Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə126/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   122   123   124   125   126   127   128   129   ...   314

  

255 


də var idi. Bir çox şəhərlərin valilərini yeniləri ilə əvəz etmişdir. İlk dəfə ola-

raq, xəlifə Mehdinin vaxtında fövqəladə cinayət işlərinə baxılması üçün xəlifə-

nin iştirakı ilə təcili məhkəmələr quruldu. Xəlifə şəxsən bu məhkəmələrə qatı-

lır, hökmün düzgün çıxarılmasına və icra olunmasına nəzarət edirdi. Ziyarətçi-

lərin dincəlməsi və mühafizə edilməsi üçün Məkkə yolu üzərində qonaq evləri 

tikil


di. Onun xilafəti dövründə Bağdadla başqa şəhərlər arasında nizamlı poçt 

əlaqə sistemi yaradıldı. Mehdinin əmri ilə məcburi vergi məzənnəsi ləğv edildi, 

rəiyyətdən vergi alarkən toplanmış məhsulun həcmi və bazar qiymətləri nəzərə 

alınmağa başladı. Vəzir Əbu Ubeydullahın məsləhəti ilə həyata keçirilən bu is-

la

hat daha ədalətli olduğu üçün, xalq arasında böyük razılıqla qarşılandı. 



 

Hicrətin 160-cı ili (miladi 777) baş verən hadisələr 

Bu il Yusif əl-Bərəmin başçılığı ilə Xorasanda xəlifə Mehdiyə qarşı qiyam 

baş verdi. Əbu Abdullah Mehdi bu üsyanı yatırmaq üçün Yezid ibn Məzyədi 

yük bir ordu ilə Xorasana göndərdi. Baş verən döyüşdə məğlub olan Yusif 



bir neçə tərəfdarı ilə Bağdada xəlifə Mehdinin hüzuruna göndərildi. Xəlifənin 

əmrinə  əsasən  Hərsəmə  ibn  Əyən  Yusif  və  tərəfdarlarını  edam  edərək  Dəclə 

çayı üzərindəki körpüdən asdı.

384


 

Bu ilin sonlarında xəlifə Mehdi həcc ziyarətinə getdi. Kəbənin xidmətçiləri 

ona xəbər verdilər ki, üzərindəki kisvələrin (örtüklərin) ağırlığından Kəbə evi 

uçmaq üzrədir. Mehdinin dövrünə qədər Kəbənin əvvəlki, örtüklərini çıxarmır, 

hər  il  yeni  örtüyü  köhnənin  üzərindən  örtürdülər.  Mehdinin  əmri  ilə  köhnə 

örtükləri Kəbənin üzərindən götürərək onu yenisilə əvəz etdilər. 

Eyni ildə xəlifənin əmri ilə Məscidul-həramda təmir və tikinti işləri aparıl-

dı. Ətraf evlər sahiblərindən satın alınaraq söküldü və məscidin ərazisi geniş-

ləndirildi.  Həcc  ziyarətindən  sonra  Mədinəyə  gələn  xəlifə  Mehdi  Peyğəmbər 

məscidi  olan  Məscidun-Nəbidə  də  tikinti  və  genişləndirmə  işləri  apardı.  O, 

Pey

ğəmbər  məscidini  daş  və  mərmər  sütunlarla  bəzədi,  tavanla  örtdü  və 



Hz.Pey

ğəmbərin (s) məzarına çöldən mərmər üzlük çəkdirdi. Hətta xəlifə tərə-

fin

dən Məkkə və Mədinə əhalisinə xeyli bəxşişlər verildi.



385

 

 



Hicrətin 161-ci ili (miladi 777-778) baş verən hadisələr 

Bu il xəlifə Mehdinin əmrinə əsasən Anadoluya yürüş edən Sümamə ibn 

Vəlid Dabıq məntəqəsinə qədər irəliləsə də şəhəri ələ keçirə bilməmişdir. 

Xəlifə Mehdinin oğlu Musa əl-Hadi insanları həccə apardı. 



 

Müqənnenin üsyanı 

Əbu Abdullah Mehdi “din islahatçılarına” (İslam daxilində bidət yaradan-

la

ra) qarşı mübarizə aparan bir xəlifə kimi tarixə düşmüşdür. Həmin şəxslər ta-



384

 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild. 

385

Tarixi-


Təbəri, IV cild, səh-558. 

  

                                                           




 

256 


ri

xi mənbələrdə “zindiq” adı ilə qeyd olunur. Xəlifə Mehdi onlarla mübarizəni 

əsaslı şəkildə aparmaq üçün xüsusi məhkəmə “divan-üz-zənadiqə” təşkil etmiş-

di. Bu məhkəmə vasitəsilə zindiqlər üzə çıxarılır, onların küfrü isbat olunur və 

barələrində hökm çıxarılırdı. 

Xəlifə  Mehdinin  dövründə  zindiqlərin  ən  məşhuru  Mərvdə  baş  qaldıran 

qənne olmuşdur. Əsl adının Əta və ya Həkim olduğu bildirilir. Onun qısa 



boy

lu, təkgöz, son dərəcə yaraşıqsız bir şəxs olduğu bildirilir. Gözündəki nöq-

sa

na görə, həmişə üzünü ağ niqabla örtdüyü üçün ona “müqənne”, yəni üzü ör-



lü ləqəbi verilmişdir. 

Müqənnenin dini təlimlərinin kökündə İslamla məzdəkiliyin qarışığı daya-

nırdı. O, tənasüxə (ruhun bədəndən bədənə köçməsi) inanırdı. Onun iddialarına 

rə Allah, Hz.Adəmin ruhunda zühur etmiş və bu səbəbdən də mələklər ona 



səcdə etmişlər. Sonra isə Allah, Nuh peyğəmbərin surətində zühur etmiş, ondan 

son


ra  da  bütün  peyğəmbərlərin  surətində  insanlara  görünmüşdür.  Sonda  Əbu 

Müs


limin, ondan sonra da özünün bədəninə girdiyini iddia edirdi. Qısa müddət 

ərzində Maveraunnəhr əhlinin əksəriyyəti onun fikirlərini qəbul edərək Müqən-

nenin tərəfinə keçdi. 

Xəlifə Mehdi bu üsyanı yatırmaq üçün Muaz ibn Müslimi və Səid ibn əl-

Hərəşini böyük bir ordu ilə Xorasan vilayətinə göndərdi. Bundan xəbər tutan 

qənne  Kiş  şəhəri  yaxınlığında  tikdirdiyi  Sənam  adlı  qalaya  sığındı.  Uzun 



rən mühasirədən sonra məğlub olduğunu görən Müqənne ailə üzvləri ilə bir-

likdə zəhər içərək özünü öldürdü. Qalanın təslim edilməsindən sonra Müqən-

nenin kəsik başı Bağdada xəlifə Mehdinin hüzuruna göndərildi.

386

 

 



Hicrətin 162-ci ili (miladi 778-779) baş verən hadisələr 

Bu il xəlifə Mehdinin xilafətinə qarşı Kinnəsrində Əbdüssəlam ibn Haşim 

əl-Yəşkərinin başçılığı ilə xəvaric qiyamı baş verdi. Xilafətin bir neçə sərkər-

dəsi  onunla  döyüşsə  də,  məğlub  oldular.  Sonda  xəlifənin  göndərdiyi  muzdlu 

qo

şun hissələri xəvaricləri məğlub edərək Əbdüssəlamı öldürmüşlər. 



Bu il Bizans qoşunu Hədəs şəhərinin divarlarını dağıdaraq, xilafət torpaq-

la

rına hücum etdilər. Bu hücum nəticəsində xeyli müsəlman öldürüldü və yaşa-



yış məntəqələri dağıntıya məruz qaldı. Buna cavab olaraq Həsən ibn Qəhtəbə 

80 min nəfərlik ordu ilə Anadoluya hücum edərək xeyli əsir ələ keçirdi. Hətta 

imperator 

Həsən ibn Qəhtəbənin qorxusundan onun qarşısına qoşun çıxarmadı. 

Ye

zid ibn Useyd əs-Süləmi də Qalikula qapısına qədər irəliləyib xeyli qənimət 



ələ keçirdi. 

Cürcanda  xilafətə  qarşı  Abdülqəhharın  başçılığı  ilə  üsyan  baş  versə  də, 

Əmr  ibn  Əli  Təbəristandan  hərəkət  edərək  Abdülqəhharı  məğlub  edib  adam-

larını öldürdü. Üsyançılar qırmızı paltar geyindikləri üçün bu üsyana “Muhəm-

mərlər” də deyilir. 

386


Tarixi-

Təbəri, IV cild, səh-560; Tarixi ibn Əsir, VI cild, səh-38-39, 52-53. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə