Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə162/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   158   159   160   161   162   163   164   165   ...   314

  

327 


Mu

təsimi xəlifə  elan  edərək,  ona  beyət  etdilər.  Xəlifəliyi  qəbul  edən  Əhməd 

ibn Məhəmməd özünə “Müstəin” ləqəbini götürdü.

518


 

Müstəinin xilafəti ilə razılaşmayan narazı qüvvələr, o cümlədən Mütəzzin 

tərəfdarları Samirənin mərkəz meydanında toplanaraq qiyam etdilər. Mütəzzin 

tərəfdarları əsasən fars mənşəli muzdlu əsgərlərdən ibarət idi. Bunlara “şakiri-

lər” (farsca “çakər”, yəni nökər sözündəndir) deyirdilər. Hakimiyyəti müdafiə 

edərək,  qiyamçılara  qarşı  mübarizə  aparan  dəstəyə  isə  türklər  və  məğaribilər 

(Mi

sir mənşəli əsgərlər) başçılıq edirdi. Üç günlük mübarizədən sonra xəlifənin 



tərəfdarları qalib gəlmiş və xəlifəyə beyət tamamlanmışdır. Bu hadisə, xalqın 

türk


lərə qarşı ilk mütəşəkkil çıxışı idi. 

 

Mütəzz və Müəyyədin həbsi 

Xilafəti əldə edən Müstəin onun üçün bu yolda əsas maneə olan Mütəzz və 

əyyədi  zərərsizləşdirmək  qərarına  gəldi.  Bu  məqsədlə  iki  sabiq  vəliəhdin 



əmlakı çox ucuz qiymətə onlardan alındı. Keçmiş vəliəhdlər üçün elə miqdarda 

əmlak saxladılar ki, Mütəzzin illik qazancı iyirmi min dinar, Müəyyədinki isə 

beş min dinarı aşmasın. Sonra hər iki qardaş xəlifə Müstəinin göstərişinə əsa-

sən Samirədəki Cövsəq qəsrində həbsə alında və onlara nəzarət Buğa əs-Səğirə 

tap

şırıldı. 



Hicrətin 248-ci ilində (miladi 862) xilafətin məşhur sərkərdəsi Buğa əl-Kə-

bir vəfat etdi. Qeyri-ərəb və qeyri-Haşimi olmasına baxmayaraq, Mütəvəkkilin 

xa

lası ilə evlənmişdi. Bəzi mənbələrdə onun Hz.Əli (ə) övladına məhəbbət bəs-



lədiyi və seyidlərə ehsan etdiyi qeyd olunur. Buğa əl-Kəbirin vəfatından sonra 

o

nun vəzifələri oğlu Musa ibn Buğa əl-Kəbirə həvalə olundu. 



Eyni ildə Xorasan valisi Tahir ibn Abdullah ibn Tahir vəfat etdi və onun 

ye

rinə xəlifə Müstəinin göstərişinə əsasən oğlu Məhəmməd Xorasana vali təyin 



edildi. 

Tezliklə xəlifənin yanında mövqeyi zəifləyən vəzir Əhməd ibn Xəsib vəzi-

fəsindən kənarlaşdırıldı. Əvvəlcə dəniz yolu ilə Krit adasına, oradan da Əndəl-

usa  sürgün  olunan  Əhmədin  və  övladlarının  bütün  əmlakı  müsadirə  olundu. 

Vəzirlik məqamına təyin edilən türk mənşəli Otamışa, Misir və Məğrib torpaq-

la

rının da ixtiyarı verildi. 



 

Bağdad və Samirədə xilafət əleyhinə qiyamlar 

Hicrətin 249-cu ilində (miladi 863) türklərin özbaşınalığını görən Bağdad 

əhalisi xilafətə qarşı qiyam etdi. Şakirilər (muzdlu əsgərlər) və “əbna” (əsasən 

xo

rasanlılardan təşkil olunmuş hərbi dəstə) da qiyamçılara qoşuldular. 



Qiyamın digər səbəblərindən biri də Bizansla döyüşlərdə xilafət ordusunun 

uğursuzluğu idi. Eyni ildə Cəfər ibn Dinar Xəyyatın və Ömər ibn Ubeydullahın 

başçılığı altında olan xilafət orduları Bizansa qarşı yürüşə göndərildi. Cəfərin 

518


 Tarixi-Təbəri, V cild, səh-353-354. 

  

                                                           




 

328 


başçılığı altında olan ordu uğur qazanaraq bir çox qalaları ələ keçirdi. Malatya 

üzərinə hərəkət edən Ömər ibn Ubeydullah da uğur qazanaraq Qara dəniz sa-

hilində yerləşən Samsuna qədər irəlilədi.

519


 

Daha çox uğur əldə etmək istəyən 

Ömər ibn Ubeydullah Bizans torpaqlarına daxil olsa da, bizanslıların hücumu-

na məruz qaldı. Baş verən döyüşdə Ömər ibn Ubeydullah başda olmaqla min 

nəfərə yaxın ərəb əsgəri həlak oldu. Bu məğlubiyyətdən sonra Anadoluda qüv-

vətlənən Bizans, eyni zamanda İslam dünyası qarşısında da gücləndi. 

Bu qələbədən ruhlanan Bizans ordusu xilafət torpaqlarına hücum etməyə baş-

ladılar. Bu hücumların qarşısını almaq məqsədilə Azərbaycan və Ərməniyyə va-

lisi Əli ibn Yəhya qoşun toplayaraq döyüşə başladı. Lakin bu döyüşdə də məğlub 

olan müsəlmanlar, Əli ibn Yəhya başda olmaqla dörd yüz nəfər əsgərini itirdi. 

Baş verən hadisələrdə xəlifəni və onun saray əyanlarını günahkar bilən qi-

yam


çılar Bağdad həbsxanasının qapılarını açaraq məhbusları azadlığa buraxdılar. 

Bağdadın şərqində yerləşən saray və imarətlər qiyamçılar tərəfindən qarət edildi. 

Bağdadda  baş  verən  hadisələr  paytaxt  Samirəyə  də  öz  təsirini  göstərdi. 

Eyni ildə Samirədə də xilafət əleyhinə qiyam başladı. Sonda Buğa əs-Səğirin, 

Otamışın və Vəsifin başçılığı altında olan ordular tərəfindən əvvəlcə Samirədə, 

sonra isə Bağdadda baş verən üsyan yatırıldı. 

Bağdad  və  Samirədəki  üsyanların  yatırılmasından  sonra  məhşur  sərkərdə 

Ota


mışın qeyri-məhdud səlahiyyətləri digərlərinin narazılığına səbəb oldu. Xəli-

fənin vəziri olması nüfuzundan istifadə edən Otamış gəlirləri gizlədib mənimsə-

yir,  xəzinədəki  pulları  öz  ehtiyaclarına  sərf  edirdi.  Onun  bütün  pulu  təkbaşına 

mənimsəməsi Buğa əs-Səğir və Vəsif kimi sərkərdələrin qəzəbinə səbəb olurdu. 

Otamışın  etdiyi  əməllərlə  barışmayan  iki  sərkərdə  onu  aradan  götürmək 

qərarına  gəldilər.  Onların  tərəfindən  qızışdırılmış  ordu  və  şəhər  əhalisi  Ota-

mışın sarayını mühasirəyə aldılar. İki günlük mühasirədən sonra hicrətin 249-

cu ilində (miladi 863) narazı əsgərlər Otamışın iqamətgahına daxil olub, katibi 

Şucai ilə birlikdə onu qətlə yetirdilər.

520


 

Onun ölümündən sonra xəlifə tərəfindən Vəsif Əhvazın, Buğa əs-Səğir isə 

Fələstinin valisi təyin edildi. Vəzirlik məqamına isə əvvəlcə Əbu Salih Abdullah 

ibn Məhəmməd Yəzdadi, sonra isə Məhəmməd ibn Fəzl Cərcərayi təyin edildi. 



 

Bəni-Haşim qiyamları 

Hicrətin  250-ci  ilində  (miladi  864)  Hz.Əlinin  (ə)  nəslindən  olan  Əbul-

Həsən Yəhya ibn Ömər ibn Yəhya ibn Hüseyn ibn Zeyd ibn İmam Səccad (ə) 

Kufənin beytül-malını ələ keçirərək xilafətə qarşı qiyam etdi. İraq torpaqlarının 

valisi Məhəmməd ibn Abdullah ibn Tahirin göndərdiy ordunu da məğlub edən 

Yəhya ibn Ömər Kufəni bütünlüklə ələ keçirdi. 

519

Tarixi-


Təbəri, V cild, səh-357. 

520


Tarixi-

Təbəri, V cild, səh-357-359; Tarixi ibn Əsir, VII cild, səh-122-124. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə