Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə157/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   153   154   155   156   157   158   159   160   ...   314

  

317 


Fonda şəhərini ələ keçirib, Romanın yaxınlığında yerləşən Ostiya limanından 

Tibr ça


yı vasitəsilə şəhərə hücum etməyə hazırlaşdılar. Müsəlmanların hücu-

munun qar

şısını  almaq  istəyən  Papa  II  Sergiy  (844-847)  Lanqobard  kralı  II 

Le

və müraciət etdi. Papanın istəyinə müsbət cavab verən II Levin göndərdiyi 



hərbi gəmilər Romanın yaxınlığında yerləşən limanlarda lövbər saldılar. 

Miladi tarixilə 846-cı ildə (hicri 231) Romanı mühasirəyə alan müsəlman-

lar, bir neçə qalanı qarət edərək xeyli qənimət ələ keçirdilər. Lakin müsəlman-

lar əmirlər arasında yaranmış anlaşılmazlıqlar səbəbilə şəhərin mühasirəsini ya-

rımçıq qoyub geri qayıtdılar. 

Romanın  qəfil  hücumlar  qarşısında  zəifliyini  görən  Roma  papası  IV  Lev 

(847-

855) şəhəri möhkəmlətmək məqsədilə şəhərin ətrafında möhkəm divarlar 



çəkdirdi. Tibr çayının mənsəbi üzərində polad zəncirlərlə maneə yaradıldı ki, 

gəmilərin Romaya  yaxınlaşması mümkün olmasın. Bununla da kifayətlənmə-

yən Papa özünün şəxsi ordusunu və hərbi donanmasını da yaratdı. 

Bu yürüşdən iyirmi dörd il sonra müsəlmanlar hicrətin 256-cı ilində (mila-

di 870) xəlifə Mühtədinin (869-870) və ya Mötəmidin (870-892) dövründə Ro-

ma

ya ikinci dəfə yürüş etmişlər. 



Abbasi  xəlifəsi  Əbu  Cəfər  Harun  Vasiq  hicrətin  232-ci ili (miladi 847) 

zilhiccə ayının 24-də vəfat etdi və Samirədə özünün tikdirdiyi Haruni qəsrində 

dəfn edildi.

491


 

 

Əbul-Fəzl Cəfər Mütəvəkkil hicri 232-247 (miladi 847-861) 

Əbul-Fəzil  Cəfər  Mütəvəkkil  hicrətin  206-cı  ili  (miladi  822-823)  xəlifə 

Məmunun xilafəti dövründə Bağdadda anadan olmuşdur. Atası Mutəsim, anası 

isə Xarəzmdən olan Şüca adlı cariyədir. 

Vasiqin vəfatından sonra vəzir Məhəmməd ibn Əbdülməlik Zəyyat, baş qa-

zi Əhməd ibn Əbu Duad İyadi, baş komandan İytax və məşhur türk sərkərdəsi 

Vəsif bir yerə toplaşaraq yeni xəlifənin kimliyi ilə bağlı məşvərət etdilər. Vəzir 

Zəyyat Vasiqin azyaşlı oğlu Məhəmmədin xəlifə seçilməsini istəsə də, digərləri 

onun xəlifəliyi ilə razılaşmayıb Vasiqin qardaşı iyirmi altı yaşlı Əbul-Fəzl Cə-

fər ibn Mutəsimi xəlifə təyin etdilər. Xəlifə təyin edilən Əbul-Fəzl Cəfər özünə 

“əl-Mütəvəkkil ələllah” (Allaha təvəkkül edən) ləqəbini götürdü.

492

 

Mütəvəkkil 



məşvərət yolu ilə təyin edilən ilk Abbasi xəlifəsidir. 

Bu vaxt Abbasilərin əcdadı Abbas ibn Əbdülmüttəlibin vəfatından 200, ilk 

Abbasi xəlifəsi Əbul-Abbas Səffahın xəlifə seçilməsindən 100 il keçirdi. 

Yeni xəlifə atası Mutəsimin və qardaşı Vasiqin Quran barədə olan əqidələ-

ri

ni bəyənmədiyi üçün mötəzilə əqidəsinə malik olan şəxsləri özündən uzaqlaş-



491

Tarixi-


Təbəri, V cild, səh-290; Tarixi-Məsudi, IV cild, səh-65; İbn Kəsir, əl-Bidayətu vəən-

Nihayə, X cild, səh-308-309. 

492

 Tarixi-Təbəri, V cild, səh-292-293; Tarixi-Məsudi, IV cild, səh-87; İbn Kəsir, əl-Bidayətu 



vən-Nihayə, X cild, səh-310-311. 

  

                                                           




 

318 


dırıb, müxalif cəbhənin (əhli-sünnə) nümayəndələrinə ehtiram göstərdi. Saray-

da da kadr dəyişiklikləri edən Mütəvəkkil ilk öncə vəzir Məhəmməd ibn Əb-

dül

məlik  Zəyyatı  hicrətin  233-cü  ili  (miladi  847)  vəzifəsindən  uzaqlaşdırıb 



həbs etdi. O, bir ay sonra həbsdə vəfat etdi.

493


 

Vəzifəsindən uzaqlaşdırılmış şəxslərdən biri də Əhməd ibn Əbu Duad İyadi 

olmuşdur. Məmunun dövründə vəzifəsindən uzaqlaşdırılan Yəhya ibn Əksəmin 

ye

rinə baş qazi təyin edilmişdir. Məmundan sonra xəlifə olan Mutəsim də qarda-



şının vəsiyyətinə əsasən İbn Əbu Duadı vəzifəsində saxladı. Mutəsimin üzərində 

yük nüfuza malik olan İbn Əbu Duad, istədiyi şəxsi xəlifənin gözündə ucaldıb 



vəzifə sahibi edir, öz düşmənlərini isə asanlıqla aradan götürürdü. Məhz İmam 

Təqi (ə) da İbn Əbu Duadın təhriki ilə Mutəsim tərəfindən şəhid edilmişdir. 

Peyğəmbər (s) nəslinə etdiyi bu xəyanətin nəticəsində İbn Əbu Duad hicrə-

tin 233-


cü ilində (miladi 848) iflic oldu və onun sağ tərəfi tamamilə hərəkətdən 

qal


dı. Buna görə vəzifəsindən istefa edən İbn Əbu Duad yerinə oğlu Əbul-Və-

lid Məhəmmədi təyin etdi. 

Bir müddət sonra oğurluqda ittiham olunan Əbul-Vəlid Məhəmməd, vəzi-

fəsindən kənarlaşdırılaraq həbs olundu. İbn Əbu Duadın və oğullarının bütün 

əmlakı müsadirə olundu. Onları hicrətin 237-ci ili (miladi 852) Samirədən Bağ-

da

da apararaq həbs etdilər. İki il sonra əvvəlcə Əbul-Vəlid Məhəmməd, ondan 



iyir

mi gün sonra Əhməd ibn Əbu Duad İyadi vəfat etdi. 

Əbul-Vəlid  Məhəmməddən  sonra  Mütəvəkkil  tərəfindən  baş  qazi  vəzifə-

sinə Yəhya ibn Əksəm gətirildi. Xəlifə Məmun tərəfindən həbs olunan Yəhya, 

iyir

mi iki illik həbsdən sonra öz vəzifəsinə qayıtsa da, yenə bəxti gətirmir. Cə-



mi üç ildən sonra vəzifəsini itirən Yəhyanın Bağdaddakı bütün əmlakı və Bəs-

rədəki mülkləri müsadirə olundu. Həcc ziyarətini başa vurub geri qayıdan Yəh-

ya ibn Əksəm hicrətin 242-ci ilində (miladi 856) Mədinədən dörd mənzil məsa-

fədə, Rəbəzə çölündə vəfat etdi. 

Digərlərindən fərqli olaraq xəlifə Mütəvəkkilin dövründə Tahirilər öz nüfuz-

larını qoruya bildilər. Xorasan yenə də onların idarəsi altında idi. Miladi tarixilə 

844-

cü ildə (hicri 230) Abdullah ibn Tahir ölsə də, yerini oğlu Tahir tutmuşdur. 



Tahirilərin yaxın qohumu olan İshaq ibn İbrahim də ömrünün sonuna kimi 

Bağdad hakimi oldu. Onun ölümündən (hicri 235/miladi 849-850) sonra oğlu 

Ab

dullah özünü bu vəzifədə doğrultmadığı üçün onun yerinə Mütəvəkkil tərə-



fin

dən Məhəmməd ibn Abdullah ibn Tahir təyin edildi. Beləliklə, Abdullah ibn 

Ta

hirin bir oğlu Xorasanın, digər oğlu isə Bağdadın hakimi oldu. 



Saray  əyanlarından  xəlifənin  ən  çox  etibar  etdiyi  şəxslər  vəziri  Fəth  ibn 

Xa

qan, onun qardaşı Yəhya ibn Xaqan (xərac divanının hesabdarı) və Yəhya-



nın oğlu Ubeydullah (xəlifənin eşikağası) olmuşdur. 

 

Məşhur sərkərdə İytaxın qətli hicri 235 (miladi 849) 

493


 Tarixi-Təbəri, V cild. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə