Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə139/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   135   136   137   138   139   140   141   142   ...   314

  

281 


ha

kimi təyin edən xəlifə Məmun, Tahir ibn Hüseyni Riqqəyə göndərməklə ya-

naşı Hərsəmə ibn Əyəni də Bağdaddan Xorasana çağırdı. 

 

Əbu-Səraya və Əbu Abdullah Məhəmməd ibn Təbatəbanın üsyanı 

Əbus-Səraya ləqəbli Səriyy ibn Mənsur əvvəlcə Əminin tərəfində olsa da, 

son

ralar  yüksək  məvacib  qarşılığında  Məmunun  tərəfinə  keçmişdir.  Lakin 



Əminin məğlubiyyətindən sonra gözlədiyi məvacibi almayan Əbus-Səraya əl-

Cəzirə  və  Şam  bölgəsinə  qaçaraq  xilafətə  qarşı  üsyan  etdi.

429

 

Başçılıq  etdiyi 



dəstə ilə Ənbar şəhərini ələ keçirən Əbu-Səraya Riqqə valisi ilə əlbir oldu. Bu 

ara


da ətrafına daha çox adam toplamaq istəyən Əbus-Səraya Hz.Əlinin (ə) nəs-

lindən olan “İbn Təbatəba” ləqəbli Əbu Abdullah Məhəmməd ibn İbrahim ibn 

İsmail ibn İbrahim ibn Həsən ibn İmam Həsənlə (ə) əlaqə yaratmağa başladı. 

Onun ulu babası İbrahim Ğəmər miladi 762-ci il Mənsurun xilafəti dövründə 

Kufə zindanında həlak olmuşdur. (Fəxx şəhidi Hüseyn ibn Əlini ələ keçirmək 

üçün həbs edilən Əhli-beyt əsirlərindən biri də İbrahim Ğəmər idi). 

Hicrətin 199-cu ili (miladi 815) Kufədə üsyan edən İbn Təbatəba özünü xila-

fətin qanuni sahibi elan etdi. O, Quran və sünnə əsasında hökm verəcəyinə, Əhli-

beyt şəhidlərinin intiqamını alacağına söz verdi. Kufəlilərin onun ətrafında top-

lan


masından qorxuya düşən vali Bağdada qaçaraq Həsən ibn Səhlə sığındı. 

Bundan xəbər tutan Həsən ibn Səhl qiyamçıların üzərinə Züheyr ibn Mu-

sey

yibi  göndərdi.  Lakin  Fərat  çayı  sahilində  baş  verən  döyüşdə  qalib  gələn 



Əbus-Səraya xeyli qənimət ələ keçirdi. Əldə etdiyi qələbədən ruhlanan Əbus-

Səraya İbn Təbatəbanı zəhərləyərək öldürdü və bütün işləri özü idarə etməyə 

başladı. Qısa müddət ərzində uğur qazanan Əbus-Səraya Yəmən, Əhvaz, Mək-

kə, Bəsrə, Vasit və ətraf məntəqələri özünə tabe etdi. Kufədə yeni sikkələr kəs-

di

rərək Məmunun adını pulların üstündən pozdurdu. 



Baş verən hadisələrdən narahat olan Bağdad valisi Həsən ibn Səhl məşhur 

sərkərdə  Hərsəmə  ibn  Əyəndən  kömək  istədi.  Məmunun  əmisi  Mənsur  ibn 

Meh

dinin xahişi ilə Hərsəmə ibn Əyən otuz min nəfərlik ordu ilə Kufəyə doğru 



hərəkət etdi. 

İki ordu hicrətin 199-cü ili (miladi 815) Sərsər çayı sahilində qarşılaşdı və baş 

verən döyüşdə məğlub olan Əbus-Səraya bir neçə silahdaşı ilə birlikdə Həsən ibn 

Səhlin yanına göndərildi. Bir müddət sonra hicrətin 200-cü ili (miladi 815-816) 

Əbus-Səraya və onun nökəri Əbuş-Şövq Həsən ibn Səhlin əmri ilə edam edildilər. 

Əbus-Sərayanın başı Xorasana xəlifə Məmunun hüzuruna göndərildi.

430

 

Bu üsyanın yatırılmasından sonra Məkkədə xilafətə qarşı qiyam edən İbra-



him ibn Musa ibn Cəfər Yəmənə qaçdı. İrandan Yəmənə qədər uzanan bir əra-

zi

də xilafətə qarşı üsyanlar bir-birini əvəz edirdi.



431

 

429



 Tarixi ibn Əsir, VI cild, səh-302-307. 

430


Tarixi-

Təbəri, V cild, səh-122-127; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-244-245.  

431

 Tarixi-Təbəri, V cild, səh-127; Tarixi ibn Əsir, VI cild, səh-311-317. 



  

                                                           




 

282 


Bunun ardınca bir qrup insanlar hicrətin 200-cü ili (miladi 815) Məhəm-

məd ibn Cəfəri Bağdadda xəlifə elan edərək ona beyət etdilər. Lakin bir neçə 

ay sonra ətrafındakıların insanlarla pis rəftarını görən Məhəmməd ibn Cəfər ha-

kimiyyətdən əl çəkdi. 



 

Məhəmməd ibn Cəfər Sadiqin (ə) qiyamı 

Hicrətin  199-cu ili (miladi 814-815)  Mədinədə  özünü  xəlifə  elan  edən 

İmam  Sadiqin  (ə)  oğlu  Məhəmməd  Dibac  tərəfdarları  ilə  birlikdə  Məkkəyə 

doğru hərəkət etdi. Məhəmməd Dibacın  ədalətli  şəxs olduğunu görən Məkkə 

əhli də ona beyət edərək şəhərin valisi Harun ibn Museyyiblə döyüşə başladı-

lar.  Bu  vaxt  Məkkə  valisi  Harun  ibn  Museyyib  bu  üsyanı  zamanın  imamı 

Hz.Rza

nın (ə) vasitəsilə yatırmaq istəsə də, Məhəmməd Dibac İmamın (ə) vasi-



təçiliyinə  mənfi  cavab  verib  müqaviməti  davam  etdirdi.  Buna  qarşılıq  olaraq 

Məkkə  yaxınlığında  Məhəmməd  Dibacın  dəstəsi  xəlifənin  qoşunu  tərəfindən 

hasirəyə alındı. Üç günlük mühasirədən sonra aclıq və susuzluqdan korluq 



çəkən Məhəmməd ibn Dibacın tərəfdarları onun ətrafından dağılışdı. Nəticədə 

təslim  olan  Məhəmməd  Dibac  bir  neçə  silahdaşı  ilə  birlikdə  Xorasana  xəlifə 

Məmunun hüzuruna göndərildi. Məmun onların günahından keçib əfv etsə də, 

kənara buraxmayıb, nəzarət altında saxladı. Bir müddət sonra Məhəmməd Di-

bac Xoras

anda vəfat etdi və onun dəfnindı şəxsən iştirak edən xəlifə Məmun, 

c

ənazə namazını qılaraq borclarını ödəmişdi. 



 

Hərsəmə ibn Əyənin edamı hicrətin 200-cü ili (miladi 816) 

Fəzl  ibn  Səhl  tərəfindən  Suriya  və  Misir  valiliyinə  təyin  edilən  Hərsəmə 

ibn Əyən bununla razılaşmayıb xilafətin paytaxtı Mərvə gələrək, Bağdadda baş 

ve

rənlərin hamısını, hətta Məhəmməd ibn Cəfərin xəlifə elan olunması haqqın-



da  olan  məlumatları  da  xəlifə  Məmuna  danışdı.  Lakin  Hərsəmənin  Xorasana 

gəlməsindən qabaq vəzir Fəzl ibn Səhl saxta məlumatlarla onu xəlifənin gözün-

dən salmışdı. Nəticədə Hərsəmə ibn Əyənin xilafətə qarşı çevriliş edəcəyindən 

eh

tiyat edən Məmun onu saraydan çıxmamış edam etdirdi. Hərsəmə ibn Əyə-



nin  edamından  sonra  Bağdad  əhli  Həsən  ibn  Səhlin  nümayəndəsini  şəhərdən 

qo

varaq xəlifə Məmunun əmisi Mənsur ibn Mehdini vali seçdilər. Bunun ar-



dınca  Bağdadda  yaxşılığa  əmr  və  pisliklərdən  çəkindirmə  adlı  bir  qrup  mey-

dana  çıxdı.  Bunlar  əsasən  əhalini  incidən  və  yol  kəsənlərə  qarşı  mübarizə 

aparırdılar.

432


 

 

Xəlifə Məmunun Bağdada qayıtması 

Bir müddət sonra Hz.Rzanın (ə) xəlifə tərəfindən vəliəhd elan olunması xə-

bəri Bağdada çatdı (Bu haqda məlumat veriləcək). Bundan narahat olan Abbasi 

432


 Tarixi ibn Əsir, VI cild, səh-324-326. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə