Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə124/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   120   121   122   123   124   125   126   127   ...   314

  

251 


ma

ğa qorxurdu. Buna görə də paytaxtı dəyişmək qərarına gəlmişdir. Bu məq-

sədlə  xeyli  axtarışdan  sonra  xəlifənin  göstərişinə  əsasən  şəhər  Dəclə  çayının 

kənarında münasib bir yerdə salınmışdır. 

Bağdad şəhəri tikilərkən münəccimlər bu şəhərin uğurlu və mübarək olaca-

ğı  barədə  xəbər  verərək  bildirmişdilər  ki,  bu  şəhərdə  Abbasi  xəlifələrindən 

kim

sə  öldürülməyəcəkdir.  Tarixədə  nəzər  saldıqda  məlum  olur  ki,  həqiqətən 



Bağdad divarı daxilində heç bir Abbasi xəlifəsi vəfat etməmişdir. Xəlifə Mən-

sur  da  həcc  səfərində  olarkən  dünyasını  dəyişmişdir.  Ondan  sonrakı  xəlifələr 

Meh

di, Hadi, Harun, Əmin və Məmun ya Bağdaddan çox-çox uzaqlarda, ya da 



şəhərin kənarında vəfat etdilər. Bundan sonra paytaxt Samirəyə köçürülmüş və 

bir neçə xəlifə orada vəfat etmişdir.

380

 

Hicrətin 147-ci ili (miladi 764) xəlifə Mənsur qardaşı Əbul-Abbasın vəsiy-



y

ətini pozaraq, İsa ibn Musanı birinci vəliəhdlikdən uzaqlaşdırıb oğlu Mehdini 

özün

dən sonra vəliəhd təyin etdi. Əvvəlcə bununla razılaşmayan İsa ibn Musa 



son

da müəyyən səbəblərə görə Mehdinin vəliəhdliyini qəbul etmişdir.

381

 

Eyni 



zamanda  hicrətin  147-ci  ili  (miladi  764)  xəlifə  Mənsur  Yezid  ibn 

Useyd Süləmiyə göstəriş verdi ki, xəzərlərin hücumunun qarşısını kəssin. Sa-

kit

lik  yaratmaq  istəyən  Yezid  ibn  Useyd  xəzər  xaqanının  qızlarından  biri  ilə 



ev

lənərək,  xəzərlərlə  ittifaq  yaratdı.  Lakin  qısa  müddət  sonra  xaqanın  qızı 

doğuş zamanı öldü və qızının öldürüldüyünü güman edən xəzər xaqanı Tarxan 

böyük bir ordu ilə müsəlman torpaqlarına soxuldu. Tiflisə qədər irəliləyən xə-

zərlər xeyli əsir ələ keçirdilər. Xəlifə Mənsurun göndərdiyi köməkçi qoşunda 

Ye

zid ibn Useydlə birləşsə də, xəzərlərin qarşısında davam gətirə bilmədilər. 



Bundan bir il sonra hicrətin 148-ci ill (miladi 765) Hümeyd ibn Qəhtəbənin 

başçılığı altında olan böyük bir ordu Ərməniyyə vilayətinə qədəm bassa da, xə-

zərlərlə rastlaşmadılar.  Çünki qışın  yaxıınlaşması ilə əlaqədar olaraq xəzərlər 

ge

ri çəkilməyə məcbur olmuşlar. 



 

Afrika və Əndəlusda fəthlər 

Əbu Cəfər Mənsurun xilafəti dövründə Qərbi Afrika müstəqilliyini elan etdi-

yi  üçün  burada  xəlifənin  adına  xütbə  oxunmurdu.  Bundan  istifadə  edən  xarici 

məzhəbli  bərbər  tayfalar  qısa  müddət  ərzində  Qeyravan  və  Fası  ələ  keçirdilər. 

Qərbi Afrikadakı özbaşınalığa son qoymaq istəyən xəlifə Mənsur hicrətin 143-cü 

ili (mi


ladi 760) Məhəmməd ibn Əşəs Xuzaini Afrikaya vali təyin etdi. Böyük bir 

ordu ilə hücuma keçən Məhəmməd ibn Əşəs Trablis və Qeyrəvanı bərbərlərdən 

geri aldı. Bu qarışıqlıqdan istifadə edən xəvaric məzhəbli Əbdürrəhman ibn Rüs-

təm Tahərtə qaçaraq Rüstəmilər dövlətinin əsasını qoydu. Bu dövlət miladi tarixi-

lə 761-ci ildən 909-cu ilə kimi Tahərtdə hakimiyyətdə olmuşdur. Rüstəmilər döv-

lətinin varlığına 909-cu ildə şiə təmayüllü Fatimilər tərəfindən son qoyulmuşdur. 

380

Tarixi-


təbəri, IV cild, səh-457-481. 

381


Tarixi-

Təbəri, IV cild, 483-491. 

  

                                                           




 

252 


Hicrətin 153-154-cü illərində (miladi 770) Qeyrəvan yenidən xəvariclərin 

əlinə keçdi. Bu dəfə xəlifə Mənsurun əmri ilə Yezid ibn Hatim Afrikaya gön-

dərildi. Afrikaya gələn Yezid Qeyrəvan daxil olmaqla digər şəhərləri də xilafə-

tə qaytararaq xəvaric üsyanına son qoymuşdur. 

Xəlifə  Mənsur  xilafəti  dövründə  özünə  vəzir  olaraq  əvvəlcə  Əbu  Əyyub 

Muri


yani, onun ölümündən sonra isə Rəbi ibn Yunisi götürmüşdür. 

İkinci Abbasi xəlifəsi Əbu Cəfər Mənsur Dəvaniqi hicrətin 158-ci ili zil-

hic

cə ayının altısında (miladi 775) həcc səfərində olarkən Məkkədə vəfat etmiş 



və Babul-Muəlladakı Kəda qəbiristanlığında dəfn edilmişdir.

382


 

Xəlifə Mənsur 

hicri 101-

ci ilin zilhiccə ayında doğulmuş, 136-cı ilin zilhiccə ayında xəlifə se-

çilmiş və 158-ci ilin zilhiccə ayında da ölmüşdür. 

 

Hz.



İmam Cəfəri Sadiq (ə) 

İmamın (ə) mübarək adı Cəfər, Sadiq isə ləqəbidir. Cəfər ərəb dilində axan 

çay  mənasındadır.  Künyəsi  Əbu  Abdullahdır.  Atası  İmam  Baqir  (ə),  anası  isə 

Qa

sim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Ümmi Fərvə künyəsi ilə tanınan Qə-



ri

bədir. Bu qadının anası Əsma binti Əbdürrəhman ibn Əbu Bəkrdir. Bu qadın 

həm ata, həm də ana tərəfdən xəlifə Əbu Bəkrin nəvəsidir. Bu da o deməkdir ki, 

İmam Sadiqin (ə) ana tərəfdən babası xəlifə Əbu Bəkrdir. İmam Sadiq (ə) hicrə-

tin 83-

cü ili rəbiül-əvvəl ayının 17-də, miladi 700-cü il əməvi xəlifəsi Əbdülmə-



lik ibn Mərvanın xilafəti dövründə Mədinədə anadan olmuşdur. 

İmamlar arasında İmam Sadiqin (ə) dövrü özünəməxsus bir yer tutur. Çün-

ki həmin dövr Bəni-Ümeyyə dövlətinin zəiflədiyi, Bəni-Abbasın isə gücləndiyi 

bir dövr olmuşdur. Bu iki dəstə həmin dövrdə bir-biri ilə mübarizə aparırdılar. 

Əməvi  xəlifəsi  Hişam  ibn  Əbdülməlikin  (724-743)  dövründən  etibarən  Ab-

basilərin siyasi təbliğatı başlamış, sonra silahlı mübarizəyə çevrilmiş və Abba-

silərin qələbəsi ilə başa çatmışdır. Bu qarışıqlığa görə Bəni Ümeyyə İmam Sa-

diq 



(ə) və şiələrə təzyiq göstərə bilmirdi. Eyni zamanda Abbasilər də Peyğəm-

bər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri 

üçün onlar da İmam Sadiq (ə) və tərəfdarlarına təzyiq göstərə bilmirdilər. Ona 

görə də bu dövr İmam Sadiqin (ə) və tərəfdarların nisbi rahatlıq dövrü adlanır. 

İmam Sadiq (ə) yaranmış vəziyyətdən istifadə edib atası İmam Baqirin (ə) elmi 

yolunu  davam  etdirərək  böyük  məktəb  təşkil  etdi.  O  dövrün  dini  və  dəqiq 

elmləri  sahəsində  sayı  dörd  minə  yaxın  qeyd  edilmiş  Hişam  ibn  Həkəm, 

Məhəmməd  ibn  Müslim,  Əban  ibn  Tağlib,  Hişam  ibn  Salim,  Mömin  Taq, 

Müfəzzəl  ibn  Ömər,  Cabir  ibn  Həyyan  kimi  seçilmiş  şagirdlər  yetişdirdi. 

Onlardan Hişam ibn Həkəm otuz bir cild, Cabir ibn Həyyan isə müxtəlif elmlər 

sahəsində  iki  yüz  cilddən  artıq  kitab  yazmış  və  “kimyanın  atası”  ləqəbini 

almışdır. İmam Sadiqin (ə) özü də təbii elmlər sahəsində bir sıra elmi bəhslər 

aparmışdır. Bunun aşkar nümunəsi Tövhidi Müfəzzəldir. İmam Sadiq (ə) onu 

382


Tarixi-

Təbəri, IV cild, səh-514-518. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə