Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə159/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   155   156   157   158   159   160   161   162   ...   314

  

321 


ləbədən sonra Məhəmməd ibn Abdullah xəlifə tərəfindən büccə torpaqlarının 

va

lisi təyin edildi.



497

 

 



Məhəmməd ibn Bəisin üsyanı hicrətin 234-cü il (miladi 848-849) 

Şahi və Təbriz qalalarının hakimi olan Məhəmməd ibn Bəis xəlifə Mutəsim 

tərəfindən  həbs  edilmişdir.  Hicrətin  234-cü ili (miladi 848-849)  həbsdən  qaçan 

Məhəmməd  ibn  Bəis,  vətəni  Mərəndə  gələrək  ixtiyarında  olan  qəsrləri  yenidən 

özü

nə qaytardı. Xilafətdən narazı olan qüvvələr də, Urmiya gölünün sahilində yer-



ləşən Şahi qalasını özünə mərkəz seçən Məhəmməd ibn Bəisin ətrafına toplandı. 

Azərbaycan valisi Məhəmməd ibn Hatəm ibn Hərsəmənin üsyançıların qar-

şısında aciz qaldığını görən xəlifə, onu Həmduveyh ibn Əli ibn Fəzl ilə əvəz etdi. 

On min nəfərlik ordu ilə hərəkət edən Həmduveyh Məhəmməd ibn Bəisi 

Şahi  qalasında  mühasirəyə  aldı.  Lakin  mühasirənin  uzandığını  görən  xəlifə 

təvəkkil Həmduveyhin köməyinə türk əsilli Buğa Şərabi (və ya Buğa əs-Sə-



ğiri) ilə Zirəki göndərdi. 

Mühasirə  yolu  ilə  məqsədinə  çata  bilməyəcəyini  görən  Buğa  Şərabi,  İbn 

Bəisin adamları üçün xəlifədən aman məktubları aldı. Amanda olduqlarını gö-

rən qala müdafiəçiləri qapıları açaraq qalanı Buğa Şərabiyə təslim etdilər. Mə-

həmməd ibn Bəis başda olmaqla, iki yüz nəfərdən artıq silahdaşı əsir olaraq xi-

la

fətin paytaxtı Samirəyə göndərildi.  



Hicrətin 235-ci ili (miladi 850) Buğa Şərabi Məhəmməd ibn Bəisi iki qar-

da

şı, oğlu və əsir düşmüş qalan silahdaşları ilə birlikdə xəlifənin hüzuruna gə-



tir

di. Xəlifənin göstərişi ilə həbs olunan Məhəmməd ibn Bəis bir ay sonra dün-

yasını dəyişdi.

498


 

Bu üsyanın ardınca erməni liderləri xilafətə qarşı üsyan etdi. Muş hakimi 

ilə Vaspurakan şahzadəsi birləşərək Ərməniyyə hakimi Yusif ibn Məhəmməd 

və onun yaxın silahdaşlarını hicrətin 237-ci ilində (miladi 852) öldürdülər.  

Xəlifə Mütəvəkkil baş verənlərdən xəbər tutan kimi məhşur sərkərdə Buğa 

əl-Kəbiri Ərməniyyə vilayətinə göndərdi. Erməni zadəganlarının lideri, Vaspu-

ra

kan şahzadəsi Həmzə oğlu Aşot müqavimət göstərmək istəsə də, məğlub edi-



lib Samirəyə xəlifənin hüzuruna göndərildi və edama məhkum edildi. 

Bu qələbədən sonra bir neçə ay sonra Dvin şəhərində istirahət edən Buğa əl-

Kəbir Tiflisin hakimi İshaq ibn İsmailin üzərinə hərəkət etdi. Çünki erməni feo-

dallarını xilafət əleyhinə təhrik edən o olmuşdu. Hicrətin 238-ci ilində (miladi 852) 

baş verən döyüşdə İshaq ibn İsmail məğlub edildi. Onun kəsik başı əvvəlcə Buğa 

əl-Kəbirin hüzuruna, oradan Samirəyə xəlifə Mütəvəkkilin hüzuruna gətirildi. 

Tiflisin süqutundan sonra Girdiman knyazlığı ilə Xaçın hakimi Artrnesex 

xi

lafət qüvvələrinə təslim oldu. Bunların ardınca Ktiş qalasına sığınmış Yesai 



Əbu Musa və Şəki hakimi Səhl ibn Sumbat da həbs edildi. 

497


 Tarixi-Təbəri, V cild; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-205-206. 

498


Tarixi-

Yəqubi, II cild, səh-486; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-312. 

  

                                                           




 

322 


Ərməniyyə  vilayətində  dörd  illik  hərbi  əməliyyatdan  sonra  asayişi  bərpa 

edən  Buğa  əl-Kəbir  hicrətin  241-ci  ilində  (miladi  855-856)  xilafətin  paytaxtı 

Sa

mirəyə qayıtdı.



499

 

Hicrətin 240-cı ilində (miladi 854) Suriyadakı Xıms şəhərinin camaatı xila-



fətə qarşı üsyan etsə də, xəlifənin yeni təyin etdiyi vali Məhəmməd ibn Əbdi-

vehy tərəfindən üsyan yatırılmışdır.

500

 

 



Mütəvəkkiliyyə  (və  ya  Cəfəriyyə)  şəhərinin  inşası  hicri  245  (miladi 

859-860) 

Xilafətinin sonlarına yaxın hicrətin 245-ci ilində (miladi 859-860) xilafətin 

pay

taxtı  Samirə  şəhərinin  yaxınlığında  Mahuzə  adlı  məntəqədə  xəlifə  Mütə-



vəkkilin göstərişinə əsasən daha bir şəhərin əsası qoyuldu. Bu şəhər xəlifənin 

şərəfinə “Cəfəriyyə” adlandırıldı. Mütəvəkkilin özü və yaxın saray adamları tə-

rəfindən buraya “Mütəvəkkiliyyə” deyilirdi.

501


 

Bu şəhərin salınması ilə yanaşı xəlifə Mütəvəkkil Samirə şəhərinin geniş-

ləndirilməsi üçün xeyli miqdarda vəsait ayırmışdır. Samirə şəhəri onun dövrün-

də daha da inkişaf edərək çiçəklənmiş, yeni memarlıq abidələri ilə zənginləş-

mişdir. Mütəvəkkil zamanında inşa edilən Samirə came məscidi gözəlliyinə gö-

rə Müqəddəs Pyotr kilsəsindən geri qalmırdı. 

Qədim Azərbaycan şəhəri olan Şəmkir də orta əsrə aid ərəb mənbələrində 

“Mü


təvəkkiliyyə” adlandırılır. Şəmkir köçəri tayfaların hücumuna məruz qalıb 

da

ğıldıqdan  sonra,  miladi  IX  əsrin  ortalarında  sərkərdə  Buğa  əl-Kəbir  İslamı 



qəbul etmiş xəzərləri və Bərdə tacirlərinin bir hissəsini bura köçürmüşdü. Hə-

min vaxt


dan inkişaf edən bu şəhərə xəlifənin şərəfinə “Mütəvəkkiliyyə” deyil-

məyə başladı. Lakin vaxt keçdikcə, bu ad unuduldu və şəhərin əvvəlki adı özü-

nə qayıtdı.

502


 

 

Mütəvəkkil və Əhli-Beyt 

Abbasi  xəlifələrindən  Əhli-beytlə  ən  qatı  düşmənçilik  edən  Mütəvəkkil  ol-

muşdur. O, həm Hz.Əlinin (ə) pak ruhuna, həm də o həzrətin nəslinə qarşı kin-kü-

durət bəsləyirdi. Onun xilafət dövrü şiə və Ələvilər üçün ən pis dövrlərdən biri sa-

yılır. Mütəvəkkilin şiələrə qarşı həyata keçirdiyi cinayətləri belə sıralaya bilərik: 

1. 


Onun hakimiyyəti dövründə Ələvilərdən bəzisi ya həbs edildi, ya da ax-

ta

rışda oldu. Buna misal olaraq İmam Həsənin (ə) nəslindən olan Məhəmməd 



ibn Saleh və Məhəmməd ibn Cəfərin adını qeyd etmək olar.

503


 

499


Tarixi-

Təbəri, V cild, səh-313, 316-317; Tarixi-Yəqubi, II cild, səh-489; Tarixi ibn Əsir, VII 

cild, səh-67-68; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-317. 

500


 Tarixi-Təbəri, V cild, səh-318. 

501


Tarixi-

Təbəri, V cild; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-209. 

502

Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-210. 



503

Əbul Fərəc İsfəhani, Məqatilut-talibiyyin, səh-397, 418. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə