Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə165/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   161   162   163   164   165   166   167   168   ...   314

  

333 


Mütəzz və Əhli-beyt 

Hicrətin 252-ci ili rəbiül-əvvəl ayında (miladi 866, aprel) xilafətin özbaşı-

na

lığına dözməyən Əhli-beyt nümayəndəsi, İmam Səccadın (ə) nəslindən olan 



Hüseyn ibn Əhməd Kövkəbi xilafətə qarşı qiyam edərək Qəzvin və Zəncan şə-

hərlərini ələ keçirdi. Daha sonra Deyləm hakimi ilə birləşən Hüseyn ibn Əh-

məd Kövkəbi Rey şəhərini də ələ keçirdi. Bundan xəbər tutan xəlifə Mütəzz, 

Köv


kəbinin üzərinə məşhur sərkərdə Musa ibn Buğa əl-Kəbiri göndərdi. Hicrə-

tin 253-


cü ili (miladi 867) Qəzvin yaxınlığında baş verən döyüşdə məğlub olan 

seyn ibn Əhməd Kövkəbi Deyləmə qaçdı. 



Ümumiyyətlə, Əhli-beytlə düşmən olan Mütəzzin xilafəti dövründə İmam 

Nəqi (ə) başda olmaqla bir neçə seyid xilafətin paytaxtı Samirəyə gətirilmiş, bu 

şəhərdə ya şəhadətə çatdırılmış, ya da həbsə atılmışdır. 

İmam Nəqinin (ə) artmaqda olan nüfuzundan narahat olan xəlifə Mütəzz, 

İmamı (ə) Bağdaddan Samirəyə gətirərək nəzarət altında saxladı. Lakin bunun-

la 


da sakitləşməyən Mütəzz, hicrətin 253-cü ili rəcəb ayının 3-də (miladi 868) 

İmama (ə) zəhər verərək onu şəhid etdi. İmamın (ə) müqəddəs məzarı Samirə-

də yaşadığı evindədir. 

Xəlifə Mütəzzin xilafəti dövründə müxtəlif şəhərlərdən Samirəyə sürgün olu-

naraq zindana salınmış və həbsxananın ağır şəraitinə dözməyərək dünyasını də-

yişmiş onlarla nəcib seyidin adı Əbul-Fərəc İsfəhaninin “Məqatilut-talibiyyin” və 

Şeyx Abbas Qumminin “Tətimmətul-müntəha” əsərlərində qeyd olunmuşdur. 

 

Məhşur sərkərdələr Buğa əs-Səğir və Vəsifin qətli 

Hicrətin 253-cü ili (miladi 867) türk, fərğanəli və isrövşənəli dəstələr dörd 

ay

lıq maaşlarını qabaqcadan tələb etdilər. Bu dəstələri sakitləşdirmək məqsədi-



lə Buğa əs-Səğir və Vəsif daha bir neçə sərkərdə ilə birlikdə onların yanına get-

di

lər. Buğa əs-Səğir onları sakitləşdirib, bu barədə xəlifə ilə danışacağına söz 



verdi. 

Bu söhbətdən dərhal sonra Buğa əs-Səğir və digər sərkərdələr geri qayıt-

sa

lar da Vəsif onların yanında qaldı. Lakin Buğa əs-Səğirin yardımçı qüvvələr-



lə geri qayıdacağından ehtiyat edən qəzəblənmiş əsgərlər Vəsifi (hicri 253/mi-

la

di 867) qətlə yetirdilər. Vəsifin qətlindən sonra xəlifə Mütəzz onun bütün sə-



la

hiyyətlərini Buğa əs-Səğirə verdi. 

Eyni ildə Bağdad darğası Məhəmməd ibn Abdullahın ölümündən sonra xəlifə-

nin göstərişinə əsasən onun yerinə qardaşı Ubeydullah ibn Abdullah təyin edildi.  

Vəsifin qətlindən sonra xəlifə Mütəzz bütün fikrini Buğa əs-Səğirdən canı-

nı qurtarmaq məsələsinə cəlb etmişdi. Mütəzz yaxşı bilirdi ki, Vəsif kimi onu 

da yalnız və yalnız türklərin öz əli ilə aradan götürmək olar. Bu arada Buğa əs-

Səğirdən xoşlanmayan Bayıkbəylə Saleh ibn Vəsif xəlifənin köməyinə çatdılar. 

Ba

yıkbəy Buğa əs-Səğirin saraydakı mövqeyinə paxıllıq etdiyi halda, Saleh ibn 



Vəsifdə  atasının  vəzifələrini  icra  etməyə  özünü  Buğa  əs-Səğirdən  daha  layiq 

bi

lirdi. Mütəzz bu iki nəfərin köməyindən istifadə edərək Buğa əs-Səğirin səla-



hiy

yətlərini azaltmağa başladı. 

  



 

334 


Baş verənlərdən xəbərdar olan Buğa əs-Səğir ailə üzvləri ilə birlikdə qaç-

ma

ğa çalışsa da, onu ələ keçirərək xilafətin paytaxtı Samirəyə gətirdilər. Xəlifə 



təzzin əmri ilə hicrətin 254-cü ili (miladi 868) onun başını bədənindən ayı-

rıb əvəllcə paytaxtda, sonra isə Bağdadda nümayiş etdirdilər. Başsız cəsədini 

isə türklərin əlindən yanıqlı olan məğribilər yandırdılar.

526

 

Mütəzz hakimiyyətə gələrkən, adət üzrə saray əyanları münəccimləri çağı-



rıb, yeni xəlifənin nə qədər hakimiyyətdə olacağını öyrənmək istədilər. Bu za-

man əyanlardan biri münəccimlərdən qabaq dedi: “Türklər nə qədər istəsələr, o 

qədər!” 

527


 

Buğa əs-Səğir ilə Vəsifin ölümündən sonra canını türklərdən qurtarmaq is-

təyən Mütəzz, bu dəfə Vəsifin oğlu Salehin nəzarəti altına düşdü. 

Bu iki məhşur sərkərdənin ölümündən sonra ordudakı türklər bir neçə aylıq 

məvaciblərini tələb etdilər. Saleh ibn Vəsif xəzinənin boşalmasında maliyyə işçi-

lərini günahkar bilərək onları həbs etdi. Bundan əlavə xəlifənin ən yaxın məslə-

hətçiləri olan vəzirlərini və hesabdarlarını da oğurluqda təqsirləndirib həbsə aldı. 

Bunun  ardınca  Saleh  ibn  Vəsif,  Əbu  Nəsr  ibn  Buğa  əl-Kəbir  və  digər 

sərkərdələrin  başçılığı  altında  olan  ordu  sarayın  qarşısına  toplanaraq  xəlifəyə 

öz etirazlarını bildirdilər. Bu ordunun tərkibində türklərdən əlavə, fərğanəlilər 

və məğribilər də var idi. 

Xəlifə Mütəzzi zorla otağından çıxaran ordu ondan istefa verməsini tələb 

etdi. İşgəncə və təhqirlərin sonunda Mütəzz istefa kağızını imzalamağa məcbur 

oldu.  Lakin  bununlada  sakitləşməyən  ordu  xəlifəni  hicrətin  255-ci ili (miladi 

869) içi qaynar su ilə doldurulmuş quyuya ataraq öldürdülər.

528


  

 

Hz.

İmam Əliyyən Nəqi (ə) 

O Həzrətin mübarək adı Əli, Nəqi isə ləqəbidir. Atası İmam Məhəmməd 

Təqi (ə), anası isə Süsən adlı bir kənizdir. Rəvayətə görə bu kəniz Mərakeş əh-

lindən olub, bədəni son dərəcə ağ olduğu üçün Dürrə, özü kök, əzaları ətli ol-

du

ğundan  Səmanə  adı  ilə  məşhur  olmuşdur.  Künyəsi  Əbəl-Həsəni-səlisdir. 



İmam Nəqi (ə) hicrətin 220-ci ili miladi 835-ci ildə atasının şəhadətindən sonra 

yed


di yaşında imamət məqamına yetişmişdir. İmam Nəqinin (ə) imamət müd-

dəti otuz üç il, ümumilikdə isə qırx il yaşamışdır. İmam Nəqi (ə) hicrətin 213-

cü ili zilhiccə ayının 15-də, miladi 828-ci il Abbasi xəlifəsi Məmunun xilafəti 

döv


ründə Mədinənin Sərya adlı məntəqəsində anadan olmuşdur. 

İmam Nəqinin (ə) dövründə siyasi-ictimai vəziyyət: 

1) 

Xilafətin əzəmət və heybətinin itməsi – İmam Nəqinin (ə) dövründə xi-



la

fətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmə-

tini itir

miş, bu qüvvələr onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız sim-

526

Tarixi ibn Əsir, VII cild, səh-178; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-241-242.  



527

Doğuşdan günümüzə böyük İslam tarixi, III cild, səh-258.  

528

Tarixi-


Təbəri,  V  cild,  səh-340-341; Tarixi-Məsudi,  IV  cild,  səh-166, 183-184; Siyuti, 

Tarixul-


xüləfa, səh-359-360. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə