Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə137/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   133   134   135   136   137   138   139   140   ...   314

  

277 


193-

cü  ili  cəmadiəl-axir  ayının  15-də  (miladi  809)  ümumi  beyətdən  sonra 

Əmin Abbasi xəlifəsi təyin edildi.

416


 

Harun Xorasan səfərində olarkən onu müşayiət edən əyanlara vəsiyyət et-

mişdi ki, başına bir iş gələrsə, əyanların hamısı Xorasana gedib, Məmuna tabe 

ol

sunlar. Lakin bu əyanların bəzisi Harunun vəsiyyətinə əməl etməyərək Fəzl 



ibn Rəbinin başçılığı ilə Bağdada gedərək Əminə sığındı. Fəzl ibn Səhlin başçı-

lığı altında olan əyanlar isə Xorasanda Məmunun yanında qaldı. 

Eyş-işrət düşkünü olan Əmin, xəlifə olduqdan sonra da, vaxtının çoxunu kef 

məclislərində keçirirdi.  Ordunun iki illik maaşını qabaqcadan verdiyi üçün əs-

gərlərin  də  hörmətini  qazanmışdı.  Onun  bu  düşüncəsiz  xərcləmələri  xəzinənin 

bo

şalmasına və ətrafındakıların da zövqə aludə olmasına səbəb olurdu. Dövlət iş-



lərini də Fəzl ibn Rəbi idarə edirdi. Hətta hakimiyyətin böhranlı anlarında belə, 

Əmin bu xüsusiyyətindən əl çəkmir və baş verən hadisələrə laqeyd yanaşırdı.

417

 

Tarixçi Məsudi yazır: “Xəlifə Əmin xilafət sarayında mühasirədə olarkən, 



əmisi İbrahim ibn Mehdi onun yanına gələrək, müdafiə planı barədə fikrini öy-

rənmək istəyir. Lakin görür ki, xəlifə xidmətçiləri ilə əl-ələ verib, saray hovu-

zu

nu Dəclə çayı ilə birləşdirən kanalı balıqçı tilovu ilə yoxlamaqla məşğuldur. 



İbrahim  ibn  Mehdi  saray  mühasirəsindən  söhbət  açmaq  istərkən,  Əmin  onun 

zünü ağzında qoyub qışqırır: “Mənə mane olma! Görürsən ki, sevimli balı-



ğım itib, onu axtarıram”.

418


 

 

Əminin qardaşlarını vəliəhdlikdən uzaqlaşdırması 

Xilafəti  ələ  keçirən  Əmin  dərhal  qardaşlarını  vəliəhdlikdən  kənarlaşdırma 

haq

qında fikirləşməyə başladı. Bu məqsədlə əvvəlcə qardaşı Qasimin ixtiyarında 



olan ərazilərin bir qismini ondan geri aldı. Əvvəlcə əl-Cəzirə məntəqəsinin bö-

yük bir hissəsi Qasimdən alındı. Hicrətin 194-cü ilində (miladi 810) isə Qasim 

ixtiyarında  olan  bütün  ərazilərin  hakimliyindən  uzaqlaşdırıldı.  Bununla  da  ki-

fayətlənməyən Əmin, Qasimin Bağdaddan kənara çıxmasına da qadağa qoydu. 

Bu vaxta kimi demək olar ki, xəlifə Əminlə Məmun arasında ciddi gərgin-

lik müşahidə olunmurdu. Hətta Məmun qardaşının xilafətini tanıyıb ona beyət 

etmiş və idarə etdiyi ərazilərin xəracını da vaxtında Bağdada göndərirdi.

419


 La-

kin Qasimin başına gələn hadisələrdən sonra Məmun anladı ki, əgər vaxtında 

barizə aparmasa eyni aqibət onun da başına gələcək. Bu məqsədlə Məmun 



Xo

rasan ərazisində ciddi təbliğat işləri aparmağa başladı. O, Xorasanda məs-

kun

laşmış qəbilələrin böyüklərini yanına çağıraraq, həmkarlığa dəvət etdi. Vi-



la

yətin tanınmış şəxsləri Məmundan vəzifə və sərvət aldıqdan sonra onu mü-

dafiə edəcəklərinə söz verdilər. Bundan əlavə Məmun Xorasan əhalisinin xəra-

416


 Tarixi-Təbəri, V cild, səh-26-31. 

417


Tarixi-

Təbəri, V cild, səh-122-127; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-244-245. 

418

 Murucuz-Zəhəb, III cild, səh-394. 



419

 Tarixi ibn Əsir, VI cild, səh-222-225. 

  

                                                           




 

278 


cının dörddə birini ləğv etdi. Məmun yanında olan dəyərli sərkərdələr Hərsəmə 

ibn Əyən, Tahir ibn Hüseyn və vəziri Fəzl ibn Səhlin vasitəsilə işləri  yoluna 

qoy

mağa çalışdı.



420

 

İki qardaş arasında münasibətlərin gərginləşməsinə əsas səbəbkar Fəzl ibn 



Rəbi olmuşdur. Xorasandan Harunun ölümündən sonra Fəzl Bağdada qayıtsa 

da, Məmun sarıdan narahat idi. Fəzl, başa düşürdü ki, Məmun bu hərəkətinə 

rə  ondan  mütləq  intiqam  alacaq.  Buna  görə  də  Fəzl  daim  Əmini  Məmuna 



qarşı qızışdırırdı. Onun məqsədi Əminin əli ilə Məmunu aradan götürmək idi. 

Bu işdə Fəzl ibn Rəbinin ən yaxın köməkçiləri Əli ibn İsa ibn Mahan və Sindi 

ibn  Şahək  (hicrətin  183-cü  ili  (miladi  799)  xəlifə  Harunun  əmri  ilə  İmam 

Kazimi 



(ə) zəhərləyən şəxs) idilər.

421


 

Məmunun  Xorasanda  mövqeyinin  möhkəmlənməsinə  səbəb  olan  amillər-

dən biri də Rafe ibn Leysin qiyamını yatırması oldu. Qiyam Harunun dövrün-

dən davam edirdi. Məmun və xilafət sərkərdəsi Hərsəmə ibn Əyən bu qiyamı 

ya

tırmaq üçün Xorasana ezam olunmuşdu. 809-cu ildə Rafe ibn Leys öz istəyi 



ilə Məmuna təslim oldu. Onun qiyamının yatırılması Əminin Məmuna olan nif-

rətini daha da artırdı. 

Baş  verən  hadisələrdən  sonra  Əmin  bütün  vilayətlərə  xəbər  göndərdi  ki, 

xüt


bələrdən Məmunun adını çıxarıb, yalnız öz oğlu Musanın adına xütbə oxu-

sun


lar. Beləliklə hicrətin 194-cü ili (miladi 810) Əmin Məmunu vəliəhdlikdən 

uzaq


laşdırıb, Musanı vəliəhd təyin etdi. Musaya hamilik Əli ibn İsa ibn Maha-

na tapşırıldı. Musanın azyaşlı olmasına baxmayaraq, Əmin onu İraq torpaqla-

rının hakimi təyin etdi. 

Bunun ardınca xəlifə Əmin Məmunu tamamilə özündən asılı vəziyyətə sal-

maq üçün onun Bağdada gəlməsini tələb etdi. Çıxılmaz vəziyyətdə qalan Mə-

mun dərhal sadiq vəziri Fəzl ibn Səhllə məşvərət etdi və vəzir onun Xorasanda 

qal

masını məsləhət gördü. Məmunun bu hərəkətindən sonra daha da qəzəblə-



nən  xəlifə  Əmin  hicrətin  195-ci  ili  (miladi  811)  fərman  verdi  ki,  Xorasanda 

Məmunun adına kəsilən bütün pullar dövriyyədən çıxarılsın.

422

 

 



Xilafət uğrunda mübarizə 

Baş  verən  hadisələrdən  sonra  xəlifə  Əmin  Məmuna  qarşı  Əli  ibn  İsa  ibn 

Ma

hanın başçılığı altında böyük bir ordu toplamaqla bərabər onu İran torpaq-



larının valisi təyin etdi. Cəbəl, Nəhavənd, İsfəhan, Həmədan, Qum və digər şə-

hərlərin də ixtiyarı ona verildi.  

Hi

crətin 195-ci ili (miladi 811) Əli ibn İsa əlli min nəfərlik ordu ilə Bağ-



dad

dan  çıxaraq  Deyləm  və  Təbəristan  hakimlərini  hədiyyələrlə  ələ  aldıqdan 

son

ra Rey vilayətinə yaxınlaşdı. Bundan xəbər tutan Məmun Tahir ibn Hüseyni 



420

 Tarixi-Təbəri, V cild, səh-32-39. 

421

 Tarixi ibn Əsir, VI cild. 



422

 Tarixi ibn Əsir, VI cild, səh-227-235. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə