Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə160/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   156   157   158   159   160   161   162   163   ...   314

  

323 


2. 

Mütəvəkkil hicrətin 236-cı ilində (miladi 850) əmr verir ki, Hz.Hüsey-

nin 

(ə) məqbərəsi və onun ətrafında olan tikililər sökülərək əkin sahəsinə çev-

ril


sin. Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə, yaxın-

lıqda gözətçilər saxlayırdı. İmamın (ə) qəbrini heç bir müsəlman sökməyə hazır 

ol

madığı üçün bu işi əslən  yəhudi olan Dizəc adlı şəxs yerinə  yetirir. Xəlifə, 



Hz.Hüseynin 

(ə) qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir 

nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq.

504

 

Tarixçilər  Mütəvəkkilin  on  yeddi  dəfə  Kərbəla  ziyarətgahını  dağıtdığını, 



la

kin hər dəfə camaatın məqbərəni bərpa etdiyini yazırlar. İmam Hüseynin (ə) 

pak məzarına qarşı xəyanətlər hicri 236-cı ildən (miladi 850) Mütəvəkkilin ölü-

nə qədər (hicri 247/miladi 861) davam etmişdir.



505

 

3. 



Mütəvəkkil xilafəti dövründə İbn Sikkit (Yəqub ibn İshaq) kimi İslam 

aləminin böyük şəxsiyyətini və Əhli-beytə sadiq olan bir sıra şəxsləri qətlə ye-

tir

mişdir. İbn Sikkit Hz.Təqi (ə) ilə Hz.Nəqinin (ə) vəfalı dostlarından biri ol-



muş və Mütəvəkkil onu Hz.Əlinin (ə) tərəfdarı olduğu üçün edam etdirmişdir. 

Bir  gün  Mütəfəkkil  öz  iki  oğluna  işarə  edərək  İbn  Sikkitdən  soruşur:  “Sənin 

üçün mənim bu iki oğlum (Mütəzz və Müəyyəd) daha əzizdir, yoxsa Əlinin (ə) 

oğlanları Həsən  (ə) və  Hüseyn (ə)?”  İbn Sikkit tərəddüd etmədən belə cavab 

verir:  “Allaha  and  olsun  ki,  mənim  nəzərimdə  Hz.Əlinin  (ə)  nökəri  Qənbər, 

səndən və bu iki oğlundan üstündür.” Bu sözlər Mütəvəkkilə elə təsir etdi ki, 

İbn Sikkitin dərhal edamına fərman verdi.

506


 

4. 


Mütəvəkkil  Misir  hakiminə  əmr  edir  ki,  Misirdə  olan  bütün  Ələviləri 

İraqa sürgün etsin. Misir hakimi də onun dediklərini yerinə  yetirir. Sonra isə 

təvəkkil onların hamısını Mədinəyə köçürür.



507

 

5. 



Mütəvəkkil  şiələrə  qarşı  o  qədər  maddi  təzyiq  göstərir  ki,  deyilənlərə 

görə Mədinə şəhərindəki Ələvi qadınların namaz qılmağa təzə paltarları olma-

mış, əyinlərindəki köhnə paltarı növbə ilə geyib namaz qılırdılar. Onlar Mütə-

vəkkil ölənə qədər bu cür çətinlik içərisində olmuşlar.

508

 

6. 



Mütəvəkkil Əhli-beytin mülkü olan Fədəki müsadirə edərək, dostların-

dan biri olan Abdullah ibn Ömər Bazyara bağışlayır.

509

 

7. 



Mütəvəkkil Mədinə valisinə əmr etmişdi ki, adamları şəhərdəki Hz.Əli-

nin 



(ə) nəslindən olan seyidlərə ehsan və ehtiram etməkdən çəkindirsin. Cama-

ata  elan  olunmuşdu  ki,  seyidlərə  xums  payı  verənlər  dövlət  tərəfindən  cəza-

landırılacaq. Buna görədə Hz.Əli (ə) övladları Mütəvəkkilin dövründə çox ağır 

şəraitdə yaşayırdılar. 

504

Tarixi-


Məsudi, IV cild, səh-51; Tarixi-Təbəri, V cild, səh-312; Siyuti, Tarixul-xüləfa, səh-347. 

505


Məqatilut-talibiyyin, səh-396. 

506


 Siyuti, Tarixul-xüləfa, səh-348. 

507


Hz. Mehdinin (ə) qeybə çəkilməsinin siyasi tarixi, səh-82. 

508


Şeyx Abbas Qummi, Tətimmətül-müntəha, səh-238. 

509


Hz. Mehdinin (ə) qeybə çəkilməsinin siyasi tarixi, səh-84. 

  

                                                           




 

324 


8. 

Mütəvəkkilin Əhli-beytlə düşmənçiliyi elə bir həddə çatmışdı ki, təlxəyi 

İmam Əlini (ə) təhqir edən söz və hərəkətlərlə xəlifəni güldürürdü. 

9. Hz.


İmam Nəqini (ə) daim nəzarət altında saxlayan Mütəvəkkil, dəfələrlə 

onu şəhid etməyə çalışsa da, hər dəfə o həzrətin heybət və əzəməti qarşısında 

aciz qalıb özünü itirir və xidmətçilərə verdiyi qətl fərmanını geri götürürdü. 

Mütəvəkkilin Əhli-beytlə düşmənçiliyi bunlarla bitmir. Onun hakimiyyəti 

döv

ründə Bəni-Haşimdən olan bir neçə seyid şəhid edilmiş və ya müxtəlif növ 



təzyiqlərə məruz qalmışdır. 

1. 


Əbu Abdullah Məhəmməd ibn Saleh ibn Abdullah ibn Musa ibn Abdul-

lah Məhz ibn Həsəni-müsənna ibn İmam Həsən (ə). Məkkədə Mütəvəkkilə qar-

şı üsyan edərək, yoldan keçən varlı dövlət adamlarına hücum edirdi. Sonda xə-

lifənin Məkkə yoluna təyin etdiyi gözətçilər Məhəmməd ibn Salehi tutub Sami-

rəyə gətirdilər. Daim xəlifənin nəzarəti altında olan Məhəmməd, İraqda vəfat 

etdi və Bağdadda dəfn edildi. 

2. 

Qasim ibn Abdullah ibn Hüseyn ibn İmam Səccad (ə). O da Samirədə 



təvəkkilin nəzarəti altında yaşayırdı. Qasim Abbasilərin hakimiyyətini tanı-

madığı üçün Mütəvəkkilin göstərişi ilə şəhid edilmişdir. 

3. 


Əhməd ibn İsa ibn Zeyd ibn İmam Səccad (ə). Xəlifə Harunun dövründə 

xi

lafətə qarşı çıxış etmək istəsə də, məğlub olub zindana salındı. Qısa müddət 



son

ra  həbsdən  qaçıb,  Bəsrəyə  getdi  və  orada  uzun  müddət  gizləndi.  Mütə-

vəkkilin xilafəti dövründə dünyasını dəyişmişdir (hicri 240/miladi 854-855). 

4.Abdullah ibn Musa ibn Abdullah Məhz ibn Həsəni-müsənna ibn  İmam 

Həsən (ə). Məmunun xilafəti dövründən gizli yaşayan Abdullah, Mütəvəkkilin 

xi

lafətinin sonlarına yaxın vəfat etmişdir.



510

 

 



Mütəvəkkilin vəliəhdlik məsələsi 

Hicrətin  235-ci  ilində  (miladi  849-850)  xəlifə  Mütəvəkkil  üç  oğlunu  bir-

birinin  ardınca  özündən  sonra  vəliəhd  təyin  etdi.  Özündən  sonra  ilk  vəliəhdi 

olan “Müntəsir” ləqəbli oğlu Məhəmmədə Misir, İfriqiyyə və uzaq Məğrib öl-

kələri  daxil  olmaqla  bütün  Şimali  Afrika  ərazisi,  Hindistan,  Bizansla  sərhəd 

böl


gələr, Mosul, Samirə, Bağdad, Kufə və Bəsrə daxil olmaqla İraq torpaqları, 

tün Ərəbistan yarımadası, Əhvaz, İsfəhan, Qum və Qəzvin də daxil olmaqla 



İran torpaqlarının ixtiyarını verdi. 

İkinci vəliəhdi “Mütəzz” ləqəbli oğlu Əbu Abdullaha Xorasan, Təbəristan, 

Rey, Azərbaycan, Ərməniyyə və Fars əyalətlərinin ixtiyarını verdi. 

Üçüncü vəliəhdi “Müəyyəd” ləqəbli oğlu İbrahimə Dəməşq, Xıms, İorda-

ni

ya və Fələstinin ixtiyarını verdi.



511

 

Onuncu Abbasi xəlifəsi Əbul-Fəzl Cəfər Mütəvəkil hicrətin 247-ci ilində 



şəvval ayının üçü (miladi 861, 10 dekabr) oğlu Müntəsirin təşkil etdiyi sui-qəsd 

510


Əbul-Fərəc İsfəhani, Məqatilut-talibiyyin, səh-397; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-214. 

511


Tarixi-

Təbəri, V cild, səh-306-309; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-314. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə