Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə169/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   165   166   167   168   169   170   171   172   ...   314

  

341 


lət adamının köməyindən istifadə etmək qərarına gəldi. Bu məqsədlə hicrətin 

257-


ci ili (miladi 871) Mutəmid qardaşı Əbu Əhməd Təlhə ibn Mütəvəkkili Sa-

mi

rəyə çağıraraq, ordunun ixtiyarını ona verdi. 



Dövlət işlərinə sürətlə nüfuz edən Əbu Əhməd, qısa müddət ərzində bütün 

ha

kimiyyəti öz əlinə aldı. Ordu onun ixtiyarında olduğu üçün, xilafətin də əsl 



sa

hibi o idi. “Əmir-ül-möminin” ləqəbini daşıyan Mutəmid, yalnız formal ola-

raq xəlifə sayılırdı. Bütün dövlət qanunlarını işləyib-hazırlamaq və onların ic-

ras


ına nəzarət etmək ixtiyarı Əbu Əhmədə məxsus idi. Ordunun başçısı, hərbi 

əməliyyatların baş komandanı da Əbu Əhməd idi.

544

 

 



Müsavir  ibn  Əbdülhəmid  Şarinin  qiyamı  hicri  253-263 (miladi 867-

877) 

Hicrətin 253-cü ili (miladi 867) xəlifə Mütəzzin xilafəti dövründə əslən xə-

va

ric olan Müsavir ibn Əbdülhəmid Tikritdə xilafətə qarşı üsyan etdi. Bundan 



xəbər  tutan  Mütəzz  türk  əsilli  Satəkini  böyük  bir  ordu  ilə  onun  üzərinə gön-

dərdi.  Baş  verən  döyüşdə  məğlub  olan  Müsavir  döyüş  meydanından  qaçaraq 

giz

ləndi. 


Mosul bölgəsinə gələn Müsavir, ətrafına adam toplayaraq  yenidən qiyam 

et

di.  Hətta  Cəlula  yaxınlığında  xilafət  ordusunu  məğlub  etdilər.  868-ci  ildə 



(hic

ri 254) isə qiyamçılar sərkərdə Yərcux Türkinin başçılıq etdiyi xilafət ordu-

su

nu da məğlub etdilər. 



Mütəzzin qətlindən sonra xəlifə olan Mühtədinin əmri ilə hicrətin 256-cı ili 

(miladi  870)  Musa  ibn  Buğa  əl-Kəbirlə  Bayıkbəy,  Müsavirin  qiyamını  yatır-

maq məqsədilə Mosula doğru hərəkət etdilər. Lakin Mühtədinin hiylə işlətdiyi 

məlum olduqdan sonra Bayıkbəy Samirəyə qayıtdı və orada qətlə yetirildi. Bu 

müd

dət ərzində Musa ibn Buğa əl-Kəbirin ordusu Müsavirin qüvvələrini məğ-



lub etdi, lakin qiyam başçısı yenə də qaçmağı bacardı. Bu arada Samirədə xəli-

fə dəyişikliyini öyrənən Musa ibn Buğa əl-Kəbir ordusu ilə birlikdə paytaxta 

qa

yıtdı.  Bundan  istifadə  edən  Müsavir  yenidən  qiyamın  başına  keçdi.  Yalnız 



savirin ölümündən (hicri 263/miladi 877) sonra onun başlatdığı hərəkat sü-

qut etmişdir. 

 

İsa ibn Şeyx hərəkatı 

Xəlifə Mutəmidin xilafətini qəbul etməyən Fələstin valisi İsa ibn Şeyx xə-

ra

cı  xilafətin  paytaxtı  Samirəyə  göndərməyib  özündə  saxladı.  Daha  sonra  o, 



Mi

sirdən gələn xəracı da ələ keçirdi. Bundan xəbər tutan xəlifə Mutəmid türk 

əsilli Amacur adlı sərkərdəni İsa ibn Şeyxin üzərinə göndərdi. Amacurun Də-

məşqdə olduğunu öyrənən İsa ibn Şeyx oğlu Mənsuru Dəməşq üzərinə göndər-

di. Dəməşq ətrafında baş verən döyüşdə xilafət ordusu qalib gəldi və Fələstin 

va

lisinin  oğlu  Mənsur  başda  olmaqla  bir  neçə  sərkərdə  də  öldürüldü.  İsa  ibn 



544

Tarixi-


Təbəri, V cild, səh-604-605; Siyuti, Tarixul-xüləfa, səh-367. 

  

                                                           




 

342 


Şeyx  məğlub  olmuş  ordusunun  qalıqlarını  toplayıb,  Rəmləyə  qaçdı.  İsa  ibn 

Şeyxi məğlub edən Amacur isə xəlifənin əmrinə əsasən hicrətin 256-cı ili (mi-

ladi 870) Dəməşq valisi təyin edildi. 

 

Məhəmməd ibn Vasil hərəkatı hicri 256-261 (miladi 870-875) 

Hicrətin 256-cı ili (miladi 870) kürdlərlə əlbir olan Məhəmməd ibn Vasil, 

Fars bölgəsinin valisini öldürərək, bu torpaqlara sahib oldu. İki ildən sonra Mə-

həmməd ibn Vasil Fars bölgəsinin xəracını  yenidən xəlifəyə göndərərək, ona 

itaət etdiyini bildirsə də, xəlifə valinin ölümü ilə əlaqədar olaraq onu bağışla-

maq fikrində deyildi. 

Bu məqsədlə hicrətin 261-ci ili (miladi 874-875) Musa ibn Buğa əl-Kəbir 

ixti


yarında olan Əbdürrəhman ibn Müflih və Taştemir adlı iki sərkərdəni Mə-

həmməd ibn Vasilin üzərinə göndərdi. Lakin Ramhörmüz yaxınlığında baş ve-

rən döyüşdə xilafət ordusu məğlub oldu, Taştemir həlak oldu və Əbdürrəhman 

ibn Müflih isə əsir düşdü. 

Bu  qələbədən  sonra  Məhəmməd  ətraf  şəhərlərin  fəthinə  başladı.  Onunla 

bacar


a bilməyəcəyini görən Musa ibn Buğa əl-Kəbir şərq torpaqlarının valili-

yin


dən istefa verərək, Samirəyə qayıtdı. Lakin bir neçə ay sonra Səffari hökm-

darı Yəqub ibn Leys Fars bölgəsinə hücum etdi. Miladi tarixi ilə 875-ci ildə baş 

ve

rən döyüşdə Məhəmməd ibn Vasili məğlub edən Yəqub ibn Leys Fars böl-



gəsini ələ keçirdi. 

 

Sahib əz-zincin hicri 255-270 (miladi 869-883) üsyanı 

“Sahib əz-zinc” ləqəbli şəxsin əsl adı Əli ibn Məhəmməd ibn Əbdürrəhim 

ol

muşdur.  Zəncilərin  qiyamına  başçılıq  etdiyi  üçün  bu  ləqəbi  almışdır.  Bəni-



Əbdi Qeys qəbiləsinə mənsub olan bu şəxs, Rey yaxınlığında Vərzənin kəndin-

də dünyaya gəlmişdir. 

Hicrətin 249-cu ili (miladi 863) Bəhreynə gələn Əli ibn Məhəmməd özünü 

Hz.


Əlinin (ə) nəslindən olan seyid kimi qələmə verdi. Bəhreyn əhli onun Əli 

ibn Abdullah ibn Məhəmməd ibn Fəzl ibn Həsən ibn Abdullah ibn Abbas ibn 

Əli ibn Əbutalib (ə) olduğuna inanıb, ətrafına toplandı. Əhalinin şiə təmayüllü 

ol

masından istifadə edən Əli ibn Məhəmməd, onları Əhli-beytin haqqını geri 



qa

ytarmaq şüarı altında qiyama səslədi. Lakin Bəhreyn valisinin göndərdiyi or-

du  tərəfindən  məğlub  edilən  Əli  ibn  Məhəmməd  əvvəlcə  Əhsaya,  oradan  da 

Bəsrəyə qaçaraq Bəni-Zubəyə qəbiləsinin himayəsinə sığınır. Lakin burada da 

yax

şı qarşılanmayan Əlinin özü qaçsa da, bir neçə tərəfdarı, o cümlədən arvadı 



və uşaqları Bəsrə valisi tərəfindən həbs edilir. 

Hicrətin 254-cü ili (miladi 868) birbaşa Bağdada gələn Əli ibn Məhəmməd, 

burada  özünü  Məhəmməd  ibn  Əhməd  ibn  İsa  ibn  Zeyd  ibn  İmam  Səccad  (ə) 

kimi təqdim edir. Bir il ərzində Bağdad əhalisində xeyli adam onun tərəfini tutur. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə