Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə146/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   142   143   144   145   146   147   148   149   ...   314

  

295 


onun köməyinə göndərildi. Xürrəmilərə qarşı baş verən döyüşdə Əhməd ibn Cü-

neydin əsir düşməsi ilə xilafət ordusu yenə də meydanı məğlub şəkildə tərk etdi. 

Xilafət ordusunun yenə də məğlub olduğunu öyrənən xəlifə Məmun, bu dəfə 

Azərbaycan və Ərməniyyəyə  İbrahim ibn Leysi vali təyin etdi. Lakin vəzifəsini 

itir

məklə barışmayan Züreyq İbrahim ibn Leysə qarşı mübarizəyə başladı. Təhlü-



kəni  aradan  qaldırmaq  istəyən  Məmun,  827-ci  ildə  (hicri  212)  məhşur  sərkərdə 

Məhəmməd ibn Hümeyd Taini (Qəhtəbə ibn Şəbib Tainin nəvəsi) böyük bir ordu 

ilə  Azərbaycan və Ərməniyyə vilayətinə  göndərdi. Azərbaycana daxil olan Mə-

həmməd əvvəlcə Züreyqi məğlub edərək onu xəlifə Məmunun hüzuruna göndərdi. 

Təxminən  iki  illik  ciddi  hazırlıqdan  sonra,  nəhayət  hicrətin  214-cü ili 

(miladi  829)  Həştadsər  dağı  ətrafında  Xürrəmilərlə  xilafət  ordusu  arasında 

həlledici bir döyüş baş verdi.  

Ərəblərin və eləcə də xəlifənin böyük ümid etdiyi bu döyüşdə əsas məqsəd 

Bəzz qalasını ələ keçirmək və bununla da Babəkin müqavimətini birdəfəlik sın-

dırmaq idi. Lakin Babəkin hərbi şücaəti və səriştəsi, eyni zamanda sərkərdəlik 

məharəti nəticəsində düşmənin nəzərdə tutduğu niyyəti baş tutmadı. 

Belə ki, ərəblərin döyüşdə iştirak edən 150 minlik ordusundan 30 min nə-

fəri döyüş meydanında məhv edildi. Eyni zamanda, baş verən bu döyüşdə ərəb 

sərkərdəsi Məhəmməd ibn Hümeyd Taidə öldürüldü. Sərkərdənin qohumların-

dan biri rəhbərliyi öhdəsinə alaraq, ordunun qalıqlarını çətinliklə döyüş meyda-

nından çıxara bildi. 

Məhəmməd  ibn  Hümeydin  xürrəmilərlə  döyüşdə  öldürüldüyünü  eşidən 

Məmun,  Misirdə  olan  Abdullah  ibn  Tahiri  Azərbaycana  göndərdi.  Lakin  bu 

ara

da Xorasan valisi qardaşı Təlhə ibn Tahirin ölümü ilə əlaqədar olaraq o, xə-



li

fə  tərəfindən  Xorasana  vali  təyin  edildi.  Bunun  ardınca  hicrətin  214-cü ili 

(mi

ladi 829) Əli ibn Hişam böyük bir ordu ilə Azərbaycana göndərildi. Eyni 



za

manda Azərbaycan, Cibal, Qum və İsfəhan bölgələrinin ixtiyarı Əli ibn Hişa-

ma verildi.  Lakin  yeni valinin insanlarla pis rəftarını öyrənən xəlifə Məmun, 

onu cəzalandırmaq üçün Üceyf ibn Ənbəsəni onun üzərinə göndərdi. Hicrətin 

217-

ci ili (miladi 832) Əli ibn Hişamı məğlub edən Üceyf ibn Ənbəsə onunla 



bir

likdə qardaşını da edam etdirdi. 

Bu müddət ərzində Babək xilafət sərkərdələri arasındakı qarışıqlıqdan isti-

fa

də edərək, üsyanın sərhədlərini daha da genişləndirdi. Hicrətin 215-ci ili (mi-



ladi 830) ərəbləri məğlub edən Xürrəmilər olduqca böyük strateji əhəmiyyətə 

ma

lik Həmədan şəhərini tutdular. Eyni ildə Babək İbrahim ibn Leysin başçılıq 



et

diyi xilafət ordusunu da məğlub etdi. 

Həmədanın Babək tərəfindən tutulması xilafətə olduqca ağır zərbə idi. O 

mənada ki, xilafətin paytaxtı olan Bağdadı, imperiyanın şərq torpaqları ilə bir-

ləşdirən yeganə yol məhz buradan, daha doğrusu, Həmədandan keçirdi. 

Məhz bu baxımdan IX əsrin 30-cu illərinin əvvəlləri, azadlıq müharibəsi-

nin ən uğurlu dövrü qəbul olunmuşdur. Babəkin rəhbərliyi altında hərəkət edən 

üs

yançılar Abbasilər xilafətini demək olar ki, əsaslı surətdə lərzəyə salmışdılar. 



  


 

296 


Ərəb tarixçisi Dinəvərinin  yazdığına  görə, bu ərəfələrdə Babəkin bu mü-

q

əddəs işi olduqca böyük vüsət aldığı üçün, ərəblər artıq ondan sözün əsl mə-



na

sında qorxmağa başlayırdılar. O mənada ki, onunla nə qədər vuruşurdularsa, 

nə  qədər  hiylələrə  əl  atırdılarsa,  lakin  ona,  Xürrəmilərə,  azadlıq  hərəkatının 

başçısı  Babək  əl-Xürrəmiyə  qalib  gələ  bilmirdilər.  Babək  xilafət  qoşunlarını 

yüş  meydanında  məğlub  edir,  qoşun  sərkərdələrini  öldürür,  sağ  qalanlarını 



isə əsir götürürdü. 

Ərəb mənbələri Xürrəmilərin xilafət qoşunları üzərindəki bu üstünlükləri-

nin  əsas  səbəblərini  üsyanın  xilafət  sarayında  mövcud  hakimiyyət  tərəfindən 

düz


gün  qiymətləndirilməməsi  ilə  izah  edirdilər.  Eyni  zamanda,  üsyançılarla 

bir


gə döyüşmək əvəzinə hakimiyyət üstündə çəkişmələrlə məşğul idilər. 

Halbuki  onlar  bütün  bu  mövcud  səbəbləri  gizlədərək,  guya  Xürrəmilərlə 

yüşlərin ərəb əsgərlərinin vərdiş etmədiyi dağlarda, keçilməz dar yollarda və 



so

yuq  hava  şəraitində  aparılmasında  görürdülər.  Baxmayaraq  ki,  bu  məlum 

məğlubiyyətlərin səbəbini bu sayaq izah etməklə, siyasətlə məşğul olan saray 

əyanları  xəlifəni  bir  növ  sakitləşdirmək  məqsədilə  edirdilər,  halbuki,  bütün 

bunların heç biri ərəb ordularının məğlubiyyəti üçün real səbəb ola bilməzdi. 

Məşhur  tarixçi  Səid  Nəfisi  öz  yazılarında  obyektiv  olaraq  Xürrəmilərin, 

başda  Babək  olmaqla  əldə  etdikləri  müvəffəqiyyətləri  Azərbaycan  xalqının 

möv


cud ərəb ordularına qarşı apardığı milli azadlıq mübarizəsi kimi qiymətlən-

di

rərək bir daha qeyd edirdi ki, Babəkin ərəb orduları üzərindəki qələbələrinin 



əsas səbəbini xalqın birliyində axtarmaq lazımdır. 

Bütün bunlara sübut olaraq 821-

ci ildə Xürrəmilər, başda Babək olmaqla 

ərəb sərkərdəsi İsa ibn Məhəmmədin ordusunu, 824-cü ildə ərəb sərkərdəsi Zü-

reyq ibn Əlinin ordusunu əsaslı surətdə məğlub edərək, eyni zamanda, sərkərdə 

Əhməd ibn Cüneydi əsir götürmüşdülər. 

Bu 

ərəfələrdə Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar, bir yandan 



da Xürrəmilərin azadlıq uğurundakı müharibəsi bir vaxtda düşdüyündən xilafə-

ti bir növ çaşdırmışdı. 

Sadəcə olaraq, ərəblər Xürrəmilərin qarşısını heç cür ala bilmirdilər. Babə-

kin başçılığı ilə yaradılmış azadlıq hərəkatı, demək olar ki, Azərbaycanı ərəb-

lərdən tam azad etmişdilərsə də, buna baxmayaraq, hələ Azərbaycan torpaqları-

nın bəzi qalalarında düşmənin hərbi dəstələri fəaliyyət göstərməkdə idi. Amma 

bu

nunla belə, üsyan davam edirdi. O cümlədən, üsyan İranın bir çox əyalətlə-



rini də bürümüşdü. 

Xəlifə Məmun üsyanın bu qədər geniş vüsət aldığı dövrdə bütün bu qeyri-

adi üsyanlara və döyüşlərdəki bir-birinin arxasınca məğlubiyyətlərə dözə bil-

məyib, 833-cü  ildə  vəfat  etdi.  Vəfat  edərkən  vəliəhdi  Mutəsimə  öz  vəsiyyə-

tində,  əsasən  Xürrəmilərə  və  onların  başında  duran  Babəkə  qarşı  olduqca 

aman


sız olmağı tələb etmişdi. Bu barədə tarixçi Təbəri yazır ki, ömrünün axır 

an

larını yaşayan xəlifə Məmun vələhdi Mutəsimdən qəti olaraq tələb edirdi ki, 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə