Şahlar şahbaz oğlu şƏRİfov


Hicrətin 139-cu ili (miladi 756-757 ) baş verən hadisələr



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə122/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   118   119   120   121   122   123   124   125   ...   314

  

247 


Hicrətin 139-cu ili (miladi 756-757 ) baş verən hadisələr 

Bu  ildə  Saleh  ibn  Əli  Malatya  şəhərinin  yenidənqurma  təmir  işlərini  ta-

mam

ladı. Sonra da Hədəs yolu ilə Anadoluya hücum edərək Bizansın daxilinə 



qədər irəliləyib bəzi yerləri ələ keçirdi. Onun bu döyüşdə bacıları Ümmü İsa 

bin


ti Əli və Lübabə binti Əli də iştirak edirdi. Bunun ardınca xəlifə Mənsurla 

Bi

zans  imperatoru  arasında  bağlanan  sülhə  görə  bir  çox  əsirlər  azad  bu-



raxıldı.

377


 

Eyni ildə xəlifə Mənsur İmam İbrahimin qardaşı Əbdulvəhhabla Həsən ibn 

Qəhtəbənin başçılığı altında olan 70 min nəfərlik ordunu Anadoluya göndərdi. 

Ana


doludan sonra Malatyaya gələn bu dəstə şəhəri yenidən təmir edərək bura-

da əsgər yerləşdirdi. Bunun ardınca Masis şəhərini ələ keçirən müsəlmanlar bu-

rada məscid inşa etdilər. Bundan sonra hicrətin 146-cı ilinə qədər (miladi 764) 

Anadoluya səfər edilmədi. 

Bu il həccə gedənlər Məscidul-həramın sahəsinin kiçik olmasından xəlifə-

yə şikayət etdilər. Buna əsasən xəlifə Mənsur Məscidul-həramın ərazisini bö-

yüt

məyə əmr verdi. Bu məqsədlə Məkkə valisinə göstəriş verildi ki, məscidin 



ətrafındakı evləri alıb,  məscidin ərazisinə qatsın.  Lakin evlərinin sökülməsilə 

ra

zılaşmayan Məkkə əhli xəlifəyə öz etirazlarını bildirdilər. Belə bir çətinliklə 



üz

ləşən xəlifə dərhal zamanın imamı Hz.Sadiqə (ə) müraciət edərək bu çətinli-

yi aradan qaldırdı. Yalnız bundan sonra ətraf evlər sahiblərinin razılığı ilə sö-

lərək məscidin ərazisinə qatıldı. Bunun hesabına məscidin ərazisi ikiqat artı-



rıldı. Tikinti işləri hicrətin 140-cı ili (miladi 758) tamamlanmışdır. 

Bu il xəlifə Mənsur əmisi Süleymanı Bəsrə valiliyindən kənarlaşdırdı. Ab-

dulah ibn Əli adamları ilə birlikdə başlarına pislik gəlməsindən qorxaraq giz-

ləndilər. Bununla əlaqədar olaraq xəlifə Mənsur Bəsrə valisi Süfyan ibn Müa-

vi

yəyə  Abdullah  ibn  Əlini  yanına  göndərməsini  əmr  etdi.  O  da  Abdullah  ilə 



adam

larını  xəlifənin  yanına  göndərdi.  Abdullah  ibn  Əlini  həbs  edən  Mənsur 

adam

larının bir qismini öldürərək qalanlarını da Xorasan valisi Əbu Davudun 



ya

nına göndərərək onun vasitəsilə edam etdirdi. 



 

Hicrətin 140-cı ili (miladi 757-758) baş verən hadisələr 

Bu il b


əzi  əsgərlər  Xorasan  valisi  Əbu  Davuda  qarşı  qiyam  etdilər.  Öz 

adam


larını köməyə çağırmaq məqsədilə evin damına çıxan Əbu Davud oradan 

yıxılaraq öldü. Yeni valinin gəlişinə qədər onun işini Əsam icra etdi. Xəlifənin 

əmri  ilə  Əbdülcəbbar  ibn  Əbdürrəhman  əl-Əzdi  Xorasan  valisi  təyin  edildi. 

Xo

rasana gələn yeni vali dərhal bəzi komandirləri öldürdü. Çünki onlar, xila-



fətin Hz.Əli (ə) ailəsinə verilməsilə əlaqədar təbliğat aparırdılar. Digərlərini isə 

həbs etdirdi. 

Bu il Hirədə ehrama girib həccə gedən xəlifə Mənsur həcc əməllərini ta-

mam


ladıqdan sonra Mədinəyə gələrək Məscidun-nəbini də ziyarət edərək ora-

377


Tarixi ibn Əsir, V cild, səh-488, İbn Kəsir, əl-Bidayətu vən-Nihayə. 

  

                                                           




 

248 


dan da Qüdsə gedib Məscidul-Əqsanı ziyarət etdi. Sonra Şam yolu ilə Riqqəyə 

gələn xəlifə oradan da Haşimiyyəyə qayıtdı. 



 

Hicrətin 141-ci ili (miladi 758) baş verən hadisələr 

Bu il xəlifə Mənsur Xorasan valisi Əbdülcabbar ibn Əbdürrəhmanın yerinə 

oğlu  Mehdini  vali  təyin  etdi.  Çünki  Əbdülcabbar  xəlifənin  tərəfdarlarının  bir 

ço

xunu öldürmüşdü. Lakin vəzifəsini itirməklə razılaşmayan Əbdülcabbar xəli-



fəyə öz etirazını bildirdi. Bu narazılığı aradan qaldırmaq istəyən Mehdi Həzzim 

ibn Xuzeyməni göndərərək onu əsir götürdü. Əbdülcabbar xilafət sarayına gəti-

ril

dikdə xəlifə Mənsurun əmri ilə onun boynu vuruldu. 



Xorasan  valiliyini  əldə  edən  Mehdi  atasının  əmri  ilə  Təbəristanda  üsyan 

edən  İsbahbazın  üzərinə  göndərildi.  Təbəristanda  baş  verən  döyüşdə  məğlub 

olan İsbahbaz məcburiyyət qarşısında müsəlmanlarla sülh bağlayaraq Deyləmə 

get


di və bir müddət sonra orada öldü. Bunun ardınca Mehdi əmrindəki ordu ilə 

Ma

smağan adlı Türk hökmdarını məğlub edərək Təbəristanı fəth etdi. Bu Tə-



bəristanın ilk fəthi idi. 

 

Hicrətin 142-ci ili (miladi 759) baş verən hadisələr 

Bu il Sind valisi Uyeynə ibn Musa ibn Kəb xəlifəyə qarşı üsyan etdi. Xəli-

fə Mənsur Ömər ibn Həfs ibn Əbu Sufranı Uyeynənin üzərinə göndərməklə bə-

ra

bər onu Sind və Hind əyalətinə vali təyin etdi. Uyeynəni məğlub edən Ömər 



Sin

di onun əlindən aldı. 

Bu il Təbəristanda müsəlmanlarla müqavilə imzalayan İsbahbaz müqavilə-

ni  pozaraq  Təbəristandakı  müsəlmanların  bir  qismini  öldürdü.  Bundan  xəbər 

tu

tan xəlifə Mənsur Həzzim ibn Xuzeymə ilə Rəvh ibn Xəttimin başçılığı altın-



da olan böyük bir ordunu onun üzərinə göndərdi. Baş verən döyüşdə çıxılmaz 

vəziyyətdə olduğunu görən İsbahbaz zəhər içərək özünü öldürdü. 



 

Hicrətin 143-cü ili (miladi 760-761) baş verən hadisələr 

Bu il xəlifə Mənsur insanları Deyləm üzərinə yürüşə göndərdi. Çünki üs-

yan edən Deyləmlilər bir çox müsəlmanı öldürmüşdülər. Xəlifənin əmrinə əsa-

sən Bəsrədən və Kufədən 10 min nəfər Deyləmə getməyə hazır olduğunu bil-

dir

di. Eyni zamanda bu il Kufə valisi İsa ibn Musa insanları həccə apardı. 



 

Hicrətin 144-145-ci ili (miladi 762-763 ) baş verən hadisələr 

Nəfsüz-zəkiyə Məhəmməd ibn Abdullah və qardaşı İbrahimin qiyamı: 

Hic


rətin 140-cı ili (miladi 758) həccə gələn Mənsuru əhali Məkkə yolunda qar-

şıladı. Xəlifəni qarşılayanlar arasında Abdullah ibn Həsən ibn Əli ibn Əbu Ta-

lib də var idi. Onunla söhbətə başlayan xəlifə Mənsur ondan oğlanları Məhəm-

mədlə İbrahimin niyə digər insanlarla birlikdə ziyarətinə gəlmədiklərini soruş-

du. Abdullah ibn Həsən and içərək onların yerini bilmədiyini söylədi. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə