Şahlar şahbaz oğlu şƏRİfov


  Həsən  ibn  Hüseyn  ibn  Zeyd  ibn  İmam  Zeynul-Abidin  (ə)



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə141/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   137   138   139   140   141   142   143   144   ...   314

  

285 


1. 

Həsən  ibn  Hüseyn  ibn  Zeyd  ibn  İmam  Zeynul-Abidin  (ə).  Kufə 

yaxınlığında Əbus-Sərayanın ordusu ilə Hərsəmə ibn Əyənin ordusu arasında 

baş verən döyüşdə şəhid edilmişdir. 

2. 

Hüseyn ibn İshaq ibn Hüseyn ibn Zeyd ibn İmam Zeynul-Abidin (ə). 

Hic


rətin 200-cü ili (miladi 815) Şuş yaxınlığında Əbus-Səraya və xilafət ordu-

su ar


asında baş verən döyüşdə şəhid olmuşdur. 

3. 

Məhəmməd ibn Hüseyn ibn Həsən ibn Əli ibn İmam Zeynul-Abidin (ə). 

Əbus-Sərayanın  nümayəndəsi  olaraq  Yəmənə  göndərilmiş  və  orada  xilafət 

nüma

yəndələri tərəfindən şəhid edilmişdir. 



4. 

Əli ibn Abdullah ibn Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn 

Əli ibn Abdullah ibn Cəfəri-Təyyar. Yəməndə Əbus-Sərayanın nümayəndəsi 

olaraq qiyam qaldırmış və şəhid edilmişdir. 



5. 

Abdullah ibn Cəfər ibn İbrahim ibn Cəfər ibn Həsəni-müsənna. Mə-

mu

nun xilafəti dövründə Fars bölgəsinə gedərkən, yolda xəvariclər tərəfindən 



şəhid edilmişdir. 

6. 

Məhəmməd ibn Abdullah ibn Həsən Əftəs ibn Əli ibn İmam Zeynul-

Abi

din (ə). Xəlifə Harun ər-Rəşidin dövründə Cəfər ibn Yəhya ibn Xalid ibn 

Bərməkinin əmri ilə şəhid edilmiş Abdullah ibn Həsən Əftəsin oğludur. Mə-

həmməd ibn Abdullah xəlifə Məmunun qardaşı və gələcək xəlifə Mutəsim tərə-

fin


dən şəhid edilmişdir.

437


 

Xəlifə Məmunun dövründə şəhid edilmiş Bəni-Haşim seyidlərinin ən məş-

huru  Hz.

İmam  Rzadır  (ə).  Xilafəti  dövründə  baş  verən  Əhli-beyt üsyanlarını 

İmam Rza (ə) vasitəsilə yatırmaq istəyən xəlifə Məmun İmamı (ə) Mədinədən 

Mərvə gətirmək qərarına gəldi. 

Xəlifənin göstərişinə əsasən İmam Rzanı (ə) gətirən karvanın yolu Bəsrə, 

Bağdad, Qum, Nişapur və digər şəhərlərdən keçirdi. Nişapur şəhərinə çatdıqda 

in

sanların xahişi ilə İmam Rza (ə) “silsilət-uz-zəhəb” (qızıl zəncir) hədisi kimi 



məşhur olan bu hədisi onlara söyləyir: “Atam Musa ibn Cəfər öz atası Cəfər 

ibn Məhəmməddən, o da öz atası Məhəmməd ibn Əlidən, o da öz atası Əli ibn 

Hüseyn

dən, o da öz atası Hüseyn ibn Əlidən, o da Allahın Rəsulu Hz.Muhəm-



məddən (s), o da Hz.Cəbraildən, o isə bir olan Allahdan rəvayət edib: “La ilahə 

illəllah kəlməsi mənim möhkəm qalamdır, hər kim bu qalaya daxil olsa, əza-

bımdan amanda qalar”. İmamın (ə) sözləri bitib, karvan yola düşəndə, o Həzrət 

bu cümləni də əlavə edir: “Bunun şərtləri var və mən həmin şərtlərdənəm”.

438

 

Bu hədisin əhəmiyyəti bundadır ki, İmam Rza (ə) Allahı düzgün şəkildə ta-



nımağın  və  ilahi  əzabdan  amanda  qalmağın  şərtlərindən  biri  kimi  Əhli-beyt 

imam


larının  imamət  və  vilayətini  qəbul  etməyi  vacib  bilmişdir.  İmamət  elə 

hüm  məsələlərdəndir  ki,  onsuz  tövhidi  düzgün  anlamaq,  dünya  və  axirət 



səadəti qazanmaq mümkün deyildir. 

437


 Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-118-119. 

438


Şeyx Səduq, Məaniyy-ul-əxbar, səh-370-371. 

  

                                                           




 

286 


İmam Rza (ə) Mərvə çatdıqdan sonra xəlifə Məmun əvvəlcə xilafəti o həz-

rətə təhvil vermək istədikdə İmam (ə) bunu qəbul etmədi. Bundan narahat olan 

Məmun İmama (ə) vəliəhdliyi vermək istədi. İmam Rza (ə) vəliəhdliyi də qəbul 

et

mək  istəmədikdə,  Məmun  o  həzrəti  ölümlə  hədələyərək  hicrətin  201-ci ili 



(mi

ladi 817) vəliəhdliyi ona qəbul etdirdi və Abbasilərin milli rəngi olan qara-

nın yerinə şiələrin milli rəngi olan yaşıl rəngli paltar geyindi.

439


 

Xəlifə Məmunun İmam Rzanı (ə) istər xəlifə, istərsə də vəliəhd kimi haki-

miy

yətə gətirməkdə bir neçə məqsədi var idi: 



1. 

İmam Rzanı (ə) yüksək dövlət məqamına gətirməklə, xilafət əleyhinə baş 

ve

rən Əhli-beyt üsyanlarını yatırmaq mümkün olacaqdı. Həqiqətən bundan sonra 



Əhli-beytin haqqının qəsb olunması barədə olan iddialar qüvvədən düşəcəkdi. 

2. 


İmam Rza (ə) siyasi hakimiyyətə gətiriləndən sonra, istər-istəməz ölkədə 

baş  verən  ədalətsizliklərə  cavabdeh  olacaqdı.  Eyni  zamanda  İmama  (ə)  haki-

miy

yət hərisi və dünya malına aldanmış bir şəxs kimi baxılacaqdı. 



3. 

İmam Rza (ə) Mərvdə bu vəzufəyə təyin edilməklə, daim xəlifənin nəza-

rəti altında qalacaq, sərbəst fəaliyyət imkanından məhrum olacaqdı. 

Məmunun  hiylələrini  qabaqcadan  başa  düşən  İmam  Rza  (ə)  da  müəyyən 

şərtlər  əsasında  vəliəhdliyi  qəbul  etmişdir.  İmam  Rzanın  (ə)  şərtləri  bundan 

iba


rət idi: vəliəhd olduqdan sonra heç bir mühüm qərarın qəbul edilməsində iş-

ti

rak  etməyəcək,  dövlət  vəzifələrinə  təyin  olunma,  eyni  zamanda  vəzifədən 



azad edilmə fərmanlarına imza atmayacaq, xilafət ərazisində aparılan heç bir 

isla


hata qarışmayacaq. 

Məmun  bu  şərtlərlə  razılaşdıqdan  sonra  hicrətin  201-ci ili (miladi 817) 

Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun əmri ilə 

tün saray əyanları və sərkərdələr İmamı (ə) vəliəhd kimi tanıdıqlarını elan et-



di

lər. İmama (ə) ilk beyət edən şəxs xəlifə Məmunun oğlu Abbas oldu. 

Beyət mərasimindən sonra İmam Rzanın (ə) bütün fəaliyyətindən xəbərdar 

ol

maq istəyən xəlifə Məmun qızı Ümmü-Həbibəni İmama (ə) ərə verdi. Digər 



tərəfdən bu qohumluq əlaqəsini yaratmaqda Məmunun əsas məqsədi bu idi ki, 

qızı ilə İmam Rzanın (ə) övladı doğulsun və xəlifə özündən sonra hakimiyyəti 

ona buraxsın. Bu uşaq bir tərəfdən Abbasilərə, digər tərəfdən Əhli-beyt ailəsinə 

mənsub olacağı üçün, hər iki tərəf onun hahimiyyəti ilə razılaşacaqdı. 

İmama (ə) qarşı həyata keçirdiyi hiylələrin heç bir nəticə vermədiyini gö-

rən xəlifə Məmun hicrətin 203-cü ili səfər ayının 30-da (miladi 818) Xorasanın 

Tus şəhərində Hz.Rzaya (ə) zəhər verərək onu şəhid etdi.

440


 

Bu əməlindən sonra xilafətə qarşı baş verən Ələvi üsyanlarını yatırmaq is-

təyən xəlifə Məmun hicrətin 210-cu ili (miladi 826) Fədək torpağını Hz.Fati-

mənin (s.ə) nəslindən olan seyidlərə qaytardı. Hicrətin altıncı ilində baş verən 

439

 Tarixi-Məsudi, IV cild, səh-28. 



440

Tarixi-


Təbəri, V cild, səh-145-147; Tarixi-Məsudi, IV cild, səh-28; Tarixi ibn Əsir, VI cild, 

səh-51; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-250. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə