Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə138/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   134   135   136   137   138   139   140   141   ...   314

  

279 


4800 nəfərlik ordu ilə Əli ibn İsaya qarşı göndərdi. Xorasan ordusu ilə Bağdad 

ordusu Rey 

yaxınlığında qarşı-qarşıya gəldi. 

Miladi tarixi ilə 811-ci ildə (hicri 195) baş verən döyüşdə Əli ibn İsanın öl-

rülməsi ilə Bağdad ordusu məğlub oldu. Tarixçilər bu döyüşdə Tahir ibn Hü-



seyni

n göstərdiyi qəhrəmanlığı xüsusilə qeyd edirlər. Bu döyüşdən sonra Tahir 

ibn Hüseynə “zul-yəmineyn” (iki sağ əli olan; yəni sol əlindən də sağ əl kimi 

məharətlə istifadə edən) ləqəbi verilmişdir. Xorasan ordusunun qalib gəldiyini 

öy

rənən əhali Məmunu xəlifə kimi salamlamışdır.



423

 

Əli ibn  İsanın Rey vilayətində məğlub olduğunu eşidən Bağdaddakı bəzi 



sərkərdələr xəlifə Əminə etiraz edərək bir neçə aylıq maaşlarının qabaqcadan 

ve

rilməsini tələb etdilər. Bundan xəbər tutan Əmin, orduya dörd aylıq məvaci-



bin 

ödənilməsini,  maaşı  az  olan  əsgərlərin  isə  məvacibinin  artırılmasını  əmr 

etdi. Bağdad ordusunun məğlubiyyətindən sonra sərkərdələrin də etirazını mü-

şahidə edən Əminin sədaqətli vəziri Fəzl ibn Rəbi onu tənha qoyaraq qaçdı. 

Lakin bütün bunlara baxmayaraq 

Bağdadda  sakitliyi  bərpa  edən  xəlifə 

Əmin Əbdürrəhman ibn Cəbələ əl-Ənbarinin başçılığı ilə iyirmi minlik ordunu 

Xo

rasana göndərməklə yanaşı onu Həmədan valisi təyin etdi. 811-ci ildə Hə-



mədan yaxınlığında baş verən döyüşdə də Bağdad ordusu məğlub edildi və sər-

kərdə Əbdürrəhman öldürüldü. Bunun ardınca Tahir ibn Hüseynin başçılığı al-

tında olan Xorasan ordusu Qəzvin şəhərini və dağlıq vilayətləri ələ keçirdi.

424


 

Bu  məğlubiyyətdən  sonra  hələ  də  qələbə  ümidini  itirməyən  xəlifə  Əmin, 

bu dəfə qırx minlik ordunu Əhməd ibn Müzəyyəd və Abdullah ibn Humeyd ibn 

Qəhtəbənin başçılığı ilə Xorasana göndərdi. Bağdad ordusu ilə Xorasan ordusu 

Hulvan 

yaxınlığında Xaniqan adlı məntəqədə qarşılaşdı və bu döyüşdə də Tahi-



rin başçılığı altında olan Xorasan ordusu qalib gələrək Hulvanı ələ keçirdi. 

Həmin  il  (812)  vəziri  Fəzl  ibn  Səhli  şərq  torpaqlarının  valisi  təyin  edən 

Məmun, ona “zur-rəyasəteyn” (iki hökm sahibi) ləqəbini verdi. Tahir ibn Hü-

seyn isə Məmunun əmrinə əsasən ixtiyarında olan torpaqları Hərsəmə ibn Əyə-

nə təhvil verib Əhvaza doğru hərəkət etdi.

425


 

Hicrətin 188-ci ili (miladi 804) xəlifə Harun tərəfindən həbs edilən Əbdül-

məlik ibn Saleh beş il sonra 809-cu il Əmin tərəfindən azad edilmişdir. Bağdad 

ordusunun ard-

arda məğlub olduğunu görən Əbdülməlik xəlifə Əminin yanına 

gəlib Şamda tərəfdarlarının çox olduğunu söyləyərək təklif etdi ki, həmin mən-

təqənin  valiliyi  ona  verilsin.  Bununla  razılaşan  Əmin,  onu  Şam  və  əl-Cəzirə 

torpaqlarının valisi təyin etdi. 

Riqqə şəhərində məskunlaşan Əbdülməlik ibn Saleh tezliklə Tahir ibn Hü-

sey


nə qarşı böyük bir ordu topladı. Lakin qəflətən Əbdülməlikin ölümü ilə əla-

423


 Tarixi-Təbəri, V cild, səh-39-44. 

424


 Tarixi ibn Əsir, VI cild, səh-218-219. 

425


Tarixi-

Təbəri, V cild, səh-40-56; Tarixi ibn Əsir, VI cild, səh-239-246, 252-256; İbn Kəsir, 

əl-Bidayətu vən-Nihayə, X cild, səh-236-237. 

  

                                                           




 

280 


qədar  olaraq  ordu  iki  hissəyə  parçalandı.  Tərəflərdən  biri  Əminin,  digəri  isə 

Məmunun tərəfini tutdu. Məmunun tərəfində olan Hüseyn ibn Əli ibn İsa ibn 

Mah

an  hicrətin  196-cı  ili  (miladi  812)  Bağdada  daxil  olaraq  Əmini  taxtdan 



salıb, Məmunun adına camaatdan beyət almağa başladı. Lakin ordunun məva-

cib tələbinə Hüseynin laqeyd yanaşması ona baha oturdu. Cəmi bir neçə günlük 

həbsdən sonra yenidən hakimiyyəti ələ keçirən Əmin Hüseyni edam etdirdi. 

 

Tahir ibn Hüseynin və Hərsəmə ibn Əyənin Bağdadı ələ keçirməsi 

Şərqi  Ərəbistandakı  ərəblərin  (Əhvaz,  Yəmamə,  Bəhreyn,  Oman,  Vasit, 

Mədain)  Məmuna  beyət  etməsi  digər  bölgələrə  də  öz  təsirini  göstərdi.  Şərqi 

Ərəbistanın ardınca Bəsrə, Mosul, Kufə, Mədinə və Məkkə əhalisindən də xəli-

fə olaraq Məmunun adına beyət alındı.  

Hicrətin 196-cı ili (miladi 812) Tahir ibn Hüseynin ordusu qərbdən, Hərsə-

mə ibn Əyənin ordusu isə şərqdən Bağdadı mühasirəyə aldı.

426


 

Xilafət ordusu-

na Əli ibn Məhəmməd Nəhiki başçılıq edirdi. Nəhrəvan yaxınlığında baş verən 

döyüşdə Hərsəmə ibn Əyən qalib gəldi və Əli ibn Məhəmməd Nəhiki əsir ola-

raq Məmunun hüzuruna göndərildi.

427


 

Bir illik mühasidən sonra, əvvəlcə Bağdadın qərb hissəsi Tahir ibn Hüsey-

nə tabe oldu. Bunun ardınca xilafət sərkərdələrindən Xuzeymə ibn Xazim və 

Məhəmməd ibn Əli ibn İsa Tahir ibn Hüseynə qoşuldu. Onların köməyi ilə hic-

rətin 198-ci ili (miladi 813) Bağdadın şərq hissəsi də Hərsəmənin əlinə keçdi. 

Çıxılmaz vəziyyətdə qalan xəlifə Əmin təslim olmaq istədiyini bildirərək Hər-

səmə ibn Əyəndən aman istədi. Əminin fikrini qəbul edən Hərsəmə onunla giz-

lin şəkildə görüşmək qərarına gəldi. 

Lakin bundan xəbər tutan Tahir ibn Hüseynin əsgərləri Əmini ələ keçirərək 

ba

şını bədənindən ayırıb Tahirə göndərdilər. Tahir ibn Hüseyn Əminin başını 



Məmuna göndərsə də, Məmun başı geri qaytararaq bədənlə birlikdə basdırılma-

sına göstəriş verdi.

428

 

 



Əbul-Abbas Abdullah Məmun hicri 198-218 (miladi 813-833) 

Abdullah Məmun əvvəldə deyildiyi kimi, Harun ər-Rəşidin xilafətə gəldiyi 

il, yəni hicrətin 170-ci ili rəbiül-əvvəl ayının 15-də (miladi 786) Bağdadda ana-

dan  olmuşdur.  Anası  fars  mənşəli  cariyə  Məracildir.  Qardaşı  Əmindən  fərqli 

olaraq yüksək elmi biliyə malik olan Məmun ədəbiyyat, fəlsəfə, kəlam, nücum 

və digər elmlərdə saray alimləri ilə elmi mübahisələr aparırdı. Hakimiyyətinin 

əvvəlində (hicri 199/miladi 814) Həsən ibn Səhli xilafətin böyük bir hissəsinin 

426


 Tarixi-Təbəri, V cild, səh-57-88; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-238-239. 

427


 Tarixi-Təbəri, V cild, səh-90-93. 

428


Tarxi-

Təbəri, V cild, səh-93-100; Tarixi-Yəqubi, II cild, səh-433-443; İbn Kəsir, əl-Bidayə, 

X cild, səh-241-243. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə