Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə145/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   141   142   143   144   145   146   147   148   ...   314

  

293 


Bu  tarixi  hadisədən  otuz  il  sonra  yəni  hicrətin  192-ci ili (miladi 808) 

Xürrəmilər ikinci dəfə xəlifə Harun ər-Rəşidin xilafəti dövründə üsyan etdilər. 

İsfəhanda başlayan bu üsyan tezliklə bir çox əyalətləri də əhatə etdi. 

Reydən, Həmədandan, Girədən və bir sıra şəhər və əyalətlərdən gələn on 

min

lərlə adi əhali və şəhər sənətkarları üsyançılara qoşularaq yadelli düşmənə, 



da

ha doğrusu, işğalçılara qarşı mübarizə aparırdılar. Tarixi mənbələrə görə üs-

yan

çıların sayı yüz mindən artıq olmuşdur. 



Bu hadisədən xəbər tutan Xorasandakı xəlifə Harun ər-Rəşid, sərkərdə Ab-

dullah ibn Malikin başçılığı altında olan on min nəfərlik dəstəni Xürrəmilərin 

üzərinə göndərdi. Bütün imkanlardan istifadə edən Abdullah ibn Malik, üsyan-

çıların bir çox hissəsini qılıncdan keçirir, qadınları və uşaqları əsir edərək xəli-

fənin hüzuruna göndərir. 

Xəlifə Harunun əmrinə əsasən əsir düşmüş kişilərin hamısı qılıncdan keçi-

ri

lir, qadınlar və uşaqlar isə bazarda qul kimi satılır. 



Lakin xəlifənin amansız cəza tədbirləri Xürrəmilərin azadlıq uğrunda mü-

ba

rizə əzmini məhv edə bilmədi. Onların sıraları seyrəlsə də, yadelli düşmənə 



qar

şı döyüş təcrübələri bütün bu məğlubiyyətin əksinə olaraq zənginləşdi. 

Ərəblərə  qarşı  üsyanlar  arasında  on  illərlə  yaranmış  fasilələr  üsyanın  demək 

olar ki, zəifləməsinin əsas səbəblərindən biri idi. Tarixi mənbələrə görə, Babəkə qə-

dər xürrəmilər xilafət qüvvələrini çox da ciddi təhlükə altına ala bilmirdilər. Babək 

xürrəmilər icmasında rəhbərliyi ələ aldıqdan sonra, icmada vəziyyət tamamilə də-

yişdi. O, xürrəmiləri özünə yaxınlaşdırmaq məqsədilə onlara silah paylayıb, göstə-

rişlər verdikdən sonra, əlverişli məqam çatana kimi gözləməli olduqlarını tapşırdı. 

Eyni zamanda, Babək özünə yaxın olan adamlarını Azərbaycanın hər tərə-

fi

nə göndərərək, ölkəni yadellilərdən qorumaq üçün onları bir bayrağın altına 



top

laşmağa  və  müqəddəs  azadlıq  mübarizəsinə  çağırırdı.  Hər  tərəfdən  gələn 

min

lərlə vətənpərvər bu müqəddəs haraya qoşularaq silaha sarılıb Babəkin bay-



ra

ğı altına toplaşdılar. 

Bir çox tarixi mənbələrdə deyilirdi ki, bu ərəfələrdə Babəkin silahdaşları-

nın sayı artıq iyirmi min nəfəri keçmişdi. Etiraf etmək lazımdır ki, Babək ordu-

da olduqca ciddi nizam-

intizam yaratmışdı. Adətən döyüş zamanı xürrəmilərlə 

ya

naşı xalqın ən cəsur və cəngavər övladları iştirak edirdilər. O cümlədən, Ba-



bəkin doğma qardaşları olan Müaviyə və Abdullah, daha sonra Babəkə yaxın 

olan Tərxan, Adin, Rütəm, İsma əl-Kürdi kimiləri həmişə döyüşün ön sıraların-

da döyüşürdülər.  

Baxmayaraq ki, bu mövcud azadlıq ordusunun əsas tərkib hissəsini kəndli-

lər təşkil edirdi. Amma bununla belə orada şəhərdə yaşayan müxtəlif təbəqələ-

rə mənsub olanlar da az deyildi.  

Xürrəmilərdə bu şücaətləri görən Azərbaycanda mövcud olan əyalətlər, o 

cüm


lədən,  Cibal,  Ərməniyyə,  Xorasan,  Rey,  Həmədan,  İsfəhan,  Masabazan, 

Dey


ləm, Astrabad və bir sıra başqa əyalətlərin əhalisi xürrəmilərin sırasına qo-

şularaq onların sayını artırmaqda idilər. 

  



 

294 


Ərəb tarixçisi Bağdadinin verdiyi məlumatlara əsasən, təkcə Azərbaycanın 

cənubunda və şimalında Babək tərəfdarlarının sayı üç yüz min nəfərə çatmışdı. 

Xür

rəmilər  tərəfindən  Babəkin  başçılığı  ilə  yaradılmış  bu  azadlıq  mübarizəsi 



bir 

çox əraziləri bürüsə də, bütün tarixi mənbələr təsdiq edir ki, Babəkin başçı-

lıq etdiyi Xürrəmilərin vətəni məhz Azərbaycan olmaqla yadellilərə qarşı, ərəb 

xi

lafətinə qarşı azadlıq mübarizəsi yalnız buradan başlamışdır. 



Ancaq onu da yaddan çıxarmaq olmaz ki, Xürrəmilər mütəşəkkil döyüşlərə 

başlamamışdan çox-çox əvvəl Azərbaycanın bir çox şəhər və kəndlərində yad-

el

li istilaçılar minlərlə günahsız yerli əhalini qılıncdan keçirərək məhv etmiş-



dilər. Məhz elə ona görə də bu xalqı olduqca məzlum xalq kimi qəbul edərək 

və hələ Babəkin və onun yenilməz ordusu Xürrəmilər barədə kifayət qədər mə-

lu

matı olmayan Abbasi xəlifəsi Məmun Babəkin başçılq etdiyi qüvvəyə bir o 



qədər də əhəmiyyət verməyərək, azərbaycanlılara qarşı yalnız 819-cu ilə qədər, 

da

ha doğrusu Xürrəmilərə qarşı nizami ordu göndərməyi özü üçün vacib hesab 



et

mirdi. O, yalnız Azərbaycan ərazisində daimi hərəkətdə olan ərəb hərbi qüv-

vələrindən istifadə edirdi. 

Lakin  Xürrəmilər  hərəkatının  getdikcə  genişlənib  təhlükəli  bir  qüvvəyə 

çevrildiyini 

görən Abbasi xəlifəsi Məmun narahat olmağa başladı. Bu ərəfələr-

də Xürrəmilər demək olar ki, yadellilərin xeyli miqdarda hərbi sursatlarını ələ 

ke

çirməklə bərabər, canlı qüvvələrini də döyüş meydanında darmadağın etdi-



lər. Xürrəmilərin Ərəblər üzərindəki hərbi uğurları xilafəti bir növ qarşıda du-

ran təhlükəyə ciddi fikir verməyə məcbur etdi. 

Məhz ona görə də, xəlifə Məmun hicrətin 204-cü ili (miladi 819) sərkərdə 

Yəhya ibn Muazın başçılığı ilə Xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. La-

kin baş verən döyüşdə Yəhyanın ordusu Xürrəmilər tərəfindən məğlub edildi.

450


 

Yəhya ibn Muazın uğursuzluğunu görən xəlifə Məmun, onu bu vəzifədən 

azad edib, əl-Cəzirəyə vali təyin etdi. Azərbaycan və Ərməniyyə torpaqlarına 

Əbu Musa İsa ibn Məhəmməd ibn Əbu Xalid vali təyin edildi. 

İsa ibn Məhəmməd ixtiyarında olan böyük bir ordu ilə Babəkin nəzarəti al-

tında olan ərazilərə daxil oldu. Rəvvadilər sülaləsinin əcdadı olan Məhəmməd 

ibn Rəvvad Əzdi və digər yerli zadəganlar da ona tabe olaraq yardım etdilər. 

Hic


rətin 206-cı ili (miladi 821-822) baş verən bu döyüşdə də Babəkin başçılığı 

al

tında  olan  xürrəmilər  xilafət  ordusunu  məğlub  etdi.



451

 

Bu  döyüşdə  qalib 



gələn  Xürrəmilər,  Sunini,  Arxası,  Utini,  Beyləqanı,  Qarabağı  və  Arranın  bir 

sıra əyalət və şəhərlərini azad etdilər. 

Məmun  İsa  ibn  Məhəmmədin  də  uğursuzluğunu  görüb  824-825-ci  illərdə 

(hi


cri 209) “Züreyq” ləqəbli Sədəqə ibn Əli Əzdini Azərbaycan və Ərməniyyə 

va

lisi  təyin  etdi.  Züreyqin  ardınca  Əhməd  ibn  Cüneyd  İskafi  adlı  sərkərdə  də 



450

Tarixi-


Təbəri, V cild, səh-151. 

451


 Tarixi-Təbəri, V cild, səh-153. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə