Şahlar şahbaz oğlu şƏRİfov


Hicrətin 163-cü ili (miladi 780) baş verən hadisələr



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə127/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   123   124   125   126   127   128   129   130   ...   314

  

257 


Hicrətin 163-cü ili (miladi 780) baş verən hadisələr 

Bu il xəlifə Mehdi oğlu Harunun sərkərdəliyi altında Bizansa qoşun yolla-

dı. Harun Bizans qalalarından birini 38 gün mühasirədə saxladıqdan sonra ələ 

ke

çirdi. Bu yürüşdən müsəlmanlar böyük qənimətlə geri dönmüşlər. Bu orduda 



Ha

runla  birlikdə  Hüseyn  ibn  Qəhtəbə,  Hacib  ər-Rəbi,  Xalid  ibn  Bərməki  və 

Harunun katibi 

olan Yəhya ibn Xalid də iştirak edirdi.

387

 

 



Hicrətin 164-cü ili (miladi 781) baş verən hadisələr 

Bu il xəlifənin əmri ilə Əbdülkəbir ibn Əbdülhəmid ibn Əbdürrəhman ibn 

Zeyd ibn Xəttab Bizans üzərinə yürüş etdi. Onun qarşısına Mixailin başçılığı 

al

tında olan 90 min nəfərlik Bizans ordusu çıxdı. Mixailin əmri altında sərkər-



də erməni Tazaz da var idi. Bizans ordusu ilə döyüşməkdən qorxan Əbdülkəbir 

geri qayıtdı. Onun bu hərəkətini bəyənməyən xəlifə Mehdi onu öldürmək istəsə 

də, bir çox müraciətlərə görə bu fikrindən daşınıb Əbdülkəbiri həbs etdirdi. 

Bu ilin zilqədə ayının sonlarında xəlifə Mehdi İsabazda kərpicdən bir saray 

tik

dirdikdən  sonra  həccə  getmək  qərarına  gəldi.  Lakin  yola  çıxdıqdan  sonra 



qızdırmaya tutulduğu üçün geri döndü. Geri qayıdarkən insanların çoxu susuz-

luq


dan əziyyət çəkdi. Xəlifənin göstərişinə əsasən bu il insanları həccə Muhəl-

ləb ibn Saleh apardı. 

 

Hicrətin 165-ci ili (miladi 782) baş verən hadisələr 

Bu il xəlifə Mehdi oğlu Harunu 95800 nəfərlik ordu ilə Bizansa yürüşə gön-

dərdi. Macidə şəhərinin  kənarında Bizans ordusunu məğlub  edən müsəlmanlar 

xey


li qənimət ələ keçirdilər. Yürüşü davam etdirən Harun Üsküdara qədər irəli-

lədi. İmperiyanın paytaxtı Konstantinopoldan onu bir neçə yüz kilometrlik Bos-

for boğazı ayırırdı. Müsəlman ordusunun bu qədər güclü olacağını gözləməyən 

Bizanslılar imperiyanı xilas etmək üçün yollar axtarmağa başladılar. Həmin vaxt 

Bizans taxtını mərhum kral İlyonun arvadı kraliça Aqusta idarə edirdi. O, ölən 

ərindən qalan oğlunu qucağına götürüb Harunun yanına gələrək 700 yüz min di-

nar vermək şərtilə müsəlmanlarla sülh bağlamaq istədiyini bildirdi. 

Nəticədə  kraliça  Aqusta  ilə  Harun  arasında  üç  illik  müqavilə  imzalandı. 

qaviləyə əsasən Bizans xilafətə ildə iki dəfə, hər dəfə 70 və ya 90 min dinar 



həcmində cizyə verməli, Harunun geri qayıdacağı yollar üstündə bazarlar tik-

dir


məlidir. Müqavilə bağlandıqdan sonra tərəflər əllərindəki əsirləri mübadilə 

et

dilər. Bu hərbi yürüşdən Harun 20 min at qənimət gətirdi. Bağdada qayıdar-



kən Harunun uğurlarından razı qalan atası xəlifə Mehdi ona “Rəşid” (qalib) lə-

q

əbini verdi. Bundan sonra o, Harun ər-Rəşid kimi tanınmağa başladı. Həmin il 



Mehdi Harunu Hadidən sonra özünə ikinci vəliəhd təyin etdi.

388


 

387


Tarixi-

Təbəri, IV cild, səh-566-567. 

388

Ostroqo


rski, Bizans Devleti Tarihi, səh-164-173; Tarixi-Təbəri, IV cild, səh-566-567, 572-

574; Tarixi-

ibn Əsir, VI cild, səh-60-67. 

  

                                                           




 

258 


Hicrətin  168-ci  ili  (miladi  785)  Bizanslılar  Harun  ər-Rəşidlə  bağladıqları 

üç illik müqavilənin sonunu gözləməyərək, müqaviləni pozdular. əl-Cəzirə va-

li

si Əli ibn Süleyman böyük bir ordu göndərib Bizanslıları məğlub edərək xeyli 



əsir ələ keçirdi. 

 

Mehdi və Əhli-beyt 

Atası  Mənsurdan  fərqli  olan  xəlifə  Mehdi  Əhli-beytə  olan  düşmənçiliyini 

açıq-aşkar nümayiş etdirmir, öz hisslərini gizlətməyi bacarırdı. Hz.İmam Kazim 

Musa  ibn  Cəfərin  (ə)  imamət  müddətinin  bir  hissəsi  xəlifə  Mehdinin  dövrünə 

düşür.  İmam  Kazimə  (ə)  müsbət  münasibəti  olmayan  xəlifə  Mehdi  İmamı  (ə) 

Mədinədən  Bağdada  sürgün  edərək  bir  müddət  nəzarət  altında  saxlamışdır. 

İmam Kazimi (ə) öldürmək fikrində olan xəlifə Mehdi məşhur sərkərdə Hümeyd 

ibn  Qəhtəbəni  yanına  çağıraraq  bu  işi  ona  tapşırır.  Lakin yuxuda görür ki, 

Hz.

Əli (ə) ona işarə edərək bu ayəni oxuyur: 



“Əgər (Muhəmməddən (s)) üz 

döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (cahiliyyət dövrün-

də olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!”

389

  Yuxudan 

ayıldıqdan sonra etdiyi əməldən peşman olan xəlifə Mehdi dərhal Hümeyd ibn 

Qəhtəbəyə tapşırır ki, dediyi işi yerinə yetirməsin. Sonra İmam Kazimi (ə) zin-

dandan çıxararaq Mədinəyə yola salır.

390


 

Xəlifə  Mehdi  xilafətinin  əvvəllərində  Nəfsüz-zəkiyyə  Məhəmmədin  qar-

daşları Musa və Həsənə aman verərək onları bağışladı. Hətta Həsənə Hicazdakı 

Səvafi məntəqəsində mülk bağışladı.

391

 

Mehdinin  dövründə  xilafət  iddiasında  olan  digər  Əhli-beyt  nümayəndəsi 



Əli ibn Abbas xəlifənin əmri ilə həbs edildi. Lakin Hüseyn ibn Əli ibn Həsəni 

səllasın xahişi ilə onu sərbəst buraxdılar. Əlini öldürmək fikrindən əl çək-



məyən xəlifə Mehdi ona zəhər verərək Mədinəyə yola saldı. Zəhərin təsirindən 

əti tökülən Əli Mədinəyə çatdıqdan üç gün sonra vəfat etdi. 

Mənsurun xilafətindən fərqli olaraq xəlifə Mehdinin dövründə vəzirlər dövlət 

idar


əçiliyində mühüm rol oynayırdılar. Onun zamanında vəzirlərin dövlət işlərinə 

nüfuzu hiss olunacaq qədər artmışdı. Mehdinin ən çox etibar etdiyi vəzirlər Əbu 

Ubeydullah Müaviyə ibn Yəsar, Rəbi ibn Yunis və Yəqub ibn Davud olmuşdur. 

Mehdi hakimiyyətinin sonuna yaxın Harun ər-Rəşidi özündən sonra haki-

miy

yətə gətirmək fikri ilə oğlu Hadini razı salmaq üçün 785-ci ildə (hicri 169) 



Bağdaddan çıxıb Curcana doğru hərəkət etdi. Lakin Masabazan şəhərinin Ruzz 

kəndinə çatdıqda vəfat etdi və orada qoz ağacının altında dəfn edildi.

392

 

 



 

 

389


 Muhəmməd surəsi, ayə-22. 

390


İbn Şəhraşub, Mənaqibu Ali-Əbutalib, IV cild, səh-325. 

391


 Tarixi-Təbəri, IV cild, səh-459-550. 

392


 Tarixi-Təbəri, IV cild, səh-583-585. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə