət  ərzində  bu  bölgədə  idarəni  ələ 



alan Səmih ibn Malik Saraqosada böyük bir məscid və xeyli sayda körpülər tik-

dir


di.  Şimal  bölgəsində  üsyan  halında  olanları  məğlub  edib  Asturya  dağ  əra-

zilərini istila etdi. Narbonuda ələ keçirən Səmih 721-ci ildə Aqutanın mərkəzi 

olan Tulozu mühasirəyə alsa da baş verən döyüşdə öldürüldü və onun ölümün-

dən sonra əməvi ordusu geri çəkildi. 

Səmihin ölümündən sonra İspaniya valisi təyin edilən Ənbəsə ibn Suheym 

Fransa fəthlərini davam etdirərək Qarqazonu və Nimi ələ keçirib Ron vadisinə 

qədər irəlilədi. 725-ci ildə Franklarla müqavilə bağlayan Ənbəsə ibn Suheym 

həmin ildə də öldü. Ənbəsənin ölümündən sonra 726-cı ildə  Bişr ibn Səfvan 

Əndəlus valisi təyin edildi. Ondan sonra vali təyin edilən Yəhyanın, Hüzeyfə-

nin, Osmanın və Heysəmin valiliyi dövründə də Əndəlusda qalmaqallar davam 

etmişdir. Bu qalmaqallar xəlifə Hişamın dövrünə qədər davam etmişdir. Yalnız 

xəlifə Hişam tərəfindən 728-cu ildə İspaniyaya vali təyin edilən Əbdürrəhman 

ibn  Abdullah  bu  bölgədə  sakitliyi  bərpa  etmişdir.  Bütün  Avropanı  keçib Bi-

zansa daxil olmaq və Ağdənizi İslam gölü halına gətirmək istəyən Əbdürrəh-

man ibn Abdullah Fransaya doğru hərəkət etdi. Lakin 732-ci ildə (hicri 114) 

baş  verən  məhşur  Puatye  döyüşündə  Çarless  Martellin  başçılığı  altında  olan 

fran

sız ordusu əməvi ordusunu məğlub etdi və İslam sərkərdəsi Əbdürrəhman 



öl

dürüldü. Puatye döyüşü İslam ordusunun qərb istiqamətindəki ən son nöqtəsi 

ol

muşdur. Bu tarixdən sonra müsəlmanlar İspaniyada zəifləməyə başladılar.  



Artıq  Əməvi  sarayından  gələn  əmrlərə  əhəmiyyət  verməyən  İspaniya 

əmirləri 742-ci ildə bu bölgəyə Uqbə ibn Nafenin nəvələrindən olan Yusif ibn 

Əbdürrəhmanı  hakim  təyin  etdilər.  Əməvi  xəlifəsi  Hişam  ibn  Əbdülməlik  də 

məcburən onun hakimiyyətini təsdiqlədi. 



 

Anadolu döyüşləri 

Hişam ibn Əbdülməlikin dövründə Bizanslarla bir sıra döyüşlər edilmişdir. 

Xəzər türklərinin təcavüzünə qarşılıq olaraq Anadoluya hücum edən Məsləmə 

338


 Tarixi-Yəqubi, II cild, səh-317-318. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə