Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə113/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   109   110   111   112   113   114   115   116   ...   314

  

229 


hədisçilərindən, İmamın (ə) fiqh və hədis sahəsində ən qabaqcıl şagirdlərindən 

ol

muşdur. O, İmam Baqirdən (ə) otuz min, İmam Sadiqdən (ə) isə on altı min hə-



dis öyrənmişdir. Onun məşhur kitabı “Ərbəə miətu-məsələtin” (Dörd yüz məsə-

lə) kitabıdır. 

İmam Baqir (ə) məktəbinin yetirmələrindən biri də Cabir ibn Yezid Cufidir. 

O da Kufədə anadan olmuş, İmam Baqirin (ə) elmindən faydalanmaq üçün Mə-

di

nəyə köçmüşdür. Cabirin yazdığı kitablar bunlardır: 1) Təfsir kitabı, 2) Cəməl 



ki

tabı, 3) Siffeyn kitabı, 4) Nəhrəvan kitabı və s. 

İmam  Baqir  (ə)  hicrətin  114-cü  ili  zilhiccə  ayının  7-də,  miladi 732-ci il 

əməvi  xəlifəsi  Hişam  ibn  Əbdülməlikin  əmri  ilə  Mədinədə  şəhid  edilmişdir. 

qəddəs məzarı Bəqi qəbiristanlığındadır. 



 

 

İmam Baqirin (ə) ləqəbləri 

1) Baqirul-ulum – 

elmləri yaran; 

2) 

Şahirul-ulum – elmləri aşkara çıxaran; 



3) Zakir – 

zikr edən; 

4) 

Şakir – şükr edən; 



5) Cami – 

elmləri cəm edən; 

6) Hazir – 

hazırcavab; 

 

İmam Baqirin (ə) zövcələri 

1) 


Ümmü  Fərvə  binti  Qasim  ibn  Məhəmməd  ibn  Əbu  Bəkr.  Bu  xanım 

İmam Sadiqin (ə) və Abdullahın anasıdır, 2) Ümmi Həkim binti Əsəd ibn Mü-

ğeyrə. İbrahim və Abdullahın anasıdır, 3) Leyli - Zeynəb və Əlinin anasıdır. 

 

İmam Baqirin (ə) övladları 

1) 

Əbu Abdullah İmam Sadiq (ə), 2) Abdullah, 3) İbrahim, 4) Ubeydullah, 



5) 

Rəca, 6) Əli, 7) Zeynəb, 8) Ümmi Sələmə. 

İmam Baqirin (ə) üzüyündə bu yazı yazılmışdır: “Əl-izzətu lillahi cəmiən” – 

Bütün izzət və qüdrət Allaha məxsusdur. 

 

İmam Baqirin (ə) müasiri olmuş xəlifələr: 

1) 


I  Vəlid  ibn  Ədülməlik  (705-715);  2)  Süleyman  ibn  Əbdülməlik  (715-

717); 3) 

Ömər ibn Əbdüləziz (717-720); 4) II Yezid ibn Əbdülməlik (720-724); 

5) 


Hişam ibn Əbdülməlik (724-743). 

 

II Vəlid ibn II Yezid hicri 125-126 (miladi 743-744) 

743-


cü ildə II Yezidin vəsiyyətinə əsasən Hişamın vəfatından sonra II Və-

lid əməvi xəlifəsi təyin edildi. II Vəlidin bütün əməllərində küfr və dinsizliyi 

gör

mək mümkün idi. Rəvayətlərə əsasən onun əmri ilə Zeyd ibn Əlinin cəsə-



dini dörd ildən sonra dar ağacından endirib yandırmışlar. Tarixi mənbələrə gö-

rə bir gün xəlifə II Vəlid müqəddəs Qurani-Kərimlə fala baxdıqda bu ayə gəldi: 

  



 

230 


“İtaət etməyən və haqqı qəbul etməyən naümid oldu”

353

 

Bundan əsəbiləşən 



II Vəlid Quranı oxla nişan alıb tikə-tikə olana kimi oxladı və ona xitab edərək 

de

di: “Hər bir itaət etməyib haqqı qəbul etməyəni qorxudursan? İtaət etməyən 



və  haqqı  qəbul  etməyən  şəxs  mənəm.  Qiyamət  günü  Allahla  görüşdükdə 

Allaha  de  ki,  Vəlid  məni  tikə-tikə  etdi.”  Hətta  o,  Hz.Peyğəmbərə  (s)  vəhyin 

gəlməsini də inkar edirdi.

354


 

Məşhur şiə alimi seyid Mürtəza “Əmali” əsərində II Vəlid haqqında belə 

ya

zır: “O, dinə qarşı etinasızlıq etməkdə heç kimdən çəkinmirdi. O, Kəbənin 



üzərində günbəz tikdirib orada oturaraq şərab içib camaatın təvafını ələ salmaq 

is

təyirdi.” 



İslam məmləkətinin hər yerində üsyan və hadisələr davam edərkən II Vəlid 

əmisi Hişamın ailəsinə zülm etməklə məşğul idi. Çünki Hişam xilafəti dövrün-

də  onu  vəliəhdlikdən  kənarlaşdıraraq  oğlu  Süleymanı  özündən  sonra  vəliəhd 

təyin etmək istəyirdi.  

Əndəlus  və  Xorasında  üsyanların  bir-birini  əvəz  etməsinə  baxmayaraq  II 

Vəlid vaxtını eyş-işrətdə keçirirdi.  Bundan narahat olan əmisi oğlu  III  Yezid 

ibn I Vəlid 744-cü ildə (hicri 126) üsyan edərək onu öldürüb Əməvi taxtını ələ 

keçirdi.


355

 Ölü


mündən qabaq oğulları Hakim və Osman üçün camaatdan beyət 

al

mışdır. 



 

III Yezid ibn I Vəlid hicri 126 (miladi 744) 

III Yezid ibn Vəlid ibn Əbdülməlik ibn Mərvan ibn Həkəm ibn Əbul As 

ibn Umeyyə ibn Əbdişəms ibn Əbdimənaf ibn Quseyə ilk olaraq Şama bağlı 

Miz


zə məntəqəsində beyət edildi. III Yezid ana tərəfdən İran Kəsrasına bağlı-

dır.  Onun  anası  Şahfərənd  binti  Feyruz  ibn  Yəzdəgird  ibn  Şəhriyardır.  Kiçik 

be

yətdən  sonra  Şama  daxil  olan  III  Yezid  744-cü  ildə  əmisi  oğlu  II  Vəlidin 



üzərinə ordu  göndərərək onu öldürüb Əməvi xilafətini ələ keçirmişdir.  Haki-

miy


yəti ələ keçirdikdən sonra camaatla Ömər ibn Əbdüləziz kimi davranacağı-

na söz verərək belə dedi: “Əgər söylədiklərimi yerinə yetirsəm, siz də əmrimi 

din

ləyin, itaət edin və mənə dəstək olun. Söylədiklərimi etməsəm məni vəzifə-



dən uzaqlaşdırın, yaxud məni tövbəyə dəvət edin. Tövbə edərsəm qəbul edin. 

Sa

leh və dindar bir kimsə varsa və mənim sizə verdiklərim qədərini verirsə, siz 



də ona beyət etmək istəyirsinizsə xəbərdar olun ki, ona ilk beyət edəcək və ita-

əti altına girəcək olan şəxs mən olacağam.” Lakin verdiyi sözlərə əməl etməyə-

rək camaatın maaşını azaltdığı üçün ona “Naqis” yəni verdiyi sözə əməl etmə-

yən ləqəbi verilmişdir. Rəvayətlərə əsasən ona ilk olaraq bu ləqəbi Mərvan ibn 

Məhəmməd vermişdir. 

353


 İbrahim surəsi, 15-ci ayə. 

354


 Təbsirətul-əvam. 

355


 Tarixi-Təbəri, IV cild, səh-235-241; Tarixi ibn Əsir, V cild, səh-264-291; Siyuti, Tarixul-

xüləfa, səh-250-252. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə