Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə144/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   140   141   142   143   144   145   146   147   ...   314

  

291 


Hicrətin 200-cü ili (miladi 816) bu məlum, tayfa başçıları arasında gedən 

yüşlərin birində Cavidan Əbu İmranı öldürür. Bundan üç gün sonra isə Cavi-



dan Əbu İmrandan döyüş zamanı aldığı yaradan özü də ölür.  

Cavidanın ölümündən sonra arvadı onun vəsiyyəti əsasında on səkkiz yaşlı 

Ba

bəki xürrəmilərin başçısı elan edir. Cavidanın vəsiyyətini arvadının dilindən 



din

ləyən Xürrəmilər icmanın rəhbərliyini olduqca cavan Babəkə verməklə bə-

rabər,  eyni  zamanda,  hamılıqla  ona  sadiq  qalacaqlarına  and  içdilər.  Beləliklə 

Ba

bək Cavidan səltənətinin sahibi və eyni zamanda, Xürrəmilərin başçısı oldu. 



Əsrlərdən  bəri  adı  qəhrəmanlıq  rəmzinə  çevrilmiş  Babək  öz  zəmanəsinin 

cəsur sərkərdəsi və görkəmli siyasi xadimi olmaqla bərabər o, olduqca geniş tə-

fəkkürə malik olan icma başçısı idi. Haqqında yazılmış saysız-hesabsız əsərlə-

rin  heç  birində  onun  tərcümeyi-halı,  şəxsiyyəti  və  fəaliyyəti  haqqında  indiyə 

ki

mi düzgün məlumat verilməmişdir. 



Şübhəsiz ki, bu, heç də təsadüfü deyildir. O mənada ki, cəmisi qırx il ömür 

sür


müş bu cəsur insan təxminən tarixçilərin yazdığına görə 796-798-ci illərdə 

Ərdəbil yaxınlığında Bilalabad kəndində anadan olmuşdur. 

Səid Nəfisi yazır ki, mədainli kiçik yağ alverçiliyi ilə məşğul olan Abdul-

lah Ərdəbil yaxınlığındakı Bilalabad kəndinə gəlir. O, burada yerli həkim İbn 

ər-Rəvvadın qulluqçusu Bəruməndlə evlənir. Abdullahın bu qadından ilk doğu-

lan övladı Babək olur. 

Abdullah Savalan dağlarına səfəri zamanı tarixə məlum olmayan bir səbəb-

dən, orada naməlum bir şəxs tərəfindən öldürülür. Bu zaman Babəkin bir yaşı 

var idi. Ailənin başçısı Abdullahın ölümündən sonra, Bərumənd oğlu Babəklə 

bir


likdə Səraba köçür. 

Bu kimsəsiz ailənin maddi vəziyyəti günü-gündən çətinləşdiyi üçün, balaca 

Ba

bəkin anası Bərumənd özgə qapılarda qulluqçuluq etməkdən başqa eyni za-



man

da o, döşündə südü olmayan varlı qadınların körpələrinə Babəkin əmdiyi 

süd

dən qənaət edib onu satmaqla əldə etdiyi cüzi bir məbləğlə özünü, eyni za-



man

da körpəsini birtəhər dolandırmaqla olduqca çətin və dözülməz bir şəraitdə 

Ba

bəki boya-başa çatdırır. 



İllər bir-birini əvəz edikdən sonra, Babək qisməndə olsa böyüdüyü üçün, 

ana


sına kömək məqsədilə bir neçə il özgə qapısında çobanlıqla məşğul olur. 

Artıq kifayət qədər yaşlaşmış Babək, anasını müəyyən bir müddətə tək qo-

yub Təbrizə gedir. Burada təxminən iki il sənətkar yanında şagirdlik etdikdən 

sonra yenidən anasının yanına qayıdır. 

Elə bu ərəfələrdə, Cavidanla tanış olan Babək, Xürrəmilərin məskəni olan 

Bəzz qalasına gedir. 

Babəki və onun rəhbərlik etdiyi xürrəmilər hərəkatının üzvlərini İslamdan 

kənar kimi təqdim etmək həqiqətə uyğun deyildir. Onların İslami əqidəsinin nə 

qədər düzgün olub-olmadığını dəqiqliklə söyləmək çətin olsa da, tamamilə, İs-

lam


dan kənar olduqlarını iddia etmək da yanlışdır. 

  



 

292 


Bəzi mənbələrdə qeyd olunduğu kimi, Babəkin əsl adı Həsən, atasının adı 

isə Abdullah imiş. Babəklə birlikdə ələ keçirilib, Bağdadda edam olunmuş qar-

da

şının adı da tarixi mənbələrdə Abdullah olaraq qeyd olunur. Qeyd etdiyimiz 



bu adların müsəlman mənşəli olması Babəkin müsəlman olmasına əsas verir. 

Məhşur tarixçi alim Təbəri yazır: “Babək bir vaxt İslam dinini qəbul etmiş və 

bu münasibətlə Hz.Muhəmmədin (s) qızı Hz.Fatimədən (s.ə) olan nəvəsi Həsə-

nin şərəfinə öz doğma adını dəyişib Həsən qoymuşdur.”

446

 

Babək hicri 201-ci ildə (miladi 816-817) xilafətə qarşı Bəzz qalasını mər-



kəz seçərək üsyan etmişdir.

447


 

Babəkin hərbi əməliyyata başladığı vaxt xilafət 

tor

paqları  başdan-başa  üsyanlara  qərq  olmuşdu.  Əbus-Sərayanın  (814-815) 



başçılq etdiyi üsyan  yenicə  yatırılmışdı. Əl-Cəzirə Nəsr ibn Şibsin (814-825) 

tərəfdarlarının əlində idi. Misir də öz növbəsində üsyançıların əlində idi. Qeyd 

etdiyimiz bu üsyanlar anti-

İslam xarakteri daşımırdı. Əksinə, Məhəmməd ibn 

Cəfər Dibacın və Əbus-Sərayanın qiyamları şiə təmayüllü idi. Nəsr ibn Şibs və 

Misir qiyamçıları da müsəlman olduqlarını inkar etmirdilər. Həmçinin, xəlifə 

Məmunu hicrətin 201-ci ili (miladi 817) İmam Rzanı (ə) özünə vəliəhd seçmə-

yə məcbur edən səbəblərdən biri də Bəni-Haşim üsyanlarını zərərsizləşdirmək 

ol

muşdur.  Mümkündür  ki,  xəlifəni  qorxuya  salan  və  şiələrə  güzəştə  getməyə 



məcbur edən amillərdən biri də Babəkin üsyanı olmuşdur.

448


 

Müasir  dövrdə  yazılan  bəzi  mənbələrdə  də  Babəkin  ifrat  şiələrdən  olduğu 

gös

tərilir. Abdullah Mübəlliği Abadani Babək və onun tərəfdarları haqqında ya-



zır: “Babək Xürrəmdinin firqəsi. Onlar Babəkin dostları və tərəfdarlarıdır; “babə-

kiyyə” adı ilə tanınırlar və ifrat şiələrdəndirlər. Babək xürrəmdin firqəsinin ən bö-

yük rəhbəri idi; pəhləvi dilində ona “Papək”, ərəb dilində “Babək” deyirdilər.

449


 

Tarixi mənbələrə görə xürrəmilər hərəkatı Əbu Müslim Xorasaninin 755-ci 

ildə (hicri 137) ölümündən dərhal sonra, onun intiqamını almaq adı altında başla-

mışdır. Fars mənşəli kütlələrdən ibarət olan ilk xürrəmilər Xorasandan Reyə kimi 

irəliləyərək  xeyli  ərazini ələ  keçirdilər.  Əbu  Müslimin  intiqamını  almaq  adı  ilə 

baş  verən  Reydəki  üsyana  Sindbad,  Maveraunnəhrdəki  üsyana  İshaq,  Herat  və 

Sistandakı üsyana isə Ustadsız ləqəbli şəxs başçılıq edirdi. Lakin xəlifə Mənsurun 

qılınc gücünə yatırdığı bu üsyanlarda altmış mindən artıq qiyamçı öldürülmüşdür. 

Xürrəmilər  ikinci  dəfə  Abbasi  xəlifəsi  Mehdinin  hakimiyyəti  dövründə 

hicrətin  162-ci  ili  (miladi  778)  İsfəhan  ətrafında  qiyam  etmişlər.  Şərqşünas 

Səid Nəfisi “Siyasətnamə” əsərində qeyd edir ki, xəlifə Mehdi dövründə “Qızıl 

bayraqlılar” Xürrəmilərlə birləşərək Reyə qədər gəlib, xəlifə Mehdini çıxılmaz 

vəziyyətə saldılar. Ətraf əyalətlərin köməyi ilə xəlifə Mehdi çətinliklə də olsa 

bu üsyanı yatıra bilmişdir.  

446

 Tarixi-Təbəri, V cild. 



447

 Tarixi-Təbəri, V cild, səh-139. 

448

 Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-133. 



449

Tarixi ədyan və məzahibi-cahan, III cild, səh-1386. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə