Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə152/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   148   149   150   151   152   153   154   155   ...   314

  

307 


İshaq ibn İbrahim Həmədan xürrəmilərinin üzərinə göndərildi. Hicrətin 218-ci 

ili  (miladi  833)  Həmədan  yaxınlığında  baş  verən  döyüşdə  qalib  gələn  xilafət 

or

dusu Həmədanı ələ keçirməklə yanaşı altmış min xürrəmini qılıncdan keçir-



di. Bu döyüşdə xürrəmilər ilk dəfə olaraq məğlub oldular. 

Bu uğursuz döyüşdən sonra Xürrəmilərin bir çoxu ərəblər üzərində qələbə-

nin mümkün olmadığını anlayıb Bizansa gedərək orada xristianlığı qəbul etdilər. 

Həmədan  döyüşündəki  qələbədən  sonra  xəlifənin  əmri  ilə  Əbu  Səid  Mə-

həmməd  ibn  Yusif  adlı  sərkərdə  xürrəmilərə  tabe  olan  əraziyə  göndərildi  ki, 

Zəncanla  Ərdəbil  arasında  yerləşən  və  Babək  tərəfindən  dağıdılmış  qalaları 

bərpa etsin. Eyni zamanda yollara nəzarəti ələ keçirməkdə Əbu Səidə tapşırıl-

mışdı. Müaviyənin başçılığı altında olan Xürrəmilər Əbu Səidin əlində olan qa-

la

ya hücum edərək xeyli əsir ələ keçirdi. Üsyançıları təqib edən Əbu Səid on-



ları  məğlub  edərək  xeyli  əsir  ələ  keçirdi.  Əbu  Səid  həlak  olanların  kəsik 

başlarını və əsirləri xəlifə Mutəsimin hüzuruna göndərdi. 

Hicrətin 220-ci ili (miladi 835) xəlifə Mutəsim tərəfindən sərkərdə Afşin 

Ci

bal əyalətinin valisi təyin edilməklə bərabər Babəkə qarşı vuruşan qüvvələrin 



baş komandanı da təyin edildi. Dərhal hərəkətə keçən Afşin öz ordusunu Bəzz 

qa

lasna yaxın olan Bərzənddə yerləşdirdi. Afşinin başçılığı altında olan ordu-



nun mərkəz tərəfindən daimi və vaxtlı-vaxtında hərtərəfli təminatını təmin et-

mək  məqsədilə  xilafətin  mərkəzindən,  xüsusilə,  Ərdəbildən  Bərzəndə  qədər 

olan bərbad yollar yenidən nizamlanaraq hərbi məntəqələr və eləcə də, bərpa 

olun


muş yollar hərbi məqsəd üçün möhkəmləndirildi. 

Olduqca güclü hərbi təcrübəyə malik olan Afşinin ən mühüm tədbirlərin-

dən biri də Xürrəmilərə qarşı əks-kəşfiyyatı gücləndirib cəsusluq məlumatları 

topla


maq və eyni zamanda, üsyançılar arasında təfriqə salmaq, daha doğrusu, 

onla


rın ən yaxşı sərkərdələrini aradan götürmək idi. 

Onu da qeyd etmək lazımdır ki, Xürrəmilər bütün bunları görərək öz növ-

bələrində fəaliyyətsiz deyildilər. Bu yerlərə və yollara çox yaxşı bələd olan üs-

yan


çılar tez-tez düşmənə qarşı hücuma keçir, onlara mərkəzdən göndərilən ər-

zağı, hərbi sursatları və döyüşçülər üçün göndərilən pul kisələrini ələ keçirirdi-

lər. Bəzən də imkan düşdükcə bir-bir, iki-iki kəşfiyyatda olan ərəb əsgərlərini 

ələ keçirib öldürürdülər. 

Hətta lazım gəldikdə düşmən haqqında lazımi məlumat toplamaq məqsə-

dilə əsir düşmüş kəşfiyyatçıların özlərindən istifadə edərək düşmənə mümkün 

qədər ağır zərbələr endirirdilər. 

Lakin bütün bu səylərə baxmayaraq, üsyançıların sıraları seyrəlməkdə idi. 

Be

lə ki, arabir, çox da ciddi olmayan döyüşlər uzandıqca ərəblərə müntəzəm 



ola

raq  mərkəzdən  göndərilən  yardımın  hesabına  onların  üsyançılar  üzərində 

qələbələri,  daha  doğrusu,  hərtərəfli  üstünlükləri  tez-tez  hiss  olunan  dərəcədə 

şahidə  olunurdu.  Xəlifə  Mutəsimin  bu  dəfə  Xürrəmilərə,  xüsusilə  Babəkə 



q

arşı  Afşinin  əliylə  yaratdığı  bu  ciddi  və  olduqca  təhlükəli  hərbi  yürüşünün 

gün

bəgün üsyançılar üzərindəki üstünlüyünü görən yerli feodallar, o cümlədən, 



  


 

308 


Ba

bəkin sabiq tərəfdarları və müttəfiqləri olan Səhl ibn Sumbat, İbn Bəis, Əbu 

Mu

sa və onlarca başqaları tədricən üsyançılardan uzaqlaşaraq, bununla da Ba-



bəkə birbaşa açıqdan-açığa xəyanət etmiş oldular. 

Babək və onun başçılıq etdiyi Xürrəmilər ərəblərə qarşı axırıncı və həlledi-

ci döyüşlərdə Məhəmməd ibn Bəisin göstərdiyi maddi və hərbi yardımdan baş-

qa, demək olar ki, arxadan heç bir kömək almadılar. O da ki, imkanı daxilində 

Xür

rəmilərə ərzaqla, pulla, silahla köməklik göstərməklə bərabər, eyni zaman-



da, döyüş zamanı olduqca strateji əhəmiyyətə malik Təbriz və Şahi qalalarını 

da onların ixtiyarına vermişdi. Əslində isə Xürrəmilərə İbn Bəis tərəfindən gös-

tərilən bu məlum köməklər heç də təsadüfi deyildi. 

Ərəblərlə Xürrəmilər arasında gedən bu qanlı və həlledici döyüşdə olduqca 

hərbi  əhəmiyyətə  malik  olan  Bəzz  qalasının  müdafiəçilərinə  Babəkin  etibarlı 

və cəsur sərkərdəsi Adin başçılıq edirdi. Bütün günü aramsız davam edən bu 

aram

sız döyüşdə düşmən əsgərlərin dəfələrlə az olmasına baxmayaraq, Xürrə-



mi

lər misilsiz rəşadət göstərirdilər. Onların qeyri-adi mətanəti və igidliyi ərəb-

ləri heyrətə gətirirdi.  

Onu da qeyd etmək lazımdır ki, Bəzz qalası döyüşü orta əsr müharibələri 

ta

rixində ən çox insan qırğınına səbəb olan döyüşlər sırasına daxil olmuşdur.  



Hicrətin  221-ci  ili  (miladi  836)  xürrəmilərlə  xilafətin  məhşur  sərkərdəsi 

Bu

ğa əl-Kəbirin rəhbərlik etdiyi ordu arasında döyüş baş verdi. Türk əsilli Bu-



ğa əl-Kəbir paytaxt Samirədən göndərilən ərzaq və pul karvanın başında Bər-

zəndə gəlmişdi. Sərkərdə Afşinin göstərişinə əsasən o, başçılıq etdiyi ordu ilə 

Həştadsər məntəqəsində düşərgə saldı. Təyin olunmuş gün bir tərəfdən Afşin, 

di

gər  tərəfdən  Buğa  əl-Kəbir  hücum  edərək,  xürrəmilərin  mərkəzi  olan  Bəzz 



qa

lasını almalı idilər. 

Afşindən xəbərsiz hərəkət edən Buğa əl-Kəbir irəliləyərək, Həştadsər dağı-

nın başında qərargah qurdu. Eyni zamanda Afşin də xürrəmilərin bir dəstəsini 

da

ğıdıb Həştadsərə yaxınlaşdı. Lakin qışın sərt keçməsindən istifadə edən Ba-



bək, Afşinin düşərgəsinə hücum edərək xeyli  ərəb əsgərini qılıncdan keçirdi. 

Qəfil hücum qarşısında aciz qalan Afşin geri çəkilməyə məcbur oldu. Afşinin 

g

eri çəkildiyini öyrənən  Buğa  əl-Kəbir tələsik  geri dönmək əmrini verdi. Bir 



ne

çə hissəyə parçalanmış qoşun dərələrin birində xürrəmilərlə qarşılaşdı. Mila-

di tarixilə 836-cı ildə baş verən II Həştadsər döyüşündə qalib gələn Xürrəmilər 

xeyl


i  miqdarda  xilafət  əsgərini  qılıncdan  keçirdilər.  Bu  döyüşdə  Afşinin  qar-

daşı Fəzl ibn Kavus da yaralandı. Buğa əl-Kəbir ordunun qalıqlarını çətinliklə 

toplayıb, müharibə meydanından çıxara bildi. 

Növbəti ilin əvvəllərində Afşinin qoşunu ilə xürrəmilər arasında daha bir 

yüş baş verdi. Xürrəmilərə məhşur sərkərdə Adin başçılıq edirdi. Bu döyüş-



də məğlub olan Adin xeyli itki ilə geri dönməyə məcbur oldu. 

Həmin  il  (837)  xəlifə  Mutəsim  döyüş  bölgəsinə  “Xəyyat”  (dərzi)  ləqəbli 

Cəfər ibn Dinarın başçılığı ilə yeni hərbi qüvvələr göndərdi. Bunun ardınca isə 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə