Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə140/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   136   137   138   139   140   141   142   143   ...   314

  

283 


əyanları hicrətin 201-ci ili (miladi 817) xəlifə Məmunun digər əmisi İbrahim 

ibn Mehd


ini xəlifə elan edərək ona beyət etdilər. Saray böyüklərinin əksəriy-

yəti, o cümlədən, keçmiş xəlifə Məhəmməd Əminə vəzirlik etmiş Fəzl ibn Rəbi 

də İbrahimə beyət etdi. Beləliklə, İslam məmləkətində iki xəlifə hökmdarlıq et-

məyə başladı: Xorasanda Abdullah Məmun və Bağdadda İbrahim ibn Mehdi. 

Bu qarışıqlıqdan istifadə edən xəvaric əsilli Mehdi ibn Hulvan üsyan edərək 

xeyli ərazini ələ keçirdi.  İbrahim ibn Mehdi üsyanı  yatırmaq üçün Əbu İshaq 

Məhəmməd ibn Harunu (gələcək xəlifə Mütəsim) göndərdi. Baş verən döyüşdə 

məğlub olan Mehdi ibn Hulvan qaçdı. Bu hadisədən sonra İbrahim ibn Mehdi 

daha bir neçə qiyamı yatıraraq, Bağdad ətrafındakı torpaqlara sahib oldu.

433


 

Bağdadda baş verən qarışıqlıqlara son qoymaq istəyən xəlifə Məmun hicrə-

tin 202-ci ilinin or

taları (miladi 817-ci ilin sonu) böyük bir ordu ilə hərəkətə keç-

di. Bu səfərdə xəlifə Məmun yeni vəliəhd İmam Rzanı (ə) və vəzir Fəzl ibn Səhli 

də götürmüşdü. İki il davam edən səfərdə bir neçə mühüm hadisə baş verdi.  

Birincisi hicrətin 202-ci ili şəban ayının 2-də (miladi 818-ci ilin fevralında) 

vəzir Fəzl ibn Səhl xəlifənin göstərişi ilə qətlə yetirildi. Fəzlin qətlindən sonra 

Məmun onun qardaşı Həsən ibn Səhlin könlünü almaq üçün onu özünə vəzir 

təyin etdi.

434

 

İkincisi Tus şəhərinə çatarkən yenə də hicrətin 203-cü ili səfər ayının 30-da 



(miladi 818-

ci ilin yayı) xəlifə Məmun tərəfindən İmam Rza (ə) zəhərləndirilə-

rək şəhadətə qovuşdu.

435


 

Məmunun Bağdada doğru hərəkət etməsi xəbəri şəhərə çatınca hərbi çəkiş-

mələr daha da qızışdı. İbrahim ibn Mehdi ordunun tələb etdiyi məvacibin ödənil-

məsinə razılıq vermədiyi üçün, əsgərlər ona tabe olmaqdan boyun qaçırdılar. Bə-

zi  sərkərdələrin  müdaxiləsindən  sonra  Bağdadda  xütbələr  yenidən  Məmunun 

adına oxundu. Bundan sonra mövqeyi zəifləyən İbrahim ibn Mehdi bir il on bir 

ay hakimiyyətdə olduqdan sonra hicrətin 204-cü ili (miladi 819) şəhərdən qaçdı. 

819-


cu ilin avqustunda xəlifə Məmunun Bağdada daxil olması ilə şəhərdə 

olan qarışıqlığa son qoyuldu. Şəhərdə asayişi bərpa edən Məmun ətraf məntə-

qələrə yeni valilər təyin etdi.

436


 

 

Tahirilər 

Xəlifə Məmun Bağdada qayıdışından dərhal sonra məhşur sərkərdə Tahir 

ibn Hüseyni Xorasan valisi təyin etdi və beləcə Bağdadın şərqindəki bütün vi-

la

yətlərin ümumi valisi oldu. İki illik valilikdən sonra Tahir ibn Hüseyn hicrə-



tin 207-

ci ili (miladi 823) vəfat etdi və onun yerinə oğlu Təlhə ibn Tahir Xora-

sa

na vali təyin edildi. Xorasanı yeddi il idarə edən Təlhə ibn Tahirin vəfatından 



433

Tarixi ibn Əsir, VI cild, səh-346-348; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, 248-249. 

434

Tarixi-


Məsudi, nəşr. Muhəmməd Muhyiddin, Misir, 1965, IV cild, səh-28. 

435


Tarixi-

Təbəri, V cild, səh-145-147; Tarixi-Məsudi, IV cild, səh-28; Tarixi ibn Əsir, VI cild, 

səh-351; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-250. 

436


 Tarixi-Təbəri, IV cild, səh-147-151. 

  

                                                           




 

284 


son

ra qardaşı Abdullah ibn Tahir Xorasan valisi təyin edilmişdir. Xorasandan 

əvvəl  Misir  və  Suriya  valisi  olan  Abdullah  ibn  Tahir  üsyanları  yatıraraq  Cə-

zirəni də itaət altına almışdır. 



 

Nəsr ibn Şibs əl-Uqeylənin üsyanı hicrətin 199-210-cu illəri (814-825) 

Əbul  Abbas  Abdullah  Məmunun  hakimiyyətə  gəlişindən  sonra  xilafətin 

hüm  vəzifələrinə  əsasən  qeyri-ərəb  mənşəli  şəxslər  təyin  edilirdi.  Bu  da 



ərəblər  tərəfindən  narazılıqla  qarşılandığı  üçün  müxtəlif  bölgələrdə  xilafətə 

qar


şı üsyanlar baş verirdi. Bu üsyanlardan biri də əl-Cəzirə bölgəsində Nəsr ibn 

Şibs əl-Uqeylənin başçılığı ilə baş vermişdir. 

Bundan xəbər tutan xəlifə Məmun məhşur sərkərdə Tahir ibn Hüseyni Nəs-

rin üzərinə göndərdi. Lakin baş verən döyüşdə qiyamçılar xilafət odusunu məğ-

lub etdilər. Bundan cürətlənən qiyamçılar Urfa şəhərini mühasirəyə alsalar da 

ələ keçirə bilmədilər. 

Həmin ərəfələrdə xəlifənin başı Hz.Rzanın (ə) vəliəhdlik məsələsinə və İb-

ra

him  ibn  Mehdinin  Bağdaddakı  çevrilişinə  qarışdığından  Nəsrə  qarşı  ciddi 



qavimət göstərilmədi. Bəzi qüvvələr də bu qiyamdan bəhrələnmək məqsə-

dilə, Nəsrə təklif etdilər ki, iki tərəfdən birinin ya Əməvilərin, ya da Ələvilərin 

tərəfinə keçsin. 

Bağdadda asayiş bərpa edildikdən sonra Məmun Tahir ibn Hüseyni əl-Cə-

zi

rə, Şam və Misir vilayətlərinin hakimi təyin edərək Nəsr ibn Şibsin üzərinə 



gön

dərdi. Lakin orduda baş verən narazılıq üzündən geriyə qayıdan Tahir xəli-

fə tərəfindən Bağdad darğası təyin edildi və bu müddət ərzində oğlu Abdullah 

ibn Tahir Nəsr ibn Şibsə qarşı mübarizə apardı. 

Bir müddət sonra Xorasan valiliyinə təyin edilən Tahir ibn Hüseynin yeri-

nə oğlu Abdullah ibn Tahir Bağdad darğası oldu. Yuxarıda da qeyd etdiyimiz 

ki

mi iki il sonra Tahirin ölümündən sonra oğlu Təlhə ibn Tahir Xorasan valisi 



təyin edilmişdir. 

Nəsr ibn Şibsin başçılığı altında olan qiyamın əl-Cəzirəni başdan-başa bü-

məsindən narahat olan Məmun, hicrətin 206-cı ili (miladi 822) Abdullah ibn 



Ta

hiri  yenidən  Nəsrin  üzərinə  göndərməklə  bərabər,  onu  əl-Cəzirə,  Misir  və 

Şam bölgələrinin valisi təyin etdi. 

On iki min nəfərlik ordu ilə Nəsr ibn Şibsi təqib edən Abdullah ibn Tahir 

bir-birinin 

ardınca Balis və Kinnəsrin şəhərlərini ələ keçirərək, qiyamçıların 

sığındığı  Keysum  şəhərini  mühasirəyə  aldı.  Uzun  mühasirədən  sonra  təslim 

olan Nəsr ibn Şibs hicrətin 210-cu ili (miladi 825) Bağdada xəlifə Məmunun 

hüzuru

na  gətirildi.  Beləliklə,  on  dörd  ildən  sonra  əl-Cəzirədə  sakitlik  bərpa 



olundu. 

 

Məmun tərəfindən şəhid edilmiş Əhli-Beyt nümayəndələri 

Məmunun  xilafəti  dövründə  şəhid  edilmiş  Əhli-beyt  nümayəndələri  bun-

lardır: 





Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə