Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə171/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   167   168   169   170   171   172   173   174   ...   314

  

345 


Mutəmidin ikinci vəliəhdi “Müvəffəq” ləqəbli qardaşı Əbu Əhməd Təlhə 

ol

du. Ona da İran, İraq və Ərəbistanın idarəçiliyi verildi. 



Vəliəhdlik barədə fərmana bu əlavə olundu ki, əgər Müvəffəz həddi-büluğa 

çat


madan əvvəl Mutəmid ölərsə, hakimiyyət müvəqqəti olaraq Müvəffəqə veri-

ləcək.  Lakin  Müvəffəz  yetkinlik  yaşına  çatdıqdan  sonra  xilafət  ona  qaytarı-

lacaq. 

 

Səffarilərin üsyanı və Tahirilər (819-873) dövlətinin süqutu 

Abbasi dövlətinin zəiflədiyi vaxt ortaya çıxan üsyanların ən böyüklərindən 

biri  də  Yəqub  ibn  Leysin  qiyamıdır.  Səffari  dövlətinin  qurucusu  olan  Yəqub 

ibn Leys hicrətin 257-ci ilində (miladi 870) Sicistanı Tahirilərin əlindən alaraq, 

bu dövlətin əsasını qoymuşdur. Sonra Əfqanıstana keçib, Bəlx, Herat və Puşən-

gi özünə tabe edən Yəqub ibn Leys, Hindistan sərhədlərinə qədər irəlilədi. Bu 

ara

da  Tahirilərin  zəifləməsindən  istifadə  edən  Yəqub  ibn  Leys,  Xorasan  tor-



paqlarına daxil olaraq Tahirilərin mərkəzi şəhəri olan Nişaburu mühasirəyə al-

dı. Səffarilərlə mübarizə apara biməyəcəyini anlayan sonuncu Tahiri hökmdarı 

Məhəmməd ibn Tahir Yəqub ibn Leysə təslim oldu. Beləliklə, hicrətin 259-cu 

ilində (miladi 873) Xorasanı müqavimətsiz ələ keçirən Səffarilər, Tahirilərin 54 

illik hakimiyyətinə son qoydu. 

Xorasanı ələ keçirən Yəqub ibn Leys xəlifə Mutəmiddən bu ərazilərin ha-

kim

liyini istədi. Lakin onunla razılaşmayan xəlifə, ondan Xorasan torpaqlarını 



tərk  etməsini  istədi.  Xəlifənin  məsləhətinə  əhəmiyyət  verməyən  Yəqub  ibn 

Leys  Fars  bölgəsini  də  ələ  keçirdi.  Bu  əraziləri  ələ  keçirən  Səffari  hökmdarı 

Yəqub ibn Leys hicrətin 262-ci ilində (miladi 875) yenidən xəlifə Mutəmidin 

zuruna elçilər göndərib, ələ keçirdiyi torpaqların valiliyini təsdiq etməsini is-



tədi.  Onunla  razılaşan  xəlifə  Mutəmid,  Xorasan,  Təbəristan,  Cürcan,  Rey  və 

Fars bölgələrinin valiliyi ilə birlikdə Bağdad şəhərinin mühafizəsini də Yəqub 

ibn Leysə verdi. Lakin bununla da razılaşmayan Səffari hökmdarı Yəqub ibn 

Leys Samirəyə doğru hərəkət etdi. 

Bundan narahat olan xəlifə Mutəmid Bağdada gəlib, Əbu Təlhə Müvəffə-

qin ordusu ilə birləşərək, Səffarilərin üzərinə hərəkət etdi. Hicrətin 262-ci ilinin 

rəcəb ayının doqquzunda (miladi 876, aprel) iki tərəf Bağdadla Vasit arasında 

qar


şılaşdı. Baş verən döyüşdə xilafət ordusu Səffariləri məğlub etdi və Yəqub 

ibn Leys döyüş meydanından qaçdı. Səffarilər tərəfindən əsir götürülən son Ta-

hi

ri hökmdarı Məhəmməd ibn Tahir də sərbəst buraxıldı. 



Bir  müddət  sonra  Səffari  hökmdarı  Yəqub  ibn  Leysin  ölümündən  sonra 

onun yerini tutan qardaşı Əmr ibn Leys xəlifə Mutəmidlə sülh bağladı. Nəticə-

də  xəlifə  Mutəmid  Əmr  ibn  Leysin  əlində  olan  torpaqların  idarəsini  ona 

verdi.


548

 

548



Tarixi-

Təbəri,  V  cild,  səh-480;  Tarixi  ibn  Əsir,  VII  cild,  səh-247;  Haig,  Səffarilər,  İA,  X 

cild, səh-59-60. 

  

                                                           




 

346 


Bizansla döyüşlər 

Xəlifə Mutəmidin xilafəti dövründə bir tərəfdən Orta Anadoluda, digər tə-

rəfdən də Malatya və Sumeysat-Nusaybin bölgələrində Bizanslılarla döyüşlər 

da

vam edirdi. Bu döyüşlərdə əldə edilən qələbələr əsasən Tarsus valisi Yazma-



nın adı ilə bağlıdır. Fəth ibn Xaqanın nökərlərindən olan Yazmanın, Tarsusa nə 

vaxt gəldiyi dəqiq bilinmir. Hicrətin 269-cu ilində (miladi 882) Tuluni məmur-

la

rı tərəfindən həbsə alınan Yazman, qısa müddət sonra xalqın istəyi ilə sərbəst 



edi

lərək, Tarsusun valisi təyin edilmişdir. 

Miladi  tarixilə  883-cü  ildə  (hicri  270)  bizanslılar  müsəlman  torpaqlarına 

soxularaq, Tarsus 

yaxınlığında  düşərgə  qurdular.  Lakin  baş  verən  döyüşdə 

Yaz


man tərəfindən məğlub edilən Bizans ordusu, silah və azuqələrini düşərgə-

də qoyub qaçdı. Elə həmin ilin rəcəb ayında (miladı 884) Yazmanın iştirakı ilə 

tərəflər arasında əsir mübadiləsi baş tutdu. 

Növbəti  il  hicrətin  272-ci  ili  (miladi  885)  yenidən  Bizans  üzərinə  yürüş 

edən Yazman xeyli qənimətlə geri döndü. Bu arada Bizans hakimiyyətində bə-

zi dəyişikliklər baş verdi. Bu vaxta qədər imperator taxtında bir neçə sülalə bir-

birini əvəz etmişdi: Feodosilər, Yustinianlar, İraklilər, İsavrilər, Amoreylər və 

Ma

kedoniyalılar. Sonuncu sülalənin ilk hökmdarı I Vasiliy 886-cı ildə vəfat et-



di və onun yerini “Müdrik” ləqəbli VI Lev (886-912) tutdu. 

Hicrətin 274-cü ilində (miladi 888) Yazmanın başçılığı altında Tarsusdan 

hərəkət edən müsəlmanlar Bizans sərhəddini keçərək, xeyli qənimət və əsirlə 

ge

ri döndülər. Bir il sonra hicrətin 275-ci ilində (miladi 888-889) dəniz yolu ilə 



hərəkət edən Yazman, Bizans donanmasını məğlub edərək, dörd hərbi gəmini 

ələ keçirdi. 

Hicrətin 278-ci ilində (miladi 891) Yazman Bizansa qarşı son hərbi yürü-

şünə çıxdı. Bizans qalalarından birini mühasirədə saxlayan müsəlmanlar Yaz-

ma

nın yaralanması ilə əlaqədar olaraq, mühasirəni yarımçıq saxlayıb geri dön-



lər.  Yolda  dünyasını  dəyişən  Yazmanı,  Tarsus  qapılarında  torpağa  tapşır-

dılar. 

Yazmanın vəfatından sonra müsəlmanlar uzun müddət Bizansa qarşı səfər 



etmədilər.

549


 

 

Mutəmid və Əhli-beyt 

Digər Abbasi xəlifələrindən fərqlənməyən xəlifə Mutəmid də, Əhli-beytə 

qar

şı mənfi münasibətdə idi. Məhz onun əmri ilə hicrətin 260-cı ili rəbi-ül-əv-



vəl ayının səkkizində (miladi 874) XI İmam Hz.Həsən Əsgəri (ə) xilafətin pay-

taxtı Samirə şəhərində şəhid edildi. Müqəddəs məzarı Samirədə atası Hz.İmam 

Nəqinin (ə) qəbri yanındadır. 

Elə  həmin  vaxtlarda  XII  İmam  Hz.Mehdi  (əc)  Allahın  izni  ilə  gözlərdən 

qeyb oldu. Hz.

Mehdinin (əc) 69 il davam edən kiçik qeybət dövrü bu ildə baş-

549

 Ostraqorosky, Bizans Devləti Tarihi, tər. F. İşıltan, səh-220-222. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə