Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə167/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   163   164   165   166   167   168   169   170   ...   314

  

337 


zülmlər etmişlər. Nəhayət İmam Nəqi (ə) hicrətin 253-cü ili rəcəb ayının 3-də mi-

ladi 868-

ci ildə xəlifə Mötəzzin əmri ilə zəhərləndirilərək Samirədə şəhid edilmiş-

dir. Oğlu İmam Həsən Əsgəri (ə) onu on ildən artıq yaşadığı evdə dəfn etmişdir. 

 

İmam Əliyyən Nəqinin (ə) ləqəbləri: 

1) 


Nəqi – pak, pakizə; 

2) Hadi – 

rəhbər; 

3) 


Mürtəza – seçilmiş; 

4) F


əttah – fəth edən; 

5) 


Mütəvəkkil – Allaha təvəkkül edən; 

6) Nasih – 

nəsihətçi; 

 

İmam Əliyyən Nəqinin (ə) övladları: 

1) 

İmam Həsən Əsgəri (ə). Anası Hüdeysə adlı xanımdır. 2) Hüseyn; 3) Mə-



həmməd; 4) Cəfəri-Kəzzab; 5) Aişə. 

İmam Nəqinin (ə) üzüyündə bu yazı yazılmışdır: “Əl-mülkü-lillah” – Mülk 

və səltənət yalnız Allaha məxsusdur. 

 

İmam Nəqinin (ə) müasiri olmuş xəlifələr: 

1) 

Məmun (813-833); 



2) 

Mütəsim (833-842); 

3) Vasiq (842-847); 

4) 


Mütəvəkkil (847-861); 

5) 


Müntəsir (861-862); 

6) 


Müstəin (862-866); 

7) 


Mötəzz (866-869). 

 

Əbu Abdullah Məhəmməd Mühtədi hicri 255-256 (miladi 869-870) 

Mütəzzin xilafətdən salınmasından sonra Abbasi məmurları hicrətin 255-ci 

ili (miladi 869) Məhəmməd ibn Vasiq Billaha beyət edərək onu xəlifə təyin et-

di

lər. Rəvayətlərə əsasən sabiq xəlifə Mütəzzdən xeyir-dua və halallıq alandan 



son

ra xəlifəliyi qəbul edən Əbu Abdullah Məhəmməd özünə “Mühtədi” ləqəbi-

n

i götürdü. Mühtədi hicrətin 227-ci ili (miladi 832) xəlifə Məmunun dövründə 



Bağdadda anadan olmuşdur. 

Lakin Mühtədinin hakimiyyətini qəbul etməyən Bağdad əhalisi Mütəzzin 

qar

daşı  Əbu  Əhmədin  xəlifəliyini  dəstəkləyərək,  məsciddə  onun  adına  dua 



oxu

yub  beyət  toplamağa  başladılar.  Güclü  siyasət  işlədən  xəlifə  Mühtədi  qi-

yamı silah gücünə yox, pul gücünə yatırmaq istədi. Bu məqsədlə xəlifənin əm-

ri

nə əsasən Bağdada otuz min dinar pul göndərildi. Pulun gətirildiyini eşidən 



ca

maat  qənimət  dalınca  getdi.  Beləliklə,  Bağdaddakı  narazı  qüvvələrin  çıxışı 

dinc yolla yarırıldı. 

  



 

338 


Ubeydullah ibn Abdullahın yerinə Bağdad valisi olaraq Süleyman ibn Ab-

dul


lah təyin edilmişdir. Onun tabeliyində olan əsgərlər məvaciblərini vaxtında 

ala  bilmədikləri  üçün  xəlifəyə  etirazlarını  bildirdilər.  Onlara  qoşulan  Bağdad 

əhalisi də şəhər bazarlarını talan etməyə başladılar. Bundan narahat olan xəlifə 

Müh


tədi Süleyman ibn Abdullahı və ordusunu Bağdaddan qovdu.

537


 

Mühtədini Bəni-Abbasın Ömər ibn Əbdüləzizi adlandırırlar. O, hakimiyyə-

t

ə gəldikdən sonra özündən əvvəlki xəlifələr tərəfindən əsası qoyulmuş bir çox 



adət-ənənələri ləğv etdi. Musiqi və əyləncə vasitələrini saraydan kənarlaşdırdı, 

qızıl və gümüş qabları əritdirib, onlardan sikkələr hazırlatdı və kasıblara payla-

dı. Xilafət sarayındakı bütün canlı məxluq təsvirləri də yığışdırıldı. 

Məşhur əhli-sünnə alimi İbn Əbil Hədid onun barəsində yazır ki, Hz.Əli (ə) öz 

xilafəti dövründə Beytul-qəsəs adlı bir otaq tikdirmişdi. Camaat öz arzu və istəklə-

ri

ni kağıza yazıb, o evin pəncərəsindən içəri atırdılar. Hz.Əli (ə) də o kağızları bir-



bir oxuyub, orada yazılanları həll etməklə məşğul olurdu. Hz.Əlidən (ə) sonra bu 

qaydaya əməl edən yeganə xəlifə Mühtədi olmuşdur. Mühtədi gecələr yun köynək 

geyib namaza durar, uzun-

uzadı ibadət edər, Allaha yalvarıb ağlayardı.

538

 

Bütün bunlara baxmayaraq, Mühtədi Əhli-beytə qarşı mənfi münasibətdə idi. 



Onun hakimiyyəti dövründə Bəni-Haşimdən olan bir neçə seyid dövlət adamları 

və valilər tərəfindən tutulub Samirəyə gətirilmiş, burada həbs olunmuşdur. 

İmam Həsənin (ə) nəslindən olan Məhəmməd ibn Həsəni zəncirləyib Mədinə-

yə sürgün etmişdilər. O, yolun çətinliyinə dözməyib, Mədinəyə çatmazdan əvvəl 

dünyasını dəyişdi. Ölümündən sonra onun ayaqlarını kəsib, zəncirləri çıxardılar. 

Xəlifənin Bəsrədəki nümayəndəsi İmam Kazimin (ə) nəvəsi Cəfər ibn İs-

ha

qı qətlə  yetirdi. Eyni zamanda  İmam Həsənin (ə) nəslindən olan Musa ibn 



Ab

dullahı  zəhərləyib  şəhadətə  çatdırdıqdan  sonra  onun  başını  kəsib  xilafətin 

pay

taxtı Samirəyə xəlifə Mühtədinin hüzuruna göndərdi. 



Bu illərdə Məkkə zindanında İmam Həsənin (ə) nəslindən olan Əli ibn Mu-

sa, Mədinədə eyni nəsildən İbrahim ibn Musa həlak oldular. 

Əbutalib nəslinin nümayəndəsi İsa ibn İsmail Kufə həbsxanasında vəfat etdi. 

İmam Həsən (ə) soyundan olan Məhəmməd ibn Hüseynlə İmam Kazimin (ə) nə-

ti

cəsi Əli ibn Musa isə Samirə zindanında vəfat etdilər.



539

 

 



Musa ibn Buğa əl-Kəbirin Samirəyə çağırılması 

Hicrətin 255-ci ili (miladi 869) Mütəzzin ölümündən sonra anası Qəbihə, 

öz  aqibətinin  yaxşı  olmayacağını  anlayıb  bütün  var-dövlətini  dövlətə  təhvil 

ver


di. Axtarış zamanı onun sarayındakı xəzinədən bir milyon dinar dəyərində 

qızıl pul və daha iki milyon dəyərində dəyərli daşlar və ziynət əşyaları tapdılar. 

537

Tarixi-


Təbəri, V cild, səh-436. 

538


İbn  Əbil  Hədid,  Nəhcül-bəlağənin  şərhi;  Siyuti,  Tarixul-xüləfa,  səh-361;  Natiq  Rəhimov, 

İslam Tarixi, II cild, səh-245. 

539

Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-245. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə