Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə120/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   116   117   118   119   120   121   122   123   ...   314

  

243 


Ha

şim ibn Əbdimənafın adından götürülmüşdür. 752-ci ilin iyun-iyul aylarında 

ti

kintisi başa çatan bu şəhər xəlifə Əbul-Abbas tərəfindən Abbasilərin ilk pay-



tax

tı  elan  olunmuşdur.  Əbul-Abbasın  Əməvilərdən  fərqli  olaraq  Şamı  deyil, 

Ha

şimiyyəni paytaxt seçməsi üç amillə bağlıdır: 



1. 

Şam uzun müddət Əməvilərin paytaxtı olmuşdu. Əməvi tərəfdarlarının 

fitnə-fəsadından ehtiyat edən Abbasilər burada qalmağı məsləhət bilmədilər. 

2. 


Şam Abbasilərin dayaq qüvvələrinin yerləşdiyi Xorasandan uzaqda idi. 

3. 


Şam Bizans imperiyasının sərhəddinə yaxın idi. Buna görə də başı daxili 

haribələrə qarışan Əbul-Abbas Bizansın müdaxiləsindən ehtiyat edirdi. 



Əbul-Abbas Səffah ölümündən bir qədər əvvəl özündən sonra qardaşı Əbu 

Cəfər Mənsuru, onun başına bir iş gələrsə, qardaşı oğlu İsa ibn Musanı vəliəhd 

elan etdi. 

Hicrətin 136-cı ili xəlifənin əmri ilə Əbu Cəfər Mənsurla Əbu Müslim Xo-

ra

sani  həcc  karvanına  başçı  təyin  edilərək  qafilə  ilə  birlikdə  Məkkəyə  doğru 



yo

la düşdülər. Bunların Məkkəyə doğru yola düşməsindən qısa müddət sonra 

ağır xəstəliyə tutulan Əbul-Abbas Səffah hicrətin 136-cı ili zilhiccə ayının 12-

də (miladi 754) 34 yaşında vəfat etdi və onu Haşimiyyədə tikdirdiyi qəsrində 

dəfn etdilər.

371


 

 

Əbu Cəfər Mənsur Dəvaniqi hicri 136-158 (miladi 754-775) 

Əbu Cəfər Mənsur Abdullah ibn Məhəmməd ibn Əli ibn Abdullah ibn Ab-

bas hicrətin 101-ci ili (və ya 95-ci il) miladi tarixi ilə 720-ci il zilhiccə ayında 

meymədə anadan olmuşdur. Anası bərbər vilayətindən olan Səlamə adlı bir 



qa

dındır. Qeyd etdiyimiz kimi xəlifə Əbul-Abbas Səffah vəfat edən zaman Əbu 

Cəfər  Məkkədə  həcc  ziyarətində  idi.  Hümeymədə  olan  qardaşı  oğlu  İsa  ibn 

Mu

sa camaatdan onun adına beyət alaraq vəziyyəti Mənsura bildirdi. Qardaşı 



Səffahın vəfatını öyrənən Əbu Cəfər Mənsur başda Əbu Müslim Xorasani ol-

maq


la digər Abbasi liderlərindən hicrətin 136-cı ilinin zilhiccə ayında (miladi 

754) öz adına beyət aldı. 



 

Abdullah ibn Əlinin üsyanı hicri 136 (miladi 754) 

Həcc ziyarətindən qayıdan Mənsur ilk olaraq Kufəyə  gəldi. Cümə nama-

zından sonra uzun bir xütbə oxuyub camaatın beyətini qəbul etdi. Kufədən son-

ra Ənbar şəhərinə gələn xəlifə İraqlılardan və Şam xaricindəki əyalətlərdən də 

öz  adına  beyət  aldı.  Sonra  xilafətin  paytaxtı  Hümeyməyə  gələn  xəlifə  bütün 

döv


lət işlərini ələ aldı. 

Əməvilərə qarşı məğlub edilməz sərkərdə sayılan Abdullah ibn Əli xəlifə 

Səffah tərəfindən Şam valisi təyin edilmişdi. Şam valisi olan Abdullah ibn Əli 

xəlifənin əmrinə əsasən ildə iki dəfə Bizans üzərinə yürüş edirdi. Hicritin 136-

cı ili (miladi 754) Abdullah böyük bir ordu ilə Bizansın əlində olan Anadolu 

371


Tarixi-

Məsudi, III cild, səh-266; Tarixi ibn Əsir, V cild, səh-459-460. 

  

                                                           




 

244 


üzərinə hərəkət edərkən yolda xəlifə Əbu Cəfər Mənsur qardaşı Səffahın ölüm 

xəbərini ona çatdırdı. Bundan xəbər tutan Abdullah dərhal Şama qayıdıb uzun 

bir 

xütbə söyləyərək özünün Mənsurdan daha çox xilafətə layiq olduğunu bil-



dir

di.  Abdullahın  xilafət  iddiasında  olmasının  digər  səbəbi  bu  idi  ki,  vaxtilə 

Əbul-Abbas Səffah Əməvi xəlifəsi II Mərvani Himarın üzərinə qoşun göndər-

mək istəyəndə söz vermişdi ki, kim bu qoşuna sərkərdəlik etməyi öhdəyə alsa, 

özü

dən sonra onu vəliəhd təyin edəcək. Həmin vaxt Abdullah ibn Əli II Mərva-



nın üzərinə gedərək onu məğlub etmişdir.  

Bu söhbətlərdən sonra bütün sərkərdələr o cümlədən Hümeyd ibn Qəhtəbə 

ona beyət etdi. Şam və Cəzirə əhli də ona beyət etdi. Ordusunun gücünə arxala-

nan Abdullah ibn Əli ordusu ilə birlikdə Hərrana doğru hərəkət etdi. Qırx gün-

lük mühasirədən sonra xəlifə Mənsur tərəfindən Hərrana vali təyin edilən Mu-

qa

til əl-Atiki öldürüldü və Hərran Abdullaha tabe edildi. 



Abdullahın qiyam etdiyini öyrənən xəlifə Əbu Cəfər Mənsur 754-cü ildə 

Əbu Müslim Xorasanini bir neçə sərkərdə ilə onun üzərinə göndərdi. Əbu Müs-

lim Xorasani məhşur sərkərdələrdən olan Malik ibn Heysəm əl-Xuzai ilə birlik-

də Abdullahın üzərinə hərəkət etdi. Bundan xəbər tutan Abdullah ibn Əli ordu-

sun

da iştirak edən İraqlı əsgərlərin Əbu Müslimin tərəfinə keçəcəyindən ehti-



yat edərək onlardan 17 min nəfərini qətlə yetirdi. Digər tərəfdən ona xəbər ver-

mişdilər ki, yaxın sərkərdələrindən olan Hümeyd ibn Qəhtəbə onun yerinə göz 

di

kib. Hümeydi hiylə ilə aradan  götürmək istəyən Abdullah onu Hələb valisi 



təyin  etdiyini  bildirərək  yazdığı  məktubla  Hələbə  yolladı.  Lakin  Abdullahın 

hiy


ləsindən xəbər tutan Hümeyd ondan ayrılaraq Əbu Müslimin tərəfinə keçdi. 

Hərrandan  ayrılan  Abdullah  öz  ordusunu  Nuseybində  yerləşdirdi.  Abdul-

lahın ardınca Nuseybinə gələn Əbu Müslim ona belə dedi: “Mənim səninlə dö-

yüşmək fikrim  yoxdur.  Mən xəlifə tərəfindən Şama vali təyin olduğum üçün 

ora

ya gedirəm.” Əbu Müslimin sözlərindən qorxuya düşən Şamlılar Abdullaha 



de

dilər:  “Arvad-uşaqlarımıza,  mallarımıza  zərər  verilməsindən  qorxuruq.  Biz 

Şama  gedirik. Əbu Müslimə qarşı arvad-uşağımızı, evlərimizi və mallarımızı 

dafiə edəcəyik.” Abdullah bunun bir hiylə olduğunu əsgərlərinə anlatsa da, 



heç bir nəticəsi olmadı. Onun sözlərinə əhəmiyyət verməyən əsgərlər öz möv-

qe

lərini tərk edərək Şam yoluna üz tutdular. Əbu Müslim dərhal onların yerini 



tu

taraq hücuma başladı. Nuseybində baş verən döyüşdə məğlub olduğunu gö-

rən Abdullah qardaşı Əbdussəməd ibn Əli ilə birlikdə döyüş meydanından qaç-

dılar. Qələbə xəbərini eşidən xəlifə Mənsur qənimətləri toplamaq üçün Əbul-

Ha

sibi Nuseybinə göndərdi.  



Abdullah  və  qardaşı  Rüsafəyə  gəldikdə  Əbdussəməd  Nuseybində  qaldı. 

Qənimətləri  toplayıb  geri  qayıdan  Əbul-Hasib  onu  xəlifə  Mənsurun  yanına 

apar

dı. Lakin İsmail ibn Əli onun üçün aman istədikdə xəlifə onu bağışladı. 



Bəsrəyə  gələn  Abdullah  ibn  Əli  isə  qardaşı  Süleyman  ibn  Əliyə  sığındı. 

Ab

dullahın Bəsrədə olduğunu öyrənən xəlifə Mənsur hicrətin 139-cu ili (miladi 



757) onu bünövrəsi duz üzərində qoyulmuş Bəni Usamənin evində həbs etdir-


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə