Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə166/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   162   163   164   165   166   167   168   169   ...   314

  

335 


volik bir məna daşıyırdı. Buna baxmayaraq təhlükə hiss edilirdisə, xəlifə və bü-

tün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər. 

2) 

Sarayda əyləncələrin çoxalması – Abbasi xəlifələri hakimiyyətdə yaran-



mış vəziyyətdən istifadə edib kef, əyləncə, eyş-işrətlə məşğul olaraq gecə məc-

lis


ləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla dolmuşdu. 

3) 


Haqsızlıq və özbaşınalığın yayılması – Zülm və haqsızlığın yayılması, 

beytül-


malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək camaatı cana yığmışdı. 

4) 


Ələvi qiyamlarının artması – Peyğəmbər (s) nəslindən olan ələvilər öz 

haq


larını qorumaq üçün xilafətə qarşı tez-tez qiyam edirdilər. Lakin bu qiyam-

la

rın hamısı məğlubiyyətə uğrayırdı. Bu qiyamların məğlubiyyətə uğramasının 



səbəbi bir tərəfdən qiyam başçılarının, digər tərəfdən isə tərəfdarlarının zəif ol-

ma

sı ilə bağlı idi. Qiyam başçılarının hazırladıqları proqramlar kamil olmadığı 



üçün  işlərində  çatışmazlıqlar  olur  və  ən  əsası  isə  onların  qiyamı  tam  şəkildə 

İslami bir qiyam olmurdu. 

İmam Nəqi (ə) imaməti dövründə yeddi abbasi xəlifəsinin müasiri olmuş və 

bu  xəlifələr  tərəfindən  İmama  (ə)  böyük  zülmlər  və  ədalətsizliklər  edilmişdir. 

Xüsusilə xəlifə Mütəvəkkil  İmam Nəqinin  (ə)  ən qatı düşməni olmuşdur. Mü-

təvəkkil Bəni-Haşimə qarşı çox kobud rəftar edirdi. Onun vəziri Ubeydullah ibn 

Yəhya  ibn  Xaqan  da  Əhli-beytə  qarşı  qəddar  idi.  Mütəvəkkil  Əhli-beytə  qarşı 

zülm və haqsızlıqda sanki bütün Abbasi xəlifələrini ötüb keçmişdi. O, Hz.Əli (ə) 

və onun övladlarına qarşı misli görünməmiş düşmənçilik edirdi. Əgər bir nəfərin 

Hz.


Əliyə (ə) rəğbət bəslədiyindən xəbər tutsaydı, bütün mal-dövlətini müsadirə 

edib  özünü  də  öldürəcəkdi.

529

 

Elə  buna  görə  də  İmam  Nəqi  (ə)  Mütəvəkkilin 



dövrün

də öz fəaliyyətini gizli şəkildə edirdi. 

Mütəvəkkil  İmamı  (ə)  öz  nəzarəti  altında  saxlamaq  üçün  ata-babalarının 

yolunu davam etdirmək qərarına gəldi. 

Mədinə hakimi Abdullah ibn Məhəmməd Haşimi xəlifəyə göndərdiyi mək-

tubda Hz.

Nəqinin (ə) Mədinədə topladığı sosial baza haqqında məlumat verərək 

onu bərk qorxuya salır.

530

 

Ancaq İmam (ə) xəlifəyə bir məktub yazaraq Abdul-



lahın dediklərinin yalan olduğunu bildirərək ondan xəlifəyə şikayət etdi. Bundan 

narahat olan xəlifə Mütəvəkkil Abdullahı vəzifəsindən çıxarmaqla bərabər İmam 

Nəqini (ə) Samirəyə dəvət etdi. Mütəvəkkilin bundan məqsədi İmam Nəqini (ə) 

Samirəyə  gətirərək  onu  nəzarət  altında  saxlamaq  idi.  İmamı  (ə)  xəlifənin 

göstərişi ilə Mədinədən Samirəyə Yəhya ibn Hərsəmə gətirmişdir. İmam Nəqi-

nin 



(ə) Samirəyə gəlişi üçün təyin edilmiş gün, o Həzrət üçün hələ yer hazırlan-

ma

ması bəhanəsi ilə təxirə salınır və o Həzrət bir gecə “Xanus-səvalik” (kimsə-



sizlər karvansarası) adlanan bir yerdə qalmalı olur. Bu hərəkətdən məqsəd siyasi 

baxımdan bir növ İmamı (ə) zəhmətə salaraq təhqir etmək olmuşdur. Bir neçə 

gün orada qaldıqdan sonra onu xilafət iqamətgahına yaxın bir yerdə Səid ibn Ha-

529


Məqatilut-talibin, səh-395; Tarixi-ibn Əsir, VII cild, səh-55. 

530


İxtiyari-mərifətir-rical, səh-603-607. 

  

                                                           




 

336 


ci

bin evində yerləşdirib nəzarət altında saxladılar. Mütəvəkkilin İmamı (ə) bu qə-

dər nəzarət altında saxlamasına baxmayaraq, yenə də onu öz hakimiyyəti üçün 

cid


di bir təhlükə hesab edir və qorxurdu ki, İmamın (ə) dostları onunla əlaqə sax-

layıb xilafət əleyhinə qiyam edə bilər. Xəlifənin ətrafında olanlar da, bəzi vaxtlar 

onu İmamın (ə) və dostlarının qiyamından xəbərdar edirdilər. Buna görə də, Mü-

təvəkkil vaxtaşırı İmamın (ə) evini yoxlatdırır, axtarış aparanların hər dəfə əlibaş 

qayıtmalarına baxmayaraq, xəlifə yenə də İmamdan (ə) nigaran idi. 

 

Xəlifə Mütəvəkkilin şiələrə qarşı təzyiq və cinayətləti 

1) 

Mütəvəkkil  hicrətin 236-cı  ilində,  851-ci  il  əmr  verir  ki,  şəhidlər  ağası 



İmam Hüseynin (ə) məqbərəsi və onun ətrafında olan tikililər sökülərək əkin sa-

həsinə çevrilsin.

531

 

Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsə-



dilə,  o  yaxınlıqda  gözətçilər  saxlanılsın.  İmamın  (ə)  müqəddəs  qəbrini  heç  bir 

səlman sökməyə hazır olmadığı üçün bu işi əslən yəhudi olan Dizəc adlı bir 



şəxs yerinə yetirir. Mütəvəkkil İmamın (ə) qəbrinin ziyarət edilməsini qadağan 

edərək bildirir ki, əgər bir nəfər onu ziyarətə gedərsə, mütləq cəzalandırılacaq.

532

 

2) 



Mütəvəkkil öz mənliyini satmış şairlərə külli miqdarda pul verib onları 

Abbasi hökumətinin qanuni hökumət olması barədə və eləcə də Əhli-beyt (ə) 

əleyhinə şeirlər yazmağa məcbur edirdi.

533


 

3) 


Mütəvəkkilin əmrinə əsasən Misir hakimi, Misirdə olan bütün ələviləri 

İraqa sürgün edir.

534

 

4) 



Mütəvəkkil  şiələrə  qarşı  o  qədər  maddi  təzyiq  göstərir  ki,  deyilənlərə 

rə Mədinə şəhərindəki Ələvi qadınların namaz qılmağa  yaxşı paltarı olma-



mış, əyinlərindəki bir ədəd köhnə paltarı növbə ilə geyib namaz qılardılar. On-

lar Mütəvəkkilin ölümünə qədər bu çətinlikdə qalmışlar.

535

 

5) 



Mütəvəkkil Misir hakiminə Ələvilərlə aşağıdakı şərtlər əsasında davran-

mağı əmr edir: 

a) 

Ələvilərdən heç birinə mülk verilməsin, onlara ata minmək və Fustat şə-



h

ərindən digər şəhərlərə getmək qadağan edilsin. 

b) 

Ələvilərdən heç birinə bir nəfərdən artıq qul saxlamaq icazəsi verilməsin. 



v) 

Bir ələvi ilə qeyri-ələvi mübahisə edərsə, hakim ilk növbədə qeyri-ələvi-

nin  şikayətinə  qulaq  assın  və  Ələvinin  şikayətini  dinləmədən  onun  əleyhinə 

hökm versin.

536

 

Miladi 861-



ci  ildə  Mütəvəkkilin  ölümündən  sonra  hakimiyyətə  gələn  oğlu 

Mün


təsir atasının qəsb etdiyi mülkləri yenidən Əhli-beytə qaytarır. Lakin Müntəsi-

rin altı aylıq hakimiyyətindən sonra hakimiyyətə gələn xəlifələr yenidən Əhli-beytə 

531

 Məasirul-anifə fi məalimul-xilafə, I cild, səh-231. 



532

Tarixi-


Məsudi, IV cild, səh-51; Tarixul-xüləfa, səh-347; Şeyx Tusi, Əmali, səh-326-328. 

533


İmam Nəqinin (ə) həyatı, səh-292. 

534


On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh-84. 

535


Tətimmətul-müntəhal-amal, səh-238. 

536


On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh-84. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə