Şahlar şahbaz oğlu şƏRİfov


Musa ibn Məhəmməd Hadi hicri 169-170 (miladi 785-786)



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə128/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   124   125   126   127   128   129   130   131   ...   314

  

259 


Musa ibn Məhəmməd Hadi hicri 169-170 (miladi 785-786) 

Əbu Məhəmməd Musa ibn Məhəmməd hicrətin 146-cı ili (miladi 763) xə-

li

fə Mənsurun xilafəti dövründə Hümeymədə anadan olmuşdur. Anası Xeyzə-



ran  adlı  bir  qadındır.  Rəvayətlərə  əsasən  Mehdi  onu  qul  alverçilərindən  alıb 

onun


la evlənmiş və bu evlilikdən Musa ilə Harun dünyaya gəlmişdir. Hicrətin 

169-


cu ili (miladi 785) atası Mehdinin ölümündən sonra onun vəsiyyətinə əsa-

sən xəlifə seçilən Musa ibn Məhəmməd özünə Hadi ləqəbini götürdü. Atasının 

vəfatı ərəfəsində Curcanda olan Hadi üsyanı yatırdıqdan səkkiz gün sonra Bağ-

da

da gələrək ümumi beyəti qəbul etmişdir. 



 

Fəxx şəhidi Hüseyn ibn Əlinin qiyamı 

Fəxx Məkkə ilə Mədinə arasında yerləşən bir məntəqənin adıdır. Fəxx şə-

hidi Hüseyni

n atası Əli, anası Zeynəb İmam Həsənin (ə) nəvələrindəndir. 

Xilafəti əldə edən Hadi dərhal İshaq ibn İsanı Mədinə valisi təyin etdi. Qı-

sa müd


dət  sonra  İshaqın  bu  vəzifəni  tərk  etməsilə  əlaqədar  olaraq,  xəlifənin 

əmrinə  əsasən  Mədinəyə  Raşidi  xəlifəsi  Ömər  ibn  Xəttabın  nəslindən  olan 

Əbdüləziz ibn Abdullah vali təyin edildi. Əhli-beytə qarşı mənfi münasibətdə 

olan Əbdüləziz ibn Abdullah daim onları təhqir edərək gözdən salmağa çalışır-

dı. Onun göstərişinə əsasən İmam Həsənin (ə) nəslindən üç nəfər seçilmişdi ki, 

Mədinə valisinin istədiyi zaman bu üç nəfər Ələvilərin hər hansı birini onun 

yanına  gətirsin.  Əbdüləziz  ibn  Abdullah  tərəfindən  zamin  seçilmiş  üç  nəfər 

Əhli-beyt nümayəndəsi bunlar idi: 

1. 

Hüseyn ibn Əli ibn Həsəni-müsəllas ibn Həsəni-müsənna ibn İmam Həsən (ə)



2. 

Yəhya ibn Abdullah Məhz ibn Həsəni-müsənna ibn İmam Həsən (ə)

3. 

Həsən ibn Məhəmməd ibn Abdullah Məhz. 



Hicrətin 169-cu ili (miladi 786) Hz.Əlinin (ə) nəslindən olan yetmiş nəfər 

xilafətin  müxtəlif  yerlərindən  həcc  ziyarəti  üçün  Mədinəyə  gəlib  Hüseyn  ibn 

Əlinin  ətrafına  yığışmışdılar.  Hüseyn  ibn  Əli  belə  qənaətə  gəldi  ki,  əgər 

Peyğəmbər (s) nəsli öz haqqını tələb etmədən sakit dursa, qarşı tərəfin zülmləri 

daha da artacaq. O, dərk edirdi ki, Mədinə valisi Əbdüləziz ibn Abdullah Ələ-

vi

ləri alçatmaq üçün heç nədən çəkinməyəcək. Onun məqsədi Əli (ə) övladla-



rını aradan götürməkdir. Bu zülmlərin qarşısını almağın yolunu Hüseyn ibn Əli 

yalnız  Ələvilərin  birləşməsində  görürdü.  Bu  məqsədlə  Hüseyn  ibn  Əli  yaxın 

qohumlarını və sadiq dostlarını yanına çağıraraq öz fikrini onlara açıqladı. 

Nəhayət növbəti gün Mədinə müəzzini azan verəndə Ələvilər onu məcbur 

et

dilər  ki,  azanda  “Həyyə  əla  xeyr-il-əməl”  cümləsini  də  söyləsin.  Mədinə 



valisi  Əbdüləziz  ibn  Abdullah  azandakı  dəyişikliyi  eşidəndə  başa  düşdü  ki, 

Ələvilər qiyam qaldırıb. Ona görə də Mədinədən qaçdı. 

Hüseyn ibn Əlinin qiyamına Əli (ə) nəslinin böyüklərindən  yalnız Həsən 

ibn  Cəfər  ibn  Həsəni-müsənna  və  zamanın  imamı  Hz.Museyi Kazim  (ə)  qo-

şulmadı.  İmam  Kazim  (ə)  Hüseyn  ibn  Əliyə  beyət  etməyərək  belə  buyurdu: 

“Bax


mayaraq ki, sən şəhid olacaqsan, ancaq cihad və mübarizədə möhkəm ol! 

  



 

260 


Bun

lar çox pis adamdırlar. Zahirdə özlərini imanlı göstərir, həqiqətdə isə kafir-

dir

lər. Bu yolda mən sənin əcr və savabını Allahdan istəyirəm.”



393

 

Hüseyn ibn Əli üç  yüz nəfər tərəfdarı ilə birlikdə Mədinədən çıxıb, həcc 



məqsədilə Məkkəyə doğru hərəkət etdi. Digər tərəfdən də nəzarəti ələ keçirmək 

məqsədilə xəlifə Hadi Süleyman ibn Mənsurun başçılığı ilə dörd min nəfərlik 

or

dunu Mədinəyə göndərdi. İki ordu Fəxx məntəqəsində qarşılaşdı. Baş verən 



yüşdə Hüseyn ibn Əli, onun silahdaşlarının əksəriyyəti həlak oldu, bir hissəsi 

də əsir edildi. Şəhidlərin başı kəsilərək əsirlərlə birlikdə Bağdada xəlifə Hadi-

nin hüzuruna gön

dərildi. Cəsədləri isə hamarda buraxdılar ki, qurda-quşa yem 

ol

sun. Bu faciə hicrətin 169-cu ili zilhiccə ayının 8-də (miladi 786-cı il iyunun 



10-

da) baş vermişdir.

394

 

Bu faciə haqqında İmam Təqi (ə) belə buyurmuşdur: “Biz Əhli-beyt üçün 



Kərbəladan sonra Fəxxdən böyük qətlgah yoxdur”.

395


 

Hicrətin 170-ci ili xəlifə Hadi, qardaşı Harunu vəliəhdlikdən uzaqlaşdıraraq 

onun yerinə oğlu Cəfəri təyin etmək istədi. Lakin Harun ilə Hadinin anası Xey-

zəran buna qarşı çıxdı. Çünki o Hadidən çox Harunun xəlifə olmasını istəyirdi. 

A

tası  Mehdidən  fərqli  olaraq  Hadi  xilafətə  gəldikdən  sonra  anasının  dövlət 



işlərinə  qarışmasının  qarşısını  almışdı.  Sərkərdələrinin  və  digər  şəxslərin  ana-

sının evinə tez-tez getdiyini görən Hadi onlara belə demişdi: “Hər hansı bir əmir 

və sərkərdə əgər anamın qapısına gedərsə, boynunu vuraram və onun üçün şəfaət 

də qəbul etmərəm.” Bundan sonra heç bir söz deməyən Xeyzəran Hadi ilə bir də 

danışmayacağına söz verərək onun evini tərk edib başqa yerə daşındı. 

Harunu vəliəhdlikdən uzaqlaşdırmaq fikrindən əl çəkməyən Hadi Harunun 

tərəfini tutan və böyük sərkərdələrdən olan Yəhya ibn Xalid ibn Bərməkini ya-

nına çağıraraq ondan soruşdu: “Harunu vəliəhdlikdən çıxarıb onun yerinə oğ-

lum  Cəfəri  təyin  etməyimə  nə  deyirsən?”  Xalid ibn  Yəhya  belə  cavab  verdi: 

“B

elə etsən, insanların əhdlərə əhəmiyyət verməmələrindən qorxuram. Məncə 



ən uyğun olanı Cəfəri Harundan sonrakı dövr üçün vəliəhd təyin etməyindir. 

Ey

ni zamanda Harunu vəliəhdlikdən uzaqlaşdırdıqdan sonra səni ölüm haqlasa, 



xi

lafət  azyaşlı  Cəfərə  qalacaq.  Bu  zaman  xilafətdən  narazı  olanlar  asanlıqla 

döv

lət çevrilişi edib, hakimiyyəti Cəfərdən alacaq. Buna görə də ən yaxşı yol 



bu

dur ki, vəziyyət necədirsə, qoy elə də qalsın. Cəfər həddi-büluğa çatdıqdan 

son

ra Harun özü könüllü surətdə vəliəhdlikdən uzaqlaşıb Cəfərə beyət edər”. 



Yəhyanın bu sözləri qarşısında onu həbs edə bilməyən Hadi müvəqqəti olaraq 

sərbəst buraxdı. Lakin qısa müddət sonra Yəhya barəsində fikrini dəyişən Hadi 

onu həbsə atdırdı və o Hadinin ölümünə qədər həbsdə qaldı. 

Xəlifə Hadi hicrətin 170-ci ili rəbiül-əvvəl ayının ortalarında (miladi 786) 

iyir

mi üç yaşında İsabadda anası Xeyzəranın göstərişi ilə zəhərləndirilərək öl-



393

 Biharul-ənvar, 48-ci cild, səh-169. 

394

Tarixi-


Təbəri,  IV  cild,  səh-596-601;  Tarixi  ibn  Əsir,  VI  cild,  səh-90-94;  İbn  Kəsir,  əl-

Bidayətu vən-Nihayə. 

395

Şeyx Abbas Qummi, Müntəhal-amal, II cild, səh-313. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə