Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə156/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   152   153   154   155   156   157   158   159   ...   314

  

315 


Tarixi mənbələrə əsasən Əbu Cəfər Vasiqin xilafəti dövründə Abbasi tor-

paq


larında bir dilənçi belə yox idi.

487


 

 

Üsyanların yatırılması 

Vasiqin  xilafəti  dövründə  məmləkətin  müxtəlif  bölgələrində  bir  neçə  qi-

yam baş verdi. Üsyanların əksəriyyəti Ərəbistan yarımadasında baş verirdi. İlk 

ön

cə  Mədinənin  ətrafında  yerləşən  Bəni-Süleym  qəbiləsi  qarətçiliyə  başladı. 



Üs

yançılara Uzeyzə ibn Qəttab Sələmi başçılıq edirdi. Qarətçilər Hicaz bazar-

la

rına  basqın  edib,  malları  istədikləri  qiymətə  zorla  alırdılar.  Hicrətin  230-cu 



ilin

də (miladi 845) üsyançılar Bəni-Kənanə və Bəni-Bahilə qəbilələrinə hücum 

edərək, xeyli insanı qılıncdan keçirib torpaqlarını ələ keçirdilər. 

Mədinə valisinin zəifliyini görən xəlifə Vasiq, oraya türk əsilli sərkərdə Bu-

ğa  əl-Kəbiri  göndərdi.  Hicrətin  230-cu  ilində  (miladi  845)  Mədinə  kənarında, 

Bəni-Süleym qərargahı yaxınlığında baş verən döyüşdə Buğa əl-Kəbir üsyançı-

ları məğlub etdi. Bəni-Süleym qəbiləsinin məğlubiyyətindən sonra Buğa əl-Kə-

bir, üsyançıların müttəfiqi olan Bəni-Hilal və Bəni-Mürrə qəbilələrini də məğlub 

edərək, hicrətin 231-ci ilində (miladi 845-846) Mədinədə asayişi bərpa etdi.

488


 

Bir ildən sonra Ərəbistanın cənubunda, Yəmamə bölgəsində xilafətin əley-

hi

nə üsyan qalxdı. Bu dəfə Bəni-Numeyr qəbiləsi qarətçiliyə başladı. Bundan 



xəbər  tutan  xəlifə  Vasiq  hicrətin  232-ci  ilində  (miladi  846)  Buğa  əl-Kəbiri 

Mədinədən Yəmaməyə  göndərdi. Baş verən döyüşdə qarətçiləri məğlub  edən 

Buğa əl-Kəbir ələ keçirdiyi əsirləri də özü ilə götürərək, hicrətin 233-cü ilində 

(miladi 847) Samirəyə daxil oldu.

489

 

 



Əhməd ibn Nəsr Xuzainin üsyanı hicri 231 (miladi 846) 

Məmun və Mutəsimin dövründə olduğu kimi, xəlifə Vasiq də Quranın ha-

dis (yaranma) olduğuna inanır və bu əqidəyə qarşı çıxanları təqib edirdi. Quran 

ba

rəsində qalmaqaldan və xəlifənin təzyiqindən cana doymuş insanlar Əhməd 



ibn Nəsr Xuzainin ətrafında toplanaraq onu xilafətə qarşı üsyana təhrik etdilər. 

Əhməd ibn Nəsrin göstərişinə əsasən qiyam hicrətin 231-ci ili şəban ayının 3-

də (miladi 846) baş verməli idi. Qiyamın başladığını bildirmək üçün təbil çalın-

malı idi. 

Lakin qiyamçılardan biri içkili olduğu üçün təbili bir gün qabaq çaldı və 

nəticədə şəhər böyükləri şübhəyə düşüb araşdırma aparmağa başladılar. Araş-

dırma nəticəsində əvvəlcə Əhməd ibn Nəsr Xuzainin yaxınları, sonra isə özü 

tutuldu. 

Sam

irəyə gətirilən Əhməd ibn Nəsr Xuzai və tərəfdarları xəlifə Vasiqin hü-



zu

runda edam edildilər. Xəlifə Quran barədə mübahisələrə elə aludə olmuşdu 

487

Tarixi-


Təbəri, V cild, səh-291-292; Tarixi-Məsudi, IV cild, səh-66-67, 77-81. 

488


 Tarixi-Təbəri, V cild, səh-278-279. 

489


 Tarixi-

Təbəri, V cild, səh-280-281, 288-290; Tarixi ibn Əsir, VII cild, səh-19-20, 27-29. 

  

                                                           




 

316 


ki, bu yolda ən qəddar addımlardan da çəkinmirdi. Hicrətin 231-cu ilində (mi-

ladi 845) Bizansla müsəlmanlar arasında Tarsus şəhəri yaxınlığında əsir müba-

diləsi baş tutdu. Tarixi mənbələrə əsasən, o zaman Bizansda 4400 nəfər müsəl-

man əsir var idi. Mübadilə nəticəsində yüzlərlə əsir azad edilərək öz ev-eşiyinə 

qa

yıtdı. Mübadilə zamanı da əsirlərdən Quranın hadis olmasına inananlar azad 



edilir, bu fikri qəbul etməyənlər isə yenidən Bizansa geri qaytarılırdı. 

Əsirlərin mübadiləsindən qısa müddət sonra Əhməd ibn Səid ibn Səlm ibn 

Quteybə Anadoluya səfər etsə də xeyli itki verərək geri qayıtdı.

490


 

 

Romaya hücum hicrətin 231-ci ili (miladi 846) 

Vasiqin  xilafəti  dövründə  müsəlmanların  cənubi  İtaliya  adalarına  hü-

cumları daha da şiddətləndi. Bu hücumlar barədə müsəlman mənbələrində heç 

bir məlumat verilməsə də, qərb mənbələrində bu döyüşlər ətraflı təsvir olunub. 

İtaliya torpaqlarına hücumlar Əğləbi hakimləri və Əndəlus əmirlərinin dəstəyi 

ilə həyata keçirilirdi. Əğləbilər tərəfindən təşkil edilən donanma Aralıq dəni-

zinin demək olar ki, yeganə sahibi idi. 

Hicrətin 228-ci ilində (miladi 842-843) Siciliyadakı müsəlman donanması-

nın başçısı Fəzl ibn Cəfər Həmdani adanın şimalında, Apennin yarımadasında 

yer


ləşən Messina şəhərinə hücum etdi. Həm su yolu ilə, həm də quru yolu ilə 

cum edən müsəlmanlar şəhəri tez bir zamanda ələ keçirdilər. Sonrakı illər ər-



zin

də müsəlmanlar Siciliyanın sahilində  yerləşən digər şəhərləri də ələ keçir-

dilər. 

Miladi IX əsrin ortalarında Apennin yarımadası üç hissədən ibarət idi. VI 



əsrdə  yarımadanın şimalını işğal edən  german mənşəli lanqobard tayfası, bu-

rada Lanqobard krallığının əsasını qoymuşdur. İki əsrdən sonra frank kralı Bö-

yük  Karl  bu  yerləri  tutub,  Şimalı  İtaliyanı  öz  dövlətinə  qatdı.  Miladi  tarixilə 

843-


cü ildə Böyük Karlın qurduğu dövlət üç hissəyə (Fransa, Almaniya və İta-

liya)  parçalandıqdan  sonra,  Şimali  İtaliya  torpaqları  yenidən  lanqobard  kral-

larının ixtiyarına keçdi. 

Yarımadanın cənub hissəsi Apuliya, Neapol, Kalabriya və Siciliya əyalət-

lərindən ibarət idi. Bu torpaqlar Bizansa tabe olsa da ayrı-ayrı feodallar tərəfin-

dən idarə olunurdu. Feodallar daimi çəkişmə və mübarizə vəziyyətində yaşayır-

dılar. Belə bir vaxtda cənubi İtaliya feodallarından biri öz rəqibinə qalib gəl-

mək  üçün  Siciliyadakı  müsəlmanlardan  kömək  istədi.  Bundan  istifadə  edən 

səlmanlar İtaliyaya daxil olub, Apuliyanın mərkəzi olan Bari şəhərini müqa-



vim

ətsiz  ələ  keçirdilər.  Bir  müddət  sonra  Neapol  konsulu  tərəfindən  məğlub 

edi

lən müsəlmanlar Siciliyaya qayıtdılar. 



Miladi  tarixilə  844-cü  ildə  (hicri  229)  Fəzl  ibn  Cəfər  Həmdaninin 

başçılığı ilə yenidən hücum edən müsəlmanlar Neapol və onun ətrafındakı bir 

neçə şəhəri ələ keçirdilər. Sonra Qaeta limanını mühasirəyə alan müsəlmanlar 

490


Tarixi-

Təbəri, V cild, səh-286-287. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə