Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə112/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   108   109   110   111   112   113   114   115   ...   314

  

227 


Zeydin şəhadətindən sonra oğlu Yəhya Xorasana qaçıb 743-cü ildə qiyam 

et

sə də, Xorasan valisi Nəsr ibn Səyyar tərəfindən şəhid edilmiş və kəsik başı 



xəlifə Hişamın hüzuruna göndərilmişdir. Başsız bədən isə Cuzcanda asılmış və 

Əbu Müslim Xorasani buraya gələnə qədər aslı vəziyyətdə qalmışdır.

349

 

Əhli-beytin (ə) qatı düşməni olan xəlifə Hişamın ən böyük günahı isə be-



şinci İmam Muhəmməd Baqiri (ə) şəhid etməsilə bağlıdır. Hişam hicrətin 114-

cü  ili  zilhiccə  ayının  7-də  miladi  732-ci  il  İmam  Baqirə  (ə)  zəhər  verdirərək 

onu şəhid etdirmişdir. Müqəddəs məzarı Mədinədə Bəqi qəbiristanlığındadır.  

Hişamın xilafətinin sonlarında vergilərin çox olmasından narazı olan əhali 

aya

ğa qalxaraq türklərlə birləşdilər. Hişam bu hərəkatı yatırmaq üçün Nəsr ibn 



Səyyarı  oraya  göndərdi.  İğtişaşları  yatıran  Nəsr  Mərvdə  məskunlaşdı.  Lakin 

Əbu Müslimin qiyamından sonra Nişapura getmişdir. Əbu Müslimin göndərdi-

yi sərkərdə Qəhtəbə ibn Şəbib Tai ilə Nəsr ibn Səyyar arasında baş verən dö-

yüşdən sonra Savədə gələn Nəsr 749-cu ildə vəfat etmişdir. 

Hicrətin 124-cü ili (miladi 742) Xorasandan Məkkəyə doğru həkət edən bir 

qrup  Abbasi  təbliğatçıları  Kufədən  keçərkən  vali  Yusif  ibn  Ömər  tərəfindən 

həbsə  atılmış  məhbuslarla  görüşərək  onları  beyətə  dəvət  etdilər.  Abbasilərin 

dəvətini qəbul edən məhkumlar onlara beyət etdilər. Onlara beyət edən məh-

kum

lardan biri də Əbu Müslim Xorasani idi. O, İsa ibn Muqbil əl-Əcli adlı bir 



məhkuma hizmət edirdi. Onun qüvvətli və şücaətli olduğunu bəyənən təbliğat-

çılardan olan Bəkir ibn Mahan Əbu Müslimi İsa ibn Muqbildən 400 dirhəmə 

sa

tın alaraq Məkkəyə doğru hərəkət etdilər. Abbasilərə bütün vücudu ilə bağlı 



olan Əbu Müslim onların hakimiyyətə gəlməsi üçün əlindən gələni əsirgəmə-

mişdi.  Onun  həyata  keçirdiyi  zülm  və  haqqsızlıqlar  barədə  gələcək  fəsillərdə 

ge

niş məlumat verəcəyik. 



Eyn

i ildə vəfat edən Abbasi imamı Məhəmməd ibn Əli ibn Abdullah ibn 

Abbas yerinə oğlu Əbul-Abbas Səffahı buraxmışdır. 

Onuncu  Əməvi  xəlifəsi  Hişam  ibn  Əbdülməlik  hicrətin  125-ci  ili  rəbiül-

axir (miladi 743) ayının 6-da özünün tikdirdiyi Rüsafə şəhərində vəfat etmiş və 

ora


da basdırılmışdır.

350


 

 

Hz.

İmam Məhəmməd Baqir (ə) 

Adı Muhəmməd, atası İmam Səccad (ə), anası isə İmam Həsənin (ə) qızı 

Üm

mü Abdullah künyəsi ilə tanınan Fatimədir. Buna görə də İmam Baqir (ə) 



həm ata, həm də  ana tərəfdən Hz.Əliyə və  Hz.Fatiməyə  yetişən ilk imamdır. 

Kün


yəsi Əbu Cəfərdir. 

İmam Baqir (ə) hicrətin 57-ci ilində səfər ayının üçündə (və ya rəcəbin biri) 

miladi tarixi ilə 674-cü ildə əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyanın xilafəti 

dövründə Mədinədə anadan olmuşdur. İmam Səccad (ə) vəfat edəndə ilahi elmin 

349

Tarixi-


Təbəri, IV cild, səh-232-234; Tarixi-Yəqubi, II cild, səh-332. 

350


Tarixi-

Məsudi, III cild, səh-216-217; Tarixi ibn Əsir, V cild, səh-261-263. 

  

                                                           




 

228 


sirlərini, Hz.Peyğəmbərin (s) və digər peyğəmbərlərin mirasını İmam Baqirə (ə) 

təslim etmişdir. İmam Baqirin (ə) imam və məsum olmasına Hz.Peyğəmbərin (s) 

Ca

bir  ibn  Abdullah  Ənsariyə  söylədiyi  hədis  kifayət  edər.  Hədis  belədir: 



Hz.P

eyğəmbər (s) buyurdu: “Ey Cabir, sən mənim nəslimdən olan elə bir şəxsi 

rəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını 



ca

maatın üzünə açacaq. Mənim salamımı ona çatdırarsan.”

351

 

Bundan əlavə hələ 



pey

ğəmbər  zamanında  Hz.Cəbrailin  Hz.Peyğəmbərə  gətirdiyi  səhifələrdə  və 

Hz.Fa

timənin Cabirə göstərdiyi  yaşıl lövhədə o Həzrətin adının İmam Səccad-



dan 

(ə) sonra yazılması sübut edir ki, İmam Baqir (ə) atasından sonra onun yerin-

də zəmanə imamıdır. İmam Baqirin (ə) həyatında baş verən maraqlı hadisələrdən 

bi

ri əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin sarayında baş verən ox atma yarışı, 



dig

əri isə xristian yepiskopu ilə etdiyi münazirədir. 

İmam Baqir (ə) öz imaməti dövründə İlahi maarifi nəşr edib meydana çı-

xarma


ğa başladı. İmam (ə) elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam 

Sadiqin 



(ə) imaməti dövründə təşkil edilən böyük İslam məktəbinin yaranma-

sına şərait yaratdı. İmam Baqir (ə) elm, fəzilət və əzəmətdə bütün Bəni-Ha-

şimi böyüklərini üstələmişdi. İmamdan (ə) İslami hökmlər, təfsir, İslam tarixi 

və başqa elmlər haqqında çoxlu hədis və rəvayətlər yadigar qalmışdır. O döv-

rün bö

yük elmi şəxsiyyətləri və Peyğəmbər səhabələrindən sağ qalanlar İmam 



Baqirin 

(ə) elmindən istifadə edirdilər. Cabir ibn Yezid, Sicistani, İbn Müba-

rək, Zühri Uzai, Əbu Hənifə, Malik ibn Ənəs, Şafei kimi fəqihlər İmam Baqi-

rin 

(ə) elmi əsərlərindən bəhrələnmişlər. Sünni məzhəbinin ən mötəbər müəl-

liflərindən  hesab  edilən  Təbəri,  Bəlazuri,  Xətib  Bağdadi,  eləcə  də  mötəbər 

qaynaqlardan olan “Mü

vəttəil-Malik”, “Sünəni-Əbu Davud”, “Müsnədi Əbu 

Hənifə”, “Təfsiri-Zəməxşəri” və s. bu kimi kitablar İmam Baqirin (ə) mənalı 

sözləri ilə doludur. 

İmam Baqirin (ə) elmi sədası İslam məmləkətinin hər yerinə yayıldığı üçün 

ona “Baqirul-

ulum” yəni elm qapılarını açan ləqəbi verilmişdir. İmam Baqir (ə) 

məktəbinin  yetirmələri  bunlardır:  Məhəmməd  ibn  Müslim,  Zürarə  ibn  Əyun, 

Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Əyan, Hişam 

ibn Sa


lim və s. Bunları nəzərə alan İmam Sadiq (ə) belə buyurmuşdur: “Bizim 

məktəbi  və  atamın  hədislərini  dörd  nəfər  dirçəltdi.  O  dörd  nəfər  Zürarə  ibn 

Əyun, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuş-

dur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən is-

ti

fadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə 



ya

şayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiya-

mətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.

352


 

İmamın (ə) 

şagirdləri  elmi  mübarizə  meydanında  qeyri-şiə  fəqihlərindən  üstün  idilər.  Mə-

həmməd  ibn  Müslim  şiə  məzhəbinin  böyük şəxsiyyətlərindən,  yüksək dərəcəli 

351

 Biharul-ənvar, 46-cı cild, səh-226. 



352

 İxtiyari-mərifətir-rical, səh-136-137. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə