Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə116/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   112   113   114   115   116   117   118   119   ...   314

  

235 


ar

tırırdılar. Vergilərin artması xalqın narazılığına səbəb olmaqla bərabər üsyan-

la

rın sayını da artırırdı. 



2. 

Xilafətin sonlarına doğru Əməvilərin hərb meydanındakı fəaliyyətləri də 

uğursuzluqla nəticələnirdi. Valilərin zülmündən və ağır vergilərdən cana doy-

muş İspaniya və Şimali Afrika xilafətdən ayrılaraq üsyan etdi. Bundan xəbər 

tu

tan xəlifə Hişam 741-ci ildə onların üzərinə 30 min nəfərlik ordu göndərdi. 



La

kin baş verən döyüşdə xilafət orduları Şimali Afrikanın bərbər tayfaları tərə-

findən məğlub edildi. 

3. 


Əməvilər əvvəlcə Suriya əhalisinin əksəriyyətini təşkil edən Kəlbi tayfa-

larını yəni, cənub ərəblərini müdafiə edirdilər. Lakin xəlifə Hişam və sonuncu 

əməvi xəlifəsi Mərvan ibn Məhəmməd bu siyasəti dəyişərək Qeysi tayfalarını 

yəni, şimal ərəblərinə üstünlük verməyə başladılar. Bu da öz növbəsində Əmə-

vilərin  daxili  siyasətində  sabitliyin  pozulmasına  və  cənub  ərəblərinin  xilafətə 

qarşı çıxmasına səbəb oldu. Son Əməvi xəlifələri xilafətin paytaxtı Şamda öz-

lərinə dayaq tapa bilmədikləri üçün paytaxtı dəyişərək başqa şəhərlərə sığınır-

dılar. Bunlardan xəlifə Hişam Şamı tərk edərək Rüsafəyə, Mərvan isə Hərrana 

köç

müşdür. 


4. 

Əməvilər  İslam  dinini  yeni  qəbul  etmiş  xalqlarla  münasibətlərində  də 

cid

di nöqsanlara yol verərək ayrı-seçkiliyə səbəb olurdular. Fəth olunmuş əra-



zi

lərdə əhalinin islamı qəbul etməsi Əməvilərə sərf etmirdi. Çünki İslam dinini 

q

əbul  edənlər  cizyədən  azad  edilir  xəzinəyə  vergi  ödəmirdilər.  Buna  görə  də 



Əməvi xəlifələri öz valilərinin yerli əhalini islamlaşdırma siyasətini bəyənmir 

və buna mane olmağa çalışırdılar. Bəzən elə olurdu ki, hətta İslamı qəbul edən-

lərdən zorla cizyə alırdılar. 

5. 


Əməvi xilafətinin süqut edərək, yerinə Abbasilərin keçməsinin ən böyük 

və  mühüm  səbəblərindən  biri  Əməvilərə  qarşı  şiə  faktorunun  qabardılması  ol-

muşdur. Peyğəmbər nəsli hakim sülalə ilə cahiliyyət dövründən düşmənçilik ha-

lında idi. Vaxtilə Haşimlə Umeyyənin qarşıdurmasından qaynaqlanan, Hz.Mu-

həmmədlə (s) Əbu Süfyanın, Hz.Əli (ə) Müaviyənin, İmam Hüseynlə (ə) Yezi-

din düşmənçiliyi formasında  yaşanan bu müxalifət gündən-günə inkişaf edirdi. 

Bu

na  görə  də  onların  xilafət  taxtında  oturması  əksəriyyət  tərəfindən  birmənalı 



ola

raq qəsbi kimi qiymətləndirilirdi. 

6. 

Xəvariclər də Əməvi xilafətini doğru saymadıqları üçün onlara qarşı tez-



tez üsyan edirdilər. 

7. 


Əməvi xəlifələrinin bir-birinin ardınca iki vəliəhd təyin etmələri bu ailə 

ara


sındakı birliyi pozmuş, daxili düşmənçiliyi artırmışdır. Raşidilər dövründə 

şura  yolu  ilə  davam  edən  xəlifə  seçimi  aradan  götürülmüş  və  bunu  sülaləlik 

əvəz etmişdir. Bu kimi hadisələr sonda Əməvilər xilafətinin yıxılmasına səbəb 

ol

muşdur. 



 

 

 

  



 

236 


 

 

IV 

FƏSİL 

 

ABBASİLƏR XİLAFƏTİ  

hicri 132-640 (miladi 750-1258) 

 

 

 

 

Bəni-Abbasın soyu 

Abbasilər  sülaləsinin  kökü  Hz.Muhəmmədin  (s) əmisi  Abbas  ibn  Əbdül-

müt

təlibə bağlıdır. Abbas islam dininin inkişafı üçün xeyli yardım göstərmiş, 



Hz.

Peyğəmbərin  (s)  hörmət  və  məhəbbətinə  layiq  olmuşdur.  718-745-ci  illər 

Abbasilərin gizli dəvət dövrü adlandırılır. Çünki bu müddət ərzində Abbasi sü-

la

ləsinin böyükləri Əməvilərə qarşı açıq çıxış etmir, yalnız ətraf məntəqələrdə 



təbliğat  apararaq  özlərinə  tərəfdar  toplayırdılar.  Abbasilərin  arxalandığı  əsas 

qüv


və Xorasanlılar idi. Çünki farslar özlərini Əməvilərin qeyri-ərəblərə  qarşı 

olan ədalətsiz siyasətinin qurbanı hesab edirdilər. Dövlət vəzifələrindən uzaq-

laşdırılan Xorasan əhalisi özlərini alçalmış hesab edirdilər. Həmçinin Xorasan 

vi

layəti coğrafi baxımdan da üsyan etmək üçün əlverişli idi. Əməvilərin pay-



tax

tı Şamdan uzaq olduğu üçün, hakim sülalə bu məntəqəyə tam olaraq nəzarət 

edə bilmirdi. Xorasandan fərqli olaraq Kufə ciddi nəzarət altında olduğu üçün 

bu

rada təbliğat aparmaq mümkün deyildi. Abbasilərin təbliğat dəstəsi üç əsas 



məntəqə  olan  Kufə,  Hümeymə  və  Xorasanda  toplanmışdı.  Abbasi  lideri  Hü-

mey


mədə yaşayırdı. Onun göndərdiyi dəvətçilər isə Kufədən keçərək Xorasana 

ge

dir və camaata yeni xəbərləri çatdırırdılar. Kufə təbliğatçıların görüş yeri idi. 



Dəvət  proqramının  əsas  mövzuları  ərəblərlə  qeyri-ərəblərin  bərabərliyi,  Əhli-

bey


tin fəzilətləri, onların qəsb olunmuş hüquqlarının geri qaytarılması və Əmə-

vi xəlifələrinin İslama zidd olan hərəkətlərinin ifşası idi. 

Abbasilər xilafəti 749-cu ildən 1258-ci ilə qədər hakimiyyətdə olmuş və bu 

laləyə 37 xəlifə hakimlik etmişdir. 749-847-ci illərdə Əndəlusu çıxmaqla de-



mək olar ki, bütün müsəlman torpaqları Abbasi xəlifələrinin hakimiyyəti altın-

da idi. Bu dövrün sonunda Abbasi xəlifələri zəiflədiyi üçün müsəlman aləmi 

üzərindəki siyasi nüfuz ayrı-ayrı qruplaşmaların əlinə keçdi. 847-ci ildən etiba-

rən Abbasilər əsasən üç iri qüvvənin təsiri altına düşdü: 

1.  847-945-

ci illər ərzində Abbasi xilafətində ki, siyasi güc türk sərkərdə-

lərinin əlinə keçmiş, xəlifənin özü isə ordudan asılı olan hakimə çevrilmişdi. 

İqtidar sahibi olan türklər istədikləri zaman siyasi intriqa quraraq, bir xəlifəni 

ha

kimiyyətdən salaraq yerinə başqasını gətirirdilər. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə