Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə163/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   159   160   161   162   163   164   165   166   ...   314

  

329 


Kufənin qiyamçıların əlinə keçməsindən narahat olan Məhəmməd ibn Ab-

dul


lah  ixtiyarında  olan  bütün  qüvvələri  Yəhyanın  üzərinə  göndərdi.  Kufə 

yaxınlığında baş verən döyüşdə Yəhya ibn Ömərin öldürülməsi ilə qiyamçılar 

məğlub oldu. Yəhyanın kəsik başı əvvəlcə İraq torpaqlarının valisi Məhəmməd 

ibn Abdullahın, sonra isə Samirəyə xəlifə Müstənin hüzuruna göndərildi. Sami-

rədə qısa müddətli nümayişdən sonra Yəhyanın başını geri göndərən xəlifə əmr 

ver


di  ki,  Yəhya  ilə  birlikdə  şəhid  olanların  kəsik  başlarını  Bağdadda  torpağa 

tap


şırsınlar, əsirləri isə azadlığa buraxsınlar.

521


 

Yəhya ibn Ömərin qiyamının  yatırılmasından  az sonra digər Bəni-Haşim 

mayəndəsi Həsən ibn Zeyd ibn Məhəmməd ibn İsmail ibn Həsən ibn Zeyd 



ibn İmam Həsən (ə) xilafətdən narazı qüvvələri ətrafına toplayaraq Təbəristan-

da qiyam etdi. Qısa müddət ərzində Təbəristan və Deyləm əyalətlərinin böyük 

bir hissəsi qiyamçıların əlinə keçdi. 

Tərəfdarlarının çoxluğunu görən Həsən ibn Zeyd Təbəristanın mühüm şə-

hərlərindən  olan  Amul  üzərinə  hərəkət  etdi.  Vali  Süleyman  ibn  Abdullahın 

gön


dərdiyi ordunu məğlub edən qiyamçılar şəhəri ələ keçirdilər. 

Amul  şəhərini  ələ  keçirən  Həsən  ibn  Zeyd  xilafət  qüvvələrinin  qərargahı 

olan Sariyə şəhərinə doğru hərəkət etdi. Sariyə yaxınlığında baş verən döyüşdə 

də Süleyman ibn Abdullahın ordusunu məğlub edən Həsən ibn Zeyd şəhəri ələ 

ke

çirdi və Təbəristan valisi Cürcana qaçdı. 



Bu qələbədən sonra Rey şəhərini də ələ keçirən Həsən ibn Zeyd Təbəris-

tan


dan Həmədana kimi uzanan böyük bir ərazinin hakimi oldu. Beləliklə uğur 

qa

zanan Həsən ibn Zeyd və onun xələfləri 870-ci ilə qədər Təbəristan torpa-



ğında şiə dövləti təsis edərək, bu yerlərdə bir müddət hakimlik etdilər. 

Bunun ardınca hicrətin 251-ci ilində (miladi 865) Kufədə daha bir Bəni-Ha-

şim nümayəndəsi Hüseyn ibn Məhəmməd ibn Həmzə ibn Abdullah ibn Hüseyn 

ibn İmam Səccad (ə) qiyam etsə də, Məzahim ibn Xaqanın başçılığı altında olan 

ordu tərəfindən məğlub edilmişdir. Məğlub olan Hüseyn ibn Məhəmməd Samirə-

yə gedərək Mütəzzə beyət etmişdir. On yeddi il sonra (hicri 268/miladi 881-882), 

xəlifə Mutəmidin xilafəti dövründə bir daha qiyam etməyə cəhd göstərdi, lakin 

məqsədinə nail olmayıb həbs olundu və ömrünün sonuna kimi zindanda qaldı. 

Hicrətin 250-ci ilində (miladi 864) Xıms valisi Fəzl ibn Qarinin əleyhinə 

üs

yan baş versə də, bu üsyan Musa ibn Buğa əl-Kəbir tərəfindən yatırılmışdır. 



 

Sərkərdə Bağırın qətli və Müstəinin paytaxt Samirəni tərk etməsi 

Bağır  ət-Türkinin  artmaqda  olan  nüfuzundan  narahat  olan  Buğa  əs-Səğir 

onu aradan götürmək üçün tədbir görməyə başladı. Digər tərəfdən də sarayda 

şayiə  gəzirdi  ki,  xəlifə  Bağırın  vəzifəsini  artırıb,  onu  Buğa  əs-Səğirin  yerinə 

qoya

caq.  Bunu  eşidən  Buğa  əs-Səğir  Vəsiflə  birləşərək,  Bağırı  aradan  götür-



mək qərarına gəldi. Xəlifə Müstəin də onlarla əlbir idi. 

521


Tarixi-

Təbəri, V cild, səh-360-362; Tarixi ibn Əsir, VII cild, səh-126-129. 

  

                                                           




 

330 


Özünə qarşı aparılan əks-təbliğatdan xəbərdar olan Bağır, hicrətin 250-ci 

ilin


də (miladi 865) qarşı tərəfi qabaqlayaraq, xəlifəyə və iki sərkərdəyə  qarşı 

sui-


qəsd hazırladı. Lakin bundan xəbər tutan xilafət nümayəndələri Bağırı həbs 

et

dilər. 



Bağırın həbsindən xəbər tutan tərəfdarları xilafət sarayını mühasirəyə aldılar. 

Qiyamı  yatırmaq məqsədilə xilafət nümayəndələri Bağırı həbsxanada doğrayıb 

qətlə yetirdilər. Lakin onun ölümü də ordunu sakitləşdirmədi. Türk qoşunu başda 

xəlifə  olmaqla,  Bağırın  qətlində  günahkar  olan  hər  bir  kəsi  cəzalandırmayınca 

çəkilib getmək fikrində deyildi. Çıxılmaz vəziyyətdə qalan xəlifə Müstəin, Buğa 

əs-Səğir, Vəsif, Əhməd ibn Saleh və Şahək əl-Xadim bir qrup mühafizəçinin kö-

m

əyi  ilə  gizlicə  paytaxt  Samirəni  tərk  edərək  Bağdada  gəldilər.  Bu  hadisədən 



son

ra xəlifə Müstəin ömrünün sonuna kimi Samirəyə qayıda bilmədi.

522

 

 



Əbu Abdullah Mütəzzin hakimiyyətə gətirilməsi 

Bağdada gələn xəlifə Müstəin, ətrafındakı əyanlarla birlikdə şəhərin valisi 

Məhəmməd ibn Abdullah ibn Tahirin sarayında yerləşdi. Digər əyanlar da son-

ra

kı  günlərdə  Bağdada  gələrək  xəlifə  Müstəinə  qoşuldular.  Bağdaddakı  hərbi 



qüv

vələr Məhəmməd ibn Abdullahın qarnizonundan ibarət idi. 

Xəlifənin Samirəni tərk etməsindən sonra ordunun adlı-sanlı sərkərdələrin-

dən ibarət nümayəndə heyəti Bağdada gəlib, Müstəinlə görüşərək onun Samirə-

yə qayıtmasını istədilər. Lakin xəlifə onların istəyini qəbul etməyib Bağdadda 

qal


dı. 

Xəlifədən rədd cavabı alan türklər özlərinə yeni bir xəlifə seçmək qərarına 

gəldilər. Bu məqsədlə onlar hicrətin 251-ci ilində (miladi 865) həbsdə olan Mü-

təzzi azad edərək ona xəlifə kimi beyət etdilər. Xilafətdə yenə də Məmun və 

Əminin dövründə olduğu kimi, iki xəlifə hakimlik edirdi.  Bu dəfə Bağdadda 

Müstəin, Samirədə isə Mütəzz xəlifə idi. 

Mübarizədə qalib gəlmək istəyən hər iki xəlifə əyalətlərə məktub yazıb, va-

li

ləri öz tərəfinə çəkirdi. Həm Müstəin, həm də Mütəzz hökumət nümayəndələ-



rinə tapşırırdı ki, camaatdan yığılan vergi və xəracı məhz ona göndərsinlər. Ey-

ni zamanda Musa ibn Buğa əl-Kəbir və Abdullah ibn Buğa əs-Səğirin Mütəz-

zin tərəfinə keçməsilə, qüvvələr nisbəti az da olsa, onun xeyrinə dəyişdi.

523


 

Bütün lazımi tədbirləri həyata keçirən Mütəzz, hicrətin 251-ci ili məhərrəm 

ayının  sonlarında  (miladi  865,  fevral)  qardaşı  Əbu  Əhmədin  başçılığı  altında 

olan əlli min nəfərlik ordunu Bağdad üzərinə göndərdi. Səfər ayının əvvəllərin-

də (mart) Səmmasiya qapısına gələn Əbu Əhməd Bağdadı mühasirəyə aldı. Bir 

ne

çə gün tərəflər arasında ciddi döyüşlər baş vermədi. Baş verən döyüşlər kəş-



fiy

yat  xarakteri  daşısa  da,  hər  iki  tərəf  xeyli  itki  verirdi.  Bu  döyüşlərdə  çox 

vaxt bağdadlılar qalib gəlirdi. 

522


Tarixi-

Təbəri, V cild, səh-367-370. 

523

Tarixi-


Təbəri, V cild, səh-370-373. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə