Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə164/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   160   161   162   163   164   165   166   167   ...   314

  

331 


Uzun  sürən  mühasirədən  sonra  şəban  ayının  ortalarında  (miladi  865, 

sentyabr)  şəhər  divarlarının  zəif  nöqtəsini  tapan  türklər  şəhərə  daxil  oldular. 

La

kin buna baxmayaraq Məhəmməd ibn Abdullah, Vəsif və Buğa əs-Səğirin 



gös

tərişi  ilə  hərəkət  edən  şəhər  müdafiəçiləri  türkləri  geri  çəkilməyə  məcbur 

etdilər. 

Bağdadın  bir  neçə  aylıq  mühasirəsindən  sonra  şəhərdə  azuqə  ehtiyatı  tü-

kənmək  üzrə  idi.  Əhalinin  çətin  vəziyyətə  düşməsilə  əlaqədar  olaraq  şəhərdə 

nara


zılıq artdı. Camaat Bağdad valisinin sarayı qarşısında yığışıb, ya düşmənlə 

yüşməyi, ya da sülh bağlamağı tələb edirdi. 



Əhalinin  narazılığından  sonra  qalib  gələ  bilməyəcəyini  anlayan  Məhəm-

məd  ibn  Abdullah  hicrətin  251-ci  ili  zilqədə  ayının  sonlarında (miladi 865, 

dekabr) Əbu Əhmədlə sülh bağlamaq qərarına gəldi. Bir neçə gün davam edən 

da

nışıqlarda qət olundu ki, Məhəmməd ibn Abdullah şəhərin qapılarını açsın, 



Müs

təini türklərə təhvil versin və özü də Mütəzzə beyət etsin. 

Zilhiccə ayının sonlarında (miladi 866, yanvar) Məhəmməd ibn Abdullah 

stəini təslim olmağa razı saldı. Məhəmməd ibn Abdullah Əbu Əhmədlə da-



nışıq zamanı aşağıdakı şərtlər daxilində Bağdadı və Müstəini ona təhvil vermə-

yə razı olduğunu bildirdi: Məhəmmədə birdəfəlik əlli min dinar və hər il otuz 

min dinar pul verilsin; Buğa əs-Səğirə Məkkə, Mədinə və Hicazın valiliyi, Və-

sifə isə Cəbəl və ətraf məntəqələrin valiliyi verilsin. Əbu Əhmədin bu şərtləri 

qəbul etməsindən sonra Məhəmməd ibn Abdullah Müstəini razı salaraq, xəlifə-

lik


dən istefa ərizəsinə imza atdırdı. 

Hicrətin  252-ci  ili  məhərrəm  ayının  23-də  (miladi  866,  fevralın  13-də) 

Bağdad şəhərində Müstəinin xəlifəlikdən istefa verdiyi və hakimiyyətin Mütəz-

zə ötürüldüyü elan olundu. Həmin gün Bağdad məscidlərində Mütəzzin adına 

dua

lar oxundu. Müstəinin Məkkəyə getmək istəyini qəbul etməyən Mütəzz onu 



Va

sitə göndərdi. Lakin Müstəinin hər an çevriliş edəcəyindən ehtiyat edən Mü-

təzz, hicrətin 252-ci ilinin şəvval ayında (miladi 866, oktyabr-noyabr) Vasit şə-

hərinə bir dəstə əsgər göndərərək onu edam etdirdi.

524

 

 



Əbu Abdullah Məhəmməd Mütəzz hicri 252-255 (miladi 866-869) 

Əbu Abdullah Məhəmməd ibn Cəfər hicrətin 228-ci ili (miladi 842) xəlifə 

Va

siq Billahın xilafəti dövründə Mütəvəkkilin Qəbihə adlı cariyə ilə izdivacın-



dan sonra Samirədə anadan olmuşdur. 

Mütəzzin  xəlifə  seçilməsindən  bir  neçə  ay  sonra  Bağdadda  vali  Məhəm-

məd  ibn  Abdulaha  qarşı  qiyam  qalxdı.  Qiyamın  səbəbi  bundan  ibarət  idi  ki, 

Məhəmməd  ibn  Abdullaha  tabe  olan  əsgərlər  ondan  məvacib  tələb  edirdilər. 

Məvaciblərini vaxtında ala bilməyən əsgərlər şəhərin bazar və anbarlarını qarət 

et

dilər.  Məhəmməd  ibn  Abdullah  bir  neçə  günlük  mübarizədən  sonra  yalnız 



524

Tarixi-


Təbəri, V cild, səh-374-409; Tarixi ibn Əsir, VII cild, səh-167-168; Tarixi-Məsudi, 

IV cild, səh-164-165; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-236.  

  

                                                           




 

332 


sat

qınların yardımı ilə qiyam başçılarını ələ keçirib onları dəhşətli işgəncələrlə 

qətlə yetirdi. Başçıların edamından sonra qiyam yatırıldı. 

Buğa əs-Səğirlə Vəsif isə xəlifə Mütəzzin əmrinə əsasən Bağdadda həbs 

olun

dular.  Lakin Mütəzzin qardaşı Müəyyəd Vəsifin, Əbu Əhməd isə Buğa 



əs-Səğirin  bağışlanmalarını  istədilər.  Xəlifənin  tabeliyində  olan  digər  türk 

sərkərdələri də Buğa əs-Səğirlə Vəsifin bağışlanmalarını və orduya qaytarıl-

ma

larını  istədilər. Türklərin  nüfuzu  altında  olan  Mütəzz  onların istəyini  nə-



zərə alaraq, hicrətin 252-ci ili (miladi 866) hər iki sərkərdəni Samirəyə gətiz-

dir


di. Əvvəliki vəzifələrinə qaytarılan hər iki sərkərdənin bütün əmlakı özləri-

nə qaytarıldı. 

Qardaşı Müəyyədin sarayda nüfuzunun artmasından qorxuya düşən xəlifə 

təzz onunla bərabər digər qardaşı Əbu Əhmədi də həbs etdirdi. Digər tərəf-



dən  də  xəlifə  Mütəvəkkilin  vəsiyyətinə  əsasən  Mütəzz  xəlifə  olandan  sonra 

əyyəd onun vəliəhdi sayılırdı. Həbsdə güclü təzyiqlərə məruz qalan Müəy-



yəd vəliəhdlikdən istefa verməsi barədə olan kağızı imzalamağa məcbur oldu. 

Bunun  ardınca  hicrətin  252-ci  ili  (miladi  866)  əvvəlcə  Samirə  və  Bağdadda, 

daha sonra isə xilafətin digər məntəqələrində Müəyyədin istefası camaata elan 

olundu. 


Bu hadisədən qısa müddətdən sonra hicrətin 252-ci ili rəcəb ayının sonla-

rında (miladi 866, avqust) Müəyyəd xəlifə Mütəzzin göstərişinə əsasən həbsxa-

nada öldürüldü.

525


 

 

Məğribilərlə türklər arasında qarşıdurma 

Türklərin  nəzarətindən  xilas  olmaq  istəyən  xəlifə  Mütəzz  “məğribi”  adlı 

qo

şun  hissələrinə  arxalanırdı.  Bildiyimiz  kimi,  əsasən  misirli  döyüşçülərdən 



təşkil olunmuş məğribilər bilavasitə xəlifənin əmri altında qərar tutmuşdular və 

siyasi intriqalarda onu müdafiə edirdilər. 

Miladi tarixi ilə 866-cı ildə (hicri 252) türklər onların əmlakını yoxlamaq 

is

təyən  hesabdarı  döydülər.  Bundan  narahat  olan  məğribilər,  Məhəmməd  və 



Nəsr  adlı  sərkərdənin  başçılığı  ilə  hücum  edərək,  türkləri  Cövsəq  sarayından 

qovdular. 

Qısa vaxt ərzində özlərinə gələn türklər yenidən məğribilərlə döyüşə başla-

dılar. Bu arada şakiri birlikləri də məğribilərin köməyinə gəldi. Bu döyüşdə də 

məğlub  olan  türklər  geri  çəkilməyə  məcbur  oldular.  Dövlət  məmurlarının  işə 

qa

rışması ilə iki tərəf arasında müvəqqəti razılıq əldə olundu. 



Lakin məğlubiyyətlə barışmayan türklər, Bayıkbəyin başçılığı ilə gecəyarı 

hərəkət edərək, məğribilərin başçıları Məhəmmədlə Nəsri qətlə yetirdilər. Baş-

çılarını itirən məğribilər bundan sonra müqavimət göstərməyin faydasız oldu-

ğunu  anlayıb  dağılışdılar.  Beləliklə,  türk  ağalığına  qarşı  yönəlmiş  bu  planda 

uğursuzluqla başa çatdı. 

525


Tarixi-

Təbəri, V cild, səh-376.  

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə