Şahlar şahbaz oğlu şƏRİfov


ma yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə118/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   114   115   116   117   118   119   120   121   ...   314

  

239 


ma yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb 

yol

da qalan) yolçulara məxsusdur.”

362

 

Quran ayələrinə müraciət etməklə Əhli-beytin üstünlüyünü bir daha xatır-



ladan Əbul-Abbas sözlərinə belə davam etdi: “Ey insanlar! Allah, bizim vasitə-

mizlə insanları azğınlıqdan sonra hidayətə çatdırdı. Haqqı bizimlə üzə çıxardı. 

On

lardakı fəsadı bizimlə düzəldib islah etdi. Alçaqları bizim vasitəmizlə ucalt-



dı.  Nöqsanlığı tamamladı.  Dağınıqlığı  yığışdırdı. Nəhayət  insanlar  daha  əvvəl 

bir-


birləri ilə düşmən olduqları halda bir-birlərinə şəfqət göstərməyə, bir-birləri-

nə yaxşılıq etməyə başladılar. Allah, bu lütfünü bizlərə Hz.Muhəmməd (s) va-

sitəsilə bəxş etdi. Onun vəfatından sonra bu işi səhabələri icra etdi. Onlar öz ara-

larında məşvərət etdilər. Sonra Hərb oğulları ilə Mərvanilər bu mirasa atıldılar. 

Bunu özlərinə götürüb öz aralarında böldülər. Haqsızlıq edərək haqq sahiblərinə 

zülm  etdilər.  Allah  da  onlara  bir  müddət  möhlət  verdi.  Sonra  onların  əllərin-

dəkini alıb bizə təslim etdi. Allah haqqımızı bizə qaytardı. Ümmətimizin işlərini 

bizim vasitəmizlə yoluna qoydu. İdarəni bizə verdi. İslamiyyət işini bizim vasi-

təmizlə açdığı kimi bu işi yenə bizimlə yoluna qoyub düzəltdi. Ey Kufə xalqı, 

siz bizim sevgimizin mərkəzisiniz. Dostluğumuzun mərkəzisiniz. Sizlər bizim 

va

sitəmizlə insanların ən xoşbəxtləri olacaqsınız və insanlar arasında ən çox si-



zə  qiymət  verəcəyik.  Aylıqlarınıza  yüz  dirhəm  əlavə  etdim.  Hazır  olun.  Mən 

çox qan tökücüyəm və məhvedici bir intiqamçıyam yəni, Səffaham.” 

Xütbədən də məlum olduğu kimi Əbul-Abbas xəlifə olduqdan sonra özünə 

“Səffah” ləqəbini götürmüşdür. “Səffah” sözü ərəb dilindən tərcümədə üç mə-

na verir: 1) 

qan tökən; 2) bol bəxşiş verən; 3) yaxşı nitq söyləyən. Əbul-Abbas 

xi

lafəti dövründə bu mənaların üçünü də doğrultmuşdur. 



Əbul-Abbasdan  sonra  minbərə  çıxan  əmisi  Davud  ibn  Əli  belə  dedi: 

“Həmd Allaha məxsusdur. Düşmənlərimizi məhv edib mirasımızı bizə geri ve-

rən  Allaha  həmd  olsun.  Ey  insanlar!  Bu  anda  dünyanın  qaranlıqları  sıyrıldı. 

Üzərindəki örtü açıldı. Göy və yer parladı. Xilafət günəşi üfüqdə doğdu. 

Ey insanlar! Allaha and olsun ki, biz bu işləri qızıl-gümüş toplamaq, arxlar 

qaz


dırıb qəsrlər tikdirmək üçün başlamadıq. Biz, haqqımızın əlimizdən alınması-

na qızaraq, əmi uşaqlarımız adına hirslənərək Əməvilərin sizinlə pis rəftar etmə-

lərinə, sizi alçaltmalarına, qənimət və sədəqələri sizə verməyib özlərinə götürmə-

lərinə dözməyərək bu işə girişdik. Allahın endirdiyi hökmlərlə sizə hökm etmək, 

Allahın kitabı ilə rəftar etməyi qarşımıza məqsəd qoymuşuq. Allah Əməviləri və 

Mərvaniləri  etdiyi  əməl  və  cinayətlərə  görə  cəzalandırdı.  Onlar  Allahın  haram 

buyurduqlarını halal bildilər. Zalımlar birliyi Allahın rəhmətindən uzaq olsun.! 

Ey  Kufəlilər,  xəbəriniz  olsun  ki,  Hz.Peyğəmbərdən  (s) sonra  bu  minbərə 

Hz.

Əlidən  və  hal-hazırda  xəlifəniz  olan  Əbul-Abbasdan  başqa  xəlifə  çıxma-



mışdır.  Bunu  da  bilin  ki,  xilafət  işi  bizdə  qalacaq,  bizimlə  davam  edəcək  və 

son


da bizim tərəfimizdən Məryəm oğlu İsaya (ə) təslim ediləcək. O zamana ki-

362


 əl-Həşr surəsi, ayə 7. 

  

                                                           




 

240 


mi xilafət bizim ailədən kənara çıxmayacaqdır. Bizə verdiyi möhnətlərə və bizi 

seçdiyi üçün al

əmlərin Rəbbi Allaha həmd olsun”. 

Bundan sonra Əbul-Abbas ilə əmisi Davud ibn Əli minbərdən enərək hö-

ku

mət evinə getdilər və günortaya qədər xalq ona beyət etdi. Kufə kənarında 



özü

nə ordugah quran Səffah şəhərə əmisi Davud ibn Əlini hakim buraxdı. 



 

Əbul-Abbasın Əməvilərdən intiqam alması 

Əhli-beytin  intiqamını  Əməvilərdən  almağı  qarşılarına  məqsəd  qoyan 

Abba

silər dərhal bunu həyata keçirməyə başladılar. Buna əsasən xəlifə Əbul-



Ab

bas  Əməvilərin  kökünü  kəsmək  üçün  fəaliyyətə  başladı.  Əməvilərin  iki 

qoşun  birliyi  Abbasiləri  narahat  edirdi.  Bu  qoşunun  biri  Əməvi  xəlifəsi  II 

Mərvan ibn Məhəmmədin başçılığı altında əl-Cəzirədə, digəri isə Yezid ibn 

Ömər  ibn  Hübeyrənin  başçılığı  altında  Vasitdə  toplanmışdı.  Əbul-Abbas 

əvvəlcə əmisi Abdullah ibn Əlini II Mərvan ibn Məhəmmədin üzərinə gön-

dərdi. 750-ci ildə Böyük Zab çayı sahilində baş verən döyüşdə Əməvi ordusu 

məğlub edildi və xəlifə II Mərvanın başı Kufəyə Abbası xəlifəsi Əbul-Abbas 

Səffahın hüzuruna göndərildi. Əbul-Abbas əməvi xəlifəsi II Mərvanın başını 

rəndə səcdəyə gedərək Allaha həmd etdi: “Allaha şükr ki, səndən və sənin 



nəslindən intiqamımı aldım. Hüseyn ibn Əlinin əvəzində 200 nəfər əməvini 

qətlə yetirdim. Zeyd ibn Əlinin əvəzinə xəlifə Hişamın sümüklərini qəbirdən 

çıxarıb yandırdım. Qardaşım İbrahimin əvəzində isə Mərvanı öldürdüm. Daha 

ölüm


dən qorxum yoxdur.”

363


 

Əməvi xəlifəsi II Mərvanın ölümündən sonra Abbasi vəziri Əbu Sələmə, 

Yezid  ibn  Ömər  ibn  Hübeyrənin  üzərinə  Həsən  ibn  Qəhtəbə  ilə  Əbu  Cəfər 

Mənsuru göndərdi. Yezid ibn Ömər uzun müddət Vasit şəhərini müdafiə etsədə 

sonda xəlifə Mərvanın ölüm xəbərini eşitdikdə təslim oldu. Lakin qısa müddət 

sonra  Yezid  ibn  Ömər  ibn  Hübeyrənin  nüfuzundan  qorxan  Əbul-Abbas onu 

ailəsi ilə birlikdə edam etdirdi.

364


 

Əbul-Abbasın hakimiyyət illəri demək olar ki, Əməvilərin axtarılması və 

məhv edilməsi ilə bağlıdır. Əməvilərdən  yalnız bir nəfər “Daxil” ləqəbli Əb-

dür


rəhman ibn Müaviyə ibn Hişam Əndəlusa qaçaraq gələcəkdə Kordova əmir-

li

yi kimi tanınacaq dövlətin əsasını qoydu.



365

 

Əməvilərin tam məğlubiyyətindən sonra Əbul-Abbas ilk Abbasi vəziri olan 



Əbu Sələmə Həfs ibn Süleyman Xəllalı 750-ci ildə Əbu Müslimin əli ilə qətlə 

ye

tirdi. Tarixi mənbələrə əsasən Əbu Sələmənin qətlinə səbəb xilafəti Abbasi-



lərdən  alıb  Əhli-beytə  qaytarmaq  istəməsi  olmuşdur.  Hətta  bu  məqsədlə 

363


Tarixi-

Təbəri, IV cild, səh-280-356; Tarixi-Yəqubi, II cild, səh-340-351; Tarixi-Məsudi, III 

cild, səh-257-265; Tarixi ibn Əsir, V cild, səh-416-430. 

364


 Tarixi ibn Əsir, V cild, səh-437-442; Tarixi-Yəqubi, II cild, səh-353-354. 

365


Tarixi-

Yəqubi, II cild, səh-354-357; Tarixi ibn Əsir, V cild, səh-429-432; Tarixi-Təbəri, IV 

cild, səh-356. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə