269
Mənsur ibn Məhəmməd ibn Abdullah ibn Əli ibn Abdullah ibn Abbasın baş-
çılığı ilə insanlar həccə getdi.
404
Hicrətin 186-cı ili (miladi 802-803) baş verən hadisələr
802-
ci ildə Bizans taxtını ələ keçirən I Nikaforun (802-811) dövründə Bi-
zans
la müsəlmanlar arasında döyüşlər daha da sürətləndi. İrina dövründə Abba-
silərə verilən xəracı ləğv edən I Nikafor eyni zamanda xəlifə Haruna belə bir
məktub yazdı: “Bizans hökmdarı Nikafordan, Ərəb hökmdarı Haruna: “Mən-
dən əvvəl hökmdar olan İrina öldü və sərvətinin bir qismini sənə buraxdı. Bu
məktubum sənə çatan kimi ondan aldığın bütün xəracı mənə qaytarmalısan.
Yox
sa aramızdakı problemi qılınc həll edəcək.”
Bundan qəzəblənən Harun, imperatora belə bir məktub göndərdi: “Müsəl-
manların xəlifəsi Harundan, Bizans köpəyi Nikafora. Məktubunu oxudum. Ca-
vabını eşitməyəcəksən, fəqət görəcəksən!”
405
Bunun ardınca Harun ər-Rəşid hicrətin 187-ci ili (miladi 803-804) böyük
bir ordu ilə İstanbul üzərinə hərəkət etdi. Orta Anadoluda Bizans ordusu ilə
qarşılaşan Harun onları ağır məğlubiyyətə uğratdı. İslam ordusu qarşısında tab
gətirməyən I Nikafor sülh təklif etdi. İki tərəf arasında bağlanan sülhə görə
Bizans iri məbləğdə cizyə ödəməli oldu və xəlifə Harun Rəqqəyə qayıtdı.
Qışın sərt keçməsi ilə əlaqədar olaraq Harunun geri qayıtmayacağını zənn
edən I Nikafor sülhü pozaraq müsəlman torpaqlarına hücum etdi. Bundan xə-
bər tutan Harun Herakliya bölgəsində Bizans ordusunu qarşılayaraq hicrətin
188-
ci ili (miladi 804) onları yenidən məğlub etdi. Yenə də I Nikaforun təklifi
ilə iki tərəf arasında sülh bağlandı. Eyni ildə Harunun oğlu Qasim Bizans tor-
paq
larına daxil olaraq, Qərrə və Sinan qalalarını bir müddət mühasirədə saxla-
dıqdan sonra geri qayıtmışdır.
Lakin növbəti il hicrətin 189-cu ili (miladi 805) Harunun Xorasandakı qarı-
şıqlıqla əlaqədar Reyə getməsindən istifadə edən I Nikafor hücuma keçib Tar-
su
su ələ keçirərək bir neçə şəhərciyi dağıtdı. Bu dəfə də Harunun Kiçik Asiya-
ya vali təyin etdiyi oğlu Qasim Bizans ordusunu məğlub etdi.
406
Hicrətin 190-cı ili (miladi 806) Harun 135 min nəfərlik ordu ilə Bizansa
hü
cum etdi. Bir aylıq mühasirədən sonra Bizansın iri şəhərlərindən olan Herak-
li
ya, Tuvana, Məsis, Konya, Efes və Ankara fəth edildi. Bu arada Bizansın şi-
mal sərhədlərini bulqar tayfaları hədələməyə başladı. I Nikafor Harunla tələsik
mü
qavilə bağlayaraq, böyük cizyə verməyə razı oldu.
407
404
İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild.
405
Tarixi-
Təbəri, IV cild, səh-668-669; Ostraqoriski, Bizans Devleti Tarihi, səh-173-174.
406
Tarixi-
Təbəri, IV cild, səh-673-674.
407
Tarixi-
Təbəri, IV cild, səh-677; Tarixi ibn Əsir, VI cild, səh-184-196; Hitti, İslam Tarihi, tər.
S.Tuğ. İstanbul.1980, II cild, səh-460-462.
270
Hicrətin 187-ci ili (miladi 803-804) baş verən hadisələr
Bu ilin əvvəlində xəlifə Harun ər-Rəşid Bərməki ailəsinin xöşbəxtliyinə
son qoydu. Bu nəslin banisi Xalid Bərməki sayılır. “Bərmək” sözü tərcümədə
məbəd xidmətçisi deməkdir. Bərməkilərin ulu əcdadları buddist məbədində
xid
mət etdikləri üçün bu ləqəbi daşıyırdılar. Osman ibn Əfvanın xilafəti döv-
rün
də İslam sərkərdəsi Əxnəf ibn Qeys Bərməkilərdən birini Mədinəyə gətir-
miş, o da İslamı qəbul edərək özünə Abdullah adını götürmüşdür. Xalid Bər-
məki həmin Abdullahın nəvəsi sayılır.
Əvvəlcə Əməvilərə katiblik edən Xalid Bərməki sonralar Abbasilərə xidmət
et
məyə başlamış və nəhayət 750-ci ildə Əbu Sələmənin ölümündən sonra ilk Ab-
ba
si xəlifəsi Əbul-Abbas Səffahın vəziri olmuşdur. 781-ci ildə Xalid Bərməkinin
ölü
mündən sonra oğlu Yəhya ibn Xalid Harun ər-Rəşidin məsləhətçisi olmuşdur.
Bir müddət sonra xəlifə olan Harun Yəhyanı özünə vəzir seçərək xilafətin idarə iş-
lərini bütünlüklə ona tapşırmışdır. Dövləti idarə etməkdə Yəhyaya oğlanları Fəzl
və Cəfər köməklik edirdi. 766-cı ildə doğulan Fəzl xəlifə Harunun süd qardaşı
sayılırdı. Yəhyanın digər oğlu Cəfər isə 767-ci ildə (hicri 150) anadan olmuşdur.
Bərməkilər sülaləsinin Harun tərəfindən məhv edilməsi barədə müxtəlif rə-
va
yətlər vardır. İbn Cərir Təbəri və başqaları bu rəvayətləri nəql etmişlər. Rə-
va
yətlərə əsasən Deyləmdə qiyam edən Yəhya ibn Abdullah ibn Həsəni həbs
et
məyi xəlifə Harun Fəzl ibn Yəhyaya tapşırmışdı. Yəhyanın Fəzldən mərhə-
mət diləməsi nəticəsində onu sərbəst buraxmışdı. Bundan xəbər tutan Fəzl ibn
Rəbi hadisəni Haruna xəbər verdikdə Harun əvvəlcə buna inanmamışdır. Lakin
son
ralar Fəzl ibn Yəhya bunun doğru olduğunu xəlifəyə demiş və xəlifə buna
qızaraq Bərməkilər sülaləsinə son qoymuşdur.
Digər bir məlumata əsasən Harunun onları öldürməsinin səbəbi bu idi: Ha-
run hansı şəhərə, hansı bölgəyə, hansı bağçaya rast gəlirdisə, bura Cəfər ibn
Yəhyanındır deyilirdi. Başqa bir rəvayətə görə isə Bərməkilər Harunu xilafət-
dən salmaq istəmiş və bundan xəbər tutan xəlifə onları aradan götürmüşdür.
Bərməki sülaləsinin aradan götürülməsinə əsas səbəb kimi, xəlifə Harunun ba-
cısı Abbasə ilə Cəfər ibn Yəhya arasında olan yaxınlıq qeyd olunur.
Harun bacısı Abbasəni istədiyi qədər Cəfəri də istəyirdi. Onların ikisinin
də bir məclisdə oturmasını istəyən Harun Cəfərlə Abbasənin kəbinini kəsdirdi.
Am
ma Cəfərlə şərt kəsdi ki, bu kəbin formal olaraq qalacaq. Kəbin ona görə
kəsilirdi ki, Cəfərlə Abbasə bir-birinə məhrəm olsunlar və hər ikisi xəlifənin
hü
zurunda eyni vaxtda otura bilsin. Bu şərtlər əsasında Abbasə ilə Cəfər əvvəl-
ki kimi ayrı-ayrılıqda öz saraylarında qalır, yalnız xəlifənin hüzurunda bir-biri-
nin üzünü görürdülər.
Sonda Abbasə hiylə ilə Cəfərin anasını öz tərəfinə çəkdi. Qadın Abbasəyə
söz verdi ki, Cəfər içkili vəziyyətdə olanda onu Cəfərlə görüşdürəcək. Həmin
gün evə içkili gələn Cəfər anasından cariyə istədi. O da Abbasəni çağırıb Cəfərin
otağına saldı. Həddən artıq sərxoş olan Cəfər Abbasəni tanımayıb onunla ya-