Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə16/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   12   13   14   15   16   17   18   19   ...   314

  

33 


ların Səfvan adlı məntəqəyə çatdığını eşidən Quruz ibn Cabir götürdüyü qəni-

mətləri buraxaraq qaçdı. Səfvan Bədr quyuları yaxınlığında yerləşdiyi üçün bu 

qəzvəyə islam tarixində birinci Bədr qəzvəsi deyilir.  

10. Böyük 

Bədr qəzvəsi və ya II Bədr döyüşü: 

Böyük Bədr döyüşü hicrətin ikinci ili ramazan ayının 17-də baş vermişdir. İki 

dəstə hicrətin ikinci ili ramazan ayının on yeddisində Məkkə və Mədinə arasında 

yerləşən Bədr quyuları kənarında üz-üzə gəldilər. Bu döyüşdə Allah öz mələkləri 

vasitəsilə möminlərə yardım etdi. Qurani-Kərimin “Ali-İmran”surəsinin 123-cü 

ayəsində belə buyurulur: “



Həqiqətən siz Bədrdə az və zəif olduğunuz halda, 

Allah  sizə  yardım  etdi”.  Müşriklər  tərəfindən  Utbə  ibn  Rəbiə  (Müaviyənin 

babası),Vəlid  ibn  Utbə  (Müaviyənin  dayısı)  və  Şeybə  ibn  Rəbiə  (Müaviyənin 

anası  Hindənin  əmisi)  meydana  çıxıb  qarşı  tərəfdən  mübariz  istədi. 

Hz.


Peyğəmbərin (s) göstərişi ilə Hz.Həmzə, Hz.Əli (ə) və Hz.Ubeydə ibn Haris 

(Peyğəmbərin  əmisi  oğlu)  meydana  çıxaraq  müşrik  qəhrəmanları  öldürdülər. 

Bədr  döyüşü  müsəlmanların  qələbəsilə  başa  çatdı.  Düşmənin  yetmişdən  çox 

döyüşçüsü qətlə yetirildi, yetmişdən çoxu isə əsir alındı. Bədr döyüşündə məhşur 

müşriklərdən  Əbu  Cəhl,  Umeyyə  ibn  Xələf,  Hənzələ  ibn  Əbu  Süfyan 

(Müav


iyənin qardaşı,  Yezidin əmisi), As ibn Səid və Umeyr ibn Osman  və s. 

cəhənnəmə vasil oldular. Qurani-Kərimin Ənfal surəsində də Bədr döyüşündən 

bəhs olunur. 

11. 

Bəni Qaynuqa qəzvəsi: 

Bəni Qaynuqa Mədinədə yaşayan yəhudi qəbiləsi idi. Hicrətin birinci ilin-

də bağlanan müqaviləyə əsasən Bəni Qaynuqa qəbiləsi də müsəlmanlara təzyiq 

et

məməli idilər. Lakin sülhün şərtlərinə əməl etməyən Qaynuqa yəhudiləri dü-



ka

na gələn müsəlman bir xanıma təzyiq edərək onu məcbur edirlər ki, hicabını 

sın.  Müsəlman  qadının  fəryadını  eşidən  müsəlman  bir  kişi  dükana  gələrək 



yəhudini öldürür. Bunu görən  yəhudilərdə həmin müsəlman kişini öldürürlər. 

Bu  xəbər  Hz.Muhəmmədə  çatdıqda  öz  dəstəsilə  Bəni  Qaynuqa  yəhudilərinin 

üzərinə hərəkət etdi. Hicrətin ikinci ilində iki tərəf arasında baş verən döyüşdə 

yəhudilər məğlub edilərək öz torpaqlarından çıxarıldı və onların torpaqları ən-

sar və mühacirlər arasında bölüşdürüldü . 

12. Hz.

Həmzə səriyyəsi: 

Əbu Cəhlin başçılığı altında olan üç yüz nəfərlik müşrik karvanın Şamdan 

çıxdığını öyrənən Hz.Peyğəmbər (s) Hz.Həmzəni otuz nəfərlik dəstə ilə onların 

üzərinə göndərdi. Tərəflər Qırmızı dəniz sahilində yerləşən Eys adlı məntəqədə 

qar

şılaşır. Heç bir qarşıdurma baş vermədən tərəflər Məcdi ibn Əmrin vasitə-



silə bir-birindən ayrılır.

36

 



13. 

Ubeydə ibn Haris səriyyəsi: 

Əbu Süfyanın başçılığı altında olan iki yüz nəfərlik müşrik karvanının üzə-

rinə Hz.Peyğəmbər (s) Ubeydə ibn Harisi altmış nəfərlik dəstə ilə göndərir. Tə-

36

 Cəfər Sübhani, Hz. Məhəmməd, səh-299 



  

                                                           




 

34 


rəflər Səniyyətul-Məzra adlı məntəqədə qarşılaşır. Lakin iki tərəf arasında heç 

bir döyüş baş vermədən bir-birindən ayrılır. Sadəcə Səd ibn Vəqqasın atdığı ox 

nəticəsində Qureyş karvanında olan iki müsəlman Ubeydə ibn Harisin dəstəsi-

nə qoşulur. 



14. 

Səd ibn Əbu Vəqqas səriyyəsi: 

Hz.


Peyğəmbər (s) Səd ibn Əbu Vəqqasın başçılığı altında olan iyirmi nə-

fərlik  dəstəni  Qureyş  karvanını  qarşılamaq  üçün  göndərdi.  Lakin  Xərrar  adlı 

məntəqəyə qədər gələn bu dəstə heç bir Qureyş karvanı ilə rastlaşmadan Mədi-

nəyə qayıdır. 



15. 

Bətən-Nəxləyə səriyyəsi: 

Hicrətin  ikinci  ilində  Hz.Peyğəmbər  (s)  xalası  oğlu  Abdullah  ibn  Cahşı 

səksən nəfərlik dəstə ilə Qureyş karvanını izləmək üçün göndərir. Abdullah ibn 

Cahşın başçılığı altında olan dəstə Mədinədən çıxarkən Hz.Peyğəmbər (s) Ab-

dul

laha məktub verərək belə deyir: “Mədinədən çıxandan iki gün sonra məktu-



bu açıb oxuyarsan və orada yazılanlara əməl edərsən. Məkkə ilə Taif arasında 

yer


ləşən  Nəxlədə  dayanarsan.  Orada  Qureyşin  karvanını  gözləyin  və  onların 

ba

rəsində  məlumat  toplayın.  Adamlarından  səninlə  getmək  istəyənlər  yoluna 



da

vam  etsin,  getmək  istəməyənlər  isə  Mədinəyə  qayıtsın.  Heç  kimi  nəyəsə 

məcbur etmə!” 

Məktubda  yazılanlara  əməl  edən  Abdullah  adamları  ilə  birlikdə  Bətən-

Nəxlə məntəqəsinə gəlir. Bu vaxt Əmr Xəzrəminin başçılığı altında olan müş-

rik karvanı Taifdən Məkkəyə qayıdırdı. 

Hz.

Peyğəmbərin (s) göstərişindən fərqli olaraq Abdullah və adamları kar-



vana hücum edib karvanbaşı Əmr Xəzrəmi öldürməklə bərabər iki əsir və qəni-

mətlərlə birlikdə Mədinəyə qayıdır.

37

 

Onların bu işindən narahat olan Hz.Peyğəmbər (s) belə buyurur: “Mən ha-



ram ayda döyüşməyi sizə əmr etməmişdim.”  

Müsəlmanların bu işindən xəbər tutan Məkkə müşrikləri hər yerə yayırlar 

ki,  Muhəmməd  haram  ayın  hörmətini  pozmuşdur.  Digər  tərəfdən  də  Hz.Pey-

ğəmbər (s) Abdullahın gətirdiyi qənimətləri qəbul etməyib Allahın əmrini göz-

ləyirdi. Bu zaman Qurani-Kərimin  Bəqərə  surəsinin  217-ci  ayəsi  nazil  oldu. 

Ayədə deyilir: 



“(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən 

so

ruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu 

(insanl

arın üzünə) bağlamaq, onu inkar etmək, Məscidul–hərama girməyə 

mane  olmaq  və  oradakıları  kənara  çıxarmaq  Allah  yanında daha  böyük 



nahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha 

be

tərdir”! (Ey möminlər! Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininiz-

dən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər 

kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri 

37

 Həmin mənbə, səh-301-302 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə