Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə130/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   126   127   128   129   130   131   132   133   ...   314

  

263 


valisi Ravh 

ibn  Xəttim  xəlifənin  ziyarətinə  gələrək  ona  beyət  etdi.  Xəlifənin 

əmisi Əbdüssəməd ibn Əli insanları həccə apardı. 

Hicrətin 172-ci ilində (miladi 788) Mədinə valisi İshaq ibn Süleyman ibn 

Əli Anadoluya yürüş edərək xeyli qənimət ələ keçirdi.  

Hicrətin 173-cü ili (miladi 789) Məhəmməd ibn Süleyman ibn Əli ibn Ab-

dul

lah ibn Abbas əlli bir yaşında Bəsrədə vəfat etdi. Anası Ümmü Həsən binti 



Cəfər ibn Həsən ibn Həsən ibn Əlidir. Xəlifə Mənsur tərəfindən Bəsrə və Kufə 

va

liliyinə təyin edilmiş, Mehdinin xilafəti dövründə isə xəlifənin qızı Abbasiyə 



ilə evlənmişdir. Həddən artıq sərvətli olan Məhəmməd ibn Süleymanın gündə-

lik gəliri yüz min dirhəm idi. 

Bundan qısa müddət sonra xəlifə Harun ər-Rəşidin anası Xeyzəran da vəfat 

et

mişdir.  Əvvəlcə  xəlifə  Mehdinin  sarayında  qul  kimi  işləyən  Xeyzəran  son-



ralar onun xanımı olmuş və Hadi ilə Harunu dünyaya gətirmişdir. 

 

Hicrətin 174-cü ili (miladi 790) baş verən hadisələr 

Bizans-


ərəb  müharibələri  tarixi  boyunca  ilk  dəfə  olaraq  xəlifə  Harunun 

döv


ründə müsəlmanlar hərbi gəmilərdən istifadə etmiş və tərəflər arasında də-

niz döyüşləri baş vermişdir. Hicrətin 174-cü ilində xəlifə Harunun göstərişinə 

əsasən Əbdülməlik ibn Salehin başçılığı altında olan İslam ordusu hərbi gəmi-

lər vasitəsilə Misir istiqamətindən Anadoluya yürüş edərək Bizansa daxil oldu. 

An

talya sahilləri yaxınlığında baş vermiş dəniz döyüşündə Bizans donanması 



məğlub edildi və Bizans admiralı əsir götürüldü. Eyni ildə xəlifə Harunun baş-

çılığı ilə insanlar həccə getdilər. Bundan bir il sonra hicrətin 175-ci ili (miladi 

791) xəlifə Harun oğlu  Məhəmmədi özündən sonra vəliəhd təyin  edərək ona 

Əmin ləqəbini verdi. Həmin vaxt Əminin beş yaşı var idi. 

 

Hicrətin 176-cı ili (miladi 792) Yəhya ibn Abdullahın qiyamı və Haru-

nun əhli-beytə münasibəti 

786-


cı  il  xəlifə  Hadinin  dövründə  baş  verən  Fəxx  faciəsindən  sağ  çıxan 

Yəhya ibn Abdullah Məhz ibn Həsəni-müsənna ibn İmam Həsən Abbasilərin 

zül

mündən İranın Deyləm vilayətinə qaçdı. Yəhya Deyləmdə Əhli-beyt nüma-



yəndəsindən olduğunu açıqladıqda əhali onun ətrafına toplanaraq onu özlərinə 

li

der  seçdilər.  Qazandığı  uğurlardan  ilhamlanan  Yəhya  ibn  Abdullah  xilafətə 



qar

şı mübarizə aparmağa başladı. 

Deyləmdə baş verən hadisələrdən narahat olan xəlifə Harun ər-Rəşid Fəzl 

ibn Yəhya ibn Xalid ibn Bərməkini əlli min nəfərlik ordu ilə Deyləmə göndər-

məklə bərabər Cibal, Rey, Cürcan, Təbəristan, Kuməs, Dimavənd, Azərbaycan 

və  ətraf  məntəqələrin  ixtiyarını  ona  tapşırdı.  Əli  (ə)  övladı  ilə  münasibətləri 

kor

lamaq istəməyən Fəzl Bərməki Yəhya ibn Abdullah ilə qarşıdurmanı sülh 



yol

u ilə həll etməyə çalışdı. Lakin bunun bir hiylə olacağından qorxan Yəhya 

Fəzllə danışığa getməyə qorxurdu. Sonda Deyləm hakiminin işə qarışması ilə 

Yəhya ibn Abdullah Fəzllə görüşüb, təslim olmağa razı olduğunu bildirdi. Am-

  



 

264 


ma şərt qoydu ki, xəlifə Harun ona qazıların, fəqihlərin və Bəni-Haşim böyük-

lərinin şahidliyi ilə təsdiq olunmuş amannamə versin.  

Bunu  öyrənən  Harun  çox  sevindi.  Sonra  Yəhya  üçün  amannamə  yazan 

xəlifə Harun bu amannaməyə fəqihləri və Haşimi böyüklərini şahid tutdu. Şa-

hid

lər arasında Əbdüssəməd ibn Əli də var idi. Harun bu amannaməni, bir çox 



hədiyyələrlə birlikdə Fəzl və adamlarına Yəhya ibn Abdullaha təslim etmələri 

üçün  göndərdi.  İstədiyi  məzmunda amannamə alan Yəhya ibn Abdullah  Fəzl 

ibn  Yəhya  ilə  birlikdə  Bağdada  gəldi.  Əvvəlcə  Yəhyanı  mehriban  qarşılayan 

Ha

run ona bahalı hədiyyələr verdi və ona nəzarət etməyi Fəzl ibn Yəhya ibn 



Xa

lid ibn Bərməkiyə tapşırdı. Fəzl ibn Yəhya da öz növbəsində Əhli-beytə bəs-

lədiyi məhəbbət üzündən Yəhya ibn Abdullahı sərbəst buraxdı. Bundan xəbər 

tu

tan xəlifə Harun Yəhyanı həbsə atdırdı. Bu arada Mədinə valisi Bəkkar ibn 



Mu

sab Zübeyri araya girərək belə dedi: “Ey möminlərin əmiri! Yəhya hələ də 

sənin əleyhinə qiyam qaldırmaq istəyir.” 

Bu  zaman  sözə  başlayan  Yəhya  dedi:  “Ey  möminlərin  əmiri!  Qardaşım 

Məhəməməd ibn Abdullah öldürüldüyü zaman bu adam  yanıma  gələrək  belə 

ded


i: “Sənin qardaşını öldürənə Allah lənət etsin!” və bu mövzuda iyirmi beytə 

qədər  şeir  oxudu.  Sonra  da  əlavə  olaraq  belə  dedi:  “Əgər  sən  intiqam  almaq 

məqsədilə qiyam etsən sənə ilk beyət edəcək şəxs mən olaram. Biz sənə dəstək 

ol

duğumuz halda niyə Bəsrəyə getmirsən?” 



Yəhya ibn Abdullahın belə deməsindən sonra Harunun qorxusundan Bək-

kar ibn Musabın rəngi qaçdı. Bəkkar böyük andlar edərək Yəhyanın yalan de-

diyini iddia 

etdi. Bu vəziyyəti görən Harun Yəhyaya belə dedi: “Bəkkarın o za-

man sənə söylədiyi mərsiyədən yadında qalan varmı?” 

Harunun  bu  sözlərindən  sonra  Yəhya  həmin  mərsiyənin  bir  qismini  oxusa 

da, Bəkkar ibn Musab bunu inkar etdi. Bunu görən Yəhya ibn Abdullah ona belə 

dedi: “Əgər yalan danışıramsa, Allahın güc və qüdrətindən uzaq olum. Allah mə-

ni öz gücümlə və qüvvətimlə baş-başa buraxsın.” Bəkkar ibn Musabın Yəhyanın 

ar

dınca and içmədiyini görən Harun ona məcburən and içdirdi. Bəkkar ibn Mu-



sab doğru olması barədə yalandan and içdiyi üçün Harunun yanından ayrılmamış 

Allah  onu  iflic  etdi  və  o  saatda  öldü.  Başqa  bir  rəvayətə  görə  isə  Bəkkar  ibn 

Musab Zübeyri gecə yatarkən arvadı tərəfindən öldürülmüşdür.

400


 

Lakin Yəhyanın haqlı olmasına baxmayaraq xəlifə Harunun ona olan mü-

na

sibəti dəyişmişdi. Yəhyanı aradan götürməyə çalışan Harun ona gizli şəkildə 



zəhər verməyə başladı. Bir müddət sonra zəhərin təsirindən hicrətin 176-cı ili 

(miladi 792) Yəhya dünyasını dəyişdi. 

Bəkkar ibn Musab Zübeyri Yəhya ilə mübahiləyə gəlməzdən qabaq onun 

Mədinədəki oğlu Məhəmməd ibn Yəhyanı da həbsdə öldürtdürmüşdür. 

400

 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə