Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə153/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   149   150   151   152   153   154   155   156   ...   314

  

309 


xəlifə Mutəsim saray aşpazı əslən Türk olan İytaxı da otuz milyon dirhəm pulla 

Af

şinin yanına göndərdi. İytax pulları təhvil verib geri dönsə də, Cəfər Xəyyat 



Af

şinin xidmətində qaldı. 

Xilafətin paytaxtı Samirədən köməkçi qüvvələrin gəlməsindən xəbər tutan 

Ba

bək, diqqəti özündən yayındırmaq məqsədilə Bizansı xilafət üzərinə hücuma 



təhrik etmək istədi. Bizansla Abbasilər arasında müharibənin başlanması Babə-

kə sərf edirdi. Çünki bu zaman xilafət ordusunun bir hissəsi Bizansla mühari-

bəyə göndəriləcək və bu da xürrəmilərin xeyrinə olacaqdı. Bu məqsədlə Babək, 

Bi

zans imperatoru Feofilə belə bir məktub yazdı: “Gör xəlifənin vəziyyəti nə 



yer

dədir ki, dərzisi ilə aşpazını da mənimlə müharibəyə göndərib. Artıq onun 

ya

nında heç kim qalmayıb və xilafətin sərhədləri bomboşdur.” 



Bundan istifadə edən Bizans imperatoru Feofil hicrətin 222-ci ili (miladi 837) 

böyük bir ordu ilə xilafət torpaqlarına hücum edərək bir neçə şəhəri talan etdi.

476

 

Lakin bütün bu 



baş verənlərə əhəmiyyət verməyən otuz minlik xilafət or-

dusu, hicrətin 222-ci ili (miladi 837) Afşinin və Buğa əl-Kəbirin başçılığı ilə 

cuma keçərək Bəzz qalasına daxil oldular. Bir neçə saat davam edən küçə 



yüşlərində minlərlə xürrəmi həlak oldu. Bu qarışıqlıqdan istifadə edən Ba-

bək, ən yaxın ailə üzvləri ilə birlikdə Bəzzdən çıxıb, ətraf məntəqələrdə giz-

ləndi.


477

 

Bir  müddət  gizlənən  Babək  qardaşı  Abdullahla  birlikdə  köhnə  müttəfiqi 



olan erməni əsilli Səhl ibn Sumbatın yanına gəlir. Səhlin dəvətini qəbul edən 

Ba

bək belə qərara gəlir ki, düşmənləri şübhələndirməmək üçün özü bu ilin qış 



möv

sümünü Səhlin yanında keçirsin, qardaşı Abdullah isə keçmiş müttəfiqləri 

olan, Beyləqan hakimi Yəsai Əbu Musanın mülkündə qonaq olsun. Bu  məq-

sədlə Abdullah Beyləqan hakiminin yanına getdi. 

Afşinin Babək üçün təyin etdiyi məbləği əldə etmək istəyən Səhl ibn Sum-

bat, gizlicə qasid göndərək, Babəkin onun yanında olduğunu Afşinə xəbər ver-

di. Qısa müddət sonra Afşinin göndərdiyi adamlar Babəki ələ keçirərək onun 

şərgəsinə, Bərzəndə gətirdilər. Bundan xəbər tutan Beyləqan hakimi də eyni 



yolla Babəkin qardaşı Abdullahı Afşinə təhvil verdi. Miladi tarixilə 837-ci ilin 

sent


yabrında Afşin iki qiymətli əsirlə birlikdə xilafətin paytaxtı Samirəyə yola 

düşdü. 


Dörd ay son

ra hicrətin 223-cü ili (miladi 838) Afşin iki qiymətli əsirlə bir-

lik

də Samirəyə xəlifə Mutəsimin hüzuruna gəldi. Həmin ilin mart ayında xəli-



fənin əmri ilə Babəki saray meydanında edam edərək, başını Xorasana göndər-

di

lər. Başsız bədəni isə Samirədə çarmığa çəkdilər.



478

 

476



Tarixi-

Təbəri, V cild, səh-210-212, 216-219; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-173-

174.

 

477



Tarixi-

Təbəri, V cild, səh-220-230. 

478

Tarixi-


Təbəri,  V  cild,  səh-230-234; Tarixi-Məsudi,  IV  cild,  səh-55-59; Tarixi-Yəqubi,  II 

cild,  səh-473-475;  Tarixi  ibn  Əsir,  VI  cild,  səh-328, 447-450;  İbn  Kəsir,  əl-Bidayətu  vən-

Nihayə, X cild, səh-283-285. 

  

                                                           




 

310 


Babəkin ardınca qardaşı Abdullahı da xəlifənin əmri ilə edam üçün Bağda-

da  göndərdilər.  Bağdad  valisi  İshaq  ibn  İbrahim  Abdullahı  eyni  üsulla  edam 

edib, cəsədini şəhər körpüsündən asdırdı. 

Məhz cəmiyyətin bugünki tələbi, hüquqi və mənəvi ehtiyacı da buna oxşar-

dır. Bu mənada ki, qoy insanlar azad yaşasınlar. Axı, nədən ötrü bu zavallı in-

san


lar kiminsə əmri, təzyiqi ilə oturub durmalıdırlar? Nədən ötrü kimdənsə ya-

şamaq naminə minnətlə bir parça çörək pulu qazanmalıdırlar? Axı, insanlar da 

bu dünyada başqa canlı aləm kimi müstəqil ömür sürməyə qadirdirlər. 

İnsan  kimliyindən  asılı  olmayaraq,  azad  doğulub,  azad  yaşamalıdır.  Bax, 

bu

dur insan varlığının əsas mahiyyəti! 



 

Xəlifə Mutəsim və Bizansla müharibələr 

Müsəlmanlarla Bizans arasında son döyüş hicrətin 218-ci ili (miladi 833) 

xəlifə Məmunun dövründə baş vermiş və xəlifənin ölümü ilə əlaqədar olaraq 

bu yürüş yarımçıq qalmışdır. Həmin ildən hicri 222-ci ilə (miladi 837) qədər bu 

iki dövlət arasında heç bir döyüş baş verməmişdir. Yalnız həmin ildə Babəkin 

yazdığı məktubdan sonra, Bizans imperatoru Feofil böyük bir ordu ilə Abbasi 

torpaqlarına hücum etdi. Fərat bölgəsindəki məntəqələri, Şimali Suriya və əl-

Cəzirəni talan edən Bizans ordusu xeyli əsir ələ keçirdi.

479

 

Bundan xəbər tutan xəlifə Mutəsim hicrətin 223-cü ili (miladi 838) böyük bir 



ordu ilə Bizansa doğru hərəkət etdi. Abbasi ordusunda Əşnas, İytax, Cəfər ibn Di-

nar Xəyyat, Uceyf ibn Ənbəsə və Afşin kimi sərkərdələr də iştirak edirdi. Bizans 

sərhəddini  keçən  xilafət  ordusu,  Tarsus  yaxınlığında olan Selevkiyada düşərgə 

saldı. Xəlifənin göstərişinə əsasən Afşin Malatya yolundan şimala doğru hərəkət 

etməli  və  təyin  olunmuş vaxtda  Ankaraya  çatmalı  idi.  Xəlifənin başçılıq  etdiyi 

əsas qüvvələr isə Tarsusdan keçib, birbaşa Ankaraya doğru hərəkət edəcəkdi. Bu 

yolla Mutəsim əvvəlcə Ankaranı, sonra isə Amuriyyəni tutmaq istəyirdi. 

Müsəlmanların iki istiqamətdə hərəkət etdiyini öyrənən Bizans imperatoru 

Feo

fil də ordunun bir hissəsini Amuriyyədə qoyub, özü isə Afşinlə döyüşmək 



üçün 

yola çıxır. Lakin 838-ci ildə baş verən döyüşdə Afşin tərəfindən məğlub 

edi

lən imperator Feofil Konstantinopola qayıdır. Amuriyyədə olan Bizans or-



du

su da daxili ixtilaflar nəticəsində döyüşmədən geri qayıtdı. Bu arada Afşinin 

başçılığı altında olan xilafət ordusu heç bir müqavimətə rast gəlmədən Ankara-

ya daxil oldular. Xəlifə Mutəsimin də Ankaraya gəlişi ilə bütün xilafət ordusu 

bir araya gəldi. 

Qısa  hazırlıqdan  sonra  xilafət  ordusu  Bizansın  əsas  şəhərlərindən  olan 

Amu

riyyəni mühasirəyə aldı. On iki günlük mühasirədən sonra Amuriyyə mü-



səlmanlar tərəfindən fəth edildi.

480


 

479


Tarixi-

Məsudi, IV cild, səh-59-60; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-285-290. 

480

Tarixi-


Təbəri, V cild, səh-235-243; Tarixi ibn Əsir, VI cild, səh-479-488. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə