Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə117/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   113   114   115   116   117   118   119   120   ...   314

  

237 


2. 945-1055-

ci illər ərzində böyük hərbi və siyasi gücə malik şiə təmayüllü 

veyhilər  sülaləsi  Bağdadı  ələ  keçirərək,  xəlifəni  özlərindən  asılı  vəziyyətə 



sal

dılar. Beləliklə yüz on il hakimiyyət Büveyhilərin əlində qaldı. 

3. 1055-1194-

cü illər ərzində Səlcuq hökmdarı I Toğrul bəy Bağdadı istila 

edərək şəhəri Büveyhilərdən alaraq xilafəti özlərindən asılı vəziyyətə saldılar. 

Xi

lafət  zahirdə  Abbasi  xəlifələrinə  qaytarılsa  da,  əslində  hakimiyyət  Səlcuq-



ların əlində idi. 

4. 1194-1258-

ci illərdə Səlcuqların zəifləməsindən istifadə edən Abbasilər 

Bağdad və ətrafını yenidən ələ keçirdilər. Lakin tezliklə 1258-ci ildə Hülakinin 

başçılığı altında olan monqol qoşunu hücuma keçərək Bağdadı ələ keçirdi və 

Ab

basilərin beş əsirlik xilafətinə son qoyuldu. 



 

Xorasan üsyanı və Abbasilərin hakimiyyətə gəlməsi 

Bütün hazırlıqlarını görən Abbasi imamı İbrahim 746-cı ildə Əbu Müslimi 

Xo

rasana yollayaraq silahlı qiyama son hazırlıq işlərini tamamlamaq və hərbi çı-



xışlara rəhbərlik etməyi ona tapşırdı. Bununlada Abbasilərin gizli təbliğat dövrü 

sona çatmış, onu açıq dəvət əvəz etmişdir. Xorasanın mərkəzi olan Mərvə gələn 

Əbu  Müslim  dərhal  müharibəyə  başladı.  Əbu  Müslim  və  onun  azsaylı  dəstəsi 

Mərv ətrafındakı Səfidənc kəndində məskunlaşdı. Qısa hazırlıqdan sonra 747-ci 

ilin iyununda altmışdan çox kəndin əhalisi Mərvə toplandı. Abbasi imamı İbrahi-

min göndərdiyi “züll” (kölgə) və “səhab” (bulud) adlı iki qara bayraq üsyançı-

ların başı üzərində dalğalanırdı. Abbasi tərəfdarları qara paltar  geyinmişdi. Bu 

üsyanın  qarşısını  almaq  istəyən  Xorasan  valisi  Nəsr  ibn  Səyyar  Əbu  Müslimə 

qarşı mübarizədə ərəb faktorundan istifadə etməyi qərara aldı. Bununla əlaqədar 

olaraq  bütün  qəbilələrə  göstəriş  verildi  ki,  düşmənlə  mübarizə  aparmaq üçün 

birləşsinlər.  Lakin  Əbu  Müslim  öz  dərin  zəkasından  istifadə  edərək  qəbilələr 

arasında ixtilafa nail oldu. Nəticədə ərəb qəbilələri iki yerə bölündü: bir hissəsi 

Nəsr ibn Səyyarın, digəri isə Əbu Müslimin tərəfini tutdu. 

Xorasan valisi Nəsr ibn Səyyarın Yezidin başçılığı altında göndərdiyi ordu 

Əbu Müslimin yanında vuruşan Malik ibn Heysəm tərəfindən məğlub edildi və 

sərkərdə Yezid əsir götürüldü. Əbu Müslimlə bacarmayacağını görən Nəsr ibn 

Səyyar Mərvi tərk edərək qərbə doğru Savədə adlı məntəqəyə çəkildi. Həmin 

vaxt


larda Nəsr ibn Səyyar xəlifə II Mərvan ibn Məhəmmədə və İraq valisi Ye-

zid 


ibn Ömər ibn Hübeyrəyə məktub yazaraq onlardan kömək istəsədə heç bir 

nəticəsi olmadı. 

Nəsr ibn Səyyarın qərbə sığındığını öyrənən Əbu Müslim məşhur sərkərdə-

lərdən olan Qəhtəbə ibn Şəbib Taini qərb istiqamətinə göndərdi. Qərb fəaliyyə-

tin

də uğur qazanan Qəhtəbə İranın məhşur şəhərlərindən olan Nişaburi, Gürga-



nı, Reyi, Həmədanı və İsfəhanı Əməvi qoşunlarından azad etdi. 749-cu il (hicri 

131)  Nəhavənd  yaxınlığında  baş  verən  döyüşdə  Qəhtəbənin  başçılığı  altında 

olan Abbasi ordusu Əməvilərin ordusunu məğlub etdi. 

  



 

238 


İranı bütünlüklə ələ keçirən Qəhtəbənin başçılığı altında olan Abbasi ordu-

su Kufəyə doğru hərəkət etdi. İraq valisi Yezid ibn Ömər ibn Hübeyrə böyük 

bir ordu ilə Abbasi ordusunun qarşısını almağa çalışsa da məğlub olaraq geri 

çəkilmişdir. Baş verən bu döyüşdə məhşur sərkərdə Qəhtəbə ibn Şəbib Tai öl-

rülmüş, onu oğlu Həsən ibn Qəhtəbə əvəz etmişdir. 



Həsən ibn Qəhtəbənin başçılığı altında olan Abbasi ordusu Kufəyə çatma-

mış Məhəmməd ibn Xalid ibn Abdullah əl-Qəsri qiyam edib Abbasilərin adına 

be

yət aldıqdan sonra Əməvi valisi Ziyad ibn Saleh əl-Harisini şəhərdən qovdu. 



Üç gündən sonra Kufəyə daxil olan Həsən ibn Qəhtəbə Əbu Sələmə Həfs ibn 

leyman Xəllalı Kufəyə başçı təyin etdi. 



Eyni  ildə  ilk  Abbasi  xəlifəsi  olaraq  Əbul-Abbas  əs-Səffah Abdullah ibn 

Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbas ibn Əbdülmüttəlibə beyət edildi. 

Be

ləliklə həmin gün yəni, hicrətin 132-ci ili rəbiül-axir ayının 13-də ilk Abbasi 



xəlifəsi hakimiyyətə gəldi və beş əsirdən artıq davam edən Abbasilər dövlətinin 

əsası qoyuldu. 



 

Əbul-Abbas Səffah hicri 132-136 (miladi 749-754) 

Əbul-Abbas 722-ci ildə Hümeymədə anadan olmuşdur. Anası Ubeydullah 

ibn Abdullah ibn Əbdülmədan ibn Dəyyanın qızı Reytə adlı bir qadın idi. Be-

yət edildiyi zaman iyirmi yeddi yaşı var idi. Əbul-Abbasa xəlifə kimi ilk salam 

ve

rən şəxs Əbu Sələmə Həfs ibn Süleyman Xəllal olmuşdur. Ulu Məsciddə qı-



lınan camaat namazından sonra minbərə çıxan Əbul-Abbas ilk xütbəsində belə 

de

di: “İslamiyyəti özü üçün bir din olaraq seçən, İslamı ucaldıb şərəfləndirən, 



onu bizlər üçün bir din olaraq seçən, onu bizimlə təyid edən, bizləri müsəlman 

edən,  bizləri  İslamı  saxlayıb  himayə  və  müdafiə  edicilər  edən,  təqva  sözünə 

bağlı edən və təqvaya ən layiq kəslər edən, bizləri Hz.Peyğəmbərin (s) qohum-

ları etməklə digərlərindən üstün edən, bizləri və müsəlmanları yüksək bir möv-

qe

yə yerləşdirən, beləcə İslam əhlinə oxunan bir kitab endirən Allaha həmd ol-



sun. Uca Allah belə buyurur: 

“Ey Peyğəmbərin ev əhli! Şübhəsiz Allah sizdən qüsuru aradan qaldı-

rıb sizi tərtəmiz etmək istəyir!”

359

 

“(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) 





qabilində qohumlarıma məhəbbətdən (əhli-beytimə sevgidən) başqa bir 

şey istəmirəm.”

360

 

“Və ən yaxın qohumları qorxut!”



361

 

“Allahın Öz Peyğəmbərinə (fəth olunmuş)  məmləkətlərin əhalisindən 



(dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəla-

359


 Əhzab surəsi, ayə 33. 

360


 əş-Şura surəsi, ayə 23. 

361


 əş-Şüəra sursi, ayə 214. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə