Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə114/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   110   111   112   113   114   115   116   117   ...   314

  

231 


III  Yezid  hakimiyyətə  gəldikdən  sonra  Kəlbi  qəbiləsinə  üstünlük  verərək 

Qey


si qəbiləsini sıxışdırmağa başladı. Bu da çoxdan bəri unudulmuş qəbilələr 

arası düşmənçiliyi yenidən canlandırdı. Nəticədə ölkənin hər tərəfində toqquş-

malar baş verdi. Eyni zamanda II Vəlidin ölümündən sonra onun tərəfdarı olan 

Xıms xalqı ilə bərabər Fələstinlilər də III Yezidin xilafətinə qarşı üsyan etdilər. 

Bu vaxta qədər baş verən üsyanlar Şam və Suriya əsgərləri tərəfindən yatırılır-

dı. Bütün bu üsyanlar nəticəsində ölkə gündən-günə zəifləyirdi. Hətta əyalətlər-

də olan valilər də əmrlərə əhəmiyyət vermirdilər. Yəmamə və İraqda üsyanlar 

başladıqda İraq və Xorasan valisi olan Nəsr ibn Səyyar vəzifəsindən uzaqlaşdı-

rılmasına baxmayaraq öz vəzifəsini davam etdirirdi. Xəlifə də məcburiyyət qar-

şısında qalaraq onunla razılaşmışdır.  

Eyni vaxtda Cəzirə valisi olan Mərvan ibn Məhəmməd də III Yezidə qarşı 

üsyan etdi. Çü

nki II Vəlidin ölümü ilə barışmayan Mərvan xəlifədən intiqam 

al

maq istəyirdi. Buna görə o, II Vəlidin qardaşı Ömər ibn Yezidə məktub yaza-



raq  onu  qardaşının  intiqamını  almağa  təhrik  edirdi.  Bütün  bu  ixtilaflara  son 

qoymaq istəyən  III  Yezid Mərvanla sülh bağladı. Bunun ardınca Mənsur ibn 

Cum

huru İraq valisi təyin edən III Yezid qısa müddət sonra onu Abdullah ibn 



Ömər ibn Əbdüləzizlə əvəz etdi. 

Çox yaşamayan Əməvi xəlifəsi III Yezid hicrətin 126-cı ili zillhiccə ayının 

12-

də  miladi  744-cü  ilin  yayında  xəlifəliyinin  162-ci  günündə  ölmüşdür.



356

 

Ölü



mündən qabaq özündən sonra qardaşı İbrahim ibn Vəlid üçün, ondan sonra 

isə Əbdüləziz ibn Həccac ibn Əbdülməlik üçün beyət almışdır. 



 

İbrahim ibn I Vəlid hicri 126-127 (miladi 744) 

744-


cü il III Yezidin ölümündən sonra onun vəsiyyətinə əsasən qardaşı İb-

ra

him  əməvi  xəlifəsi  təyin  edildi.  Lakin  onun  xəlifəliyi  əksəriyyət  tərəfindən 



qəbul olunmadı. Cəzirə valisi Mərvan ibn Məhəmməd yerinə Abdullahı qoyub 

Cəzirə  ordusu  ilə  birlikdə  Şama  doğru  hərəkət  etdi.  Kinnəsrinə  çatdıqda  onu 

xəlifə İbrahimin qardaşları Bişr və Məsruq qarşıladı. Lakin Kinnəsrin əhli onla-

rı  tutaraq  Mərvana  təhvil  verdilər.  Kinnəsrindən  sonra  Mərvan  Xımsa  doğru 

hərəkət etdi. Bundan xəbər tutan Xıms valisi Əbdüləziz ibn Həccac Şama qaç-

dı.  Mərvanın  Xımsa  gəldiyini  öyrənən  əhali  ona  beyət  etdilər.  Kinnəsrin  və 

Xımsın  fəthindən  sonra  ətrafında  80  min  əsgər  olan  Mərvan  ibn  Məhəmməd 

Şama doğru hərəkət etdi. 

Bundan xəbər tutan xəlifə İbrahim Süleyman ibn Hişamın başçılığı altında 

olan ordunu 

Mərvanın üzərinə göndərdi. İki ordu Buqa yaxınlığındakı Aynul-

Cərdə  adlı  məntəqədə  qarşılaşdı.  Baş  verən  döyüşdə  məğlub  olan  Süleyman 

Şama qaçdı. Eyni vaxtda Mərvanında Şama daxil olduğunu öyrənən xəlifə İb-

ra

him və Süleyman da Şamdan qaçdı. 



 

356


Tarixi-

Təbəri, IV cild, səh-252-273. 

  

                                                           




 

232 


II Mərvan ibn Məhəmməd hicri 127-132 (miladi 744-749) 

Rəqiblərini  bitərəf  edən  II  Mərvan  744-cü  ildə  Şamda  ümumi  beyətdən 

sonra  Əməvi  xəlifəsi  təyin  edildi.  Şama  bir  nəfəri  vali  təyin  edən  II  Mərvan 

Hərrana gələrək buranı Əməvilərin paytaxtı elan etdi. Bunu eşidən İbrahim və 

leyman da Hərrana gələrək ona beyət etdilər. 



II Mərvan xəlifə seçildiyi zaman Əməvi xilafəti tamamilə zəifləmiş və məm-

ləkətin hər yerində üsyanlar bir-birini əvəz edirdi. 745-ci ildə Suriyada II Mər-

vana qarşı qalxan üsyan əvvəlcə Fələstini, sonra isə Xımsı da əhatə etdi. Bununla 

əlaqədar 745-ci ildə Xımsa gələn II Mərvan Şam və Tədmurdakı üsyanları qan-

ba

hasına yatırdı.



357

 

Eyni vaxtda Rüsafədə üsyan edən Süleyman ibn Hişam Kin-



nəsrini ələ keçirsədə II Mərvan Kinnəsrinə gələrək bu üsyanı yatırdı.

358


 

Daxili üsyanlar nəticəsində xaricə səfərlər edilmirdi. Xorasanda Haris ibn 

Su

reycin, Mosulda Zəhhaq ibn Qeys xaricinin və onun xələfi Şeybani ibn Əb-



dül

əziz Hərurinin üsyanları 745-746-cı illərdə bir-birini əvəz edirdi. Abdullah 

ibn  Yəhya  Hədraminin  Məkkədə  çıxardığı  ixtilafda  bunlardan  biri  idi.  Bütün 

bu üsyanlar çoxlu qan tökməklə yatırılsa da bu, Əməvi xilafətini daha da zəif-

lədirdi.  Əməvilərin  zəifləməsindən  istifadə  edən  Abbasilər  750-ci  ildə  (hicri 

132-


ci il cəmadiəl-axir ayının 11) Böyük Zab çayı sahilində baş verən döyüşdə 

əməviləri məğlub etmiş və  II Mərvanın öldürülməsi ilə Əməvi xilafətinə son 

qo

yulmuşdur. 



Bildiyimiz  kimi  İslam  dövləti  Hz.Peyğəmbərin  (s)  Mədinəyə  hicrətindən 

sonra qurulmuşdur. Raşidilər dövründə beytul-mal tamamilə əhalinin hizmətin-

də idisə, Əməvilər dövründə isə dövlət xəzinəsi xəlifənin xüsusu gəlir yeri sa-

yılır və xəlifələr ondan istədikləri kimi istifadə edirdilər. Dövlət gəlirləri xəlifə-

nin təyin etdiyi “sahibul-xərac” adlanan maliyyə məmurlarının əlində idi. “Sa-

hibul-


şurta” adlanan zəbtiyə dəstəsi isə valinin əmrinə tabe idi. Hz.Peyğəmbə-

rin (s) 

zamanında ordunun sayı otuz min, Raşidilər dövründə yüz min, Əməvi-

lər dövründə isə iki yüz min olmuşdur. 

Dəniz qüvvələri inkişaf etmiş, Bəsrə körfəzi, Suriya və Tunis sahillərində 

yer


ləşən gəmilərlə Kipr və Rados adaları alınmış, Bizans məğlub edilmiş və İs-

tan


bul sahillərinə qədər donanma göndərilmişdir. Donanmanın başçısına “əmi-

ri-


bəhr” deyilirdi. 

 

Əməvi xilafətinin təhlili 

Əməvi xilafətinin İslam dinində gördükləri əsaslı dəyişikliklər qısaca ola-

raq bunlardan ibarətdir: 

1.  Hz.

Peyğəmbərdən  (s) sonra camaatın nisbi beyəti əsasında qurulan  İs-



lam hö

kuməti mütləq monarxiya və miras olaraq bir-birinə ötürülən hakimiy-

yətlə əvəz olundu. 

357


Tarixi-

Təbəri, IV cild, səh-281-283. 

358

Tarixi-


Təbəri, IV cild, səh-287-291. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə