Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə150/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   146   147   148   149   150   151   152   153   ...   314

  

303 


məhşur əhli-sünnə alimi Əhməd ibn Hənbəl olmuşdur. O da Quranın hadis yox

əzəli olduğu əqidəsində idi. 

Hicrətin  218-ci ili (miladi 833-cü  il)  xəlifə  Məmunun  vəfatından  sonra, 

onun vəsiyyətinə əsasən qardaşı Mutəsim xəlifə təyin edildi. Lakin onun xəlifə-

li

yi  ilə  razılaşmayan  əyanların  və  ordu  başçılarının  bir  qismi  Məmunun oğlu 



Ab

bası xəlifə kimi görmək istədilər. Bundan xəbər tutan Mutəsim dərhal Ab-

bas ibn Məmunu yanına çağırıb ondan beyət aldı. Abbas ibn Məmunun beyə-

tin


dən sonra müxalif dəstə də Mutəsimə beyət etdi. 

Qardaşı Məmunun vəsiyyətinə əməl edən Mutəsim, Xorasan valisi Abdul-

lah ibn Tahirə, Bağdad valisi İshaq ibn İbrahim ibn Musəbə və qazi İbn Əbu 

Dua


da böyük ehtiram göstərərək, keçmiş qazi Yəhya ibn Əksəmi vəzifədən kə-

na

rlaşdırdı. 



Xilafəti əldə edən Mutəsim, dərhal ölkə daxilində gedən üsyanları yatırma-

ğa başladı. O, yaxşı başa düşürdü ki, bu üsyanları yatırmayınca xariclə müha-

ribə aparmağın faydası yoxdur. Buna görə də Mutəsim, Məmun tərəfindən baş-

lan


mış Tuvana şəhərində qurulan istehkamların tikintisini dayandırdı. Bizansla 

sərhəd məntəqələrə köçürülən əhali yenidən öz yaşayış yerlərinə qaytarıldı. 

Bütün lazımi göstərişləri yerinə yetirən Mutəsim xilafətin paytaxtı Bağda-

da qayıtdı. Onunla birlikdə son Bizans yürüşündə Məmunu müşayiət edən bü-

tün əyanlar, o cümlədən, Abbas ibn Məmun da Bağdada qayıtdı. Hicrətin 218-

ci ili (miladi 833) Bağdada daxil olan Mutəsimə paytaxt əhalisi yekdilliklə be-

yət etdi.

467


 

Xəlifə Mutəsimin xilafəti dövründə Mavəraunnəhr, Misir və digər bölgə-

lərdən  gələn  əsgərlərdən  əməkhaqqı  müqabilində  muzdlu  ordu  yaradılmışdır. 

Ma

vəraunnəhrdən gələnlərə Fəraqinə, Afrika və Yəməndən gələnlərə isə Mə-



ğaribə deyilirdi.

468


 

 

Həmədanın xürrəmilərdən geri alınması 

Mutəsimin hakimiyyətə gəldiyi il Cibal, Həmədan və İsfəhan bölgələrində 

yenidən baş qaldıran xürrəmilər karvanları qarət etməyə başladılar. Xorasanla 

paytaxt  arasındakı  rabitənin  kəsilmə  təhlükəsi  yarandı.  Bundan  narahat  olan 

xəlifə Mutəsim, üsyançıların üzərinə Haşim ibn Baticuru göndərsə də, xilafət 

ordusu  üsyançılar  tərəfindən  məğlub  edildi.  Haşim  ibn  Baticurun  məğlubiy-

yətindən sonra  Bağdad  valisi  İshaq ibn  İbrahim böyük bir ordu ilə Həmədan 

xür


rəmilərinin  üzərinə  göndərildi.  Hicrətin  219-cu  ili  (miladi  834)  baş  verən 

yüşdə xilafət ordusu qalib gəldi və Həmədan xürrəmilərindən altmış min nə-



fər öldürüldü. Sağ qalanlar isə Azərbaycan ərazisindən keçib, Bizansa qaçdılar. 

Bu bölgədə sakitliyi bərpa edən İshaq ibn İbrahim yenidən Bağdada qayıtdı. 



 

467


Tarixi-

Təbəri, V cild, səh-205-206; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-280-281. 

468

 Tarixi-Məsudi, IV cild, səh-53, Misir, 1965. 



  

                                                           




 

304 


Samirə şəhərinin inşası və paytaxt elan olunması 

İslam mədəniyyətinin inkişafı istiqamətində xəlifə Mutəsimin göstərdiyi ən 

yük  xidmət  məhşur  Samarra  (Samirə)  şəhərinin  salınmasıdır.  Xəlifə  Mutə-



sim tərəfindən paytaxt Bağdadda təşkil olunan türk əsgərlərinin özbaşınalıqları 

gün


dən-günə artır və bu da əhalinin narazılığına səbəb olurdu. Bütün bu narazı-

lıqlara son qoymaq istəyən xəlifə Mutəsim, türk əsgərlərinin təhlükəsini pay-

taxt

dan  uzaqlaşdırmaq  üçün  yeni  paytaxt  şəhəri  saldırmaq  fikrinə  düşdü.  Bu 



məqsədlə Dəclə çayının şərq sahilində yeni şəhərin salınmasına göstəriş verdi. 

Samarra  ərazisi  lap  qədimlərdən  yaşayış  məskəni  olmuşdu.  Rəvayətlərə 

rə, bu yerdə vaxtilə Hz.Nuhun (ə) oğlu Sam böyük bir şəhər salmışdı. Farslar 



Sa

mın adı ilə bu yerləri “Samrah” (Samın torpağı) adlandırırdılar.

469

 

Xəlifə Mutəsimin göstərişinə əsasən vəzir Əhməd ibn Xalid hicrətin 219-



cu ili (miladi 834) şəhərin tikintisi ilə əlaqədar olaraq hazırlıq işləri görməyə 

başladı. İki illik hazırlıqdan sonra hicrətin 221-ci ili (miladi 836) Samirə şəhə-

rinin tiki

ntisinə başlandı. 

Bağdad şəhərini tərk etmək istəməyən türk əsilli ordular, Samirə şəhərinin 

ti

kintisini razılıqla qarşılamadılar. Lakin Samirə şəhərinə yerləşdikdə, şəhər on-



la

rın elə xoşuna gəldi ki, Samirəyə “Surra mən raa” (onu görən sevindi) adını 

ver

dilər. Şəhər abadlığını itirdikdə, ona “Saə mən raa” (onu görən kədərləndi) 



de

məyə başladılar. Sonralar bu ad daha da qısalaraq, “Samarra” və “Samirə” 

şəklinə düşdü. 

Samirə şəhəri təqribən altmış il (836-cı ildən 890-cı ilə qədər) Abbasilərin 

payt

axtı oldu. Abbasi xəlifəsi Mötəmidin (870-892) xilafətinin sonlarında pay-



taxt yenidən Bağdada qaytarılmışdır. Həmçinin altmış illik bu dövr tarix elmin-

də  “Samirə  dövrü”  adlanır.  Paytaxtın  Bağdaddan  Samirəyə  köçürülməsi  türk 

təsirinin  başlanması,  Samirədən  Bağdada  qaytarılması  isə  türk  təsirinin  sona 

çat


masını göstərir.

470


 

 

Məhəmməd ibn Qasimin qiyamı 

Hicrətin 219-cu ili (miladi 834) Hz.Hüseynin (ə) nəslindən olan Əbu Cəfər 

Məhəmməd ibn Qasim ibn Əli ibn Ömər ibn İmam Səccad (ə) Əhli-beytin haq-

qını Abbasilərdən geri almaq şüarı altında, Xorasanın Taliqan bölgəsində xila-

fətə qarşı qiyam qaldırdı. Tezliklə Mərv, Sərəxs və Nəsa camaatıda onun ətrafı-

na toplandı. 

Bundan xəbər tutan xəlifə Mutəsim, Xorasan valisi Abdullah ibn Tahiri bö-

yük bir ordu il

ə Məhəmməd ibn Qasimin üzərinə göndərdi. Baş verən döyüşdə 

məğlub olan Məhəmməd, Nəsa şəhərinə qaçsa da ələ keçirilərək, Nişapura Ab-

dul

lah ibn Tahirin hüzuruna aparıldı. Abdullah ibn Tahir tərəfindən üç ay Nişa-



pur

da saxlanılan Məhəmməd sonda Bağdada xəlifə Mutəsimin hüzuruna gön-

469

Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-167. 



470

Tarixi-


Məsudi, V cild, səh-54-55. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə