Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə15/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   11   12   13   14   15   16   17   18   ...   314

  

31 


da əyləşsə, orada qalacam”. Dəvə Bəni Malik ibn Nəccar əhalisinin evləri qarşı-

sında yerə əyləşdi. O ərazi iki yetim uşağa məxsus idi. Hz.Peyğəmbər (s) həmin 

ərazini Məaz ibn Ərafdan on dinara satın alıb, orada bir məscid tikdi. Hz.Pey-

ğəmbərə (s) məxsus əşyaları isə Əbu Əyyub Ənsari öz evinə apardı. Çünki onun 

evi bura çox 

yaxın  idi.  Məscidin  inşasında  Hz.Peyğəmbərin  (s)  özü  də  iştirak 

edir

di. Məscid tikiləndə ona bir eyvan da əlavə etdilər ki, evsiz-eşiksiz səhabələr 



orada ya

şasınlar. Orada yaşayan səhabələrə İslam tarixində “əshabi-suffa” (suf-

fa-

əhli) deyilir. Onlara  yazıb-oxumağı Ubadət ibn Samit öyrədirdi.  İnşası başa 



ça

tan məscidə “Məscidun-Nəbi” deyildi. 



2. 

İlk cümə namazı qılındı: Mədinəyə hicrət zamanı Ranuna adlı məntə-

qəyə çatdıqda ilk cümə namazı qılındı. 



3. 

Mühacir və ənsarlar arasında qardaşlıq əqdi imzalandı: Tarixi mən-

bələrdən  alınan  məlumatlar  onu  göstərir  ki,  Hz.Peyğəmbər  (s)  Mədinəyə  gə-

lərkən  oranın  vəziyyəti  çox  mürəkkəb  olmuşdur.  Burada  yaşayan  qəbilələr 

ar

asında olan vuruşmalar insanlararası münasibətləri korlamış, idarəçilik siste-



mi isə qəbilə üstünlüyü ilə ölçülürdü. Hz.Peyğəmbəri (s) böyük bir şəxsiyyət 

ki

mi qarşılayan mədinəlilər hakimiyyət cəhətdən ərəblərin icma başçılarından 



asılı idilər. Onların sayı da hələlik kifayət qədər deyildi. Məkkədən gələn mü-

ha

cirlər isə təxminən yüz nəfərə yaxın idi. Onlara yerli camaat sığınacaq ver-



miş və öz evlərində qonaq etmişdilər. Bu da təbii ki, çox uzun çəkə bilməzdi. 

Çox böyük təmkinlə hərəkət edən Hz.Peyğəmbər (s), mühacir və ənsarın qarşı-

lıqlı münasibətinə xüsusi diqqət yetirirdi. Çünki cüzi ehtiyatsızlıq hər iki qru-

pun  arasında  toqquşmaya  gətirib  çıxara  bilərdi.  Hz.Peyğəmbərin  (s)  səbr  və 

təmkininin nəticəsi olaraq Mədinədə mühacirlə ənsarlar arasında ilk saziş im-

za

landı. Beləliklə ərəblərə xas olan qəbilə və tayfa birliklərindən fərqli olaraq 



Hz.

Peyğəmbər (s) yaratdığı dini icmanı dini qanunlar əsasında qurdu və özü də 

bu icmanın rəhbəri oldu. 

4. 

Yəhudilərlə (Ovs və Xəzrəc yəhudiləri nəzərdə tutulur) müsəlman-

lar ara

sında  müqavilə  imzalandı:  Həmin  nizamnamədə  yəhudilərin  din  və 

mal-döv


lətlərinə  müəyyən  şərtlər  çərçivəsində  toxunulmazlıq  hüququ  verilir. 

Nizam


namənin tam mətni tarix kitablarında öz əksini tapmışdır. Lakin hər bir 

peyğəmbərin dövründə olduğu kimi Hz.Peyğəmbərin (s) dövründə də verdiyi 

sözlərə əməl etməyən yəhudilər özlərinin layiq olduğu cəzaya çatmışdılar. 

5. Hz.

Peyğəmbər (s) Əbu Bəkr ibn Quhafənin qızı Aişə ilə evləndi. 



 

Hicrətin ikinci ili baş verən hadisələr (miladi 624) 

1. 

Bəqərə” surəsinin 144-cü ayəsinin nazil olması ilə müsəlmanların qibləsi 

Məscidul-Əqsadan  Məscidul-Hərama  çevrildi.  Ayədə  deyilir: 

“(Ya  Rəsulum!) 

Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı ol-

duğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidul-Hərama tərəf çevir! 

(Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! 

  



 

32 


Kitab verilmişlər bunun onların öz Rəbbi tərəfindən bir həqiqət olduğunu 

yaxşı bilirlər, Allah onların əməllərindən qafil deyildir.” 

2. 

Bəqərə” surəsinin 183-cü ayəsi ilə Ramazan orucu müsəlmanlara vacib 

bu

yuruldu. Ayədə deyilir: 



“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki 

üm

mətlərə vacub buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (onun sa-

yəsində pis əməllərdən) çəkinəsiniz!” 

3. 

Fitrə vacib oldu. 

4. 

İlk bayram namazı qılındı. 



5.  

Bəqərə”  surəsinin  110,  “Həcc”  surəsinin  78,  “Nur”  surəsinin  56  və 

“Mu

zəmmil”  surəsinin  20-ci  ayəsi  ilə  zəkat  vacib  oldu.  Ümumiyyətlə  zəkat 



Qurani-

Kərimdə 32 yerdə namazla birlikdə zikr edilmişdir. 



6. 

Əbva qəzvəsi: 

Bu qəzvə hicrətin ikinci ili miladi tarixilə 624-cü ildə baş vermişdir. Bəni 

Həmrə  qəbiləsi  Məhəş  ibn  Amirin  başçılığı  ilə  Mədinəyə  hücum  etmək  istə-

yirdi. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) Səd ibn Ubadəni Mədinədə öz ye-

rin

də qoyub əshabın bir hissəsi ilə Bəni Həmrə qəbiləsinin üzərinə hərəkət etdi. 



Mədinə ilə Məkkə  yolunun ortasında  yerləşən  Əbva adlı məntəqəyə  çatdıqda 

Bəni Həmrənin rəisi Məhəş ibn Amir Hz.Peyğəmbərin (s) yanına gələrək sülh 

təklif etdi. Hz.Peyğəmbər bu təklifi qəbul etdiyi üçün iki tərəf arasında müha-

ribə baş vermədi. Bu qəzvə Hz.Peyğəmbərin (s) iştirak etdiyi ilk qəzvədir. Əb-

va məntəqəsi Vəddan kəndinə yaxın yerləşdiyi üçün bu qəzvəyə İslam tarixin-

də Vəddan qəzvəsidə deyilir. 



7. 

Buvav qəzvəsi: 

B

uvav qəzvəsidə hicrətin ikinci ili miladi tarixilə 624-cü ildə baş vermişdir. 



Bu  qəzvə  Hz.Peyğəmbərin  (s)  iştirak  etdiyi  ikinci  qəzvədir.  Müşrik  karvanını 

qarşılamaq  üçün  Hz.Peyğəmbər  (s) Səd  ibn  Osman  ibn  Məzunu  Mədinədə  öz 

yerinə qoyub əshabdan 200 nəfərlə hərəkət etdi. Lakin Hz.Peyğəmbər (s) Rudəvi 

məhəlləsinə qədər gəlsə də heç bir karvanla rastlaşmayıb Mədinəyə qayıtdı. 



8. Zil-

əşirə qəzvəsi: 

Uşeyrə qəzvəsidə deyilən bu qəzvə hicrətin ikinci ili miladi tarixilə 624-cü 

ildə baş vermişdir. Müşriklərin Əbu Süfyanın başçılığı altında Şama böyük bir 

kar


van yola saldıqlarını öyrənən Hz.Peyğəmbər (s) Əbu Sələməni Mədinədə öz 

ye

rində qoyub 150-200 nəfərlik dəstə ilə yola çıxdı. Bu qəzvədə islam bayra-



ğını Hz.Həmzə tutmuşdu. Lakin Əşirə adlı məntəqəyə çatdıqda məlum oldu ki, 

Əbu Süfyanın başçılığı altında olan müşrik karvanı qabaqcadan buradan keçib 

get

mişdir.  Hz.Peyğəmbər  (s) Əşirə  ətrafında  yerləşən  Bəni  Mədləc  qəbiləsilə 



sülh bağlayaraq Mədinəyə qayıtdı. 

9. 

Birinci Bədr qəzvəsi: 

Quruz ibn 

Cabir  müşrikləri  ətrafına  toplayaraq  Mədinə  yaxınlığına  qədər 

gəlib kəndlərdən birinə hücum edərək mal-qaranı yığıb apardı. Bundan xəbər 

tutan Hz.

Peyğəmbər (s) Zeyd ibn Harisi Mədinədə qoyub mühacirlərin bir his-

səsilə yola çıxdı. Bu qəzvədə islam bayrağını Hz.Əli (ə) tutmuşdu. Müsəlman-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə