Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə131/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   127   128   129   130   131   132   133   134   ...   314

  

265 


Siyasətcil  adam  olan  Harun  ər-Rəşid  özünü  üzdə  Əhli-beytin  tərəfdarı, 

Hz.


Əlinin  (ə)  və  övladlarının  aşiqi  kimi  göstərir,  lakin  əlaltıları  vasitəsilə  bu 

mübarək nəslin nümayəndələrinə qarşı əsl soyqırımı törədirdi.  

Seyyid ibn Tavusun “Təraif” kitabında məhşur əhli-sünnə alimi Hakim Ni-

şapurinin “Tarixi-Nişapur”  əsərinə  istinadən  məlumat  verilir  ki,  Harunun  ya-

nında Əbutalib övladından söhbət düşəndə belə demişdi: “Eşitmişəm, camaat 

elə düşünür ki, mən Əliyə (ə) və onun övladlarına kin bəsləyirəm. Allaha and 

ol

sun ki, məsələ onların düşündüyü kimi deyil. Allah özü şahiddir ki, mən Əli-



ni, Həsən və Hüseyni (ə) nə qədər sevirəm, onların üstünlüklərini tanıyır və qə-

b

ul edirəm. Biz onların intiqamını almaq üçün mübarizə apardıq. Nəhayət, Al-



lah hakimiyyəti bizə verdi. Biz də onları özümüzə yaxın tutduq. Amma onlar 

bi

zim xilafətimizi qəbul etməyib bizə paxıllıq etdilər, bizim nail olduqlarımızı 



əlimizdən almaq istədilər, yer üzündə fəsad törətdilər.”

401


 

Harun ər-Rəşidin xilafəti dövründə şəhid edilmiş seyidlərdən biri Hüseyn 

ibn Abdullah ibn İsmail ibn Abdullah ibn Cəfəri-Təyyar idi. Mədinə valis Bək-

kar ibn Musab Zübeyri onu ələ keçirib şallaqladı və zərbələrə tab gətirməyən 

seyn  vəfat  etdi.  İmam  Həsənin  (ə)  nəticəsi  İshaq  ibn  Həsən  ibn  Zeyd  ibn 



İmam Həsən (ə) də Harunun zindanında şəhid olmuşdur. 

Ələvi seyidlərindən Abbas ibn Məhəmməd ibn Abdullah Bahir ibn İmam 

Səccad  (ə) şəxsən xəlifə Harunun  əli ilə şəhid edilmişdir. Abbası cəzalandır-

maq üçün xəlifə onu təhqir edərək, “zinakar qadının oğlu” adlandırdı. Harun-

dan çəkinməyən Abbas ona belə cavab verdi: “Zinakar sənin kəniz anan idi ki, 

quls


atanlar dalbadal onun yatağına gedib-gəlirdilər!” Bu sözlərdən qəzəblənən 

Ha

run, gürzlə Abbasın başına vurub onu öldürdü. 



İmam Səccadın (ə) nəslindən olan Abdullah ibn Həsən Əftəs ibn Əli Əsğər 

ibn İmam Səccadı (ə) Harunun vəziri Cəfər ibn Yəhya ibn Xalid ibn Bərməki 

xəlifənin əmri olmadan şəhid etmişdir. Harun onun özbaşına hərəkətini unut-

ma

dı. Bir neçə ildən sonra Cəfərin boynunu vurmaq üçün cəlladı göndərəndə 



Ha

run  ona  tapşırmışdı:  “Cəfərə  deyərsən  ki,  əmimoğlu  Abdullah  ibn  Həsəni 

qətlə yetirdiyinə görə səni öldürürəm”. 

Şübhəsiz Harunun ən böyük cinayəti VII İmam Musa Kazimi (ə) şəhid et-

məsidir.  Onun  əmri  ilə  İmamı  Mədinədən  Bağdada  gətizdirərək,  həbsxanaya 

sal


dılar. Sonda Harunun əmri ilə Sindi ibn Şahək adlı zindan rəisi İmama zəhər 

ve

rərək hicrətin 183-cü ili rəcəb ayının 25-də (miladi 799) onu şəhid etdi. 



Həmçinin bir tərəfdən Hz.Əlinin (ə) məzarı üstə məqbərə tikən Harun, di-

gər tərəfdən İmam Hüseynin (ə) xatirəsini yaddaşlardan silmək üçün onun qəb-

rini uçurmağa fərman vermişdi. Xəlifənin əmrinə əsasən İmamın (ə) qəbri üzə-

rindəki kölgəlik, ətrafda ziyarətçilərin qalması üçün tikilmiş evlər də dağıldıldı. 

Eyni ildə Şamda Müzarilər (Qeys qəbiləsindən idilər) ilə Yəmanilər arasın-

d

a fitnə yarandı. Həmin vaxt Şam bölgəsinin valisi xəlifənin əmisi oğlu Musa 



401

Təraif, səh-233. 

  

                                                           




 

266 


ibn  İsa  idi.  Dəməşq  şəhərinin  valisi  isə  Cəfər  əl-Mənsurun  kölələrindən  olan 

Sin


di ibn Səhl idi. Şam valisi Qeys qəbiləsinin rəisi Əbul-Heyzam əl-Məzzinin 

Dəməşq şəhərinə hakim olmasından qorxaraq qalalarını yıxdı. Fitnənin böyü-

yünü görən xəlifə Harun Musa ibn Yəhya ibn Xalid ibn Bərməkini Şam böl-



gəsinə göndərdi. Şama gələn Musa ibn Yəhya iki qəbilə arasındakı düşmənçi-

liyə son qoyaraq onları barışdırdı.  

Eyni ildə xəlifə Harun, Qitfir ibn Ətanı Xorasan valiliyindən çıxarıb onun 

yerinə Arus ləqəbilə tanınan Həmzə ibn Malik ibn Heysəmi təyin etdi. Bunun 

ardınca  Misir  valisi  Musa  ibn  İsanın  xilafətə  qarşı  üsyan  edəcəyini  öyrənən 

xəlifə Harun onu vəzifəsindən çıxararaq yerinə Ömər ibn Mihranı təyin etdi. 

Hicrətin 176-cı ili (miladi 792) Bizansa səfər edən Əbdürrəhman ibn Əb-

dül


məlik xeyli qənimətlə geri qayıtdı. Bu ilin sonunda Harun ər-Rəşid arvadı 

Zi

beydə ilə birlikdə həccə getdi. Həcc əmiri, xəlifənin əmisi Süleyman ibn Əbu 



Cəfər əl-Mənsur idi. 

 

Hicrətin 177-ci ili (miladi 793) baş verən hadisələr 

Bu il xəlifə Harun, Cəfər ibn Yəhya ibn Xalid ibn Bərməkini Misir valili-

yin

dən çıxararaq yerinə İshaq ibn Süleymanı təyin etdi. Həmzə ibn Maliki də 



Xo

rasan valiliyindən kənarlaşdırıb, Rey və Sistan valiliyinə Misir valiliyini də 

əlavə edərək oraya Fəzl ibn Yəhya İbn Xalid ibn Bərməkini vali təyin etdi. 

 

Hicrətin 178-ci ili (miladi 794) baş verən hadisələr 

Bu il Qeys və Xüzəa qəbilələrindən bir qrup Misir valisi İshaq ibn Süley-

ma

na qarşı üsyan etdilər. Harun xilafətin məhşur sərkərdələrindən olan Fələstin 



va

lisi  Hərsəmə  ibn  Əyəni  Misir  valisi  İshaqa  köməyə  göndərdi.  Hərsəmənin 

məkliyi ilə qısa müddət ərzində qiyam yatırıldı və Misir xilafətin tabeçiliyinə 



qay

tarıldı. Hərsəmə İshaqın yerinə Misirdə bir ay valilik etdi. Sonra xəlifə Ha-

run tərəfindən Əbdülməlik ibn Saleh Misir valisi təyin edildi. Bunun ardınca İf-

riqiy


yə xalqı qiyam qaldıraraq Fəzl ibn Ravh ibn Xəttimi öldürdülər. Xəlifənin 

əmri ilə İfriqiyyəyə gedən Hərsəmə ibn Əyən bu üsyanıda yatırdı. 

Eyni ildə xəvaricdən olan Vəlid ibn Tərif əl-Cəzirə vilayətində xilafətə qar-

şı  üsyan  qaldırdı.  Növbəti  il  Vəlidin  başçılıq  etdiyi  üsyan  daha  da  gücləndi. 

Nu

seybin  şəhərini  özlərinə  mərkəz  seçən  xəvaric  dəstələri  əl-Cəzirə  valisini 



Riq

qə şəhərində mühasirəyə aldılar. Xəlifənin göndərdiyi iki sərkərdə də xəva-

ric

lər tərəfindən məğlub edildi. Sonda məşhur sərkərdə Yezid ibn Məzyəd Şey-



ba

ni əl-Cəzirəyə gəldi. Baş verən döyüşdə Vəlid ibn Tərifin öldürülməsi ilə xə-

varic üsyanı yatırıldı. Harun ər-Rəşid qələbə münasibətilə Allaha şükr edib, hə-

min il piyada halda ümrə və həcc ziyarətlərini yerinə yetirdi. (hicri 179/miladi 

795). Bu il xəlifə Harun tərəfindən Fəzl ibn Yəhya Xorasan valisi təyin edildi. 

Həmçinin Məkkə valisi Məhəmməd ibn İbrahim ibn Məhəmməd ibn Abdullah 

ibn Abbas insanları həccə apardı. 

 





Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə