Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə129/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   125   126   127   128   129   130   131   132   ...   314

  

261 


müşdür. Onun vəfat etdiyi gecə bir xəlifə ölmüş, başqa bir xəlifə (Harun ər-Rə-

şid) taxta çıxmış, digər bir xəlifə də Məmun anadan olmuşdur.

396

 

Cəsur, öz məqsədini həyata keçirməyə çalışan və inadkar bir şəxs olan Ha-



di, ona qarşı çıxmayanlara münasibətdə səxavətlə davranar, qiymətli hədiyyələr 

payla


yırdı. Lakin birindən mənfi münasibət gördükdə amansız şəkildə cəzalan-

dırırdı.


397

 

 



Əbu Cəfər Harun ər-Rəşid hicri 170-193 (miladi 786-809) 

Harun ər-Rəşid miladi tarixi ilə 762 və ya 765-ci ildə (hicri 145,148) Rey-

də  anadan  olmuşdur.

398


 

Qardaşının  vəfat  etdiyi  gecə,  yəni  hicrətin  170-ci ili 

rəbiül-əvvəl ayının ortalarında cümə gecəsi Haruna xəlifə olaraq beyət edilmiş-

dir. Beyətdən dərhal sonra Harun xəlifə Hadi tərəfindən həbs edilən Yəhya ibn 

Xalid ibn Bərməkini həbsdən azad edərək onu özünə vəzir təyin etdi. 

Rəvayət  edildiyinə  görə  Hadi  vəfat  edən  gecə  Yəhya  ibn  Xalid  Harunun 

y

anına gələrək onun yuxuda olduğunu görüb belə demişdi: 



– 

Qalx ey möminlərin əmiri. 

Yuxudan oyanan Harun ər-Rəşid belə cavab verdi: 

– 

Məni nə qədər qorxudursan! Əgər Hadi sənin bu dediklərini eşitsəydi, bu 



onun yanında mənim üçün çox böyük günah sayılardı, elə deyilmi? 

Harunun həyacanlı olduğunu görən Yəhya ibn Xalid xəlifə Hadinin öldü-

nü Haruna çatdırdı. Yəhyanın bu sözlərindən sonra Harun qalxıb oturdu və: 



“Rəhbərlik barəsində vilayətlərlə əlaqədar olaraq mənə fikirlərini söylə,” dedi. 

Yəhya da ölkənin vilayətlərini bir-bir izah etdi. Onlara kimləri təyin edəcəyini 

bil

dirdi. Harunun, adını verdiyi adamları, həmin vilayətlərin valiliyinə təyin et-



məsini istədi. Onlar bu barədə danışdıqları vaxt bir nəfər Harunun yanına gələ-

rək dedi: “Müjdə ey möminlərin əmiri, sizin bir oğlunuz doğuldu.” Harun tərə-

fin

dən yeni doğulan uşağın adı Abdullah Məmun qoyuldu. 



Səhəri gün qardaşı Hadinin cənazə namazını qıldıran Harun onu İsabadda 

dəfn etdirdi. Cənazə işləri tamamlandıqdan dərhal sonra Hadinin yaxın sərkər-

dələrindən olan Əbu  İsmətin boynunu vurdurdu. Çünki o, Cəfər ibn Hadi ilə 

bərabər olmuşdu. Hadinin xilafəti dövründə Harun Dəclə körpüsünü keçərkən 

iz

diham meydana gəlmiş və sərkərdə Əbu İsmət ona belə demişdi: “Bir az göz-



lə, vəliəhd Cəfər ibn Hadi keçsin.” Harun da qəzəbini boğaraq geri çəkilmiş və 

belə cavab vermişdi: “Əmirin sözünə tabe oluram”. Nəhayət xilafəti əldə edən 

H

arun Əbu İsmətin boynunu vurdurduqdan sonra İsabaddan Bağdada getmişdi. 



Bağdad  körpüsünə  çatdıqda  dalğıcları  çağıtdıraraq  onlara  belə  demişdi: 

“Mənim  burada  bir  üzüyüm  düşüb  itdi.  O  üzüyü  mənə  atam  Mehdi  yüz  min 

dir

həmə almışdı. Aradan bir müddət keçdikdən sonra Hadi o üzüyü məndən is-



396

 Tarixi-Təbəri, IV cild, səh-608-609. 

397

Tarixi-


Təbəri,  IV  cild,  səh-593-617; Tarixi-Yəqubi,  II  cild,  səh-404-406; Siyuti, Tarixul-

xüləfa, səh-279-283; İbn Kəsir, əl-Bidayəti vən-Nihayə, X cild, səh-157-160. 

398

 Tarixi-Təbəri, IV cild, səh-618. 



  

                                                           




 

262 


tədi. Mən də göndərdiyi elçiyə təslim etdim. Lakin elçi üzüyü apararkən çaya 

düşdü.” Harun körpüdən  keçib  getdikdən  sonra  dalğıclar  üzüyü  taparaq  onu 

Ha

runa təqdim etdilər. Üzüyün tapılmasına sevinən Harun bunu öz hakimiyyə-



tinin uğurlu olacağı barədə ilahi əlamət kimi yozdu. 

Xəlifə seçilən Harun ər-Rəşid, Yəhya ibn Xalidi özünə vəzir seçərək ona 

belə dedi: “Xalqın rəhbərlik işini sənə buraxdım. Bu məsuliyyətli işi öz çiyinlə-

rim


dən götürüb sənin çiyinlərinə yüklədim. İstədiyin adamı vəzifəyə təyin et, 

is

tədiyini də vəzifədən uzaqlaşdır. Sonra öz hakimiyyət üzüynü ona verdi.”



399

 

Bu



nun ardınca Harun Yəhya ibn Xalidə,  anası  Xeyzəranla məsləhətləşmədən 

heç bir məsələdə qəti qərar verməməsini əmr etdi. 

Hakimiyyətinin ilk ilində Harun Əhli-beytdən alınmış əmlakı onlara qay-

tar


dı. Siyasi səbəblər üzündən ölkədən qaçanlara aman verdi. Mədinənin zalım 

va

lisi Əbdüləziz ibn Abdullah vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə Abbasi 



laləsindən olan İshaq ibn Süleyman ibn Əli vali təyin edildi. 

Təbərinin  qeyd  etdiyinə  görə,  Harun  hakimiyyətinin  ilk  illərində  anası 

Xey


zəranın tam nəzarəti altında idi. O bütün işlərə nəzarət edirdi. Yəhya ibn 

Xalid ona vəziyyət barədə hesabat verir və Xeyzəran hansı  yolu göstərirdisə, 

ona əməl edirdi. Üç il sonra Xeyzəran vəfat etdi və Yəhya ibn Xalid idarəçilik-

də tam müstəqillik qazandı. 

Xilafətinin əvvəlində həcc ziyarətinə gedən Harun Məkkə və Mədinə əhali-

si

nə  ənamlar  verdi.  Həccdən  qayıdarkən  Masabazana  gedib  atası  Mehdinin 



qəbrini ziyarət etdi. Harunun hakimiyyət illərini “xilafətin qızıl əsri” adlandırır-

lar. Onun dövründə dünyanın ən böyük şəhərlərindən birinə çevrilən Bağdadın 

mərkəzində  xəlifənin  “Qəsrul-xuld”  adlı  sarayı  yerləşirdi.  Sarayın  ətrafında 

əyanların və dövlət adamlarının sarayları yerləşirdi. Xəlifənin əmisi Süleyman 

ibn Mənsurun, həyat yoldaşı Zibeydənin və Bərməkilərin sarayları yerləşirdi. 

Harunun sarayında məşhur şəriət alimləri o cümlədən, Hənəfi məzhəbinin 

ba

nisi Əbu Hənifənin şagirdi Əbu Yusif (v. hicri 182/miladi 798) xidmət edir-



dilər. Harunun şeir və sənət aşiqi olduğunu bilən o dövrün məşhur şairləri Bağ-

da

da gəlib burada yaşayıb-yaradırdılar. Əbul-Ətahiyə, Əbu Nüvas, Mərvan ibn 



Əbu Həfsə kimi məşhur şairlər Harunun sarayına gedib onun verdiyi ənamlar-

dan faydalanırdılar. Ərəb dilinin məşhur bilicisi Əli ibn Həmzə Kisai (v. hicri 

189 / miladi 805) isə Harunun yanında o qədər hörmətə sahib idi ki, xəlifə öz 

oğulları Əminlə Məmunun tərbiyəsini ona tapşırmışdı. 

Hicrətin 170-ci ili (miladi 786-787) xəlifə Harunun göstərişi ilə Kiçik Asi-

ya

da, Bizans imperiyası ilə sərhəddə türk əsilli Usta Fərəc tərəfindən Tarsus şə-



h

ərinin inşası tamamlandı.  

Hicrətin 171-ci ili (miladi 787) Harun, Cəzirə valisi Məhəmməd ibn Fərru-

xu Xuld sarayında edam etdirdi. Eyni ildə Fəzl ibn Səid əl-Həruri üsyan etsə 

də, xəlifənin  göndərdiyi  ordu tərəfindən məğlub  edilərək öldürüldü.  İfriqiyyə 

399


 Tarixi-Təbəri, IV cild. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə